MüƏllifdən II



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə23/266
tarix14.02.2018
ölçüsü6,32 Mb.
#26864
1   ...   19   20   21   22   23   24   25   26   ...   266

Mirağa Cəfərquliyev 

nin İkinci fəslində isə birinci instansiya kimi Ali Məhkəmədə icraatın 

prosessual qaydaları nizama salınırdı. 

Beləliklə, CPM-in sonuncu - altıncı bölməsi hökmün icrasına həsr 

edilmişdi. Burada hökmün icraya  yönəldilməsi qaydaları, hökmü icra 

edən orqanlar və həmin mərhələ ilə əlaqədar digər prosessual məsələlər 

şərh edilirdi. 

Haqqında  söhbət  apardığımız  CPM-in  qəbulundan  sonra 

respublikanın  iqtisadi,  siyasi  və  mədəni  həyatında  baş  verən  mühüm 

dəyişikliklərlə əlaqədar olaraq həmin məcəlləyə müəyyən dəyişikliklər 

və  əlavələr  edilmişdir.  Amma,  bununla  belə,  məcəllənin  əsas 

müddəaları 1961-ci il martın 1-nə qədər, yəni Azərbaycan SSR-də yeni 

Cinayət-Prosessual Məcəllənin qəbulunadək qüvvədə olmuşdur. 

1924-


 

cü  il  oktyabrın  29-da  SSRİ  MİK-i  “SSRİ  və  müttəfiq 

respublikaların  cinayət  mühakimə  icraatı  əsasları”  adlı  Ümumittifaq 

Prosessual Qanunu qəbul etdi. Əsaslar sovet cinayət prosesinin rəhbər 

prinsiplərini  və  institutlarım  müəyyən  etdi  ki,  bunlar  da  müttəfiq 

respublikaların, 

0

  cümlədən  respublikamızın  Cinayət-Prosessual 



Məcəlləsində əsas müddəalar kimi rəhbər tutuldu. 

Demək olar ki, cinayət-prosessual hüquq özünün sonrakı inkişafını 

SSRİ-nin 1936-cı il Konstitusiyasında tapdı. Konstitusiyaya “Məhkəmə 

və prokurorluq” başlığı altında müstəqil bir fəsil daxil edildi. Onu da 

qeyd  edək  ki.  Konstitusiya  ilk  dəfə  olaraq  bütün  məhkəmələrin 

fəaliyyəti  üzərində  nəzarəti  SSRİ  Ali  Məhkəməsinə,  qanunçuluq 

üzərində ali nəzarəti isə SSRİ Baş prokuroruna həvalə etdi. 

SSRİ MİK və XKS-nin 20 iyul 1936-cı il tarixli “SSR İttifaqı Xalq 

Ədliyyə  Komissarlığının  yaradılması  haqqında”  qəran  (81. 

s.556) 


ilə 

digər  müttəfiq  respublikaların  prokurorluq  və  istintaq  orqanları  kimi, 

Azərbaycan  SSR-in  bu  orqanlan  da  xalq  ədliyyə  komissarlıqlan 

sistemindən ayrılır və birbaşa SSR İttifaqı Prokurorluğunun tabeliyinə 

keçirilir. Azərbaycan SSR-in prokuroru birbaşa SSRİ prokuroruna tabe 

edilir 


(164.  S.185). 

Beləliklə,  prokurorluq  orqanları  ittifaq  miqyasında 

ciddi mərkəzləşdirilmiş vahid sistem təşkil edir. Bu vaxtdan da müttəfiq 

respublika  prokurorluqları  mərkəzə  münasibətdə  öz  müstəqilliklərini 

itirirlər. Prokurorluğun tarixində yeni bir mərhələ başlanır. 

Prokurorluğun  göstərilən  hüquqi  vəziyyəti  1936-cı  il  SSRİ 

Konstitusiyası və 1937-ci il Azərbaycan SSR Konstitusiyası ilə təsbit 

edilir 


(39. s.86-87).

 



III FƏSİL AZƏRBA YCAN CİNA YƏT-PROSESSL'AL QANUNVERİCİLİYİNİN İNKİŞAFI 

Beləliklə, 1936-cı il SSRİ Konstitusiyası ilə, demək olar ki, ilk dəfə 

olaraq  konstitusiya  qanunvericiliyi  səviyyəsində  qanunların  dürüst 

icrasına ali nəzarət anlayışı dövriyyəyə daxil  edilir. Eyni zamanda bu 

hüquq,  həmin  konstitusiyanın  ll3-cü  maddəsinə  əsasən,  yalnız  SSRİ 

prokuroruna  verilirdi.  SSRİ  Konstitusiyası  ilə,  habelə  prokurorluq 

orqanlarının  yalnız  SSRİ  prokuroruna  tabe  olması  və  heç  bir  yerli 

orqandan asılı olmaması prinsipi təsbit edilirdi. 

1936-cı  il  SSRİ  Konstitusiyasının  əsas  müddəalarını  təkrar  edən 

1937-ci il Azərbaycan SSR Konstitusiyasının 120-ci maddəsinə əsasən

prokurorluğun  əsas  funksiyası  Azərbaycan  SSR  ərazisində  bütün 

nazirliklərin  və  onlara  tabe  olan  idarələrin,  habelə  ayn-ayn  vəzifəli 

şəxslərin, həmçinin vətəndaşların qanunlara dürüst əməl etmələrinə ali 

nəzarətin  həyata  keçirilməsi  kimi  müəyyən  edilirdi.  Bu  nəzarət 

Azərbaycan  SSR  ərazisində  SSRİ  Baş  prokuroru  tərəfindən  həm 

bilavasitə,  həm  də  Azərbaycan  SSR  prokuroru  vasitəsilə  həyata 

keçirilirdi.  Azərbaycan  SSR  prokuroru,  Naxçıvan  MSSR  və  DQMV 

prokurorları SSRİ Baş prokuroru tərəfindən, rayon və şəhər prokurorları 

isə  Azərbaycan  SSR  prokuroru  tərəfindən,  SSRİ  Baş  prokurorunun 

təsdiqi ilə təyin edilirdilər. Bütün səviyyədən olan prokurorlann vəkalət 

müddəti beş il müəyyən edilirdi. 

Yuxanda söhbət apardığımız SSRİ Konstitusiyasının IX fəsli ədalət 

mühakiməsinin  yalnız  məhkəmələr  tərəfindən  həyata  keçirilməsi, 

mühakimə  icraatının  milli  dildə  aparılması,  məhkəmənin  açıq  şəkildə 

aparılması, təqsirləndirilən şəxsin müdafiə hüququnun təmin edilməsi, 

hakimlərin  müstəqilliyi  və  yalnız  qanuna  tabe  olmaları,  şəxsiyyət 

toxunulmazlığı  prinsiplərini  qeyd  etməklə  həmin  rəhbər  müddəaları 

sovet cinayət prosesinin konstitusiya prinsipləri səviyyəsinə qaldırdı. 

Sovet  məhkəməsinin  təşkili  və  fəaliyyəti  sahəsində  SSRİ 

Konstitusiyasının  rəhbər  müddəaları  sonradan  SSRİ,  müttəfiq  və 

muxtar  respublikaların  məhkəmə  quruluşu  haqqında  1938-ci  il  16 

avqust  tarixli  Ümumittifaq  Qanununda  inkişaf  etdirildi  və  bununla 

əlaqədar olaraq bütün müttəfiq respublikaların, o cümlədən Azərbaycan 

SSR-in  cinayət-prosessual  qanunvericiliyində  müəyyən  dəyişikliklər 

edildi. 

Böyük Vətən müharibəsi dövründə hərbi vəziyyətlə əlaqədar olaraq 

SSRİ Ali Sovetinin Rəyasət Heyəti cinayət işləri üzrə hərbi tribunalların 

aidiyyətinin genişləndirilməsi haqqında fərmanlar qəbul etdi. Hər- 




 

Mirağa Cəfərquliyev 

bi  tribunallar  hərbi  vəziyyət  elan  edilən  yerlərdə  təkcə  hərbi 

qulluqçuların deyil, digər ağır cinayət işlərinə də baxırdılar. Bu dövrdə 

hərbi vəziyyəti nəzərə alaraq işlərə hərbi tribunallarda baxılması üçün 

cinayət  mühakimə  icraatının  ümumi  qaydalarında  bir  sıra  istisnalıq 

müəyyən  edilmişdi  (işlərə  xalq  iclasçılarının  iştirakı  olmadan 

məhkəmənin  üç  üzvündən  ibarət  tərkibdə  baxılması,  ittihamnamənin 

surətinin təqsirləndirilən şəxsə verilməsinin müddətinin azaldılması və 

s.). Laldn onu da qeyd edək ki, bu hərbi qaydalar müvəqqəti xarakter 

daşıyırdı və müharibə qurtardıqdan sonra SSRİ Ali Sovetinin Rəyasət 

Heyətinin  1945-ci  il  22  iyun  tarixli  Fərmanı  ilə  dərhal  öz  qüvvəsini 

itirdi. 


İkinci  dünya  müharibəsi  illərində  digər  dövlət  strukturları  kimi, 

prokurorluq orqanlarının fəaliyyəti də ümumi vəzifəyə tabe edilməklə, 

onun  işi  hərbi  rels  üzərinə  keçirilmişdir.  Hərbi  vəziyyətdə  olan 

Azərbaycan  Prokurorluğunun  fəaliyyəti  fərariliklə  mübarizəyə,  hərbi 

məhsulların  tədarükü  haqqında,  cəbhəyə  yardım  və  arxa  cəbhənin 

möhkəmləndirilməsi haqqında qanunların dürüst icrasını təmin etməyə 

yönəlmişdir (129). 

Müharibədən  sonrakı  dövrdə  prokurorluq  orqanlarının  səyi  SSRİ 

Baş  prokurorunun  “Qanunların  dürüst  icrasına  ümumi  nəzarətin 

gücləndirilməsi haqqında” 17 iyun 1946-cı il tarixli 128 №-li əmri ilə 

iqtisadiyyat sahəsində qanunçuluğun möhkəmləndirilməsinə yönəldildi. 

Həmin əmrlə ümumi nəzarət sahəsində prokurorların vəzifələri, qanun 

pozuntularının  aradan  qaldırılması  üzrə  onlann  səlahiyyətləri,  aşkar 

edilmiş  qanun  pozuntularına  qarşı  prokuror  təsirinin  əsas  vasitələri 

müəyyən edilirdi. 

Ümumi nəzarətlə yanaşı, digər nəzarət sahələri, habelə cinayətlərin 

istintaqı  icraatı  da  təkmilləşdirilirdi.  SSRİ  Baş  prokurorunun  28  iyul 

1949-cu  il  tarixli  131  №-li  əmri  ilə  prokurorluq  orqanlarının 

müstəntiqləri  üçün  sahə  iş  sistemi  tətbiq  edilir.  Bütün  cinayət  işləri 

müstəntiq tərəfindən ərazi aidiyyəti üzrə icraata qəbul edilirdi (66. s.28). 

Müstəntiq  onun  sahəsində  yerləşən  təhqiqat  orqanları  və  daxili  işlər 

orqanlarının əməliyyat-axtarış xidmətləri ilə sıx əlaqədə işləyirdi ki, bu 

da cinayətlərin tam və tez açılmasına imkan yaradırdı. 

Qeyd etmək lazımdır  ki, ölkənin dinc  quruculuq dövrünə  keçməsi 

qanunçuluğun, həmçinin istintaq, prokurorluq və məhkəmə orqanlarının 

daha da möhkəmləndirilməsini tələb edirdi. Belə ki, müttəfiq və 




Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə