MüƏllifdən II



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə47/266
tarix14.02.2018
ölçüsü6,32 Mb.
#26864
1   ...   43   44   45   46   47   48   49   50   ...   266

Mirağa Cəfərquliyev 

minât  verən  xüsusi  qaydalara  riayət  olunmalıdır,  yəni  məhkəmənin 

(hakimin) müvafiq qəran alınmalıdır. Bu qaydalar Cinayət-Prosessual 

Məcəllədə, «Əməliyyat-axtarış fəaliyyəti haqqında», «Polis haqqında» 

qanunlarda,  habelə  hüquq-mühafizə  fəaliyyətini  tənzimləyən  digər 

normativ-hüquqi aktlarda dəqiqləşdirilmişdir. 



Üçüncü qrupa  mənzil toxunulmazlığına təminat verən hüquqi 

vasitələr aiddir. 

Konstitusiyanın 33-cü maddəsində hər kəsin mənzil toxunulmazlığı 

hüququ bəyan edilir. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə 

qərarı  istisna  olmaqla,  mənzildə  yaşayanların  iradəsi  ziddinə  heç  kəs 

oraya  daxil  ola  bilməz.  Bu,  o  deməkdir  ki,  heç  kim,  hətta 

hüquq-mühafizə  orqanlarının  vəzifəli  şəxsləri  özbaşına,  mənzildə 

yaşayanların  iradəsinə  zidd  olaraq,  o  cümlədən  cinayətin  açılması  və 

istintaqı  ilə  əlaqədar  mənzilə  daxil  olub,  orada  hansısa  hərəkətlər  edə 

bilməz. Bunun üçün məhkəmənin qərarı olmalıdır. 

Qanunda  yalnız  təxirə  salınması  mümkün  olmayan  hallarda  bu 

qaydalardan  istisna  nəzərdə  tutulmuşdur.  Bu  halda  yenə  də  24  saat 

ərzində  müvafiq  məhkəməyə  xəbər  verilməlidir.  O  da  nəzərə 

alınmalıdır  ki,  yuxanda  göstərilən  qaydalara  riayət  olunmadıqda  əldə 

edilmiş  sübutlar  ədalət  mühakiməsinin  hansısa  aktının  əsası  kimi 

istifadə  oluna bilməz.  Onlardan  istifadə  olunduğu halda  məhkəmənin 

qəran ləğv olunmalıdır. 




V FƏSİL CİNAYƏT TƏQİBİ VƏ CİNAYƏT TƏQİBİ ÜZRƏ İCRAATIN APARILMASI ım 

V

 

FƏSIL

 

CİNAYƏT TƏQİBİ VƏ CİNAYƏT 

TƏQİBİ ÜZRƏ İCRAATIN APARILMASI 

§ 1. Cinayət təqibinin növləri 

Cinayət-Prosessual  Məcəllənin  7.0.4-cü  maddəsində  qeyd  edildiyi 

kimi,  cinayət  təqibi  -  cinayət  hadisəsinin  müəyyən  edilməsi,  cinayət 

qanunu  ilə  nəzərdə  tutulmuş  əməli  törətmiş  şəxsin  ifşa  olunması, 

ittiham irəli sürülməsi, bu ittihamın məhkəmədə müdafiə edilməsi, ona 

cəza  təyin  edilməsi,  zəruri  olduqda  prosessual  məcburiyyət 

tədbirlərinin 

təmin 

edilməsi 



məqsədilə 

həyata 


keçirilən 

cinayət-prosessual fəaliyyətdir. 

Qüvvədə  olan  cinayət-prosessual  qanunvericilik  cinayət  təqibinin 

anlayışını, mahiyyətini və növlərini, onun həyata keçirilməsi vəzifəsini 

(CPM-in 37-38-ci maddələri); cinayət təqibini istisna edən halları (mad. 

39); cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları (mad. 

40);  cinayət  təqibinə  xitam  verilməsi  qaydasını  (mad.  41)  və  digər 

məsələləri geniş surətdə şərh etmişdir. 

Bu mövzu cinayət prosesində özünəməxsus mühüm bir yer tutur və 

CPM-də demokratik prinsiplərdən sonra yerləşdirilmişdir. 

1.  Cinayət  təqibinin  növləri.  Qeyd  etmək  lazımdır  ki,  cinayətin 

xarakterindən və ağırlıq dərəcəsindən asılı olaraq cinayət təqibi CPM-in 

müddəalarına  uyğun  xüsusi,  ictimai-xüsusi  və  ya  ictimai  ittiham 

qaydasında həyata keçirilir. 

Xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin 

şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 

148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata 

keçirilir  və  məhkəmə  müşavirə  otağına  gedənədək  zərər  çəkmiş  şəxs 

təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. 



Mirağa Cəfərquliyev 

İctimai-xüsusi ittiham qaydasında cinayət təqibi zərər çəkmiş şəxsin 

şikayəti əsasında və ya CPM-in 37.5-ci maddəsində nəzərdə tutulmuş 

hallarda prokurorun təşəbbüsü ilə Azərbaycan Respublikası CM-in 127, 

128, 129.2, 130.2, 131.1, 132-134, 142.1, 149.1, 150.1, 151, 156- 158, 

163,  175-177.1,  178.1,  179.1,  184.1,  186.1,  187.1,  190.1,  197  və 

201.1-ci maddələrində göstərilən cinayətlərə görə həyata keçirilir. 

İctimai-xüsusi  ittiham  qaydasında  cinayət  təqibinə  Azərbaycan 

Respublikası  CM-in  73-cü  maddəsində  nəzərdə  tutulmuş  hallardan 

başqa zərər çəkmiş şəxslə təqsirləndirilən şəxsin banşması ilə əlaqədar 

xitam verilə bilməz. 

İctimai-xüsusi ittiham qaydasında cinayət təqibi zərər çəkmiş şəxsin 

şikayəti  olmadan  prokuror  tərəfindən  yalnız  aşağıdakı  hallarda 

başlanıla bilər: 

1)

 

törədilmiş  cinayət  dövlətin  və  ya  cəmiyyətin  mənafeyinə 



toxunduqda; 

2)

 



cinayət hakimiyyət nümayəndəsi və ya dövlət orqanlarının digər 

vəzifəli şəxsləri tərəfindən, yaxud onlara qarşı törədildikdə; 

3)

 

cinayət  hamilə  vəziyyətdə  olan  qadın,  qoca  və  köməksiz 



vəziyyətdə olan şəxsə qarşı törədildikdə; 

4)

 



cinayət hədə-qorxu, məcburiyyət təsiri altında və ya onu törətmiş 

şəxsdən asılı vəziyyətdə olan digər şəxsə qarşı törədildikdə; 

5)

 

cinayət fəaliyyət qabili)^əti olmayan və ya cinayət məsuliyyətinə 



cəlb etməyə imkan verən yaş həddinə çatmamış şəxs tərəfindən və ya 

ona qarşı törədildikdə. 

Nəhayət,  CPM-in  37.2  və  37.3-cü  maddələrində  göstərilməyən, 

yerdə  qalan  digər  cinayətlər  üzrə  cinayət  təqibi  ictimai  ittiham 

qaydasında  həyata  keçirilir.  Bu  da  demək  olar  ki,  CM-in  tam 

əksəriyyətini təşkil edir. 

2. Cinayət təqibinin həyata keçirilməsi vəzifəsi. Cinayət-prosessual 

qanunvericilik  cinayət  təqibinin  həyata  keçirilməsi  vəzifəsini  dövlət 

orqanlanna  həvalə  etmişdir.  Belə  ki,  təhqiqatçı,  müstəntiq  və  ya 

prokuror  hazırlanan,  yaxud  törədilən  cinayət  əlamətlərini  əks  etdirən 

əməllər  barədə  məlumat  aldıqda  və  ya  cinayət  hadisəsini  bilavasitə 

aşkar  etdikdə  CPM  ilə  müəyyən  edilmiş  qaydada  cinayətin  izlərinin 

qorunması  və  götürülməsi  üçün  tədbirlər  görməli,  həmçinin  öz 

səlahiyyətləri daxilində dərhal təhqiqat və ya istintaq aparmalıdırlar. 




Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə