MüƏllifdən II


XX FƏSİL XÜSUSİ İCRAA TLAR



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə261/266
tarix14.02.2018
ölçüsü6,32 Mb.
#26864
1   ...   258   259   260   261   262   263   264   265   266

XX FƏSİL XÜSUSİ İCRAA TLAR 

kumun yaşayış yeri üzrə məhkəmə, cəzalan icra edən müəssisənin və ya 



orqanın  təqdimatı  əsasında  hökmün  və  ya  məhkəmənin  digər  yekun 

qərannm icrası ilə əlaqədar aşağıdakı məsələlərə baxır: 1) hökmün və ya 

məhkəmənin  digər  yekun  qərarının  icrasından  boyun  qaçıran  şəxsi 

hökmün,  yaxud  məhkəmənin  digər  yekun  qərarının  icrası  yerinə 

məcburi göndərilməsi və ya ona təyin olunmuş cəzanın digər cəza növü 

ilə  əvəz  edilməsi  və  bununla  bağlı  məsələlərin  həlli  üçün  məhkumun 

tutulması  barədə;  2)  şərti  məhkumetmə  zamanı  sınaq  müddətinin 

uzadılması, şərti məhkum edilmiş şəxsin üzərinə qoyulmuş vəzifələrin 

dəyişdirilməsi, habelə şərti məhkumetmənin və ya şərti olaraq vaxtından 

əvvəl azad etmənin ləğv edilməsi, məhkumun məhkəmənin hökmü ilə 

təyin  edilmiş  cəzanın  çəkilməsi  üçün  göndərilməsi  və  bununla  bağlı 

məsələlərin  həlli  üçün  məhkumun  tutulması  barədə;  3)  cəzanın 

çəkilməsi təxirə salınmış məhkumun cəzadan azad edilməsi barədə; 4) 

cəzanın  çəkilməsinin  təxirə  salınmasının  ləğv  edilməsi  və  məhkumun 

azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi üçün göndərilməsi 

barədə və nəhayət; 5) tibbi xarakterli məcburi tədbirlərin ləğv edilməsi 

barədə. 

Yuxarıda  sadalananlardan  başqa,  hökmün  bilavasitə  icra  olunma 

prosesində:  cinayət  qanunun  müddəalanna  müvafiq  olaraq  hökm 

çıxarmış məhkəmə ittiham hökmünün icrası müddətinin başa çatmasına 

görə  məhkumu onun ərizəsi əsasında cəza çəkməkdən azad edir; cəza 

çəkməkdən şərti olaraq vaxtından əvvəl azad etmə və cəzanın çəkilmiş 

hissəsini daha yüngül cəza ilə əvəz etmə məhkumun ərizəsi və habelə 

yetkinlik  yaşına  çatmayanların  işləri  və  hüquqlarının  müdafiəsi  üzrə 

komissiyanın  vəsatəti  əsasında  cinayət  qanununun  müddəalarına 

müvafiq  olaraq  cinayət  cəzalarını  icra  edən  müəssisə  və  ya  orqanın 

mülahizəsi nəzərə alınmaqla cəzanın çəkildiyi yer üzrə birinci instansiya 

məhkəməsi  tərəfindən  tətbiq  olunur;  cəzaçəbuə  müəssisələrinin 

növünün dəyişdirilməklə məhkumun bir növ cəzaçəkmə müəssisəsindən 

başqa  növ  cəzaçəkmə  müəssisəsinə  keçirilməsi  cinayət  qanununun 

müddəalarına  müvafiq  olaraq  məhkumun  ərizəsi  və  cəzaçəkmə 

müəssisəsinin təqdimatı əsasında cəzaçəkmə müəssisəsinin mülahizəsi 

nəzərə  alınmaqla  cəzanın  çəkildiyi  yer  üzrə  birinci  instansiya 

məhkəməsi tərəfindən həyata keçirilir; cəza çəkən məhkumun barəsində 

amnistiyanın tətbiqi cəzanı icra edən müəssisə və ya orqan 



Mircığa Cəfərquliyev 

asş 


tərəfindən  amnistiya  aktının  müddəalarına  uyğun  həyata  keçirilir; 

azadlıqdan  məhrum  etmə  növündə  cəza  çəkən  şəxs  cəzaçəkmə 

müddətində  cəzaçəkmə  müəssisələrindən  kənarda  mühafizə  altında 

müalicə müəssisəsinə yerləşdirildikdə cəzanın çəkildiyi yer üzrə birinci 

instansiya məhkəməsi məhkumun ərizəsi əsasında məhkumun müalicə 

müəssisəsində  saxlandığı  vaxtı  cəzaçəkmə  müddətinə  daxil  edir; 

məhkumluğun  vaxtından  əvvəl  götürülməsi  barədə  məhkumun 

ərizəsinə, və habelə yetkinlik yaşma çatmayanlann işləri və hüquqlannm 

müdafiəsi  üzrə  komissiyanın  vəsatətinə  əsasən  müvafiq  məhkəmələr 

(bax. CPM-in 517-ci maddəsi) tərəfindən cəzanı icra edən müəssisə və 

ya orqanın mülahizəsi nəzərə alınmaqla baxılır. 

Gördüyümüz kimi, hökmün və ya məhkəmənin digər yekun qəran- 

nın icrası  zamanı  şübhələrin  və  anlaşılmazlıqların aradan götürülməsi 

ilə yanaşı başqa məsələlərin həll edilməsi də cinayət prosesində böyük 

əhəmiyyət kəsb edir. Bütün bu məsələlər öz mütləq həllini tələb edir. 

Burda  alternativliyə  yol  verilmir.  Bu  məsələlər  cinayət-prosessual 

qanunvericilikdə göstərilmiş formada da həll edilməlidir. 

Hökmün və ya məhkəmənin digər yekun qərannm icrası qaydasında 

məsələlərə dair müraciətlərə məhkəmə iclasında baxılması proseduru da 

qanunvericilikdə dəqiq işlənib hazırlanmışdır. Belə ki, CPM- in 520-ci 

maddəsinə  əsasən,  hökmün  və  ya  məhkəmənin  digər  yekun  qərarının 

icrası qaydasında məsələlərə dair müraciətlərə onlar məhkəməyə daxil 

olduqdan  sonra  10  (on)  gündən  gec  olmayaraq  məhkəmə  iclasında 

baxılmalıdır.  Göstərilən  məhkəmə  iclasında  məhkum  və  onun 

müdafiəçisi  və  ya  qanuni  nümayəndəsi,  hökmün  və  ya  məhkəmənin 

digər yekun qərarının icra edilməsi vəzifəsi üzərinə qoyulmuş müəssisə 

və ya orqanın nümayəndəsi, prokuror iştirak edə bilərlər. Eyni zamanda, 

qanunda xüsusi olaraq qeyd edilir ki, CPM ilə müəyyən edilmiş hallarda 

hökmün  və  ya  məhkəmənin  digər  yekun  qərarının  icrası  ilə  əlaqədar 

məsələlərə  baxılması  üzrə  məhkəmə  iclasında  müdafiəçinin  iştirakı 

məcburidir. 

Bundan  başqa,  məhkumun  xəstəliyə  görə  cəzadan  azad  edilməsi, 

yaxud  onun  xəstəxanaya  yerləşdirilməsi  məsələsinə  dair  və  məsələ 

mülki iddiaya aid olduqda məhkəmə iclasına, həmçinin müvafiq olaraq 

rəy vermiş həkim komissiyanın nümayəndəsi, mülki iddiaçı və ya onun 

nümayəndəsi  çağnla  bilər.  Bununla  yanaşı,  haqqında  söhbət  gedən 

məhkəmə 



XX FƏSİL XÜSUSİ İCRAA TLAR 

323 

İclasında hakim ifadələri dinləmək, müraciətdə göstərilən hallan təsdiq 

və  ya  təkzib  edən  şəxsləri  çağınb  dindirmək,  müraciətin  əsaslılığının 

yoxlanılması  üçün  zəruri  olan  sənəd  və  maddi  sübutlan  tələb  etmək 

səlahiyyətinə  malikdir.  Lakin  bununla  əlaqədar  qanunvericilikdə  belə 

bir  müddəa  da  nəzərdə  tutulmuşdur  ki,  müdafiəçinin  iştirakı  məcburi 

olan hallar istisna edilməklə, müraciətin baxılma yeri və vaxtı haqqında 

vaxtında  məlumatlandınimış  yuxanda  sadalanan  şəxslərin  məhkəmə 

iclasına gəlməməsi məhkəmə iclasının keçirilməsinə mane olmur. 

Hökmün və ya məhkəmənin digər yekun qərannm icrası qaydasında 

məsələlər  üzrə  məhkəmə  iclasında  hakim  baxılan  müraciəti  elan  edir, 

proses  iştirakçılannm  səlahiyyətlərini  yoxlayır,  onlara  hüquq  və 

vəzifələrini  izah  edir.  Bundan  sonra  müraciət  etmiş  şəxs  və  ya  onun 

nümayəndəsi  müraciəti  şifahi  əsaslandınr,  hakimin  və  məhkəmə 

iclasının digər iştirakçılannm suallanna cavab verir. Məhkəmə iclasında 

müraciətlə mənafeyinə toxunulan şəxslər, habelə onlann müdafiəçiləri 

və nümayəndələri iştirak etdikdə, onlara da izahat vermək və etirazlannı 

bildirmək üçün çıxış etməyə imkan yaradılır. Ümumiyyətlə, məhkəmə 

iclasında  iştirak  edən  şəxslər  baxılan  məsələlər  üzrə  çıxış  edir  və 

hakimin icazəsi ilə təqdim olunmuş sübutların tədqiqində iştirak edirlər. 

Sonda prokuror öz yekun sözündə məhkəməyə müraciətin təmin və ya 

rədd  edilməsini  təklif  edir.  Bütün  bunlardan  sonra,  hakim  CPM-in, 

cinayət  və  digər  qanunlannm  tələblərinə  müvafiq  olaraq,  müraciətin 

təmin  və  ya  rədd  edilməsi  barədə  qərar  çıxanr  və  onu  iştirak  edən 

şəxslərə  elan  edir.  Məhkəmənin  bu  qəranndan  CPM-də  nəzərdə 

tutulmuş qaydada, apellyasiya  və  ya kassasiya şikayəti,  yaxud protest 

verilə bilər. 

Azərbaycan  Respublikası  cinayət-prosessual  qanunvericiliyində 

xarici  dövlətlərin  məhkəmələrinin  hökmlərinin  və  ya  digər  yekun 

qərarlarının  icrası  qaydası  da  nəzərdə  tutulmuşdur.  Belə  ki, 

Cinayət-Prosessual  Məcəllənin  521-ci  maddəsinə  müvafiq  olaraq, 

Azərbaycan 

Respublikasının 

məhkəmələri 

xarici 

dövlətlərin 



məhkəmələrinin  hökmlərinin  və  ya  digər  yekun  qərarlarının  icrası 

məsələlərinə  CPM-  in  Azərbaycan  Respublikasının  cinayət  və  digər 

qanunlannm,  habelə  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı 

beynəlxalq müqavilələrin müddəalanna müvafiq olaraq baxırlar. 




Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   258   259   260   261   262   263   264   265   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə