MüƏllifdən II



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə46/266
tarix14.02.2018
ölçüsü6,32 Mb.
#26864
1   ...   42   43   44   45   46   47   48   49   ...   266

IV FƏSİL CİN A YƏT MÜHAKİMƏ İCRAATININ ƏSAS PRİNSİPLƏRİ VƏ ŞƏRTLƏRİ (VASİTƏLƏRİ) 

 

Cinayət-Prosessual  Məcəllədə  bu  şərtlər  öz  konkret  ifadəsini 



aşağıdakı tərzdə tapıb: 

1.

 



Azadlıq hüququnun təmin edilməsi (maddə 14); 

2.

 



Şəxsi həyatın toxunulmazlığı hüququnun təmin edilməsi (maddə 

16); 


3.

 

Mənzil toxunulmazlığı hüququnun təmin edilməsi (maddə 17); 



4.

 

Mülkiyyət hüququnun təmin edilməsi (maddə 18); 



5.

 

Özünü və qohumlannı ifşa etməkdə sərbəstlik (maddə 20); 



6.

 

Məhkəmə  baxışını  tələb  etmək  hüququnun  təmin  olunması 



(maddə 22); 

7.

 



Məhkəmə aidiyyətinə əməl olunması (maddə 29); 

8.

 



Hakimin 

cinayət 


mühakimə 

icraatında 

iştirakının 

məhdudlaşdırılması (maddə 30); 

9.

 

Cinayət  mühakimə  icraatında  qeyri-prosessual  münasibətlərin 



yolverilməzliyi (maddə 31); 

10.


 

Cinayət  mühakimə  icraatında  sübutların  qiymətləndirilməsi 

(maddə 33); 

11.


 

Eyni  əmələ  görə  təkrar  məhkum  etmənin  yolverilməzliyi 

(maddə 34); 

12.


 

Məhkəməyə təkrar müraciət etmək hüququnun təmin olunması 

(maddə 35); 

13.


 

Bəraət qazanmış şəxsin pozulmuş hüquqlannm bərpasının təmin 

edilməsi (maddə 36). 

Cinayət-prosessual  qanunvericilik  yuxanda  sadalanan  şərtləri 

(vasitələri)  birləşdirərək  «konstitusiya  ilə  təsbit  edilmiş  insan  və 

vətəndaş  hüquq  və  azadlıqlanmn  təmin  olunması»  adı  altında 

Cinayət-Prosessual Məcəllənin 12-ci maddəsində vermişdir. 

Bütün bunlar bir də ona dəlalət edir ki, həm demokratik prinsiplər və 

həm  də  prosessual  şərtlər  (vasitələr)  eyni  qanunvericilik  bazasına 

əsaslanaraq bir-biri ilə sıx əlaqədə olaraq ədalət mühakiməsinin həyata 

keçirilməsinə  kömək  göstərərək  qanunçuluğun  bərqərar  olunmasına 

təminat yaradırlar. 

Ümumilikdə  bu  prosessual  şərtləri  ədalət  mühakiməsinin  həyata 

keçirilməsi  zamanı  insan  və  vətəndaş  hüquq  və  azadlıqlannm  təmin 

edilməsi müddəası altında birləşdirərək qeyd etmək lazımdır ki, onlar 

da  qanunçuluq  və  digər  prinsiplərin  real  şəkildə  həyata  keçirilməsinə 

imkan yaradırlar. 



Mirağa Cəfərqıdiyev 

Bu şərtlərə (vəsaitlərə) müvafiq olaraq demək lazımdır ki, həyat və 

sağlamlıq, şərəf və ləyaqət, digər insan və vətəndaş hüquq və azadlıqları 

dövlətin  və  ictimai  həyatın  bütün  sahələrində,  o  cümlədən  ədalət 

mühakiməsi  həyata  keçirilərkən  ilk  növbədə  müdafiə  olunmalı 

dəyərlərdir.  Belə  yanaşmanın  hüquqi  bazası  qədim  zamanlarda  qəbul 

olunmuş  və  Konstitusiyanın  12-ci  maddəsində  əks  olunmuş  ideyadır: 

«İnsan  və  vətəndaş  hüquqlarının  və  azadlıqlarının  təmin  edilməsi 

dövlətin ali məqsədidir». 

Bu  əsas  ideya  Konstitusiyanın  digər  maddələrində  və  başqa 

qanunvericilik  aktlarında  inkişafını  tapmış  və  konkretləşdirilmişdir. 

Bunlara  vətəndaşların  qanun  və  məhkəmə  qarşısında  bərabərliyi, 

təqsirsizlik  prezumpsiyası,  hər  kəsin  müdafiə  hüququ,  çəkişmə  və 

tərəflərin  bərabərliyi,  məhkəmə  icraatının  açıq  və  dövlət  dilində 

aparılması barədə müddəalar aiddir. Bu prinsiplər cinayət və mülki işlər 

üzrə  ədalət  mühakiməsinin  həyata  keçirilməsində  lazımi  şəraitin 

yaradılması üçün mühüm əhəmiyyət kəsb edir. 

Təcrübə  göstərir  ki,  cinayət  məsuliyyətinə  cəlb  olunan  və 

təqsirləndirilən  şəxs  kimi  məhkəmə  qarşısında  duran  insanlar  onların 

əsas hüquq və azadlıqlarının müdafiəsi üçün əlavə vasitələrin olmasında 

çox  ehtiyac  duyurlar.  Bu  vasitələr  həm  adi  qanunlarda,  həm  də 

Konstitusiya  səviyyəsində  əks  olunmuşdur.  Onlan  üç  qrupa  bölmək 

olar. 

Birinci  qrupa  insan  və  vətəndaşın  şəxsi  toxunulmazlığına  təminat 



verən hüquqi vasitələr aiddir. Təbiidir ki, bu qrupun vasitələri arasında 

ən  yüksək  dəyərin  -  insan  həyatının  hüquqi  müdafiəsi  üçün  nəzərdə 

tutulmuş  vasitələr  xüsusi  yer  tutur.  Azərbaycan  Respublikası 

Konstitusiyasının  27-ci  maddəsinə  görə,  «hər  kəsin  yaşamaq  hüququ 

vardır». Konstitusiyasının bu maddəsini rəhbər tutaraq və humanistlik 

prinsiplərinə  əsaslanaraq  Azərbaycan  Respublikasının  Milli  Məclisi 

müstəsna cəza tədbiri kimi ölüm cəzasını ləğv etmişdir. 

Azərbaycan  Respublikasının  Konstitusiyası  və  digər  qanunlar 

insanın sağlamlığına zərər gətirən, onun şərəf və ləyaqətini alçaldan hər 

bir  hərəkəti  qadağan  edir.  Konstitusiyanın  46-cı  maddəsində  dəqiq 

deyilir ki, heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə 

bilməz.  Həmin  maddədə  işgəncə  və  əzab  vermək,  özünün  razılığı 

olmadan kiminsə üzərində tibbi, elmi və başqa təcrübələrin aparılması 

qəti qadağan edilir. 




IV FƏSİL CİNA YƏTMÜHAKİMƏ İCRAA TININ ƏSAS PRİNSİPLƏRİ VƏ ŞƏRTLƏRİ fi ASİTƏLƏRİ)

 

^ ^ «

 

Göstərilən  prinsiplər  hüquq-mühafizə  fəaliyyətində  şərtsiz  yerinə 

yetirilməlidir.  Bu,  o  deməkdir  ki,  qanunda  nəzərdə  tutulmuş  hallar 

istisna  olmaqla,  şəxsin  həyatına,  fiziki  və  mənəvi  sağlamlığına, 

mülkiyyətinə,  mənzilinə  qəsd  etmək,  ona  qarşı  zor  işlətmək  və  s. 

təhlükə  yaradan  hərəkətlər  etmək  olmaz.  Ədalət  mühakiməsi  həyata 

keçirilərkən  qanunu pozmaqla əldə  edilmiş sübutlardan  istifadə  oluna 

bilməz  və  onlar  konkret  iş  üzrə  hökmün  və  ya  başqa  qərarın 

çıxarılmasına  əsas  olmamalıdır.  Konstitusiyaya  zidd  hərəkətlərə  yol 

verən vəzifəli şəxslər üçün qanun cinayət məsuliyyətini nəzərdə tutur. 

Şəxsi  toxunulmazlıq  həm  də  qanunla  nəzərdə  tutulmuş  qaydada 

tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə deməkdir. Bu qayda 

insanın  azadlıqdan  məhrum  olunmasının  qanuni  və  əsaslı  olmasına 

zəmanət  verən  təminatlardan  ibarətdir.  Yəni  belə  hərəkətlər  yalnız 

məhkəmənin  nəzarəti  altında  edilə  bilər.  Konstitusiyanın  67-ci 

maddəsinə görə: «Səlahiyyətli dövlət orqanlannm tutduğu, həbsə aldığı, 

cinayət  törədilməsində  ittiham  etdiyi  hər  bir  şəxsə  dərhal  onun 

hüquqları  bildirilir  və  tutulmasının,  həbsə  alınmasının  və  cinayət 

məsuliyyətinə cəlb edilməsinin səbəbləri izah edilir». 

Bundan  başqa,  məhkum  olunmuş  şəxsin  özünün  əfv  edilməsi  və 

cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. 

İkinci  qrupu  insanın  şəxsi  həyatının  toxunulmazlığını  təmin  edən 

əlavə vasitələr təşkil edir. Konstitusiyanın 32-ci maddəsində hər kəsin 

şəxsi  toxunulmazlıq  hüququ,  şəxsi  və  ailə  həyatının  sirrini  saxlamaq 

hüququ  təsbit  olunmuşdur.  Qanunla  nəzərdə  tutulan  hallardan  başqa, 

şəxsi həyata müdaxilə etmək qadağan edilmişdir. Öz razılığı olmadan 

kimsənin  şəxsi  həyatı  haqqında  məlumatın  toplanılması-  na, 

saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. 

Bunlardan  əlavə,  həmin  maddədə  hər  kəsin  yazışma,  telefon 

danışıqları,  poçt,  teleqraf  və  digər  rabitə  vasitələri  ilə  ötürülən 

məlumatın  sirrini  saxlamaq  hüququna  dövlət  tərəfindən  təminat 

verilməsi  vurğulanmışdır.  Bu  hüquq  yalnız  qanunla  nəzərdə  tutulmuş 

qaydada  cinayətin  qarşısını  almaqdan  və  ya  cinayət  işinin  istintaqı 

zamanı həqiqəti üzə çıxarmaqdan ötrü məhdudlaşdırıla bilər. 

Bu, 

0

 deməkdir ki, cinayətin qarşısının alınması və ya cinayət işinin 



istintaqı zamanı həqiqəti üzə çıxarmaqdan ötrü insanın şəxsi həyatına 

müdaxilə etmək olar, lakin bu halda özbaşınalıqdan qaçmağa tə- 




Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə