MüƏllifdən II



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə246/266
tarix14.02.2018
ölçüsü6,32 Mb.
#26864
1   ...   242   243   244   245   246   247   248   249   ...   266



Mİrağa Cəfərquliyev 

dəyişikliklər baş vermişdir. XXI əsrin əvvəlində qeyd edilən kriminal 

fəaliyyət  formalan,  xüsusən  beynəlxalq  terrorizm  əksər  dövlətlərin 

sərhədlərini  "şəffaflaşdırmış",  bəşəriyyəti  narahat  edən  ciddi  sosial 

problemə  çevrilmişdir.  Yaranmış  vəziyyət  dövlətlərin  cinayətkarlıqla 

mübarizəyə yönələn səylərini birləşdirməsini zəruri etmişdir (64. s.l5). 

Qeyd etmək lazımdır ki, XX əsrin II yarısında sürətlə inkişaf edən 

beynəlxalq  hüquq  sahələrindən  biri  də  beynəlxalq  cinayət  hüququ 

olmuşdur. Bəşəriyyətin inkişafının tarixi təcrübəsi ilə yanaşı, yuxanda 

qeyd edilən amillərin beynəlxalq cinayət hüququnun inkişafında güclü 

təkan olduğu danılmaz bir faktdır. 

Beynəlxalq  cinayət  hüququ  sferasına  dövlətlərin  bir-birinə  cinayət 

hüquqi məsələlərədə yardım göstərməsi və müxtəlif dövlətlərin cinayət 

qanununun  səlahiyyəti  sferası,  əsasən  də  cinayətkann  verilməsi 

(ekstradisiyası)  məsələsinin tənzimlənməsi aiddir. Dövlətdaxili  hüquq 

qaydasını  cinayətkar  əməllərdən  qorumaq  məqsədi  daşıyan  milli 

cinayət  hüququ  kimi,  beynəlxalq  cinayət  hüququ  da  beynəlxalq 

hüququn müxtəlif sahələrinin, xüsusilə təhlükəli pozuntulanna, bir neçə 

dövlətin  və  yaxud  bütün  beynəlxalq  birliyin  mənafeyinə  toxunan 

cinayət əməllərinə qarşı mübarizə məqsədi daşıyır. 

Milli  cinayət  hüququnun  bir  çox  normalan  da  məhz  beynəlxalq 

hüquq qaydasının mühafizəsi məqsədinə qulluq edir. Belə normalar tez- 

tez  dövlətlərin  beynəlxalq  öhdəliyinin  yerinə  yetirilməsi  üçün  qəbul 

edir. Biz burada bir müsbət hal kimi qeyd etməliyik ki, əksər hallarda 

arzu  olunan  nəticə  ancaq  beynəlxalq  və  milli  hüquq  normalannm 

vəhdətdə  götürülməsi  və  birgə  fəaliyyəti  prosesində  əldə  olunur. 

Müxtəlif  vasitələrlə  yaradılan  və  özünəməxsus  spesifik  vasitələrlə 

fəaliyyət  göstərən  bu  normalar  eyni  problemləri,  yəni  beynəlxalq 

cinayətlər  və  beynəlxalq  xarakterli  cinayətlərlə  mübarizə  məsələsini 

həll edirlər. Bu da danılmaz bir həqiqətdir ki, bəzən beynəlxalq və milli 

cinayət  hüququ  normalannm  birgə  tətbiqi  xüsusi  hüquqtətbiqetmə 

komplekslərinin  yaranmasına  gətirib  çıxarır.  Bu  bir  sıra  səbəblərdən 

irəli gəlir və onlarda aşağıdakılardır: 

Birincisi,  beynəlxalq  cinayət  hüququ  normaları  beynəlxalq  hüquq 

subyektləri  tərəfindən  birtərəfli  qaydada  deyil,  onlarla  razılaşmış 

qaydada yaradılmalıdır. İkincisi, bu normaların məqsədi cinayətkarlıqla 

mübarizədir. Üçüncüsü, cinayətlər ya bütövlükdə beynəlxalq cəmiy 



XX FƏSİL XÜSUSİ İCRAA TLAR 

yətin,  ya  da  bir  neçə  dövlətin  mənafeyinə  toxunmalıdır.  Dördüncüsü, 

normaların  pozulmasına  görə  məsuliyyət  hansı  hüquq-mühafizə 

orqanının (beynəlxalq və ya milli) qərar çıxarmasından, cəzanın təyin 

edilməsi  üçün  beynəlxalq  və  ya  milli  hüquq  normalarının  tətbiq 

edilməsindən asılı olmayaraq, cinayət hüquqi olmalıdır. 

Milli  cinayət  hüququndan  məlumdur  ki,  cinayət  ölkənin  ictimai 

quruluşuna,  siyasi-iqtisadi  sisteminə,  vətəndaş  hüquq  və  azadlıqlanna 

qəsd edir. Yəni burada söhbət ancaq ölkədaxili hüquq pozuntulanndan 

gedir. Elə isə bəs beynəlxalq cinayət özündə nəyi ehtiva edir, bir sözlə, 

nəyə qəsd edir? Bu sualı cavablandıraraq beynəlxalq hüquq sahəsinin 

tədqiqatçılan qeyd edirlər ki, beynəlxalq cinayətlər: 

1)

 

ən başlıcası beynəlxalq hüquq qaydalarını pozur; 



2)

 

qəsdən törədilir; 



3)

 

ayn-ayn dövlətlərin hüquq və mənafelərinə qəsd edir



4)

 

hüquqi tərkibi beynəlxalq hüquq normalannda müəyyən olunur 



(27.5.20)

 

Beynəlxalq cinayətlər  müxtəlif dövlətlərin hüquq və  mənafelərini, 

beynəlxalq səviyyədə tanınmış insan hüquqlanm kobud şəkildə pozan, 

hüquqi  tərkibi  beynəlxalq  hüquq  normalarında  müəyyən  olunmuş 

beynəlxalq hüquqa zidd əmələ deyilir. Bu verilən tərifə tərəfdar çıxaraq 

biz onunla da razılaşmq ki, beynəlxalq cinayətlər qəsd obyektinə görə 

bir neçə qrupa bölünür: 

1)

 



sülh  və  bəşəriyyətin  təhlükəsizliyi  əleyhinə  olan  cinayətlər 

(təcavüz,  genosid,  insanlıq  əleyhinə  olan  cinayətlər,  müharibə 

cinayətləri, beynəlxalq terrorizm, aparteid, BMT heyətinə qarşı edilən 

cinayətlər); 

2)

 

insan  ləyaqətinə  qarşı  yönəlmiş  cinayətlər  (köləlik,  qul  ticarəti, 



pamoqrafıyanın yayılması, işgəncə, girov götürülmə və s.); 

3)

 



dövlətin iqtisadi, sosial inkişafına zərər yetirən cinayətlər (saxta 

pul və qiymətli kağızların hazırlanması, qaçaqmalçılıq); 

4)

 

açıq dəniz və kontinental şelf rejiminə qarşı yönəlmiş cinayətlər; 



5)

 

hava nəqliyyatının təhlükəsizliyinə qarşı yönəlmiş cinayətlər 



(27.5.20)

 

Yuxanda sadalanan cinayətlərin hər bir növünə müasir dövrdə tez- 

tez  təsadüf  edilir.  Bu  cinayətlər  sırasında  insanlıq  əleyhinə  olan, 

ümumiyyətlə  insanlığa  qarşı  yönələn  cinayətlər  ən  ağır,  dözülməz  və 

bəşəriyyəti narahat edən əməllər olduğuna görə onlann mahiyyətinə bir 

qədər diqqət yetirməyi məqsədəmüvafiq hesab edirik. 




Mirağa Cəfərquliyev 

Təsəlli  verici  bir  faktdır  ki,  insanlann  ali  varlıq  kimi  dərk 

olunmaması,  kölə  halına  salınması,  qula  çevrilməsi,  məcburi  əmək, 

insanla alver edilməsi, insanların kütləvi şəkildə qıniması, işgəncələrə 

məruz qalması, siyasi-irqi, dini və ya etnik ayn-seçkiliyə yol verilməsi, 

insanlann  özbaşına  həbs  edilməsi,  zorlanma  və  ya  fahişəliyə  məcbur 

edilməsi, fiziki və ya psixi təsirlər edilməsi, insan səhhətinə və ya insan 

ləyaqətinə ciddi zərər yetirən digər qeyri-insani əməllər həmişə dünya 

dövlətləri və ümumilikdə bəşəriyyət tərəfindən pislənilmişdir. Aydındır 

ki, bu gün bu cinayətlərin qarşısının alınması və ona qarşı mübarizənin 

apaniması  üçün  dünyanmı  əksər  dövlətləri  kifayət  qədər  yetərli 

mexanizmə  malikdirlər.  Onu  da  qeyd  edək  ki,  həm  də  dövlətlər  öz 

ərazilərində  bu  cinayətlərin  baş  verməməsi  və  ona  qarşı  mübarizə 

apaniması ilə bağlı öhdəliklər götürür. Bu sahədə çoxlu konven- siyalan 

misal gətirə bilərik ki, hansı ki, cinayətkarlıqla mübarizədə dövlətlərə 

bir sıra hüquqlar verir. 

Nəzərə almaq lazımdır ki, cinayətkarlıqla mübarizə sahəsində, insan 

hüquqlanmn  qorunması  sahəsində  beynəlxalq  hüquq  normalannm 

implementasiyası, həyata keçirilməsi yalnız milli qanunvericiliyinin və 

milli ədalət mühakimə orqanlarının birgə iştirakı ilə mümkündür. 

Beynəlxalq  hüquqi  baxımdan  dövlətin  öz  üzərinə  götürdüyü 

beynəlxalq  öhdəliklərin  (insan  hüquqları,  cinayətkarlıqla  mübarizə, 

iqtisadi münasibətlər sahəsində) milli səviyyədə həyata keçirilməsində 

məhz  dövlətin  daxili  qanunlarına  implementasiya  edilmiş  beynəlxalq 

hüquq  normalannm  rolu  olduqca  böyükdür.  Məsələn,  müsbət  və  irəli 

atılmış  addım  kimi  qeyd  etmək  olar  ki,  Azərbaycan  Respublikasının 

yeni CM-də beynəlxalq cinayətlərə qarşı çox sərt mövqe nümayiş edilir. 

Belə  ki,  Azərbaycan  Respublikası  CM-in  ictimai  təhlükəsizlik  və 

ictimai qayda əleyhinə olan cinayətlər bölməsində terrorçuluq, adamları 

girov  götürmə,  hava  və  ya  su  nəqliyyatı  gəmisini,  yaxud  dəmir  yolu 

qatarını  qaçırma,  qanunsuz  olaraq  narkotik  vasitələri,  psixotrop 

maddələri  və  ya  prekursorlan  hazırlama  və  ya  satma  və  bu  kimi 

beynəlxalq  xarakterli  cinayətlərin  törədilməsi  qadağan  olunmuşdur. 

Bundan başqa, Azərbaycan Respublikasının cinayət qanunvericiliyində 

insanlıq əleyhinə olan cinayətlər aynca bölmədə öz təsbitini tapmış və 

onun üçün konkret cəza mexanizmi müəyyən olunmuşdur. 




Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   242   243   244   245   246   247   248   249   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə