MüƏllifdən II


XX FƏSİL XÜSUSİ İCRAA TLAR



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə240/266
tarix14.02.2018
ölçüsü6,32 Mb.
#26864
1   ...   236   237   238   239   240   241   242   243   ...   266

XX FƏSİL XÜSUSİ İCRAA TLAR 

 

Anlaqsız vəziyyətdə və ya sonradan ruhi xəstəliyə tutulmuş şəxslər 



tərəfindən  edilmiş  ictimai-təhlükəli  əməllər  haqqında  işin  istintaqı 

ibtidai istintaq qaydalarına müvafiq olaraq aparılsa da, özünəməxsus bir 

sıra xüsusiyyətlərə malikdir. Əvvəla, cinayət işinin ibtidai araşdınlma- 

sı  zamanı  iştirakçılardan  hər  hansının  cinayət  qanunu  ilə  nəzərdə 

tutulmuş  əməlin  törədildiyi  anda  anlaqsız  vəziyyətdə  olması  və  ya 

cinayət etdikdən sonra ruhi xəstəliyə tutulması faktı müəyyən edildikdə, 

tibbi  xarakterli  məcburi  tədbirlərin  tətbiq  edilməsi  üzrə  iş  cinayət 

işindən aynca icraata ayrılır. Tibbi xarakterli məcburi tədbirlərin tətbiq 

edilməsi barədə iş üzrə müdafiəçinin iştirakı işin başlandığı və ya aynca 

icraata ayrıldığı andan məcburidir. Bundan başqa, qanunda göstərildiyi 

kimi,  barəsində  tibbi  xarakterli  məcburi  tədbirlərin  tətbiq  edilməsinə 

dair  icraat  apanlan  şəxslərin  işləri  üzrə  işdə  iştirak  etmək  üçün 

müstəntiqin,  ibtidai  araşdırmaya  prosessual  rəhbərliyi  həyata  keçirən 

prokurorun  və  ya  məhkəmənin qəran ilə qanuni nümayəndə qismində 

yaxın qohumları, həyat yoldaşlan və göstərilən şəxsin olduğu müalicə 

müəssisəsinin nümayəndəsi cəlb edilə bilərlər (CPM-in 472-ci mad.). 

Barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə 

iş üzrə icraat aparılan şəxs təqsirləndirilən şəxsin bütün hüquqlarından 

istifadə  edir.  Xəstəliyin dərəcəsindən  və  xarakterindən  asılı olaraq, 

0



hansı  ictimai-təhlükəli  əməlin  törədilməsinin  ona  istinad  edildiyini 

bilmək,  müstəntiqin  icazəsi  ilə  istintaq  hərəkətlərinin  aparılmasında 

iştirak etmək, özünün  iştirak etdiyi istintaq hərəkətlərinin protokolları 

ilə tanış olmaq və onlardakı qeydlərin düzgünlü)ninə və tamlığına dair 

öz qeydlərini bildirmək, vəsatət vermək və etirazlar bildirmək, iş üzrə 

icraat  qurtardıqdan  sonra  işin  bütün  materialları  ilə  tanış  olmaq  və 

onlardan həcminə məhdudiyyət qoyulmadan istənilən çıxanşlan etmək, 

tibbi  xarakterli  məcburi  tədbirlərin  tətbiq  edilməsi  üçün  işin 

məhkəməyə  göndərilməsi  haqqında  qərarların  surətlərini  almaq, 

məhkəmə  baxışında,  sübutların  tədqiqində  iştirak  etmək,  məhkəmə 

iclasının  protokolu  ilə  tanış  olmaq  və  ona  qeydlər  etmək  hüquqlarına 

malikdir. 

Anlaqsız vəziyyətdə və ya sonradan ruhi xəstəliyə tutulmuş şəxslər 

barəsində  zəruri  hallarda  qətimkan  tədbiri  əvəzinə  aşağıdakı 

təhlükəsizlik tədbirləri tətbiq edilə bilər: 1) cinayət qanunu ilə nəzərdə 

tutulmuş əməli törətmiş və ətrafdakılar üçün təhlükə törətməyən şəxsin 

anlaqsız vəziyyətdə olması faktının müəyyən edildiyi andan - sə- 



(35! 

Mirağa Cəfdrqııliyev 

hiyyə orqanlanna bildirməklə xəstəni qohumlannm, himayəçilərinin və 

qəyyumlarının  nəzarəti  altına  vermək;  2)  müstəntiqin,  ibtidai 

araşdırmaya  prosessual  rəhbərliyi  həyata  keçirən  prokurorun  və  ya 

məhkəmənin  əsaslandırılmış  qərarı  əsasında  -  xəstəni  xüsusi  tibb 

müəssisəsinə (psixiatriya stasionanna) yerləşdirmək. 

Qanunvericilikdə,  eyni  zamanda,  qeyd  edilir  ki,  xüsusi  tibb 

müəssisəsinə  (psixiatriya  stasionarına)  yerləşdirilməsinə  cinayət 

qanunu  ilə  nəzərdə  tutulmuş  əməli  törətmiş  və  ətrafdakılar  üçün 

təhlükəli  olan  şəxsin  anlaqsız  vəziyyətdə  olması  faktının  müəyyən 

edildiyi  andan  və  onun  mühafizəsi  mütləq  təmin  edilməklə  yalnız 

məhkəmənin əsas- landınlmış qəran əsasında yol verilir. 

İbtidai istintaq onun nəticələrindən asılı olaraq ya işin xitamı, ya da 

məhkəməyə  göndərilməsi  ilə  qurtara  bilər  (CPM-in  475-ci  mad.).  İş 

üzrə  icraat  başlanarkən  təqsirləndirilən  şəxsin  anlaqlılığı  və  ya  öz 

hərəkətlərinə  cavab  verə  bilməsi,  yaxud  onlara  rəhbərlik  edə  bilməsi 

barədə şübhə yarandıqda müstəntiq məhkəmə-psixiatriya ekspertizasını 

təyin  etməlidir.  Şəxs  o  hallarda  məhkəmə-psixiatriya  ekspertizasına 

göndərilə  bilər  ki,  ictimai-təhlükəli  əməlin  məhz  onun  tərəfindən 

törədilməsini  göstərən  kifayət  qədər  dəlillər  olsun.  İctimai-təhlükəli 

əməl  törətmiş  şəxsin  ruhi  xəstəliyi  haqqında  məsələ  ibtidai  istintaqın 

əvvəllərində, sonunda, yaxud da məhkəmə baxışı zamanı meydana çıxa 

bilər. Şəxsin ruhi xəstəliyi barədə şübhə yaranmayana qədər işin icraatı 

adi  qaydada  aparılır.  Əgər  məhkəmə-psixiatriya  ekspertinin  rəyi  ilə 

ictimai-təhlükəli  əməl  etmiş  şəxsin  anlaqsız  olması,  yaxud  cinayət 

törətdikdən sonra ruhi xəstəliyə tutulması nəticəsində öz hərəkətlərinə 

cavab verə bilməməsi və  ya onlara rəhbərlik edə bilməməsi müəyyən 

edilərsə, işin istintaqı və məhkəmə baxışı zamanı CPM-in 55 və 56-cı 

fəsillərində müəyyən edilən xüsusi qaydalar tətbiq olunmalıdır. 

Haqqında  söhbət  aparılan  kateqoriyalı  işlərlə  əlaqədar  ibtidai 

istintaqın  xüsusiyyətlərindən  biri  də  onunla  izah  edilir  ki,  müstəntiq 

anlaq-  sız  hesab  edilən  şəxs  barəsində  təqsirləndirilən  şəxs  qismində 

cəlbet-  mə  qərarı  çıxarmır.  Lakin  ondan  fərqli  olaraq,  cinayətin 

törədilməsində  ittihamın  elan  edilməsinə  əsas  verən  kifayət  qədər 

sübutlar  olduğu  halda  müstəntiq,  cinayət  törətdikdən  sonra  psixi 

xəstəliyə  tutulmuş şəxsin təqsirləndirilən şəxs qismində cəlb  edilməsi 

haqqında əsaslandın Imış qərar çıxarır. 



XX FƏSİL XÜSUSİ İCRAA TLAR 

Ruhi  xəstəliyə  tutulmuş  şəxsin  psixi  vəziyyəti  buna  imkan 

vermədikdə  onun  ayn-ayn  istintaq  hərkətlərinin  aparılmasında  iştirak 

etməsinə yol verilmir. 

Müstəntiq  ibtidai  istintaq  nəticəsində  ictimai-təhlükəli  əməl  etmiş 

şəxsə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi qəranna gəldikdə 

işin məhkəməyə göndərilməsi haqqında qərar tərtib edir. Həmin qərarda 

işin  müstəntiq tərəfindən  müəyyən  edilmiş bütün hallan  və  məhkəmə 

tərəfindən  tibbi  xarakterli  məcburi  tədbirlərin  tətbiq  edilməsi  üçün 

əsaslar ətraflı şərh edilməlidir. Bu qərarda, müstəntiqin mülahizələrinə 

görə,  məhkəməyə  çağınlacaq  şəxslərin  siyahısı,  həmçinin  maddi 

sübutlar,  mülki  iddia  və  onun  ödənilməsi  üzrə  görülən  tədbirlər, 

məhkəmə məsrəfləri haqqında arayışlar əlavə edilməlidir. 

CPM-in  475.2-ci  maddəsinə  müvafiq  olaraq,  tibbi  xarakterli 

məcburi tədbirlərin tətbiq edilməsi barədə iş üzrə məhkəməyədək icraat 

qurtardıqdan  sonra  müstəntiq  başa  çatmış  icraatın  materiallannı  zərər 

çəkmiş şəxsə, onun nümayəndəsinə, barəsində icraatın aparıldığı şəxsə, 

onun qanuni nümayəndəsinə və müdafiəçiyə tanış olmaq üçün təqdim 

edərək, bu barədə müvafiq protokol tərtib edir. 

Müstəntiq  işin  məhkəməyə  göndərilməsi  haqqında  qərar  çıxararaq 

onu  işlə  birlikdə  prokurora  göndərir.  Prokuror  CPM-in  476-cı 

maddəsinə  əsasən,  həmin  qərarla  razılaşdıqda  onu  təsdiq  edir  və  işi 

məhkəməyə göndərir, razılaşmadıqda isə əlavə araşdırmanın apaniması 

üçün  işi  müstəntiqə  göndərir,  yaxud  özünün  qəran  ilə  iş  üzrə  icraata 

xitam verir. 

Tibbi  xarakterli  məcburi  tədbirlərin  tətbiq  edilməsi  barədə  iş  üzrə 

məhkəmə baxışının xüsusiyyətləri. Məhkəmə istintaqı cinayət qanunu 

ilə  nəzərdə  tutulmuş  əməli  törətmiş  şəxs  barəsində  tibbi  xarakterli 

məcburi  tədbirlərin  tətbiq  edilməsinin  zəruriliyi  barədə  dövlət 

ittihamçısının  məruzəsi  ilə  başlanır.  Bundan  sonra,  məhkəmə  cinayət 

prosesi  tərəflərinin təqdim etdikləri sübutlan  tədqiq edir  və  barəsində 

icraat  aparıldığı  şəxsin  müdafiəçisinin  və  qanuni  nümayəndəsinin, 

habelə dövlət ittihamçısının fikrini dinləyir. Daha sonra qərann çıxanl- 

ması üçün məhkəmə müşavirə otağına gedir. 

Qərar  çıxararkən  məhkəmə  CPM-in  477.2-ci  maddəsinə  müvafiq 

olaraq,  aşağıdakı  məsələləri  qanunda  göstərilən  ardıcıllıqla  həll 

etməlidir:  1)  ictimai-təhlükəli  əməlin  törədildiyini;  2)  həmin  əməlin 

barəsində  tibbi  xarakterli  məcburi  tədbirlərin  tətbiq  edilməsi  üzrə 

icraatın 



Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   236   237   238   239   240   241   242   243   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə