Sasanilərin dövründə olan feodalizmin xüsusiyyətləri haqqında məlumatın
az olmasına baxmayaraq iri feodallar istər yerli, istərsə də mərkəzi hakimiyyətə
tabe olmaqla bərabər, həm də hər ikisinə vergi toplamalı və habelə hərbi xidmət
göstərməli idilər
82
.
Nizamülmülk torpaq mülkiyyətinin qorunub saxlanması və müqəddəsliyi
haqqında ―Ənuşirəvan və Azərbaycanın hakimi‖ adlı hekayətində yazır ki,
―...hakim özündən ötəri imarət tikdirib və bağ saldırmaq istəyirdi. Lakin qarının
daxması və həyətyanı torpağı bu işin icra edilməsinə mane olurdu. Qarının öz
mülkünü satmaq istəməməsinə baxmayaraq, hakim həmin daxma və torpağı zorla
ondan aldı. Qarı Ənuşirəvanın yanına gedib şikayət etdi. Ənuşirəvan bir nəfəri işlə
tanış olmaq üçün oraya göndərdi.
Nəticədə məlum oldu ki, hakim Xorasan, Fars, İraq və Azərbaycanda
xeyli karvansaraya, yaşayış binasına və malikanəyə sahibdir. Qarının şikayəti
qəbul edilib daxması və həyətyanı sahəsi özünə qaytarılmışdır
83
.
A. Kristensen göstərir ki, əyalətlərdə olan hakimlərin ―tiyul‖ və ―iqta‖lara
olan münasibətləri lazımi qədər məlum deyildir. Lakin ehtimal etmək olar ki, əksər
vaxt böyük ―tiyul‖ sahiblərinə əyalətlərin hakimliyini tapşırırdılar. Ona görə ki,
həmin şəxslər öz əyalətlərində geniş torpaq sahələrinə və həm də su təsərrüfatına
malik idilər
84
.
Sasanilər dövrünün ictimai təbəqələri haqqında məlumat verən Səid Nəfisi
yazır: ―Sasanilərin dövründə İran əhalisi dörd təbəqəyə bölünürdü. Ruhanilər,
hərbçilər, idarə işçiləri (maliyyə və mülki işlərlə məşğul olanlar), əkinçi və
sənətkarlar‖
85
.
Müəllif bu dörd qrupun hər birinin öz növbəsində çoxlu dəstələrə
bölündüyünü qeyd edir və göstərir ki, hər bir dəstə bir ictimai peşənin
nümayəndəsi sayılırdı. Belə ki, ruhanilər qazilərə və məbədlərin başqa təbəqələrinə
bölünürdü. İdarə işçiləri dəbir, hakim, münəccim və habelə şairlərə, tacirlər,
dükançılar isə dördüncü qrupa şamil edilirdi. Hər bir dəstənin özünün rəisi
olmaqla bərabər onun əlaltısı olan müfəttişlər (müavini) işləri yerinə yetirir,
təhsildar xərac (vergi) toplayır. Usta isə şagirdliyə nəzarət edirdi
86
. Tanserin
məktubunda Sasanilərə tabe olan əyalətlərin əhalisi ictimai nöqteyi-nəzərdən dörd
silkə bölünür:
kahinlər, hərbçilər, dəbirlər və digər peşə sahibləri
daxildir
87
.
Pəhləvi dilində yazılmış ―Hacıabad‖ kitabəsində I Şahpur ölkənin yuxarı
təbəqələri qarşısında ox atır. Burada göstərilmiş təbəqələr bunlardır: hakimlər
(şəhrdarlar, pəhləvi dilində ―şatre daran‖), daha doğrusu, İran şahzadələri,
82
Yenə orada, s. 54 – 55.
83
Nizamülmülk. Siyasətnamə.
84
A. Kristensen. Göstərilən əsəri, s. 32 – 33.
85
S. Nəfisi. Təməddün-e İran-e Sasani, Tehran, 1331. Müqəddimə.
86
S. Nəfisi. Göstərilən əsəri. Göstərilən əsəri, s. 2
87
Name-i Tanser, Tərcümei, M. Minəvi, Tehran, 1333, I