MüƏllifdən II


XX FƏSİL XÜSUSİ İCRAA TLAR



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə233/266
tarix14.02.2018
ölçüsü6,32 Mb.
#26864
1   ...   229   230   231   232   233   234   235   236   ...   266

XX FƏSİL XÜSUSİ İCRAA TLAR 

Həbs  qismində  qətimkan  tədbirinin  seçilməsinin  və  ya  həbsdə 

saxlama  müddətinin  uzadılmasının  rədd  edilməsi  haqqında  hakimin 

qərarı  elan  edildikdən  dərhal  sonra,  ibtidai  araşdırmaya  prosessual 

rəhbərliyi  həyata  keçirən  prokuror  məhkəmənin  qəran  ilə  razı 

olmadığını  və  həmin  qərardan  apellyasiya  instansiyası  məhkəməsinə 

protest verəcəyini bildirdikdə, hakim öz qəranna təqsirləndirilən şəxsin 

müvəqqəti olaraq 7 (yeddi) gün müddətində ev dustaqlığı və ya həbsdə 

saxlanılması barədə müddəa ilə əlavə edir. 

Qanunda  aydın  şəkildə  şərh  edilmişdir  ki,  istintaq  hərəkətinin 

məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi 

və ya əməliyyat-axtanş tədbirinin həyata keçirilməsi məsələləri ilə bağlı 

hakimin qərarının  surəti həmin  qərar  çıxanidıqdan  3 (üç) gündən  gec 

olmayaraq  vəsatət  vermiş  şəxsə,  ibtidai  araşdırmaya  prosessual 

rəhbərliyi  həyata  keçirən  prokurora,  təqsirləndirilən  şəxsin  həbsdə 

saxlanılma yerinin müdiriyyətinə və müvafiq xahiş olduqda, barəsində 

istintaq hərəkətinin aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq 

edilməsi məsələlərinin baxıldığı şəxsə göndərilir. 

Məhkəmə  nəzarətini  həyata  keçirən  məhkəməyə  cinayət  prosesini 

həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlann- dan 

şikayət verilə bilər. Belə şikayətə onun daxil olduğu andan 10 (on) gün 

müddətində  qapalı  məhkəmə  iclasında  hakim  tərəfindən  təkbaşına 

baxılır.  Hakim  cinayət  prosesini  həyata  keçirən  orqanın  prosessual 

hərəkətlərinin və ya qərarlannm qanuni və əsaslı olub-olmaması barədə 

qərar çıxanr və məhkəmə iclasında iştirak edən şəxslərə dərhal elan edir. 

Adı  çəkilən  qərann  surəti  qərar  çıxanidıqdan  sonra  3  (üç)  gün 

müddətində müvafiq şəxslərə göndərilir. 

Cinayət-prosessual  qanunvericilikdə  həbs  qismində  qətimkan 

tədbirinin  seçilməsi  və  ya  bundan  imtina  barədə  hakimin  qəranndan 

şikayətin  və  ya  protestin  verilməsi  məsələləri  çox  ətraflı  şəkildə  şərh 

edilmişdir. Bu, belə də olmalıdır, çünki ən çox şikayət və protestlərin 

verilməsi həbs qismində qətimkan tədbirinin seçilməsi ilə bağlıdır. 

Beləliklə, CPM-in 452-ci maddəsinə əsasən, elan olunduqdan sonra 

3 (üç) gün müddətində həbs qismində qətimkan tədbirinin seçilməsi və 

ya  bundan  imtina  barədə,  habelə  həbsdə  saxlama  müddətinin 

uzadılması,  yaxud  bundan  imtina  barədə  hakimin  qəranndan  ibtidai 

araşdırmaya  prosessual  rəhbərliyi  həyata  keçirən  prokuror  tərəfindən 

protest. 




 

Mirağa Cafərquliyev 

təqsirləndirilən  şəxs,  onun  müdafiəçisi  və  ya  qanuni  nümayəndəsi, 

habelə zərər çəkmiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi 

tərəfindən isə şikayət bilavasitə apellyasiya instansiyası məhkəməsinə, 

qərarı qəbul etmiş məhkəmənin vasitəsilə və ya həbsdə saxlanılma yeri 

müdiriyyətinin vasitəsilə (yalnız şikayətlə bağlı) verilə bilər. Protest və 

ya  şikayəti  almış  apellyasiya  instansiyası  məhkəməsi  təxirə  salmadan 

birinci  instansiya  məhkəməsindən  həbsə  və  ya  həbsdə  saxlama 

müddətinin uzadılmasına  dair  məsələnin  baxılmasına aid olan  materi- 

allan  və  ibtidai  araşdırmaya  prosessual  rəhbərliyi  həyata  keçirən 

prokurordan  həbsin  tətbiqinin  və  ya  həbsdə  saxlama  müddətinin 

uzadılmasının zəruriliyini təsdiq edən materiallan tələb etməlidir. 

Bütün bunlardan sonra, həbs qismində qətimkan tədbirinin seçilməsi 

və  ya  bundan  imtina  barədə,  habelə  həbsdə  saxlama  müddətinin 

uzadılması, yaxud bundan imtina barədə hakimin qəranndan şikayətin 

və ya protestin alındığı gündən sonra 3 (üç) gün müddətində apellyasiya 

instansiyası  məhkəməsi,  barəsində  şikayət  verilmiş  qərarın 

qanuniliyinin  və  əsaslılığının  yoxlanılmasına  dair  məhkəmə  iclasını 

keçirməlidir.  Bu  məsələyə  apellyasiya  instansiyası  məhkəməsində 

qapalı məhkəmə iclasında 3 (üç) hakimdən ibarət tərkibdə baxılır. 

Hakimlər  məhkəmə  iclasının  iştirakçılanna  dəqiqləşdirmə  üçün 

zəruri  olan  suallan  verdikdən  sonra  yerində  məsləhətlər  apanb  qərar 

qəbul  edirlər.  Məhkəmə  iclasında  sədrlik  edən  qəbul  olunmuş  qəran 

məhkəmə  iclasında  iştirak  edən  şəxslərə  elan  edir.  Bu  məsələ  ilə 

əlaqədar  apellyasiya  instansiyası  məhkəməsi  aşağıdakı  qərarlardan 

birini  qəbul  edir:  1)  birinci  instansiya  məhkəməsinin  qərannm 

dəyişdirilmədən  saxlanılması  barədə;  2)  həbs  qismində  qətimkan 

tədbirinin  seçilməsi  barədə  qərann  ləğv  edilməsi  və  təqsirləndirilən 

şəxsin  həbsdən  azad  edilməsi  barədə;  3)  həbs  qismində  qətimkan 

tədbirinin seçilməsindən imtina barədə hakimin qərannm ləğv edilməsi 

və  təqsirləndirilən  şəxs  barəsində  qətimkan  tədbiri  kimi  həbsin 

seçilməsi  barədə;  4)  həbsdə  saxlama  müddətinin  uzadılması  barədə 

hakimin qərannm ləğv edilməsi və təqsirləndirilən şəxsin həbsdən azad 

edilməsi barədə; 5) həbsdə saxlama müddətinin uzadılmasından imtina 

barədə hakimin qərannm ləğv edilməsi və həbsdə saxlama müddətinin 

uzadılması  barədə.  Çox  düzgün  olaraq  qanunda  qeyd  edilir  ki,  həbs 

qismində  qətimkan  tədbirinin  seçilməsi,  habelə  təqsirləndirilən  şəxsin 

həbsdə saxlama müddətinin 




XXFƏSİL XÜSUSİ İCRAATLAR 

uzadılmasının  qanuniliyini  və  əsaslılığını  təsdiq  edən  materiallar 

məhkəmə  iclasına  təqdim  edilmədiyi  halda  apellyasiya  instansiyası 

məhkəməsi  müvafiq  qərann  ləğv  edilməsi  və  təqsirləndirilən  şəxsin 

həbsdən azad edilməsi haqqında qərar çıxanr (CPM-in 453.7-ci mad.). 

Apellyasiya instansiyası məhkəməsinin qərannm surəti həmin qərar 

qəbul  edildikdən  sonra  3  (üç)  gün  müddətində  şikayət  vermiş  şəxsə, 

ibtidai  araşdırmaya  prosessual  rəhbərliyi  həyata  keçirən  prokurora  və 

təqsirləndirilən  şəxsin  həbsdə  saxlanılma  yerinin  müdiriyyətinə 

göndərilir. Həbsdə saxlanılma yerinin müdiriyyəti təqsirləndirilən şəxs 

barəsində  həbs  qismində  qətimkan  tədbirinin  seçilməsi  və  ya  həbsdə 

saxlama müddətinin uzadılması barədə qərarın ləğv edilməsi haqqında 

apellyasiya  instansiyası  məhkəməsinin  qərannı  aldıqdan  dərhal  sonra 

təqsirləndirilən şəxsi həbsdən azad etməlidir. 

Cinayət-prosessual qanunvericilikdə birmənalı şəkildə izah edilir ki, 

apellyasiya  instansiyası  məhkəməsi  tərəfindən  hakimin  qanuniliyi  və 

əsaslılığı artıq yoxlanılmış qərarından şikayətə və ya protestə təkrarən 

baxılmasına yol verilmir. 

Məhkəmə  nəzarətinin  həyata  keçirilməsi  qaydasında  hakimin 

çıxardığı  digər  qərarlardan  şikayət  və  ya  protest  verilməsi  və  onlann 

qanuniliyinin və  əsaslılığının  yoxlanılması da CPM-in 452 və  453-cü 

maddələrində nəzərdə tutulmuş prosessual qaydada yerinə yetirilir. 

§ 2. Hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar 

üzrə icraat 

Cinayət  prosesinin  iştirakçıları  Azərbaycan  Respublikasının 

Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 1-7 - ci bəndləri ilə 

nə-  zərədə  tutulmuş  qaydada  normativ-hüquqi  aktın  Konstitusiyaya 

uyğunluğunun  yoxlanılması  barədə  Azərbaycan  Respublikasının 

Konstitusiya  Məhkəməsinə  sorğu  göndərilməsi  haqqında  Azərbaycan 

Respublikası Ali Məhkəməsinin Plenumuna vəsatət verə bilərlər. Lakin 

bununla bağlı qeyd etmək lazımdır ki, hüquq və azadlıqların pozulması 

ilə  bağlı  yeni  hallar  üzrə  icraat  təkcə  Ali  Məhkəmənin  yox,  eyni 

zamanda Konstitusiya Məhkəməsinin məhkəmələrin müraciəti və ya 



Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   229   230   231   232   233   234   235   236   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə