MüƏllifdən II


XX FƏSİL XÜSUSİ İCRAA TLAR



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə258/266
tarix14.02.2018
ölçüsü6,32 Mb.
#26864
1   ...   254   255   256   257   258   259   260   261   ...   266

XX FƏSİL XÜSUSİ İCRAA TLAR 

lərinin icrası da cinayət prosesinin son mərhələsini təşkil edir. Bu fikir 

əksər  prosessualistlər  tərəfindən  birmənalı  şəkildə  müdafiə  edilir 

(67. 


S.450;  118.  s.427-428). 

Çünki  məhkuma  bəraət  verildikdə  qanunda 

nəzərdə  tutulduğu  kimi  o,  dərhal  məhkəmə  salonunda  həbsdən  azad 

edilir. Bununla da bəraət hökmünün icrası ilə məhkum barəsində icraata 

son qoyulur. Beləliklə, deyilənləri yekunlaşdıraraq qeyd etmək lazımdır 

ki, cinayət prosessual mərhələlər sistemində hökmün icrası mərhələsinin 

tutduğu  yer,  yəni  onun  son  mərhələ  olub-olmamasını  qabaqcadan 

müəyyən  etmək  düzgün  olmazdı,  çünki  bu  mərhələ  iş  üzrə  icraatın 

yekun mərhələsi ola da, olmaya da bilər. 

Ümumiyyətlə,  belə  bir  fikirlə  razılaşmaq  olar  ki,  hökmün  icrası 

mərhələsinin  mərhələlər  sistemində  tutduğu  yerdən  asılı  olaraq  bu 

mərhələnin quruluşunu iki formada müəyyən etmək olar ki, bu da əsasən 

hökmün  növündən  asılıdır.  Birinci  halda  hökmün  icrası  mərhələsinin 

quruluşu,  yəni  onun  icrası  prosesində  edilən  hərəkətlər  cəza  təyin 

etməklə  çıxanimiş  ittiham  hökmünün  icrasına  aiddir.  Belə  ki,  həmin 

hökmlərin  icrası  zamanı  yerinə  yetirilən  hərəkətlərə  məhkəmə 

tərəfindən hökmün icraya yönəldilməsi; cəzaçəkmə orqanlan tərəfindən 

hökmün bilavasitə icra edilməsi və məhkəmə tərəfindən hökmdə təyin 

olunmuş cəzanın icrasına qanunda nəzərdə tutulmuş prosessual qaydada 

nəzarətin  həyata keçirilməsi aiddir. Bundan  fərqli olaraq, ikinci halda 

hökmün icrası mərhələsində həll edilən məsələlər digər bütün hökmlərə 

aiddir.  Bu  məsələlərə  isə  təqsirləndirilən  şəxsin  dərhal  həbsdən  azad 

edilməsi;  fakültətiv  qaydada  hökmün  icrası  prosesində  ortaya  çıxan 

prosessual  məsələlərə  baxılması  və  onların  həll  edilməsi;  habelə 

hökmdə  göstərilənlərin  icrası  üzərində  məhkəmələr  tərəfindən 

prosessual qaydada nəzarətin həyata keçirilməsi daxildir. 

Hökmün  icrası  mərhələsini  nizama  salan  normalar  qeyd  olunduğu 

kimi qüvvədə olan cinayət-prosessual qanunvericiliklə müəyyən edilir. 

Bununla  yanaşı,  hökmün  icrası  ilə  əlaqədar  olan  bir  sıra  məsələlər 

cinayət qanunvericiliyində də nəzərdə tutulur. Lakin bu heç də o demək 

deyildir  ki, hökmün icrası  cinayət hüquq normalan  ilə nizama salınır. 

Əlbəttə,  inkar  etmək  olmaz  ki,  ümumiyyətlə  götürsək  cinayət  hüquq 

normalan  ilə  cinayət  prosessual  hüquq  normalan  arasında  qarşılıqlı 

əlaqə vardır. 

Hüquq ədəbiyyatında çox düzgün olaraq qeyd edilir ki, Azərbaycan 

Respublikasının yeni Cinayət-Prosessual Məcəlləsi qəbul edilərkən hə 




Mirağa Cəfərquliyev 

min  mərhələnin  mühüm  əhəmiyyəti  nəzərə  alınaraq  hökmün  icrasını 

nizama  salan  icraat  qaydalan  daha  dəqiq  və  ətraflı  şəkildə  şərh 

edilmişdir,  CPM-in  506-520-ci  maddələrinin  müddəalannda  hökmün 

icrasını  həyata  keçirən  müəssisə  və  orqanlar  tərəfindən  vaxtında  və 

lazımınca təmin edilməsi üzrə məhkəmələrin vəzifələri; hökmün icrası 

barədə hakimin göstərişləri; hökmün icrası sahəsində vəzifəli şəxslərin 

vəzifələri; məhkəmə hökmünün icrası zamanı məhkumun hüquqlannm 

təmin edilməsi; hökmün icrasının təxirə salınması; məhkumun xəstəliyə 

görə  cəzanı  çəkməkdən  azad  edilməsi;  ittiham  hökmünün  icrası 

müddətinin  başa  çatmasına  görə  cəza  çəkməkdən  azad  etmə,  habelə 

cəzanın  çəkilməsinin  təxirə  salınmasının  ləğv  edilməsi;  cəza 

çəkməkdən  şərti  olaraq  vaxtından  əvvəl  azad  etmə  və  cəzanın 

çəkilməmiş hissəsinin daha  yüngül cəza ilə əvəz edilməsi; cəzaçəkmə 

müəssisəsinin  növünün  dəyişdirilməsi;  məhkum  barədə  amnistiya 

aktının  tətbiq  edilməsi;  müalicə  müəssisəsində  saxlama  vaxtının  cəza 

çəkmə  müddətinə  daxil  edilməsi;  məhkumluğun  vaxtından  əvvəl 

götürülməsi; hökmün icrası zamanı şübhələrin və anlaşılmazlıqlann həll 

edilməsi;  hökmün  icrası  qaydasında  məsələlərə  dair  müraciətlərə 

məhkəmə  iclasında  baxılması  kimi  çox  vacib  prosessual  məsələlərin 

həlli öz əksini tapmışdır. 

Hökmün  icraya  yönəldilməsi  və  bilavasitə  icra  olunmasının  zəruri 

hüquqi  əsası  hökmün  qüvvəyə  minməsidir.  Yalnız  qanunla  müəyyən 

edilmiş  qaydada  qanuni  qüvvəyə  minmiş  hökm  tam  həcmdə  icraya 

yönəldilə  və  icra  edilə  bilər.  Cinayət-prosessual  qanunvericilik  ilə 

hökmün  qanuni  qüvvəyə  minməsinin  prosessual  qaydası  şərh 

edilmişdir.  Belə  ki,  CPM-in  391.11-ci  maddəsinə  müvafiq  olaraq, 

apellyasiya  protestini  vermiş  şəxs  öz  apellyasiya  tələblərindən  imtina 

etdikdə və cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayəti 

və apellyasiya protesti olmadığı halda məhkəmə apellyasiya şikayətinə 

və  apellyasiya  protestinə  baxılmasına  xitam  verilməsi  haqqında  qərar 

çıxarır. Apellyasiya şikayəti və ya apellyasiya protestinə xitam verildiyi 

andan birinci instansiya məhkəməsinin hökmü qanuni qüvvəyə minir. 

Hüquq  ədəbiyyatında  çox  düzgün  olaraq  qeyd  edilir  ki,  hökmün 

icraya  yönəldilməsinin.prosessual  qaydalan  onların  növündən  və 

hökmdə nəzərdə tutulan cəzanın növündən asılı olaraq qanunla müəyyən 

edilir  (49;  50).  Aydın  məsələdir  ki,  bəraət  hökmləri,  cəzadan  azad 

etməklə çıxarılan ittiham hökmləri, habelə azadlıqdan məhrum etmə ilə 



XX FƏSİL XÜSUSİ İCRAA TLAR 

 

 ~asB 

əlaqədar  olmayan  cəza  təyin  edilmiş,  ittiham  hökmlərinin  icraya 

yönəldilməsi  ilə  hissəvi  icrası  eyni  zamanda  həyata  keçirilir.  Bu,  o 

deməkdir  ki,  göstərilən  hökmlər  elan  edildikdən  dərhal  sonra  həbsdə 

olan  təqsirləndirilən  şəxs  məhkəmə  iclası  salonunda  azad  edilir. 

Deyilənlərlə tam razılaşmaq olar ki, göstərilən hallarda heç də hökmün 

icra  edilməsi  tamamilə  başa  çatdırılmış  hesab  olunmur,  çünki  burada 

hökm  yalnız  təqsirləndirilən  şəxsi  həbsdən  azad  etmə  hissəsində  icra 

edilir.  Cəza  təyin  etməklə  çıxarılan  ittiham  hökmləri  ilə  bağlı  onu 

demək olar ki, onlar qanuni qüvvəyə mindikdən sonra hökmü çıxaran 

hakim  və  ya  məhkəmə  sədri  tərəfindən  yalnız  icraya  yönəldilir,  yəni 

hökmün  icra  olunmasına  dair  göstəriş  onların  surətləri  ilə  birlikdə 

müvafiq cəzaçəkmə orqanının müdiriyyətinə göndərilir. Hökmün və ya 

məhkəmənin digər yekun qərarının icrası barədə hakimin göstərişi, bir 

qayda olaraq, məhkəmənin müvafiq hökmünün və ya qərannm qanuni 

qüvvəyə mindiyi andan təxirə salınmadan yerinə yetirilir. 

Cinayət-prosessual  qanunvericilikdə  hökmün  və  ya  məhkəmənin 

digər  yekun  qərarlannm  icrası  ilə  əlaqədar  vəzifəli  şəxslərin  yerinə 

yetirməli olacaqlan vəzifələr də nəzərdə tutulmuşdur. Belə ki, CPM-in 

508-  ci  maddəsinə  əsasən,  müvafiq  müəssisə  və  ya  orqanlann  vəzifəli 

şəxsləri  təxirə  salınmadan  hökm,  yaxud  məhkəmənin  digər  yekun 

qərannm  lazımınca  icrasını  təmin  etməli  və  onun  icraya  yönəldilməsi 

barədə göstəriş vermiş hakimə dərhal məlumat verməlidirlər. Bununla 

yanaşı,  cəzanı  icra  edən  müəssisə  və  ya  orqanın  vəzifəli  şəxsləri 

hökmün və ya məhkəmənin digər yekun qərannm icrası barədə göstəriş 

vermiş  hakimə,  habelə  məhkumun  cəza  çəkdiyi  yer,  onun  yer 

dəyişmələri  və  azad  edilməsi  haqqında  məhkumun  ailəsinə  dərhal 

məlumat verməlidir. 

Qanunvericilik,  eyni  zamanda,  ciddi  surətdə  xəbərdarlıq  edir  ki, 

hökmün  və  ya  məhkəmənin  digər  yekun  qərannm  icrasından  boyun 

qaçıran,  yaxud  onları  lazımınca  icra  etməyən  müvafiq  orqanlann 

vəzifəli şəxsləri qanunvericilik ilə nəzərdə tutulmuş cinayət məsuliyyəti 

daşıyırlar. 

Hökmün  icrası  mərhələsinin  mahiyyətini  xarakterizə  edən  başlıca 

cəhətlərdən  biri  də  həmin  mərhələdə  cinayət  prosesinin  demokratik 

prinsiplərinin  (şərtlərinin)  özünəməxsus  prosessual  formada  həyata 

keçirilməsindən  ibarətdir.  Demək  olar  ki,  cinayət  prosesinin  ümumi 

prosessual  prinsiplərinin  (şərtlərinin)  hökmün  icrası  mərhələsində 

həyata 



Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   254   255   256   257   258   259   260   261   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə