MüƏllifdən II



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə256/266
tarix14.02.2018
ölçüsü6,32 Mb.
#26864
1   ...   252   253   254   255   256   257   258   259   ...   266

tm 

Mirağa Cəfərquliyev 

rinin  təsvirində  VƏ  İstifadə  edilən  terminologiyada  müxtəlifliklər 

əhəmiyyət kəsb etmir. 

Hüquqi  yardım  və  onunla  bağlı  nəzərdə  tutulmuş  hərəkətlər 

bilavasitə prosessual xarakter daşıdığına görə onun həyata keçirilməsi 

qaydaları başqa qanunlarla yanaşı Azərbaycan Respublikasının cinayət- 

prosessual qanunvericiliyində də öz konkret təsbitini tapmışdır. Şəxsin 

verilməsi haqqında rəsmi müraciətin həll edilməsi qaydası da CPM-in 

müvafiq normaları ilə nizamlanır. 

Şəxsin  verilməsi  haqqında  rəsmi  müraciətdə  digər  məlumatlarla 

yanaşı verilməli olan şəxsin soyadı, adı, atasının adı, onun vətəndaşlığı, 

yaşayış yeri və ya olduğu yer, mümkün olduqda onun xarici görkəminin 

təsviri  və  onun  şəxsiyyəti  barədə  konkret  məlumatlar  öz  əksini 

tapmalıdır. Bundan əlavə, rəsmi müraciətə həbsə alma haqqında qərarın 

təsdiq  edilmiş  surəti  və  ya  qanuni  qüvvəyə  minmiş  hökmün  təsdiq 

edilmiş surəti və  məhkuma tətbiq edilən  cinayət qanunu  müddəasının 

mətni əlavə edilməlidir. Hətta qanun tələb edir ki, əgər məhkum cəzanın 

bir hissəsini çəkibsə, bu barədə də məlumatlar verilməlidir. 

Qanunvericilikdə  şəxsin  verilməsi  üçün  əlavə  sənədələrin  tələb 

edilməsi  halları  da  nəzərə  alınmışdır.  Belə  ki,  CPM-in  494-cü 

maddəsinin tələbinə əsasən, şəxsin verilməsi xahişi ilə rəsmi müraciətdə 

zəruri  olan  bütün  məlumatlar  olmadıqda  sorğu  edilən  cinayət  təqibi 

orqanı əlavə məlumatların bir ayadək müddətə təqdim edilməsini tələb 

edə bilər. Bu müddət xarici dövlətin sorğu edən səlahiyyətli hakimiyyət 

orqanının  vəsatəti  əsasında  daha  bir  ayadək  müddətə  uzadıla  bilər. 

Həbsdə  olan  şəxsin  verilməsi  üçün  xarici  dövlətin  sorğu  edən 

səlahiyyətli  hakimiyyət  orqanı  təyin  edilmiş  müddət  ərzində  əlavə 

məlumatları təmin etmədikdə həmin şəxs Azərbaycan Respublikasının 

sorğu edilən cinayət təqibi orqain tərəfindən azad edilir. 

Xarici dövlətin səlahiyyətli hakimiyyət orqanından hər hansı şəxsin 

verilməsi barədə xahiş və onun həbsə alınması haqqında qərarın surətini 

aldıqdan sonra Azərbaycan Respublikasının sorğu edilən cinayət təqibi 

orqanı zərurət olduqda və CPM-in müddəalarına riayət etməklə şəxsin 

verilməsi  haqqında  qərar  qəbul  edilənədək  onun  tutulması  və  həbsə 

alınması üçün tədbirlər görə bilər. 

Azərbaycan  Respublikasının  ərazisində  olan  şəxs  onun  cinayət 

məsuliyyətinə cəlb edilməsi və ya hökmün icra edilməsi üçün CPM-in 

496.2- 



XX FƏSİL XÜSUSİ İCRAA TLAR 

496.7-ci maddələrində nəzərdə tutulmuş tələblərin yerinə yetirilməsinin 

zəruriliyi nəzərə alınmaqla Azərbaycan Respublikasının cinayət təqibi 

orqanı  tərəfindən  xarici  dövlətin  səlahiyyətli  hakimiyyət  orqanının 

həmin şəxsin verilməsi xahişi ilə rəsmi müraciəti əsasında verilir. 

Onu  da  qeyd  edək  ki,  qanunvericilik,  şəxsin  verilməsi  haqqında 

xahişin  alındığı  anda  Azərbaycan  Respublikasının  qanunverciliyinə 

müvafiq olaraq, cinayət məsuliyyətinə cəlb etmək üçün müddətin başa 

çatması və ya digər qanuni əsaslar nəticəsində cinayət təqibinin başlana 

və  ya  hökmün  icra  edilə  bilməyəcəyi  halda,  yaxud  verilməsi  xahiş 

olunan şəxs barəsində iş üzrə icraata xitam verilməsi haqqında qanuni 

qüvvəyə  minmiş  qərar  olduqda  onun  xarici  dövlət  orqanına  təhvil 

verilməsinə  yol  vermir.  Bundan  əlavə,  CPM-in  496.5-ci  maddəsində 

şəxsin verilməsindən imtina edilə biləcək hallar da nəzərdə tutulmuşdur. 

Şəxsin verilməsi xahişi ilə rəsmi müraciət bir neçə dövlətdən daxil 

oldquda, Azərbaycan Respublikasının sorğu edilən cinayət təqibi orqanı 

müraciətlərdən hansının ilk növbədə təmin edilməsi olduğunu müstəqil 

həll edir. 

Cinayət-prosessual  qanunvericiliyin  birbaşa  göstərişinə  əsasən, 

tutulmuş  şəxs  onun  tutulduğu  andan  48  saat  müddətində  Azərbaycan 

Respublikasının cinayət təqibi orqanına həmin şəxsin verilməsi xahişi 

ilə  rəsmi  müraciət  daxil  olmadığı  halda  azad  edilməlidir.  Bununla 

yanaşı,  CPM-in  495.1-ci  maddəsinə  əsasən,  verilməsi  haqqında  qərar 

qəbul  edilənədək  həbsə  alınmış  şəxs  Azərbaycan  Respublikasının 

cinayət  təqibi  orqanı  onun  verilməsinin  qeyri-mümkünlüyü  və  ya 

verilməsindən  imtina  haqqında  qərar  qəbul  etdikdə  dərhal  azad 

edilməlidir. 

Cinayət-prosessual  qanunvericilikdə  verilmiş  şəxsin  cinayət 

təqibinin hüdudlan, verilmiş şəxsin xarici dövlətin səlahiyyətli orqanın 

nümayəndəsinə  təhvil  verilməsi,  təkrar  vermə  və  tranzit  daşıma 

məsələləri də öz həllini tapmışdır. 

Hüquqi yardımın göstərilməsi ilə bağlı olan cinayət təqibinin həyata 

keçirilməsi  və  əşyaların  verilməsi  və  digər  prosessual  məsələlər  də 

CPM-də geniş şəkildə şərh edilmişdir. 




Mirağa CəfərquUyev 

§ 6. Hökm və ya məhkəmənin digər yekun qərarlarının 

icrası qaydasında icraat 

Cinayət  mühakimə  icraatının  qanunda  nəzərdə  tutulmuş  vacib 

vəzifələrdən  biri  də  cinayət  etməkdə  təqsiri  olan  şəxsin  müəyyən 

edilərək  cəzalandırılmasından  ibarətdir.  Bu  vəzifə,  əsasən,  cinayət 

prosesinin müstəqil mərhələsi olan hökmün icrası mərhələsində həyata 

keçirilir.  Cinayət  mühakimə  icraatında  ədalət  mühakiməsinin  həyata 

keçirilməsi  üçün  əsas  rol  oynayan  müstəqil  mərhələlərdən  biri  də 

hökmün  icrası  mərhələsidir.  Bunu  onunla  izah  etmək  olar  ki,  bütün 

hallarda hökm çıxanidıqdan sonra əgər o icra edilməzsə, onda həmin iş 

üzrə ədalət mühakiməsini həyata keçirilmiş hesab etmək olmaz. Qeyd 

etmək  lazımdır  ki,  hökmün  icrası  mərhələsinin  prosesin  müstəqil  bir 

mərhələsini  təşkil  edib-etməməsini  sübut  etmək  üçün  ilk  növbədə 

prosessual  mərhələ  anlayışının  kriteriyalanna  (şərtlərinə)  müraciət 

etmək lazımdır. Bununla əlaqədar olaraq göstərmək lazımdır ki, hüquq 

ədəbiyyatında cinayət prosessual mərhələ anlayışının üç əsas şərti qeyd 

edilmişdir:  1)  müstəqil  prosessual  mərhələnin  özünəməxsus 

vəzifələrinin  olması;  2)  müstəqil  mərhələnin  özünəməxsus 

subyektlərinin dairəsinin olması və 3) müstəqil prosessual mərhələnin 

qanunvericiliklə  müəyyən  edilmiş  prosessual  formasının  olması. 

Aparılmış elmi tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, hökmün 

icrası mərhələsi öz prosessual xüsusiyyətlərinə görə yuxanda sadalanan 

mərhələ anlayışının tələblərinə tam cavab verir və o, prosesin müstəqil 

mərhələsi kimi hesab edilə bilər 

(48).


 

Yeni  açılmış  hallar  üzrə  icraat  mərhələsi  kimi  hökmün  icrası 

mərhələsinin də xüsusi icraatlar sırasına daxil edilməsinə baxmayaraq, 

onların  hər  ikisi  cinayət  prosesinin  müstəqil  mərhələsi  kimi  hesab 

olunurlar.  Məhz  buna  görə  cinayət  mühakimə  icraatının  vəzifələrinin 

tam  həyata  keçirilməsi  yalnız  hökmün  icrası  mərhələsində  başa 

çatdmiır. 

Hökmün icrası mərhələsi olduqca geniş məsələləri əhatə edir. Odur 

ki,  bu  mərhələnin  anlayışı  elə  bitkin  şəkildə  müəyyən  edilməlidir  ki, 

buraya aid olan məsələlərin heç biri kənarda qalmasın. Nəzərə almaq 

lazımdır  ki,  hökmün  icrası  mərhələsinin  əsas  təyinatı  məhkəmənin 

hökmdə gəldiyi qərarın tam, dəqiq və vaxtında icrasını təmin etməkdən, 

cəzanın maksimal dərəcədə səmərə verməsinə nail olmaq 



Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   252   253   254   255   256   257   258   259   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə