iEE
Mirağa Cəfərquliyev
əməllərdə onun təqsirli olub-olmaması, təqsirləndirilən şəxsə cəza
tətbiq edilib-edilməməsi haqqında birinci və apellyasiya instansiyası
məhkəməsində məhkəmə baxışı nəticəsində hakimin (hakimlərin)
çıxardığı qərardır. Bu ümumi verilmiş bir tərifdir və burada
məhkəmənin nə bəraət və nədə ki, ittiham hökmündən heç bir söz
deyilmir.
Amma nəzərə almaq lazımdır ki, təqsirsiz şəxslərə bəraət vermək
məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək - cinayət mühakimə
icraatının əsas vəzifələrindən biridir. Bununla bağlı hüquq
ədəbiyyatında çox düzgün olaraq qeyd edilir ki, məhkəmə baxışı
nəticəsində təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirsiz
olması cinayət-prosessual qanunvericiliklə tam sübuta yetirilərsə, onda
məhkəmə tərəfindən bunu təsdiq edən bəraət hökmü çıxarılır. Haqqında
bəraət hökmü çıxarılmış şəxs təqsirsiz sayılır. Bəraət hökmü
çıxarıldıqdan sonra təqsirləndirilən şəxsin bütün hüquq və
azadlıqlarının məhdudiyyətləri aradan qaldırılmalı, habelə həmin şəxsə
vurulmuş ziyanın ödənilməsi üçün CPM-in V fəslinə müvafiq olaraq
tədbirlər görülməlidir.
Məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli
sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən
bəraət hökmü aşağıdakı hallarda çıxarılır:
1)
cinayət hadisəsi olmadıqda;
2)
əməldə cinayət tərkibi olmadıqda;
3)
cinayətin törədilməsinə aidiyyəti olmadıqda;
4)
təqsirliliyi sübuta yetirilmədikdə;
5)
andlı iclasçılar kollegiyası şəxsin təqsirsizliyi barədə verdikt
çıxardıqda. Burada bir vacib aspektə fikir vermək lazımdır. Qanunda
birmənalı surətdə qeyd olunur ki, bəraət hökmü yalnız CPM-in 42.1.2.3
və 4-cü maddələrində göstərilmiş hallar mövcud olduqda çıxarılır.
7.
Məhkəmə baxışı gedişində cinayət təqibinə xitam verilməsinin
əsasları. Cinayət-Prosessual Məcəlləsinin 43-cü maddəsində məhkəmə
baxışı, gedişində cinayət təqibinə xitam verilməsinin qaydası təsbit
olunmuşdur. Cinayət-prosessual qanunvericiliyinin adı çəkilən
normasından aydın olur ki, məhkəmə baxışı gedişində təqsirləndirilən
şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı
aşağıdakı hallarda çıxarılır:
V FƏSİL. CİNAYƏT TƏQİBİ VƏ CİNA YƏT TƏQİBİ ÜZRƏ İCRAATIN APARILMASI
Ü
1.
Dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina
etdikdə;
2.
CPM-in 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş
hallar olduqda.
Cinayət-prosessual qanunvericilikdə birmənalı şəkildə izah edilir ki,
xüsusi ittihamçının üzrlü səbəb olmadan məhkəməyə təkrarən
gəlməməsi və ya gəlməməsinə üzrlü səbəb olduğu barədə məhkəməyə
məlumat verməməsi öz hüquqi əhəmiyyətinə görə cinayət təqibindən
imtina etməyə bərabər tutulur.
Son illərdə cinayət-prosessual qanunvericilikdə aparılmış
məhkəmə-hüquq islahatları prosesində CPM-in 43-cü maddəsinə yeni
43.4- cü maddə əlavə olunmuşdur və onun mahiyyətindən aydın olur ki,
məhkəmə baxışının gedişində dövlət ittihamçısının CPM-in 39.1.2 və
39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibindən
imtina etməsi ilə əlaqədar məhkəmənin qəranna əsasən cinayət təqibinə
xitam verilərkən cinayət törətmiş şəxs müəyyən edilməmiş qaldıqda,
qərar qanuni qüvvəyə mindikdən sonra CPM-in müddəalan ilə nəzərdə
tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi
üçün məhkəmə baxılmış cinayət işi üzrə materiallan və ya
məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai
araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir.
Qeyd etmək lazımdır ki, CPM-in 43-cü maddəsinə əlavə olunmuş
43.4-cü maddəsinin tətbiqi ilə bağlı son zamanlar məhkəmədə cinayət
işlərinin baxılması zamanı bir sıra ciddi prosessual problemlər yaranır.
Bu məsələlərə aydınlıq gətirmək məqsədilə Azərbaycan Respublikası
prokurorluğu Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə
sorğu ilə müraciət edərək CPM-in 43.1.1, 314.2-ci maddələrində
nəzərdə tutulmuş “dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət
təqibindən imtina etdikdə” müddəasının şərh etməsini xahiş etmişdir.
Azərbaycan Respublikasının Prokurorluğu sorğuda göstərir ki,
Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin Vll
hissəsində təsbit olunmuş çəkişmə prinsipini özündə ehtiva edən
Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə görə
ittiham yönümlü səlahiyyətlərdən azad olan məhkəmə cinayət təqibi
orqanından cinayət işlərinə və cinayət təqibi ilə bağlı materiallara
məhkəmə iclaslarında ədalətli, qərəzsiz baxan arbitrə çevrilmişdir.
QSÜT
Mirağa Cəfərquliyev
Sorğuda CPM-in ittiham tərəfinin səlahiyyətlərini müəyyənləşdirən
21.3, 32.2.3, 32.2.8, 38.4 və 41.3-cü maddələrinə istinad edilərək
0
da
qeyd olunur ki, bu Məcəllənin 43.1.1-ci maddəsinin tələblərinə uyğun
olaraq məhkəmə baxışı gedişində dövlət ittihamçısı və xüsusi ittihamçı
cinayət təqibindən imtina etdikdə məhkəmə təqsirləndirilən şəxsə qarşı
cinayət təqibinə xitam verilməsi barədə qərar çıxanr.
Respublika prokurorluğu CPM-in məhkəmə baxışının hədlərini
müəyyənləşdirən 318.1-ci maddəsinə əsaslanaraq göstərir ki, məhkəmə
şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif
etmək, ona qarşı irəli sürülmüş ittihamdan ayn-ayrı bəndləri çıxarmaq
hüququna malikdir. Bu baxımdan onun səlahiyyətləri yalnız
təqsirləndirilən şəxsin vəziyyətinin yüngülləşdirilməsi ilə bağlı
olmaqla, dövlət ittihamçısı tərəfindən müdafiə edilən ittihamın həcmi
ilə məhdudlaşır və həmin ittihamdan ağır ola bilməz. Əks halda bu
məhkəməyə ittihamedici səlahiyyətlərin həvalə edilməsi ilə
nəticələnməklə, bir sıra prinsiplərin, müdafiə və ittiham tərəfləri
arasında tarazlığın pozulmasına səbəb ola bilər.
Sorğuda həmçinin qeyd olunur ki, nadir hallarda olsa da məhkəmədə
işə baxılarkən dövlət ittihamçısının ittihamdan qismən imtina etməsinə
baxmayaraq, məhkəmə tərəfindən belə imtina qəbul edilmir və
təqsirləndirilən şəxsə ibtidai araşdırma zamanı israr edilmiş ittiham üzrə
hökm çıxanimaqla cəza təyin olunur.
Beləliklə, Azərbaycan Respublikasının Prokurorluğu CPM-in 43.1.1
və 314.2-ci maddələrində nəzərdə tutulmuş "dövlət ittihamçısı və
xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə" müddəasının həmin
proses iştirakçıları tərəfindən ittihamdan qismən imtina edilməsini (eyni
əmələ görə məsuliyyəti nəzərdə tutan Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin müvafiq maddəsinin tövsifedici əlamətlərini özündə əks
etdirən cinayət tərkibindən sadə tərkibli cinayət əməlinə tövsif
edilməsini, yaxud təqsirləndirilən şəxsə Azərbaycan Respublikası
Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə nəzərdə tutulmuş
cinayətlərin törədilməsində ittiham elan edildikdə, məhkəmə baxışında
ittihamdan bir və ya bir neçə maddə üzrə imtina edilməsini) özündə
ehtiva edib-etməməsinin şərh olunmasını xahiş edir.
Konstitusiya Məhkəməsinin 15 fevral 2008-ci il tarixli Plenumu
sorğuda qaldırılan məsələlərin həlli ilə bağlı cinayət mühakimə
Dostları ilə paylaş: |