MüƏllifdən II


XX FƏSİL XÜSUSİ İCRAA TLAR



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə255/266
tarix14.02.2018
ölçüsü6,32 Mb.
#26864
1   ...   251   252   253   254   255   256   257   258   ...   266

XX FƏSİL XÜSUSİ İCRAA TLAR 

30 


hüququna  əsasən  cinayət  sayılmayan  əmələ  görə  şəxsin  təhvil 

verilməsilə bağlı sorğu verməsidir. 

"Ümumi  hüquq"  ölkələri  arasında  cinayət  törətmiş  şəxslərin 

verilməsi  məsələsinin  hüquqi  tənzimlənməsində  ümumi  oxşarlıqla 

yanaşı  onlar  arasında  müəyyən  fərqlər  də  mövcuddur.  Bu  daha  çox 

cinayət  törətmiş  şəxslərin  verilməsinin  həyata  keçirilməsi  zamanı 

qanuniliyin  gözlənilməsinə  münasibətdə  özünü  büruzə  verir.  Belə  ki, 

təqsirləndirlən  şəxsin  hansı  yolla  məhkəmənin  >oırisdiksiyasma  tabe 

edilməsi  məsələsi  ayn-  ayn  dövlətlərin  məhkəmə  təcrübəsində  fərqli 

şəkildə həyata keçirilir. 

Bununla bağlı hüquq ədəbiyyatında şərh edilmişdir ki, bəzi hallarda 

dövlətlər təqsirləndirilən şəxsin qanunsuz əsaslarla ələ keçirilərək onun 

ədalət  mühakiməsinə  cəlb  edilməsi  təcrübəsinə  müraciət  edirlər.  Bu 

zaman  başlıca  arqument  kimi  cəzanın  labüdlüyü  prinsipinin 

gözlənilməsi məsələsi irəli sürülür. Lakin belə hallar çox deyildir və hər 

zaman maraqlı dövlətlər tərəfindən narazılıqla qarşılanır 

(60.səh.ll).

 

Göstərilən məsələdə ABŞ Ali Məhkəməsi belə bir mövqedən çıxış 



edir  ki,  şəxsin  qeyri-qanuni  olaraq  Amerika  ərazisinə  gətirilməsi 

məhkəməni həmin şəxsi cinayət məsulyyətinə cəlb etmək hüququndan 

məhrum etmir. 

Lakin bu mövqe Kanada və Böyük Britaniya da daxil olmaqla bir 

çox dövlətlər tərəfindən kəskin tənqidə məruz qalmışdır. Əvvəlki dövrlə 

müqayisədə  öz  mövqeyində  dəyişikliklər  edən  Lordlar  Palatasının 

1993-cü ildə çıxardığı qərarda ayrıca olaraq qeyd olunur ki, ingilis polisi 

cinayət törətmiş şəxsin verilməsinin qanuni prosedurunu pozmuşsa və 

təqsirləndirilən  şəxsin  xarici  dövlətdə  qeyri-qanuni  metodlarla  ələ 

keçirilməsini  təşkil  etmişdirsə  bu  zaman  həmin  şəxsin  ingilis 

məhkəmələri  tərəfindən  mühakimə  olunması  "prosesdən  sui-istifadə" 

kimi qiymətləndirilir. 

Bir sözlə, cinayət törətmiş şəxsin bir dövlətin ərazisində qanunsuz 

yolla  ələ  keçirilərək,  yəni  oğurlanaraq  digər  dövlətin  məhkəmələri 

tərəfindən mühakimə edilməsi təcrübəsinə qərarlarında haqq qazandıran 

ABŞ məhkəmələri öz mövqelərini belə əsaslandırırlar ki, onlar "cəzanın 

labüdlüyü"  prinsipindən  çıxış  edirlər  və  beynəlxalq  hüququn 

gözlənilməsi  onlann  deyil,  icraedici  hakimiyyətin  işidir.  Bu  mövqeyə 

qarşı çıxan tərəfin təmsilçiləri isə belə hesab edirlər ki, cinayət törətmiş 

şəxsin bir dövlətin ərazisindən oğurlanaraq digər dövlətdə müha 




5^ 

Mirağa Cəfərquliyev 

kimə  edilməsi  daxili  işlərə  qarışmaq  və  dövlətlərin  suveren 

bərabərliyinə hörmətsizlikdir. 

Bütün  bu  məsələlərlə  bağlı  Azərbaycanın  qanunvericiliyinə  nəzər 

saldıqda  biz  görürük  ki,  respublikamızda  hüquqi  yardımla  və  cinayət 

törətmiş  şəxslərin  verilməsi  (ekstradisiya)  ilə  əlaqədar  həm  ayrıca 

konkret qanunlar qəbul edilmiş və həm də qüvvədə olan CPM-də xüsusi 

normalar şəklində təsbit olunmuşdur. İndi də bir qədər onların təhlilinə 

diqqət yetirək və bu sahədə respublikamızda yaranmış praktikanı analiz 

edək. 


"Cinayət  işlərinə  dair  hüquqi  yardım  haqqında"  Azərbaycan 

Respublikası  Qanununun  9-cu  maddəsində  hüquqi  yardım  haqqında 

sorğuya əsasən həbsdə olan və ya azadlıqdan məhrumetmə cəzası çəkən 

şəxslərin təslim edilməsi qaydalan müfəssəl şəkildə şərh edilmişdir. Adı 

çəkilən  normadan  aydın  olur  ki,  Azərbaycan  Respublikasında  həbsdə 

olan və  ya azadlıqdan məhrumetmə cəzasına  məhkum edilmiş şəxslər 

şəxsiyyətin  müəyyən  edilməsi,  ifadə  verməsi  və  ya  istintaq  edilən, 

yaxud məhkəmə baxışında olan cinayət işi üzrə başqa hüquqi yardımın 

göstərilməsi məqsədilə Azərbaycan Respublikasının qanunvericiliyi ilə 

qadağan olunmayan hallarda həmin şəxslərin razılığı olduqda onlar bu 

maddədə  müəyyən  edilən  məqsədlər  üçün  xarici  dövlətə  təslim  edilə 

bilərlər.  Lakin  eyni  zamanda,  bununla  əlaqədar,  haqqında  söhbət 

apardığımız Qanunun 9-cu maddəsində xarici dövlətin qarşısında təslim 

olunmuş şəxslərlə əlaqədar aşağıdakı şərtləri irəli sürür: 

-

 

həmin  şəxslər  Azərbaycan  Respublikasının  müvafiq  icra 



hakimiyyəti  və  ya  başqa  səlahiyyətli  orqanının  tələbinə  əsasən  xarici 

dövlətin 

müvafiq 

səlahiyətli 

orqanı 

tərəfindən 



həbsdə 

saxlanılmalıdırlar; 

-

 

həmin  şəxslər  cinayət  işi  üzrə  icraatın  gedişində  müvafiq 



prosessual  hərəkətlər  yerinə  yetirildikdən  sonra  Azərbaycan 

Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanı  ilə  əvvəlcədən 

razılaşdırılmış müddətdə Azərbaycan Respublikasına qaytarılmalıdırlar. 

Belə  şəxslərin  qaytarılması  üçün  xarici  dövlətin  müvafiq  səlahiyyətli 

orqanı  Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti 

orqanından verilmə haqqında icraatın başlanılmasmı tələb edə bilməz

-

 

həmin  şəxslər  hüquqi  yardımın  göstərilməsi  üçün  təslim 



edilmələrindən əvvəl törətdikləri əməlloı o görə cinayət təqibinə məruz 

qala bilməzlər. 




XX FƏSİL XÜSUSİ İCRAA TLAR 

Şərh  olunan  Qanunun  9-cu  maddəsində  həmçinin  izah  edilir  ki, 

yuxarıda  sadalanan  qaydalar  haqqında  xarici  dövlətin  müvafiq 

səlahiyyətli orqanı məlumatlandınlır və həmin qaydalara uyğun olaraq 

şəxsi qəbul etməyə yazılı şəkildə razılığını bildirdikdən sonra müvafiq 

şəxslər hüquqi yardım göstərilməsi məqsədilə təslim edilə bilər. 

Çox önəmli bir məsələ də Qanunun 9-cu maddəsində xüsusi olaraq 

qeyd  olunur.  Burada  deyilir  ki,  hüquqi  yardımla  bağlı  təslim  edilən 

şəxsin xarici dövlətdə olması müddəti onun cəzaçəkmə müddətinə daxil 

edilir. 


MDB  ölkələrinin  şərh  etdiyimiz  Konvensiyanın  66-cı  maddəsində 

cinayətkann verilməsi öhdəliyinin həyata keçirilməsi şərtləri də hüquqi 

nöqteyi-nəzərdən  diqqəti  cəlb  edir  və  həmin  şərtlər  Azərbaycan 

Respublikasının  "Cinayət  işlərinə  dair  hüquqi  yardım  haqqında" 

Qanunun  9-cu  maddəsindəki  şərtlərdən  xeyli  fərqli  şəkildə  ehtiva 

edilmişdir.  Belə  ki,  Konvensiyanın  66-cı  maddəsində  bildirilir  ki, 

razılığa gələn tərəflər bu Konvensiyada nəzərdə tutulan şərtlərə uyğun 

olaraq  onların  ərazilərində  olan  şəxslərin  cinayət  məsuliyyətinə  cəlb 

edilməsi  və  ya  hökmün  icrasının  təmin  edilməsi  üçün  sorğu  əsasında 

bir-birinə verilməsini öhdələrinə götürürlər. Bu öhdəlikdə aşağıdakı iki 

əsas şərt irəli sürülmüşdür: 

1)

 



cinayət məsuliyyətinə cəlb etmək üçün  verilmə elə bir əməllərə 

görə həyata keçirilir ki, həmin əməllər sorğu edən və sorğu alan razılığa 

gələn  tərəflərin  daxili  qanunvericiliyinə  əsasən  cinayət  qanunu  ilə 

cəzalandınlan  və  törədilməsinə  görə  bir  ildən  az  olmayan  azadlıqdan 

məhrumetmə cəzası və ya daha ciddi cəza nəzərdə tutmuş olsun

2)

 



hökmün icrasını təmin etmək üçün verilmə elə bir əməllərə görə 

həyata  keçirilir  ki,  həmin  əməllər  sorğu  edən  və  sorğu  alan  razılığa 

gələn  tərəflərin  qanunvericiliyinə  əsasən  cinayət  qanunu  ilə  cəza- 

landınlan  əməl  olsun  və  onların  törədilməsinə  görə  verilməsi  tələb 

edilən şəxs altı aydan az olmayan azadlıqdan məhrumetmə cəzasına və 

ya daha ciddi cəzaya məhkum edilmiş olsun. 

Konvensiyada  cinayətkarın  verilməsi  öhdəliyində  bir  maraqlı 

məqama da diqqət yetirilmişdir. Burada qeyd olunur ki, verilmə üçün 

əsas olan əməlin sorğu edən və sorğu alan razılığa gələn tərəflərin daxili 

qanunvericiliyinə  əsasən  cinayət  qanunu  ilə  cəzalandırılan  əməl 

olub-olmaması məsələsini həll edərkən cinayətin ayrı-ayrı əlamətlə 



Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   251   252   253   254   255   256   257   258   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə