MüƏllifdən II



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə254/266
tarix14.02.2018
ölçüsü6,32 Mb.
#26864
1   ...   250   251   252   253   254   255   256   257   ...   266

 

Mirağa Cəfərquliyev 

tərəflərin  qanunvericiliyinə  əsasən  cinayət  kimi  nəzərdə  tutulması), 

xüsusiləşmə prinsipi (cinayət törətmiş, verilməsinə əsas olan əməllərin 

müvafiq  tələblərə,  məsələn,  həmin  cinayət  əməlinə  görə  nəzərdə 

tutulmuş sanksiyanın həddi və növünə dair tələblərə cavab verməsi), öz 

vətəndaşlarının  verilməməsi  və  s.  rəhbər  tuturlar.  "Ümumi  hüquq" 

sisteminə  mənsub  olan  dövlətlər  isə  cinayət  hüququnun  ümumi 

prinsipləri ilə uyğunluq təşkil edən bu rəhbər başlanğıclann qəbul edil- 

məzliyi  mövqeyindən  çıxış  edirlər.  Bu  vəziyyəti  açıqlayan 

mütəxəssislər izah edirlər ki, onların başlıca məqsədi hətta mövcud olan 

müqavilə və qanunları "liberal" qaydada təfsir etmək yolu ilə cəzanın la- 

büdlüyünü təmin etməkdir 

(60. səh:9).

 

Aydın  məsələdir  ki,  yuxanda  şərh  olunan  ekstradisiyanın  hər  iki 



növünün müsbət və mənfi cəhətləri mövcuddur. Avropa sistemi cinayət 

törətmiş  şəxslərin  verilməsi  zamanı  qanunçuluğu  və  verilən  şəxsin 

hüquq- lannın təmin edilməsi baxımından daha qənaətbəxş hesab etmək 

olar.  Bu  fikri  bir  daha  onunla  əsaslandırmaq  olar  ki,  Avropa  sistemi 

dövlətlərinin ekstradisiya prosesinin həyata keçirilməsi zamanı yuxanda 

sadalanan rəhbər müddəalara əsaslanması ilk növbədə cinayət törətmiş 

şəxslərin verilməsi institutunun demokratikləşmə və insan hüquqlanna 

hörmət  tarixi  tendensiyasına  uyğun  inkişaf  etməsi  məntiqinə  cavab 

verir. 

Tədqiqatçılar  qeyd  edirlər  ki,  siyasi  cinayət  törətmiş  və  sığınacaq 



hüququ  əldə  etmiş  şəxsin  verilməməsi  qaydası  məhz  Avropa  sistemi 

dövlətlərinin  müqavilə-hüquq  və  milli  qanunvericilik  təcrübəsi 

gedişində ümumqəbuledilmiş normaya çevrilmişdir. Lakin çox düzgün 

olaraq göstərilir ki, bu sistemin mənfi cəhəti bundan ibarətdir ki, bəzi 

hallarda  cinayət  törətmiş  şəxslərin  ədalət  mühakiməsindən  "qanuni" 

əsaslarla yayınmasına imkan yaratmış olur. 

Avropa  sistemi  ölkələrinin  bir  çoxunda  cinayət  törətmiş  şəxslərin 

verilməsinə  dair  ayrıca  qanunlar  qəbul  edilmiş,  bəzi  ölkələrdə  isə 

müvafiq normalar konstitusiya, cinayət, cinayət-prosessual hüququnda 

öz təsbitini tapmışdır. 

Burada maraqlı bir sual yaranır - görəsən Azərbaycan Respublikası 

hansı  dövlətlərin  sırasında  özünə  yer  tutur?  Araşdırmalar  göstərir  ki, 

yeni  qanunlara  misal  olaraq  Avstriya,  Almaniya,  İsveç,  İspaniya, 

Azərbaycan və s. dövlətlərdə qəbul edilmiş qanunları misal göstərmək 

olar. Bu qanunların hər biri 1957-ci il Avropa Konvensiyasında 



XX FƏSİL XÜSUSİ İCRAA TlAR 

təsbit  edilmiş  prinsiplərə  əsaslanmışdır  və  burada  cinayət  törətmiş 

şəxslərin verilməsi tələbi ilə çıxış edən dövlətlərin məhkəmə sisteminin 

"İnsan  hüquqları  və  azadılqlan  haqqında"  1950-ci  il  Avropa 

Konvensiyası  tələblərinə  cavab  vermədiyi  hallarda  verilmədən 

imtinanın mümkünlüyü nəzərdə tutulmuşdur. 

Çox  maraqlıdır  ki,  Avropa  ölkələrinin  əksəriyyətində  hətta 

beynəlxalq  müqavilə  olmadıqda  belə,  mili  qanunvericilik  aktları 

ekstradisiya üçün lazımi əsas qismində çıxış edir. Amma onu da qeyd 

edək  ki,  Avropa  sistemi  dövlətlərinin  ekstradisiya  məsələsi  ilə  bağlı 

mövqelərinin digər özünəməxsus cəhəti ondan ibarətdir ki, bu sistemə 

daxil olan dövlətlər bir qayda olaraq öz vətəndaşlannı vermirlər. Hətta 

bu qayda bir çox dövlətlərin, o cümlədən Azərbaycan Respublikasının 

Konstitusiyasında imperativ nornıa qismində ehtiva olunmuşdur

Anqlo-amerikan  sistemi  isə  ümumi  prinsiplərin  rolunu  azaldaraq 

məhkəmələrə imkan verir ki, onlar hər bir məsələnin həllində konkret 

şəraiti  nəzərə  alaraq  qərar  çıxarsınlar.  Bu  sistemin  qarşıya  qoyduğu 

başlıca  məqsəd  cinayət  törətmiş  şəxslərin  ədalət  mühakiməsinə  cəlb 

edilərək cəzalandınimasını təmin etməkdir. 

"Ümumi hüquq" sisteminə mənsub dövlətlər sırasında ABŞ, Böyük 

Britaniya  və  Kanada  mühüm  yer  tutur.  "Kontinental  hüquq" 

ölkələrindən  fərqli  olaraq  "ümumi  hüqüq"  sisteminə  malik  dövlətlər 

üçün  xarakterik  cəhət  ondan  ibarətdir  ki,  burada  cinayət  törətmiş 

şəxslərin verilməsinin vacib şərti kimi beynəlxalq müqavilənin olması 

tələbi gözlənilir, Eyni zamanda bu dövlətlərdə də ekstradisiya ilə bağlı 

milli qanunvericilik aktlarının qəbul edilməsi təcrübəsi mövcuddur. 

Maraqlı  bir  cəhət  də  ondan  ibarətdir  ki,  öz  mühafizəkarlığı  və 

əhəmiyyətli dərəcədə inkişaf etmiş presedent hüququna malik olması ilə 

fərqlənən  Böyük  Britaniya  cinayət  törətmiş  şəxslərin  verilməsi 

məsələsini qanunların vasitəsi ilə həll etməyə üstünlük verir. 

Kanadada ekstradisiya haqqında 1985-ci il qanunu fəaliyyət göstərir. 

"Cinayət  törətmiş  şəxslərin  verilməsi  haqqında"  1882-ci  il  tarixli 

Qanunun  başlıca  müddəalannı  özündə  əks  etdirən,  bu  Qanunda  25 

bənddən ibarət ekstradisiyaya səbəb olacaq cinayətlər siyahısı sadalanır. 

ABŞ-da isə bu barədə aynca qanun mövcud deyildir və cinayət törətmiş 

şəxslərin  verilməsi  Qanunlar  Külliyatının  (1988-ci  il)  3181-  3196-cı 

paraqrafları ilə nizamlanır. 



Mirağa Cəfərquliyev 

BSn 




Hüquq ədəbiyyatında qeyd edildiyi kimi "Ümumi hüquq" sisteminin 

digər  özünəməxsus  cəhəti  ondan  ibarətdir  ki,  burada  müəyyən  şərtlər 

daxilində  öz  vətəndaşlannın  da  verilməsinə  yol  verilir.  Ekstradisiyaya 

dair  məsələnin  həllində  məhkəmə  iştirak  edir.  Əgər  məhkəmə  şəxsin 

verilməsinə  etiraz  etmirsə  son  sözün  deyilməsi  icraedici  hakimiyyətə 

məxsusdur  ki,  o  da  cinayət  törətmiş  şəxslərin  verilməsinə  dair  müsbət 

qərar çıxarmasına baxmayaraq ondan imtina edə bilər (60.səh.l0) 

Bir  maraqlı  cəhəti  də  qeyd  edək,  ümumiyyətlə,  "ümumi  hüquq" 

sistemi ölkələrinin məhkəmələri öz vətəndaşlannın verilməməsinə dair 

beynəlxalq  adət-hüquq  normalannm  mövcudluğunu  qəbul  etmirlər. 

Həmin  dövlətlər  tərəfindən  bağlanmış  əksər  müqavilələrdə  öz  vətən- 

daşlannm verilməsinin mümkünlüyü istisna edilmir və konkret halla- nn 

həll olunması tərəflərin öz öhdəsinə verilir. 

Hüquq  ədəbiyyatında  qeyd  olunmuşdur  ki,  bu  sistemə  daxil  olan 

dövlətlərdə  son  illər  öz  vətəndaşlannın  da  verilməsini  nəzərdə  tutan 

müqavilələr  bağlanmaqdadır.  Çox  maraqlıdu*  ki,  bu  cür  müqavilələr 

digər hüquq sistemlərinə məxsus dövlətlərlə də bağlanılır. Bunun üçün 

isə ilk növbədə müvafiq dövlətin demokratikliyi və hüquq qaydasının 

müəyyən səviyyəyə cavab verməsi şərti gözlənilir. 

Dövlətlərin öz vətəndaşlarını vermə məsələsinə münasibətdə xüsusi 

mövqe  nümayiş  etdirməsi  onunla  izah  olunur  ki,  "ümumi  hüquq" 

sistemi  ərazi  yurisdiksiyası  prinsipini  rəhbər  tutur.  Bu  prinsipə  görə 

məhkəmə  yalnız  həmin  məhkəmənin  yerləşdiyi  dövlətin  ərazisində 

cinayət  törətmiş  şəxslərə  münasibətdə  yurisdiksiyaya  malikdir.  Lakin 

burada  bir  boşluq  mövcuddur.  Belə  ki,  bir  dövlətin  vətəndaşı  digər 

dövlətdə  cinayət  törədərək  öz  dövlətinə  qayıtmaqla  cinayət 

məsuliyyətindən kənarda qala bilər. 

Hüquq  sahəsinin  tədqiqatçıları  düzgün  olaraq  qeyd  edirlər  ki, 

"ümumi  hüquq"  sistemi  ölkələrinin  məhkəmə  təcrübəsi  belə  bir 

mövqedən  çıxış  edir  ki,  ikiqat  kriminallıq  prinsipi  beynəlxalq  ümumi 

hüququn deyil, müqavilə hüququnun prinsipidir. Lakin bu cür yanaşma 

hüquqi baxımdan zəifdir və o cinayət hüququnun "qanundan kənar cəza 

yoxdur"  prinsipinə  ziddir.  Əgər  şəxsi  verən  dövlətin  milli  hüququ 

müvafiq  əməli  cinayət  olaraq  qiymətləndirmirsə,  bu  zaman  şəxsin 

verilməsinə bəraət qazandımıaq, bu cür hərəkətləri hüquqa uyğun hesab 

etmək çox çətindir. Daha paradoksal vəziyyət isə, dövlətin öz milli 




Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   250   251   252   253   254   255   256   257   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə