MüƏllifdən II



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə250/266
tarix14.02.2018
ölçüsü6,32 Mb.
#26864
1   ...   246   247   248   249   250   251   252   253   ...   266

Mirağa Cəfərquliyev 

Azərbaycan  Respublikasında  cinayət  sayılmayan  əmələ  görə  təqib 

edilən şəxslərin başqa dövlətə verilməsinə yol verilmir. Bundan başqa, 

"Ümumdünya insan hüquqlan" Bəyannaməsinin 14-cü maddəsinə görə 

də  "hər  bir  insan  təqibdən  yaxa  qurtarmaq  üçün  başqa  ölkələrdə 

sığınacaq  axtarmaq  və  bu  sığınacaqdan  istifadə  etmək  hüququna 

malikdir".  Lakin  bununla  belə  nəzərə  almaq  lazımdır  ki,  siyasi 

sığınacaq  bütün  hallarda  verilmir.  Bu  barədə  "Ümumdünya  insan 

hüquqlan" Bəyannaməsinin 14-cü maddəsində çox aydın və birmənalı 

şəkildə  bildirilir  ki,  "təqib  həqiqətən  qeyri-siyasi  cinayətə,  yaxud 

BMT-nin məqsəd və prinsiplərinin ziddinə olan hərəkətlərə əsaslananda 

bu hüquqdan istifadə oluna bilməz". Buradan hasil olunan nəticə ondan 

ibarətdir ki, sığınacaq hüququ a) beynəlxalq cinayət törətmiş şəxslərə; 

b)cinayət  törətmiş  şəxslərə;  c)  BMT-nin  məqsəd  və  prinsiplərinin 

ziddinə olan hərəkətlər etmiş şəxslərə verilə bilməz 

(38.S.190).

 

Qeyd  etdiklərimiz  bir  daha  ona  dəlalət  edir  ki,  hüquqi  yardımın 



göstərilməsi  ilə  əlaqədar  müqavilələr  bağlandığı  zaman  hər  iki  tərəf 

insan və vətəndaşlığın azadlıq və şəxsi toxunulmazlığının müdafiəsinə 

təminat 

verməlidirlər. 

Əslində 

götürsək 

hüquqi 

yardımın 



göstərilməsinin  əsas  məqsədlərindən  biri  də  -  insan  hüquqlarının 

müdafiəsidir. 



III.

 

Avropa çərçivəsində hüquqi yardımın təşkili və 

inkişafında Azərbaycan Respublikasının fəaliyyəti 

Yeni  yüzilliyin  başlanğıcı  ölkəmizin  ən  yeni  tarixində  yaddaşlara 

əlamətdar  bir  tarixi  hadisə  kimi  həkk  olunduğunu  qeyd  etsək 

yanılmarıq,  çünki  2001-ci  ilin  yanvannda  Azərbaycan  Respublikası, 

artıq  Avropada  ən  nüfuzlu  regional  beynəlxalq  təşkilat  olan  Avropa 

Şurasına tam hüquqlu üzv kimi qəbul olundu. Bu tarixdən başlayaraq 

bizim ölkə Avropa çərçivəsində hüquqi yardımın təşkili və inkişafında 

daha  yaxından  və  səmərəli  fəaliyyət  göstərməyə  başladı.  Avropa 

Şurasında  Azərbaycanın  yaxından  əməkdaşlıq  etməsi  bizim  üçün 

əsasən  bir  də  ona  görə  vacibdir  ki,  Avropa  Şurası  bilavasitə  Avropa 

məkanında  insan  hüquqlannın  müdafiəsini  təmin  edən  təşkilat  kimi 

tanınır. 

Bununla bağlı nəzərə almaq lazımdır ki, hüquqi yardımın təşkili sa 



XX FƏSİL XÜSUSİ İCRAA TLAR 

həsində  Avropa  Şurasının  fəaliyyətinin  əsas  istiqamətlərindən  biri 

beynəlxalq  müqavilələrin  işlənib  hazırlanması  və  bu  müqavilələr 

əsasında təsis olunan hüquq-müdafiə mexanizmləridir. 

Azərbaycan Respublikası AŞ-nın üzvü olmaqla öz  üzərinə bir sıra 

öhdəliklər götürmüş və onları vaxtında yerinə yetirmişdir. Artıq demək 

olar ki, Azərbaycanın Avropa Şurasına üzv seçilməsi ölkəmizdə insan 

hüquqlannm  müdafiəsi  ilə  bağlı  hüquqi  yardımın  təşkili  və  həyata 

keçirilməsi  sisteminin  möhkəmləndirilməsində  mühüm  mərhələdir. 

Bununla  yanaşı  milli  qanunvericiliyin  Avropa  standartlarına,  AŞ 

çərçivəsində qəbul olunan beynəlxalq konvensiyalara uyğunlaşdıniması 

bu istiqamətdə hüquqi islahatlann sürətləndirilməsinə təkan vermişdir. 

Hüquq ədəbi>yatmda mövcud olan belə bir fikirlə razılaşmaq  olar 

ki, ölkəmizin Avropa Şurasına qəbul olunması Azərbaycanın Avropaya 

inteqrasiyasını sürətləndirməklə yanaşı, ölkədə hüquqi dövlət, vətəndaş 

cəmiyyəti 

quruculuğu 

prosesinin 

sürətləndirilməsi, 

milli 


qanunvericiliyin  Avropa  standartlanna  uyğunlaşdıniması,  əsas  insan 

hüquq və azadlıqlannm təmin edilməsi ilə bağlı beynəlxalq əməkdaşlıq 

çərçivəsində  hüquqi  yardımın  daha  intensiv  və  müntəzəm  təşkil 

edilməsi üçün real zəmin yaradır (41. s.ll). 

Avropada Hüquqi yardımın təşkili və inkişafı sahəsində tədqiqatlar 

aparan mütəxəsislər haqlı olaraq qeyd edirlər ki, dünyanın ən nüfuzlu 

regional  beynəlxalq  təşkilatlarından  olan  Avropa  Şurasına  üzvlük 

Avropada  Azərbaycanın  mövqelərinin  möhkəmlənməsinə,  mühüm 

ümu-  mavropa  problemlərinin  müzakirəsində  Azərbaycanın  iştirakına 

və öz mövqeyini bildirməsinə, ölkəmizin AŞ ilə münasibətlərinin daha 

da  genişlənməsinə  və  möhkəmlənməsinə,  ölkədə  demokratik 

dəyişikliklər  proseslərinin,  hüquqi  islahatların  sürətlənməsinə  səbəb 

olacaqdır  (41.S.12).  Bu 

0

  deməkdir  ki,  respublikamızın  AŞ-nın  insan 



hüquqlan  ilə  bağlı  hüquqi  yardımın  göstərilməsi  sahəsində  mühüm 

sənədlərinə qoşulması milli qanunvericiliyin təkmilləşməsinə və hüquqi 

yardımın göstərilməsinə dair beynəlxalq konvensiya və müqavilələrinə 

uyğun-  laşdırılmasına,  bu  sahədə  Avropa  standartlarına  cavab  verən 

yeni  qanunların  qəbuluna  və  qüvvədə  olan  qanunvericiliyə  müvafiq 

dəyişiklik və əlavələr edilməsinə gətirib çıxarmışdır. 

Azərbaycan Respublikasının hüquqi yardımın göstərilməsi ilə bağlı 

AŞ qarşısında götürdüyü öhdəliklərinin yerinə yetirilməsinin vəziyyəti 




Mirağa Cdfərquliyev 

onu deməyə əsas verir ki, bu günədək bizim Respublika AŞ-nın 30-dan 

artıq  sənədinə  (konvensiyalar,  onlann  protokollan  və  digər  sənədlər) 

qoşulmuşdur,  Onların  bir  hissəsi  bilavasitə  hüquqi  yardımın  təşkili, 

inkişafı və həyata keçirilməsi ilə bağlıdır. Onlara aşağıdakılan aid etmək 

olar: 


1)

 

Məhkum şəxslərin verilməsi haqqında 1983-cü il Konvensiyası, 



Azərbaycan 12 dekabr 2000-ci ildə qoşulmuşdur

2)

 



AŞ-nın imtiyaz və immunitetləri haqqında 1949-cu il tarixli Baş 

Saziş  və  ona  dair  1952-ci  il  tarixli  Protokol,  Azərbaycan  4  dekabr 

2001-ci ildə qoşulmuşdur; 

3)

 



İşgəncələrin  və  qeyri-insani  və  ləyaqəti  alçaldan  rəftar  və  ya 

cəzanın qarşısının alınması üzrə 1987-ci il tarixli Avropa Konvensiyası, 

Azərbaycan 17 may 2002-ci ildə qoşulmuşdur; 

4)

 



Ekstradisiya  haqqında  1957-ci  il  tarixli  Avropa  Konvensiyası, 

Azərbaycan 17 may 2002-ci ildə qoşulmuşdur; 

5)

 

Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında 1959-cu il 



Avropa Konvensiyası, Azərbaycan 1 mart 2003-cü ildə qoşulmuşdur; 

6)

 



Cinayət  fəaliyyətindən  əldə  edilən  gəlirlərin  leqallaşdırılması, 

aşkar olunması, götürülməsi və müsadirə edilməsi haqqında 1990-cı il 

tarixli Konvensiya, Azərbaycan 1 mart 2003-cü ildə qoşulmuşdur. 

Yuxarıda  qeyd  olunanlardan  başqa,  qanunvericilik  sahəsində 

islahatlarla  bağlı  Venesiya  Komissiyası  ilə  birgə  iş  apanlır  və 

Azərbaycanın  hökümət  nümayəndələri  ilə  Venesiya  Komissiyasının 

ekspertləri arasında müntəzəm görüşlər keçirilir. Bunun nəticəsi olaraq 

Milli Məclisin 2001-ci ilin yaz sessiyasında AŞ ekspertlərinin təklifləri 

nəzərə  alınmaqla  Azərbaycan  Respublikasının  Cinayət-Prosessual 

Məcəlləsinə bir sıra mühüm dəyişikliklər edilmişdir. 

Sirr deyil ki, artıq cinayətkarlıq, xüsusilə mütəşəkkil cinayətkarlıq 

çoxdan bir dövlət sərhədindən çıxaraq beynəlxalq əhəmiyyət kəsb edən 

ciddi bir problemə çevrilmişdir. Bununla əlaqədar olaraq, mütəxəssislər 

çox düzgün qeyd edirlər ki, mütəşəkkil cinayətkarlıqla mübarizə yalnız 

beynəlxalq əməkdaşlıq çərçivəsində mümkündür 

(30.S.32). 

Ona görə də 

mütəşəkkil  cinayətkarlıq  artdıqca,  buna  mütənasib  olaraq,  dövlətlərin 

birgə  əməkdaşlıq  səyləri  də  artmalıdır.  Buna  misal  olaraq  göstərmək 

lazımdır  ki,  SSRİ  dağıldıqdan  sonra  onun  tərkibində  olan  müttəfiq 

respublikalar (onlann çox hissəsi Avropada yer 



Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   246   247   248   249   250   251   252   253   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə