V FƏSİL. CİNAYƏT TƏQİBİ VƏ CİNAYƏT TƏQİBİ ÜZRƏ İCRAATIN APARILMASI
İcraatında məhkəmənin roluna, müdafiə və ittiham tərəfinin statusu,
hüquq və vəzifələrinə dair cinayət-prosessual qanunvericiliyinin bəzi
müddəalarının təhlilini zəruri hesab etmişdir. Plenumun qərarında qeyd
edilmişdir ki, demokratik, hüquqi dövlət kimi Azərbaycan
Respublikasında insan və vətəndaş hüquqları və azadlıqlarının
tanınması, təmin edilməsi, onların müdafiə olunması dövlətin ali
məqsədi kimi bəyan edilmişdir. Bu baxımdan Konstitusiyada nəzərdə
tutulmuş təməl prinsiplərin və təsbit olunmuş hüquq və azadlıqların
tənzimlənən
bütün
hüquq
münasibətlərində,
o
cümlədən
cinayət-prosessual hüquq münasibətlərində rəhbər tutulması mühüm
şərtlərdən biridir.
Konstitusiyanın müddəalanna görə ədalət mühakiməsi çəkişmə
prinsipi əsasında yalnız məhkəmələr tərəfindən həyata keçirilir
(Konstitusiyanın 125-ci maddəsinin I və 127-ci maddəsinin VII
hissələri). Bu prinsip məhkəmə baxışında iştirak edən ittiham və
müdafiə tərəflərinin öz hüquqlanm və qanuni mənafelərini həyata
keçirməsində bərabər prosessual imkanların yaradılmasını nəzərdə
tutur.
Konstitusiyanın 125-ci maddəsinin IV hissəsinə əsasən, cinayət
məhkəmə icraatında Azərbaycan Respublikasının Prokurorluğu və
müdafiə tərəfi iştirak edir. Azərbaycan Respublikasının Prokurorluğu
həmçinin məhkəmədə dövlət ittihamını müdafiə edir (Konstitusiyanın
133-cü maddəsinin I hissəsi). Məhz Konstitusiya normalanm rəhbər
tutmaqla, qanunverici bir sıra prinsiplərlə yanaşı, çəkişmə prinsipinə
əsaslanan CPM-in müddəaları ilə ittiham, müdafiə və işin həll olunması
funksiyalarını bir-birindən ayırmış, onların təyinatı, yönümü və
məzmununu, habelə subyektlərinin dairəsini və səlahiyyətlərinin
həcmini dəqiq müəyyənləşdirmişdir.
CPM-in müddəalarına görə, ittihamın sübuta yetirilməsi, şübhəli və
ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlillərin təkzib
edilməsi vəzifəsi bütövlükdə ittiham tərəfinin üzərinə düşür. İttiham
tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə
tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə
təqsirləndirilən şəxsin aidiyyətini, cinayət törətmiş şəxsin cinayət
məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir,
təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifmə və məhkəmənin yekun
qərarına dair öz təkliflərini verir. Müdafiə tərəfinin funksiyası isə
cinayət təqibi ilə bağlı irəli sürülmüş ittihamı təkzib etmək
ins
Mirağa Cəfərquliyev
dən VƏ ya cinayət posesini həyata keçirən orqanın diqqətini
təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsinə və ya
cinayət məsuliyyətini yüngülləşdirən halların mövcudluğuna cəlb
etməkdən, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifmə və
məhkəmənin yekun qərarına dair öz təkliflərini verməkdən ibarətdir.
Prosessual qanunvericiliyin keyfiyyətcə yeni hüquqi təbiətə malik
institutlarının, həmçinin cinayət mühakimə icraatının məhkəmə baxışı
mərhələsində
prokurorun
dövlət
ittihamçısı
kimi
rolunu
müəyyənləşdirən normalar sisteminin təhlili belə qənaətə gəlməyə əsas
verir ki, prokuror ittiham tərəfinin irəli sürdüyü ittihamın sonrakı
aqibətinə təsir edə biləcək mühüm səlahiyyətlərə malik olan müstəqil
prosessual şəxsdir.
CPM-in 32.2.8-ci maddəsinə əsasən, dövlət ittihamçısı və xüsusi
ittihamçı cinayət təqibini həyata keçirir və cinayət təqibindən imtina
edir. Bu məcəllənin 41.3-cü maddəsində isə nəzərdə tutulmuşdur ki,
dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən hallan aşkar
edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina
edilməsini bildirməlidir. Xüsusi ittihamçı ittihamı müdafiə etməkdə
davam edərsə, təqsirləndirilən şəxsin cinayət təqibindən imtina edilməsi
barədə dövlət ittihamçısının mövqeyi cinayət işinə və ya cinayət-
təqibilə bağlı digər materiala məhkəmədə baxılmasının davam
etdirilməsinə mane olmur.
CPM-in 43.1.1-ci maddəsi dövlət ittihamçısının və xüsusi
ittihamçının cinayət təqibindən imtina etməsini məhkəmə baxışı
gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi
barədə məhkəmə qərarının çıxarılması hallarından biri kimi
müəyyənləşdirmişdir.
İctimai ittiham üzrə cinayət təqibi bir qayda olaraq yalnız zərər
çəkmiş şəxsin hüquq və qanuni maraqlanna deyil, bütövlükdə cəmiyyət
və dövlətin ictimai əhəmiyyət kəsb edən maraqlarına xələl yetirən
cinayət əməllərilə bağlı həyata keçirilir. Xarakteri və ağırlıq dərəcəsi
baxımından belə cinayətləri törətmiş şəxslərin təqib edilməsi,
0
cümlədən ittihamın sübut olunması bir vəzifə kimi zərər çəkmiş şəxsin
deyil, səlahiyyətli dövlət orqanlannm üzərinə düşür. CPM-ə görə
ictimai ittiham qaydasında cinayət təqibi zamanı zərər çəkmiş şəxs
dövlət ittihamçısı ilə bərabər subsidiär ittihamçı kimi tanınmadı
V FƏSİL. CİNAYƏT TƏQİBİ VƏ CİNAYƏT TƏQİBİ ÜZRƏ İCRAATIN APARILMASI
ğından dövlət ittihamçısının ittihama münasibətdə davranışı onun
iradəsindən asılı deyildir. Belə vəziyyət isə zərərçəkmişin dövlət
ittihamçısının məhkəmə baxışının gedişində cinayət təqibindən imtina
etməsinə dair mövqeyi ilə razılaşmamasını da əhəmiyyətsiz edir və
məhkəmənin cinayət təqibinə xitam verməsinə mane olmur. Məhkəmə
baxışında dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın
müdafiəsindən imtina edilməsilə bağlı mövqelərinin üst-üstə düşməsi
yalnız ictimai-xüsusi ittiham qaydasında aparılan cinayət işləri üzrə
zəruridir (CPM-in 41.3-cü maddəsi).
CPM-in 43-cü maddəsinin mənasına görə məhkəmə baxışı
gedişində dövlət ittihamçısının ictimai ittiham qaydasında apanimış
cinayət təqibindən (ittihamın müdafiəsindən) imtina etməsi
məhkəmənin cinayət təqibinə şərtsiz xitam verilməsilə (CPM-in
43.3-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla)
nəticələnməlidir.
Bununla yanaşı nəzərə ahnmalıdır ki, Konstitusiyanın 63-cü
maddəsinin I hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası
hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs,
onun təqsiri qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə
və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa,
təqsirsiz sayılır. Bu maddənin II hissəsində isə müəyyənləşdirilmişdir
ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli
bilinməsinə yol verilmir.
Həmin Konstitusiya normasını eynilə əks etdirən CPM-in 21.2-ci
maddəsi həmçinin, nəzərdə tutur ki, bu Məcəllənin müddəalarına uyğun
surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta
yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr
təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir.
CPM-in sübutlann qiymətləndirilməsinə dair normalarına görə isə
cinayət təqibi üzrə toplanmış bütün sübutlann məcmusuna ittihamın
həlli üçün onlann kifayət etməsinə əsasən qiymət verilməlidir. Belə ki,
təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və
vicdanı rəhbər tutaraq, sübutların məcmusunun hərtərəfli, tam və
obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları
qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər
sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya
təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (CPM-in 145.2 və 145.3-cü
maddələri). Bu maddələrin təhlili belə qənaətə gəlməyə
Dostları ilə paylaş: |