Müəllim məsələsi yalnız bizim deyil, hər bir millətin ölüm-dirim məsələsidir



Yüklə 0,55 Mb.
səhifə78/83
tarix24.12.2022
ölçüsü0,55 Mb.
#97847
1   ...   75   76   77   78   79   80   81   82   83
muhazire 1-15 qdər terbiyeci isi

14. Anketləşmə - anketləri təhlil edərək ailə haqqında çox şey öyrənmək olar: uşağın həvəsi haqqında, onun evdə davranışı haqqında, valideynlərin istifadə etdiyi tərbiyə metodları haqqında, ailədə tərbiyə ilə məşğul olanların haqqında. Bunlar bir ailənin pedaqoji tələbatlarına daha yaxşı diqqət yetirməyə, onun fərdi xüsusiyyətlərini nəzərə almağa kömək edir.
Anketləşmə - uşaq bağçasının işinin müxtəlif məsələləri üzrə informasiyanın əldə edilməsinin və paylaşılmasının fəal formalarından biridir. Anketləşdirmə pedaqoji kollektivə müəyyən məsələlər üzrə daha dolğun məlumat əldə etməyə, onu təhlil etməyə və bu istiqamətdə gələcək işləri düzgün planlaşdırmağa kömək edir. Digər tərəfdən anketləşmə valideynlərə bu və ya digər mövzuda daha ciddi düşünməyə, öz pedaqoji imkanlarını, uşaqla qarşılıqlı münasibət tərzini qiymətləndirməyə və s. kömək edir.
Anketləşmənin üstünlükləri:

    • Tez hər hansı bir problem haqqında məlumat alma imkanı;

    • Məlumatın etibarlılığı;

    • Bütün valideynləri əhatə etmə imkanı.

Müəllimlər valideynlərin cavablarını təhlil edərkən ailə, valideynlərin uşaq bağçasına münasibətdə tələb və gözləntiləri, uşağın xüsusiyyətləri, valideynlərin tərbiyənin bu və ya digər məsələləri üzrə müəllimlərlə qarşılıqlı əlaqədə olmağa hazır olması, qidalanmanın keyfiyyəti və s. barədə məlumat alırlar.
Anketə daxil edilməlidir:

  • Valideynlərə nəzakətli müraciət;

  • Sorğunun məqsədi haqqında məlumat ;

  • Suallar;

  • Anketin sonunda valideynlərə təşəkkür edilməlidir.

Tərbiyəçi-müəllim valideynlərlə iş zamanı aşağıdakıları nəzərə almalıdır:

  1. Tərbiyəçi və valideynlər arasında qarşılıqlı hörmətin aşılanması;.

  2. Məktəbəqədər təhsil müəssisəsinin fəaliyyətində valideylərin iştirakı həvəsləndirilməsi; .

  3. Yaradıcılıq və təşəbbüskarlığın göstərilməsi, müxtəlif ailələrin maraqları öyrənilməsi.

  4. Ailələrə istəklərinin nəzərə alınması .

  5. Uşağın və ailənin fəaliyyətinə nəzarət, pozitiv meyllərin qeyd edilməsi.

  6. Düzgün istiqamətdədirilməli.

  7. Uşaq və valideynin zəhməti qiymətləndirilməli.

  8. Bütün ailəni cəlb etməli Ailənin bütün üzvlərini cəlb edilməsi yollarını axtarılmalı

  9. Valideynlərin yığıncaqlara gəlmələrinə nail olunmalıdır. Yığıncaqlar onlara uyğun olan zamana salınmalıdır ki, uşaqlar yalqız qalmasınlar.

  10. Məxfilik qorunmalıdır.

  11. Ailə məsləhət qrupu yaradılmalı.


Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə