MüƏllifdən II


XX FƏSİL XÜSUS! İCRAA TLAR



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə239/266
tarix14.02.2018
ölçüsü6,32 Mb.
#26864
1   ...   235   236   237   238   239   240   241   242   ...   266

XX FƏSİL XÜSUS! İCRAA TLAR 

7SB 


cəlləsinin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli anlaqsız vəziyyətdə 

törətmiş şəxslərə, cinayət törətdikdən sonra cəzanın təyin edilməsini və 

ya  onun  icrasını  istisna  edən  psixi  xəstəliyə  düçar  olmuş  şəxslərə, 

cinayət  törətmiş  və  anlaqlılığı  istisna  etməyən  psixi  pozuntu 

vəziyyətində  olan  şəxslərə,  cinayət  törətmiş,  alkoqolizmdən  və  ya 

narkomaniyadan  müalicəyə  ehtiyacı  olan  şəxslərə  təyin  edilə  bilər. 

CM-in  93-cü  maddəsində  nəzərdə  tutulmuş  şəxslərə  tibbi  xarakterli 

məcburi tədbirlər o halda təyin edilir ki, psixi pozuntu şəxsin özünə və 

ya başqa şəxslərə zərər yetirilməsi təhlükəsi yaradır. Yuxanda sadalanan 

və öz psixi vəziyyətinə görə təhlükə törətməyən şəxslər barəsində zəruri 

materiallar  həmin  şəxslərin  müalicə  olunması  üçün  və  ya  onlann 

psixonevrolo-  ji  müəssisələrə  göndərilməsi  üçün  səhiyyə  orqanlanna 

verilir. 

Qanunvericilikdə  konkret  olaraq  izah  edilir  ki,  tibbi  xarakterli 

məcburi tədbirlərin tətbiq edilməsi yalnız bir məqsəd daşıyır - o da CM- 

in 93-cü maddəsində göstərilən şəxslərin müalicə olunması və ya psixi 

vəziyyətinin  yaxşılaşdırılmasından,  habelə  həmin  şəxslər  tərəfindən 

yeni cinayət törədilməsinin qarşısının alınmasından ibarətdir. 

Qeyd  olunan  tədbirlərin  cəza  növü  olmamasına  baxmayaraq,  bu 

yalnız  məhkəmə  tərəfindən  həyata  keçirildiyi  üçün,  həmin  tədbirlərin 

tətbiq  edilməsinin  qaydaları  cinayət-prosessual  qanunvericilik  ilə 

nizama salınır. Lakin tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi 

üzrə mühakimə üsulu cinayət mühakimə icraatının ümumi qaydala- nna 

müvafiq  olaraq  aparılsa  da  özünəməxsus  bir  sıra  xüsusiyyətlərə 

malikdir. Məhz buna görə də bu tədbirlərin tətbiq edilməsi üzrə icraatın 

həyata keçirilməsinin xüsusiyyətlərinə CPM-in iki fəsli həsr edilmişdir. 

Belə  ki,  CPM-in  55-ci  fəslində  anlaqsız  vəziyyətdə  cinayət  törətmiş 

şəxslər  barəsində  tibbi  xarakterli  məcburi  tədbirlərin  tətbiq  edilməsi 

üzrə  icraatdan  və  56-cı  fəsildə  isə  cinayət  törətdikdən  sonra  psixi 

xəstəliyə tutulmuş şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin 

tətbiq edilməsi üzrə icraatdan bəhs edilir. 

CM-in  95-ci  maddəsinə  müvafiq  olaraq,  məhkəmə  aşağıdakı  tibbi 

xarakterli  məcburi  tədbirlərdən  birini  təyin  edə  bilər:  a)  məcburi 

ambulatoriya  müşahidəsi  və  psixiatr  müalicəsi;  b)  ümumi  tipli 

psixiatriya  stasionarlarında  məcburi  müalicə;  c)  ixtisaslaşdırılmış 

psixiatriya  stasionarlarında  məcburi  müalicə;  ç)  ixtisaslaşdırılmış 

psixiatriya  stasio-  narlannda  intensiv  müşahidə  altında  məcburi 

müalicə. 




 

Mirağa Cəfərqiıliyev 

Cinayət-prosessual  qanunvericilikdə  tibbi  xarakterli  məcburi 

tədbirlərin  tətbiq  edilməsinin  əsaslan  da  müəyyən  edilmişdir.  Belə 

əsaslara: a) cinayət qanununda nəzərdə tutulan ictimai-təhlükəli əməlin 

mövcud  olması;  b)  həmin  şəxs  tərəfindən  ictimai-təhlükəli  əməlin 

törədilməsi;  c)  şəxsdə  ruhi  xəstəliyin  mövcud  olması  və  bunun 

nəticəsində  cinayət  törədərkən  öz  hərəkətlərini  ölçüb-biçmək  və  ya 

idarə etmək imkanında olmaması; ç) etmiş olduğu cinayətin xarakterinə 

və xəstəliyinin vəziyyətinə görə şəxsin cəmiyyət üçün təhlükəli olması 

aiddir. 


Məhkəmə praktikasının öyrənilməsi göstərir ki, məcburi müalicənin 

təyin  edilməsi  heç  də  bütün  hallarda  vacib  deyildir.  İctimai-təhlükəli 

əməlin anlaqsız və ya cinayəti törətdikdən sonra xəstəliyə tutulmuş şəxs 

tərəfindən  edildiyi  hər  bir  halda  bu  məsələni  həll  edərkən  əməlin  və 

bunu etmiş şəxsin ictimai-təhlükəlilik dərəcəsi nəzərə alınmalıdır. 

Tibbi  xarakterli  məcburi  tədbirlərin  tətbiq  edilməsi  üzrə  icraatın 

xüsusiyyətləri. Tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi işləri 

üzrə cinayət işi, bir qayda olaraq, edilmiş cinayət faktına görə başlanır. 

Hüquq  ədəbiyyatında  çox  düzgün  olaraq  qeyd  edilir  ki,  hətta  cinayət 

işini  başlama  ərəfəsində  cinayətin  ruhi  xəstə  tərəfindən  edilməsi 

haqqında məlumat daxil olduqda belə cinayət işi başlamağı rədd etmək 

olmaz.  Anlaqsızlıq  faktını  və  ya  cinayət  etdikdən  sonra  şəxsin  ruhi 

xəstəliyə tutulmasını yalnız istintaq prosesində məhkəmə  - psixiatriya 

ekspertizası təyin etməklə müəyyən etmək mümkündür. Bundan başqa, 

ibtidai  istintaq  prosesində  tibbi  xarakterli  məcburi  tədbirin  təyin 

edilməsi  məsələsini  həll  etmək  üçün  mühüm  əhəmiyyətə  malik  olan 

bütün digər hallar da aydınlaşdırılmalıdır. 

Anlaqsız vəziyyətdə və ya sonradan ruhi xəstəliyə tutulmuş şəxslər 

tərəfindən  törədilmiş  cinayətlər  üzrə  məhkəməyədək  icraat  ibtidai 

istintaq  şəklində  apanlır.  ibtidai  istintaq  prosesində  barəsində  tibbi 

xarakterli  məcburi  tədbirlərin  tətbiq  edilməsi  haqqında  iş  üzrə  icraat 

başlanmış  şəxslərin  işləri  üzrə  aşağıdakılar  mütləq  müəyyən 

edilməlidir:  1)  onun  tərəfindən  cinayət  qanunu  ilə  nəzərdə  tutulmuş 

əməlin törədildiyi yer, vaxt, üsul və digər hallar; 2) əməlin həmin şəxs 

tərəfindən  törədilməsi;  3)  əməl  törədilənədək  həmin  şəxsdə  psixi 

xəstəliyin olması, əməlin törədildiyi anda və ondan sonra araşdırmanın 

apaniması  zamanı  xəstəliyin  dərəcəsi  və  xarakteri;  4)  həmin  şəxsin 

əməli  törədənədək  və  ondan  sonrakı  davranışı;  5)  vurulmuş  zərərin 

xarakteri və məbləği. 



Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   235   236   237   238   239   240   241   242   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə