Mirağa Cəfərquliyev
____________________
Protokolda doldurulmamış sətirlər və səhifələr pozulmalı (xətt
çəkilməli), ona əlavələr, pozmalar və düzəlişlər xüsusi qeyd
olunmalıdır.
Prosessual hərəkətlərin protokolları elə tərtib olunmalıdır ki, onların
məzmunu bilavasitə və ya texniki vasitələrin köməyilə aydın başa
düşülsün.
Protokol onu tərtib edən şəxs tərəfindən imzalanır. Bundan sonra
protokol prosessual hərəkətin aparılmasında iştirak etmiş bütün şəxslərə
oxunur, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və
protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah
olunur.
Əgər bu şəxslərdən hər hansı biri fiziki qüsurlar və sair səbəblər
üzündən protokolu şəxsən imzalamaq imkanından məhrumdursa, onun
əvəzinə protokolu müdafiəçisi, qanuni nümayəndəsi və ya nümayəndəsi
imzalayır.
Prosessual hərəkətin aparılmasında iştirak etmiş şəxs protokolu
imzalamaqdan imtina edərsə, bu barədə protokolda müvafiq qeydi
cinayət təqibində maraqlı olmayan kənar şəxs öz imzası ilə təsdiq edir.
Prosessual hərəkətin aparılması zamanı texniki vasitələrdən istifadə
olunmaqla audio və başqa yazılar, foto, video, kino və digər çəkilişlər
həyata keçirilirsə, prosessual hərəkəti aparan şəxs hərəkəti başlamazdan
əvvəl bütün iştirakçıları bu barədə xəbərdar edir. Texniki vasitələrdən
istifadə olunması faktı protokolda qeyd olunur, yazı və ya çəkiliş isə
möhürlənir və müvafiq protokolun əlavəsi kimi cinayət təqibi üzrə
icraatın materialları ilə birlikdə saxlanılır. Prosessual hərəkətin gedişinə
dair audio və başqa yazılar, foto, video, kino və ya digər çəkilişlər başqa
prosessual hərəkətin apanlması zamanı dinlənildikdə və ya baxıldıqda
bu barədə qeyd axırıncı prosessual hərəkətin aparılması haqqında
protokolda göstərilməlidir. Məsələn, məhkəmə baxışı zamanı bu video
çəkilişlərə baxılıbsa, deməli, məhkəmə iclasının protokolunda bu
barədə müvafiq qeydlər aparılacaq.
Məhkəmə iclasının protokolu məhkəmə iclasında sədrlik edən və
məhkəmə iclasının katibi tərəfindən məhkəmə iclası qurtardıqdan sonra
3 (üç) gün müddətində imzalanır. Bundan sonra məhkəmə tərəfindən
onunla tanış olmaq hüququ olan şəxslərə 3 (üç) gün müddətində
protokolla tanış olmaq imkanı yaradılır. Həmin şəxslər protokola dair
yazılı qeydlərini verdiyi halda məhkəmə iclasına sədrlik edən
V FƏSİL CİNAYƏT TƏQİBİ VƏ CİNAYƏT TƏQİBİ ÜZRƏ İCRAATIN APARILMASI
qeydlərə baxaraq onlarla razılaşdıqda öz imzası ilə qeydləri təsdiq edir,
razılaşmadıqda isə bu barədə müvafiq qərar qəbul edir.
Protokola edilən qeydlərlə razılaşıb-razılaşmamasından asılı
olmayaraq, həmin qeydlər və onlara dair qərar məhkəmənin iclas
protokoluna əlavə edilməlidir.
7.
Cinayət təqibi üzrə icraatın materialları. Cinayət təqibi üzrə
icraatın materialları dedikdə sübutlar qismində əlavə olunmuş sənədlər,
CPM-in 51.1-ci maddəsində nəzərdə tutulmuş sənədlər, habelə cinayət
prosesini həyata keçirən orqanlar tərəfindən qəbul olunmuş qərarlar və
cinayət prosesi tərəflərinin yazılı müraciətləri başa düşülür və onlar
müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın
və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın materiallarında
saxlanılır. Cinayət-prosessual qanunvericiliyin ciddi tələblərindən biri
də ondaı ibarətdir ki, hər bir sənəd müvafiq olaraq cinayət işinin,
məhkəməyədək sadələşdirilmiş icraatın və ya xüsusi ittiham qaydasında
şikayət üzrə icraatın materiallarına əlavə olunan kimi dərhal vərəqələr
üzrə nömrələnməlidir. Cinayət prosesini həyata keçirən orqan həmin
vərəqələrin ardıcıl nömrələnməsin! və xronoloji qaydada müvafiq
olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın və ya
xüsusi ittiham qaydasında şikayət üzrə icraatın ma- teriallanna
tikilməsini təmin etməlidir.
Bütün istintaq hərəkətlərinin protokolları dərhal və ya bütün hallarda
istintaq hərəkətinin aparıldığı gündən sonrakı iş günündən gec
olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti
orqanlarının Azərbaycan Respublikası Baş Prokurorluğu ilə birgə
müəyyən etdiyi qaydada qeydə alınmalıdır. Bütün prosessual qərarlar
ciddi hesabat sənədləri olmaqla xüsusi formalı, nömrələnmiş blanklarda
tərtib olunur. Həmin blanklarm formaları Azərbaycan Respublikasının
müvafiq icra hakimiyyəti orqanlan və Azərbaycan Respublikasının Baş
Prokurorluğu tərəfindən birgə müəyyən olunur.
Cinayət işinin materialları hər bir qovluğun üzərində müvafiq
yazılan və orada olan sənədlərin siyahısı cildlənmiş bir və ya bir neçə
qovluqda tikilməlidir. Həcminə və ya xarakterinə görə cinayət işinin
materiallarında saxlanıla bilməyən digər sənədlər və əşyalar onun tərkib
hissəsi kimi ayrıca saxlanılır. Cinayət işinin materiallarından ayrı
Mirağa CəfərquUyev
saxlanılan əşyaların və sənədlərin siyahısı cinayət işinin materiallan- na
əlavə edilməlidir.
Cinayət işinin materiallarına aid sənədlərin surətləri cinayət
prosesini həyata keçirən orqan tərəfindən düzgünlüyü təsdiq edilmiş
kağızda və ya elektron daşıyıcısında çıxanla bilər.
8.
Cinayət təqibi üzrə icraatın dayandırılması əsasları. Cinayət
təqibi üzrə icraatın dayandırılması üçün qanunvericilikdə bir sıra
konkret əsaslar nəzərdə tutulmuşdur. Cinayət-Prosessual Məcəllənin
53-cü maddəsinə müvafiq olaraq cinayət təqibi üzrə icraat ancaq
aşağıdakı hallarda dayandırıla bilər:
1)
təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən
olunmadıqda;
2)
onun olduğu yer müəyyən olunmadıqda;
3)
o, istintaqdan və ya məhkəmədən gizləndikdə;
4)
onun ağır xəstəliyi və ya Azərbaycan Respublikasının
hüdudlarından kənarda olması ilə əlaqədar cinayət prosesində iştirakı
müvəqqəti mümkün olmadıqda;
5)
onun toxunulmazlıq hüququndan məhrum edilməsi və ya xarici
dövlət tərəfindən verilməsi məsələsi qanunla müəyyən olunmuş
qaydada qoyulduqda;
6)
insan hüquq və azadlıqlarının həyata keçirilməsi məsələləri ilə
bağlı məhkəmə tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının
və qanunların şərh edilməsi haqqında Azərbaycan Respublikasının
Konstitusiya Məhkəməsinə müraciət edildikdə;
7)
məhkəmə qərarlarının icra edilməməsi ilə əlaqədar cinayət təqibi
zamanı mülki-prosessual qanunvericiliyə uyğun olaraq qərarın icrası
kassasiya instansiyası məhkəməsi tərəfindən dayandınidıqda.
Cinayət təqibi üzrə icraat dayandırıldıqda onunla bağlı eyni
zamanda cinayət işi üzrə icraat da dayandırılır. Cinayət təqibi üzrə icraat
aşağıdakı müddəalara riayət edilməklə dayandırıla bilər:
-
CPM-in 53.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda yalnız
cinayət işinin başlanmasından 2 (iki) ay keçdikdə;
-
CPM-in 53.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda yalnız
təqsirləndirilən şəxs haqqında axtarış elan edildikdən sonra;
-
CMP-in 53.1.3-cü maddəsində nəzərdə tutulmuş hallarda
təqsirləndirilən şəxsin axtarışının elan edilməsi ilə eyni vaxtda;
Dostları ilə paylaş: |