IVFƏSİL CİNA YƏTMÜHAKİMƏ İCRAATININ ƏSAS PRİNSİPLƏRİ VƏ ŞƏRTLƏRİ (VASİTƏLƏRİ)
əyyənləşdirir. Adı çəkilən Qanunla müəyyənləşdirilmiş təhlükəsizlik
tədbirləri 0 halda tətbiq edilir ki, yuxarıda göstərilən şəxslərin
təhlükəsizliyinin başqa vasitələrlə təmin edilməsi mümkün deyildir.
Şəxsiyyətin toxunulmazlığı hüququnun təmin edilməsi ilə bağlı
Konstitusiyanın müvafiq nonnalan Azərbaycan Respublikasının
Cinayət-Prosessual Məcəlləsində öz geniş şərhini tapmışdır. Buna
misal, CPM-in 15-ci maddəsini göstərmək olar.
Cinayət-Prosessual
Məcəllənin 15-ci maddəsi şəxsiyyətin
toxunulmazlığı hüququnun təmin edilməsinə həsr olunmuşdur. Bu
maddədə deyilir: “Məlıkəmənin qəran olmadan və ya tutulma, yaxud
həbsə alma hallarından başqa hər hansı şəxsin axtanşı və şəxsi
müayinəsi, onun toxunulmazlığı hüququnu pozan digər prosessual
hərəkətlər bu şəxsin və ya onun qanuni nümayəndəsinin iradəsi əleyhinə
apanla bilməz”.
Cinayət-prosessual qanunvericiliyə görə cinayət təqibi gedişində
aşağıdakılar qadağandır:
1)
işgəncələr vermək, fiziki və psixi zorakılıqdan, o cümlədən tibbi
pereparatlardan istifadə etmək, aclığa, hipnoza məruz qoymaq, tibbi
yardımdan məhrum etmək, digər qəddar, qeyri-insani və ya ləyaqəti
alçaldan rəftar və cəzalar tətbiq etmək;
2)
uzun sürən və ya kəskin fiziki iztirabla, yaxud səhhətin müvəqqəti
pozulması ilə müşayiət olunan eksperimentlərdə və ya digər prosessual
hərəkətlərdə iştiraka cəlb etmək, habelə buna bənzər hər hansı digər
sınaqlar keçirmək;
3)
zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxsdən, habelə
cinayət prosesində iştirak edən digər şəxslərdən zorakılıq, hədə-qorxu,
aldatma yolu ilə və onların hüquqlarını pozan sair qanunsuz hərəkətlər
tətbiq etməklə ifadə almaq.
Respublikamızın vətəndaşlarının Konstitusiya ilə müəyyən edilmiş
şəxsiyyətin toxunulmazlığı hüququ cinayət-prosessual qanunvericilik
ilə çox ciddi surətdə qorunur.
Cinayət-Prosessual
Məcəllənin
156-cı
maddəsi
qətimkan
tədbirlərinin seçilməsinin ümumi qaydasına həsr olunaraq şəxsiyyətin
toxunulmazlığı ilə əlaqədar belə tələb irəli sürür: «Həbs və vəzifədən
kənarlaşdırma müstəntiqin vəsatəti əsasında və ibtidai araşdırmaya
prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı, habelə
cinayət işinə baxan məhkəmənin öz təşəbbüsü ilə və yalnız
məhkəmənin qərarına əsasən seçilə bilər.»
Mirağa Cəfərquliyev
Cinayət-prosessual qanunvericilik cinayət etməkdə şübhə edilən
şəxsin tutulması üçün də əsaslan dəqiq müəyyən edir:
1.
Şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədərkən, yaxud
bilavasitə bundan sonra cinayət başında yaxalandıqda;
2.
Zərər çəkmiş şəxs, yaxud hadisəni görən digər şəxslər cinayət
qanunu ilə nəzərdə tutulmuş əməlin həmin şəxs tərəfindən törədilməsini
birbaşa göstərdikdə;
3.
Şəxsin bədənində, üstündə, paltannda və ya istifadə etdiyi digər
əşyalarda, yaşayış yerində, nəqliyyat vasitəsində cinayət qanunu ilə
nəzərdə tutulmuş əməlin törədilməsini göstərən aşkar izlər müəyyən
olunduqda (Cinayət-Prosessual Məcəllə, maddə 148).
Şəxsin cinayət etməsində şübhələnmək üçün əsas verən sair dəlillər
mövcud olduqda, həmin şəxs yalnız qaçmağa cəhd göstərdikdə və ya
onun daimi yaşayış yeri olmadıqda, şübhə edilənin şəxsiyyəti müəyyən
edilməmiş olduqda həbs edilə bilər.
Qanun təqsirləndirilən şəxs kimi cinayət məsuliyyətinə cəlbetmə
əsaslannı da dəqiq müəyyən edir. Yalnız cinayəti törətməkdə ittiham
elan etmək üçün əsas verən kifayət qədər sübutlar mövcud olduqda şəxs
təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb edilə bilər.
Beləliklə, cinayət-prosessual qanunvericilik bütün cinayət prosesi
boyu şəxsiyyətin toxunulmazlığını təmin edən mühüm prosessual tə-
minatlan müəyyən edir.
5.
Şəxsin şərəf və ləyaqətinə hörmət edilməsi Şəxsiyyətin şərəf və
ləyaqəti dedikdə mənəvi və əqli keyfiyyətlərin daşıyıcısı olması
faktının insanın özü və digər şəxslər tərəfindən başa düşülməsidir.
Vətəndaşların şəxsiyyətini qorumaq, onların şəxsi təhlükəsizliyini
təmin etmək dövlətin əsas vəzifələrindən biridir.
Qeyd etmək lazımdır ki, cəmiyyətdə tutduğu mövqeyindən və sosial
vəziyyətindən asılı olmayaraq hər bir insanın şərəf və ləyaqəti müdafiə
olunmalıdır. Qüvvədə olan müvafiq qanunvericiliklərin tələbinə görə
hər bir insanın şərəf və ləyaqətinə başqalan tərəfindən hörmətlə
yanaşılmalıdır. Məsələn, Azərbaycan Respublikasının Mülki
Məcəlləsinin 23-cü maddəsinə müvafiq olaraq, başqasının şərəfini,
ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, onun şəxsi həyatının
sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatlan yaymış şəxs on-
IV FƏSİL CİNA YƏTMÜHAKİMƏ İCRAA TINIıW ƏSAS FRİNSİFLƏRİ VƏ ŞƏRTLƏRİ (VASİTƏLƏRİ)
İİLly
lann həqiqətə uyğun olduğunu sübuta yetirməsə, hüquqlan pozulmuş
şəxs həmin məlumatlann məhkəmə qaydasında təkzib olunmasını tələb
edə bilər.
Bundan başqa, barəsində şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu
ləkələyən məlumatlar yayılmış fiziki şəxs həmin məlumatların təkzib
edilməsini tələb etməklə yanaşı, onların yayılması nəticəsində vurulmuş
zərərin əvəzinin ödənilməsini də tələb etmək hüququna malikdir.
Kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi
informasiya vasitəsində şərəf və ləyaqəti nalayiq formada qəsdən al-
çatma CM-in 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etməyə əsas
verir.
Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə
müvafiq olaraq, hər kəs öz şərəf və ləyaqətini müdafiə etmək hüququna
malikdir. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal
şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Heç kəsə
işgəncə və əzab verilə bilməz, heç kəs insan ləyaqətini alçaldan rəftara
və ya cəzaya məruz qala bilməz. Özünün könüllü razılığı olmadan heç
kəsin üzərində tibbi, elmi və başqa təcrübələr aparıla bilməz.
Konstitusiyanın yuxanda qeyd olunmuş tələblərini əsas götürərək
cinayət-prosessual qanunvericilik cinayət mühakimə icraatı zamanı
şəxsin şərəf və ləyaqətinə hörmət edilməsi məsələsinə xüsusi diqqət
yetirmişdir.
Cinayət-Prossesual Məcəllənin 13-cü maddəsinin tələbinə görə,
cinayət təqibi gedişində insanın şərəf və ləyaqətini alçaldan, təhqir
edən, habelə cinayət prosesində iştirak edən şəxslərin həyatı və səhhəti
üçün təhlükə törədə biləcək qərarların qəbul edilməsi və ya hərəkətlərə
yol verilməsi qadağandır.
Cinayət təqibi gedişində heç kəs:
1)
insan ləyaqətini alçaldan rəftara və cəzaya məruz qala bilməz;
2)
insan ləyaqətini alçaldan şəraitdə saxlanıla bilməz;
3)
ləyaqəti alçaldan prossesual hərəkətlərin keçirilməsində iştiraka
məcbur edilə bilməz.
Beləliklə, həm Konstitusiyanın 46-cı maddəsində və həm də
Cinayət-Prossesual Məcəllənin 13-cü maddəsində cinayət mühakimə
icraatında şəxsin şərəf və ləyaqətinə hörmət edilməsi prinsipinin
həyatda real qorunmasına ciddi təminat verilir.
Dostları ilə paylaş: |