MüƏllifdən II


XX FƏSİL XÜSUSİ İCRAA TLAR



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə237/266
tarix14.02.2018
ölçüsü6,32 Mb.
#26864
1   ...   233   234   235   236   237   238   239   240   ...   266

XX FƏSİL XÜSUSİ İCRAA TLAR 

sız  çıxarılmasına  səbəb  olan,  məhkəməyə  işin  istintaqı  və  məhkəmə 

baxışı zamanı məlum olmayan yeni hallar hesab olunduğu halda, kas- 

sasiya və əlavə kassasiya qaydasında işə yenidən baxılması üçün əsaslar 

isə iş materiallarının özündən müəyyən edilir. 

Yuxanda göstərilən fərqlər kassasiya və əlavə kassasiya qaydasında 

icraatla  yanaşı  yeni  açılmış  hallar  üzrə  icraatı  da  cinayət  prosesində 

xüsusi və müstəqil bir mərhələ kimi müəyyən edir. Yeni açılmış hallar 

üzrə  icraat  Cinayət-Prosessual  Məcəllədə  «Xüsusi  icraatlar»  fəslinə 

daxil edilsə də, əslində, o, cinayət prosesinin müstəqil mərhələsi hesab 

olunur.  Məhz  buna  görə  də  biz  onu  «Azərbaycan  Respublikasının 

cinayət  prosesi»  kursu  üzrə  proqramda  da  müstəqil  mərhələ  kimi 

göstərmişik. Yeni açılmış hallar üzrə işlərə  baxılması üçün həmin işə 

apellyasi-  ya,  kassasiya  və  ya  əlavə  kassasiya  qaydasında 

baxılıb-baxılmamasının  heç  bir  əhəmiyyəti  və  ya  maneçiliyi  yoxdur. 

Beləliklə, iş üzrə qanuni qüvvəyə minmiş hökmlər, qərarlar və  yuxan 

məhkəmələrin sonrakı bütün qərarları bu icraatın predmetini təşkil edə 

bilər. Buradan belə bir nəticəyə gəlmək olar ki, qanunvericilik qanuni 

qüvvəyə  minmiş  məhkəmə  hökmlərinə  və  qərarlarına  yenidən 

baxılmasının bu üç formasında bir-birindən fərqlənən xüsusi qaydalar 

müəyyən etdiyi üçün yeni açılmış hallar üzrə işlərə baxılması haqqında 

məsələ  kassasiya  və  əlavə  kassasiya  qaydasında  icraatın  predmetini 

təşkil edə bilməz. 

Məhkəmənin  hökm  və  ya  qərarlarına  yeni  açılmış  hallar  üzrə 

baxılmasının 

əsasları 

və 

müddətləri. 



Cinayət-prosessual 

qanunvericilikdə  məhkəmənin  hökm  və  ya  qərarlarına  yeni  açılmış 

hallar  üzrə  baxılması  üçün  konkret  olaraq  həm  əsaslar  və  həm  də 

müddətlər  göstərilmişdir.  CPM-in  461-ci  maddəsinə  müvafiq  olaraq, 

həmin əsaslar aşağıdakılardır: 

1)

 



düzgün olmayan (səhv) hökm və  ya qərann çıxanlmasma səbəb 

olan  zərər  çəkmiş  şəxsin,  şahidin  bilə-bilə  yalan  ifadə  verməsi, 

ekspertin  bilə-bilə  yalan  rəy  verməsi,  tərcüməçinin  bilə-bilə  yalan 

tərcümə  etməsi,  maddi  sübutların,  istintaq  və  məhkəmə  hərəkəti 

protokollarının  və  digər  sənədlərin  saxtalığının  məhkəmənin  qanuni 

qüvvəyə minmiş hökm və ya qəran ilə müəyyən edilməsi

2)

 

cinayət işi,  məhkəməyədək  sadələşdirilmiş icraat  materiallan  və 



ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat zamanı təhqiqatçının, 

müstəntiqin, prokurorun və ya hakimin məhkəmənin qanuni qüvvəyə 




Mirağa Cəfərquliyev 

minmiş  hökm  və  ya  qəran  ilə  müəyyən  edilmiş  sui-istifadələrinin 

düzgün olmayan (səhv) hökm və ya qərann çıxanimasına səbəb olması; 

3)

 



özü-özlüyündə  və  ya  əvvəllər  müəyyən  edilmiş  digər  hallarla 

birlikdə  məhkumun  təqsirsizliyinə  və  ya  onun  məhkum  olunduğu 

cinayət  əməlindən  ağırlıq  dərəcəsinə  görə  fərqlənən  cinayət 

törətməsinə,  yaxud  bəraət  almış  və  ya  barəsində  cinayət  işi,  digər 

materiallar üzrə icraata xitam verildiyi şəxsin təqsirliliyinə dəlalət edən, 

hökm  və  ya  qərarın  çıxaniması  zamanı  məhkəməyə  və  cinayət 

prosesinin tərəflərinə məlum olmayan digər hallar. 

Şahid  ifadələrinin,  ekspert  rəyinin  və  ya  tərcümənin  açıqcasına 

yalan olması, habelə maddi sübutların və sənədlərin saxtalığı işin yeni 

açılmış hallar üzrə baxılması üçün o hallarda əsas ola bilər ki, məhkəmə 

hökmü və ya qərarı həmin sübutlara əsaslanmış olsun və ya məhkəmə 

cəzanın növünü və həcmini müəyyən edərkən bu sübutlan nəzərə almış 

olsun.  Əks  halda  belə  sübutlar  işə  yeni  açılmış  hallar  üzrə  baxılması 

üçün əsas sayıla bilməz. 

Hakimlərin öz vəzifələrindən cinayətkarcasına sui-istifadə etmələri - 

hakimlər tərəfindən tamah məqsədi ilə və ya sair şəxsi maraqlarına görə 

bilə-bilə ədalətsiz hökm və ya qərar çıxarmalanm nəzərdə tutur (CM-in 

295-ci  mad.).  Prosessual  sənədləri  saxtalaşdırma,  maddi  sübutları 

yararsız şəklə salma, bilə-bilə işə saxta sənədlər əlavə etmə əsassız və 

qanunsuz  hökm  və  ya  qərar  çıxarılmasına  səbəb  olduqda  da  bu 

hakimlərin öz vəzifələrindən cinayətkarcasına sui-istifadə etmələri kimi 

başa düşülməlidir (CM-in 294-cü mad.). 

İş  üzrə  istintaq  və  ya  təhqiqat  aparan  şəxsin  öz  vəzifəsindən 

sui-istifadə etməsi bilə-bilə təqsiri olmayan şəxsin tamah məqsədi ilə və 

ya  sair  şəxsi  maraqlara  görə  təhqiqat  aparan  şəxs,  müstəntiq  və  ya 

ibtidai  araşdırmaya  prosessual  rəhbərliyi  həyata  keçirən  prokuror 

tərəfindən cinayət məsuliyyətinə cəlb edilməsi və bunun məhkəmənin 

əsassız və qanunsuz hökm çıxarmasına səbəb olması, yaxud təhqiqatın 

və  ya  ibtidai  istintaqın  qəsdən  düzgün  apanlmaması  nəticəsində 

məhkəmənin  məhkum  olunana  edilmiş  cinayətin  ağırlığına  uyğun 

olmayan yüngül cəza, yaxud daha ağır cəza təyin etməsi, yaxud təqsiri 

olan  şəxs  barəsində  bəraət  hökmü  çıxarması,  habelə  prosessual 

sənədləri  saxtalaşdırma,  maddi  və  digər  sübutlann  keyfiyyətini 

dəyişdirmə və  ya bunlan  yararsız hala salma, bilə-bilə saxta sənədləri 

işə əlavə etmə və buna oxşar 



XX FƏSİL XÜSUSİ İCRAA TLAR 



m

 

sair hallann mövcud olması və bunlann məhkəmə tərəfindən əsassız və 



qanunsuz  hökm  (qərar)  çıxan  İmasına  səbəb  olması  təhqiqat  və  ya 

ibtidai  istintaq  aparan  şəxsin  öz  vəzifəsindən  cinayətkarcasına 

sui-istifadə  etməsi  kimi  qiymətləndirilməlidir  (CM-in  293  və  294-cü 

mad.). 


Cinayət-Prosessual  Məcəllənin  462-ci  maddəsinə  əsasən,  yeni 

açılmış  hallar  üzrə  aşağıdakı  qanuni  qüvvəyə  minmiş  hökm  və  ya 

məhkəmənin digər qərarlarına baxıla bilər: 1) ittiham hökmü; 2) bəraət 

hökmü; 3) cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraat materialları 

və  ya  xüsusi  ittiham  qaydasında  şikayət  üzrə  icraata  xitam  verilməsi 

haqqında  qərar;  4)  tibbi  xarakterli  məcburi  tədbirlərin  tətbiq  edilməsi 

haqqında  qərar;  5)  tərbiyəvi  xarakterli  məcburi  tədbirlərin  tətbiq 

edilməsi haqqında qərar. 

Qanunvericilikdə yeni açılmış hallar üzrə məhkəmənin hökm və ya 

qərarlarına  baxmaq  hüququ  olan  məhkəmə  kimi  yalnız  Azərbaycan 

Respublikası Ali Məhkəməsinin Plenumu göstərilmişdir. 

Yeni  açılmış  hallar  üzrə  məhkəmənin  hökm  və  ya  qərarlarına 

baxılması müddətləri baxılmanın motivləri və məqsədindən asılı olaraq 

fərqlənirlər. 

Yeni  açılmış  hallarla  əlaqədar  məhkəmənin  hökm  və  ya  qərarına 

baxılması üçün icraatın başlanmasına səbəb kassasiya şikayəti, kassa- 

siya protesti və ya təqdimat vennək hüququ olan şəxsin yazılı müraciəti 

ola bilər. Bu ərizə yazılı şəkildə CPM-in 412-ci maddəsi ilə kassasiya 

şikayətlərinin  və  ya  kassasiya  protestlərinin  verilməsi  üçün  müəyyən 

edilmiş qaydada verilir. 

Qanunda konkret olaraq göstərilir ki, yeni açılmış hallarla əlaqədar 

ittiham  hökmünə  məhkumun  xeyrinə  baxılması  haqqında  ərizənin 

verilmə müddəti məhdudlaşdırılmır. Lakin bəraət hökmünə bəraət almış 

şəxsin, habelə ittiham hökmünə məhkumun vəziyyətinin pisləşməsi ilə 

nəticələnə  biləcək  yenidən  baxılması  haqqında  ərizənin  verilməsinə 

müvafiq  halların  müəyyən  edildiyi  və  ya  müraciət  etmiş  şəxsin  yeni 

açılmış hallar barədə məlumat aldığı andan 12 (on iki) ay müddətində 

yol verilir. Eyni zamanda, qanunda, həmçinin qeyd olunur ki, yenidən 

baxılma  haqqında  məsələ  məhkumun  bəraət  alması  məqsədilə 

qoyulduqda  həmin  məhkumun vəfat etməsi  məhkəmənin hökm və  ya 

qərarına  yeni  açılmış  hallar  üzrə  baxılmasına  mane  olmur.  Bu  halda 

yeni açılmış hallar üzrə məhkəmənin hökm və ya qəranna baxılması 




Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   233   234   235   236   237   238   239   240   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə