Müəllim məsələsi yalnız bizim deyil, hər bir millətin ölüm-dirim məsələsidir


Mövzu № 2. Tərbiyəçi hazırlığının baş­lı­ca mərhələləri və istiqamətləri



Yüklə 0,55 Mb.
səhifə2/83
tarix24.12.2022
ölçüsü0,55 Mb.
#97847
1   2   3   4   5   6   7   8   9   ...   83
muhazire 1-15 qdər terbiyeci isi

Mövzu № 2. Tərbiyəçi hazırlığının baş­lı­ca mərhələləri və istiqamətləri

Tərbiyəçi olmaq kimi şərəfli bir iş yoxdur. Çünki Tərbiyəçilər xalqın bilik­lənməsinin, təh­silin inkişaf etməsi­nin və nəhayət, xalqın elmi­nin inkişaf etmə­sinin əsasını qoyan­lar­dır­”.




Heydər Əliyev

Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq et­diyi “2005-2009-cu illər üçün Azərbaycan Respublikasının ümum­təhsil bağçaləri şəbəkəsində pedaqoji kadr təminatı üz­rə inkişaf Proqramı”nda (2004-cü il, 4 noyabr) deyilir: “Ümu-mi təhsildə keyfiyyət parametrlərinə bilavasitə təsir göstərən faktlardan biri bağçalərin kadr təminatı və Tərbiyəçi korpusu­nun peşəkarlıq səviyyəsidir”.


Respublikamız müs­təqillik qazandıqdan sonra pedaqoji kadrların hazırlığına diq­qət daha da artırılmış və bu sahədə bir sıra əsaslı işlər görül­müş, is­la­hatlar aparılmışdır. Hazırda bir sıra dövlət və qeyri-döv­lət ali və orta ixtisas təhsili mü­əs­­sisə-lərində pedaqoji kadrlar hazırlanır. Bir neçə ali təhsil müəssisə­sində isə pedaqoji kadrların ixtisas artırma və ye­nidən hazırlan­ması işləri həyata keçi­rilir. Lakin XXI kadr hazırlığı­nın, o cümlədən pedaqoji kadrlar hazırlanmasının qarşısında daha məsul, daha ciddi vəzifələr qoyur. Başlıca məsələ pedaqoji kadr hazırlığının kəmiyyətdən çox, keyfiyyət göstəricilərini yüksəltməkdən ibarətdir.
Müasir həyat bağçadən daha ciddi nəticələr gözləyir. Yeni infor­ma­si­ya texnologiyaları şəraitində daha hazırlığlı, uşaqlərə təkcə elmlərin əsaslarını öyrədən deyil, əsl vətəndaş–şəxsiyyət yetişdirə bilən, sözün əsl mənasında həyatını müəl-limliyə həsr edən peşəkarlar hazırlanmasını tələb edir. Bu baxımdan respublikamızda Tərbiyəçi hazırlığının key­fiy­yətinin yüksəldilməsi üçün bir sıra önəmli işlərin aparılması zərurətə çevrilir.
Məsələyə konstruktiv baxımdan yanaşdıqda müasir müəl-lim­lərin peşəkarlığına, şəxsiyyətinə və fəaliyyətinə verilən tə­ləb­lərin, yerinə yetirilməsi vacib olan vəzifələrin nəzərdən keçirilməsi lazım gəlir. Bu vəzifələr “Azərbay­can Respublika­sında fasiləsiz pedaqoji təhsil və Tərbiyəçi ha­zırlı­ğının konsep-siyası və strategiyası”nda geniş şəkildə təsbit olun­­muşdur.
Bu sənəddə göstərilir ki, müasir dövrdə Tərbiyəçi əxlaqi cə­hət­dən inkişaf etmiş, yaradıcı şəxsiyyət olmalı, refleksiya qa­­­bi­­liy­yətinə, peşə vərdişlərinə, pedaqoji ustalığa malik olmalı və yenilikçiliyə meyilli olmalıdır. Tərbiyəçi təhsilin mahiyyətini dərk etməli, mədəni olmalı, öz fənnini, pedaqogika və psixo­lo­gi­yanı gözəl bilməli, şəxsiy­yət­yö­nüm­lü pedaqoji üsullardan is­ti­­fadə etməli, öz intellektual səviyyəsini daim inkişaf etdir­mək üçün çalışmalıdır. Təcrübəli Tərbiyəçi öz fənnini bilməklə ya­na­şı, pedaqoji prosesdə hər bir iştirakçının yerini görməli, uşaq­lə­rin fəaliyyətini təşkil etməli, onun nəticələrini qiymət­lən­dir­­­məli, düzəlişlər etməyi bacarmalıdır. Tərbiyəçi yenilikçi, yara­dı­cı düşüncəyə malik olmalıdır.
Tərbiyəçilər yeni, mürəkkəb, müxtəlif və qeyri-müəyyən sosi­al-iqtisadi şəraitdə həyatın yeni bünövrəsinin qurulması sa­hə­­sində xüsusi rolu olan insandır. Onlar yeni olan fərdilikləri və xüsusiyyətləri, texnologiyaları və sistemləri nəzərə almalı, öy­rənənlərə yeni bilik və bacarıqların əldə edilməsində, müasir cə­miyyətin tələblərinə uyğunlaşmaqda və fasiləsiz təhsil al­maq­­da kömək etməlidirlər. Tərbiyəçilər təhsilin hamı üçün əlça­tan olmasının təmin edilməsinə, həmçinin yaş, bacarıq, mədəni, dil, cins, coğrafi və sosial-iqtisadi fərqlər yaratmış məhdudiy­yət­­­lərin aradan qaldırılmasına çalış­malıdırlar.
Tərbiyəçilərin işi gündən-günə cəmiyyətin fəaliyyəti ilə sıx şə­kildə birləşir. Təhsilin müasirləşməsi şəraitində Tərbiyəçinin ənə­nəvi funksiyaları ilə (təlim, tərbiyə, inkişafa kömək, təlim nə­­ti­­cələrinin qiymətləndirilməsi, valideynlərlə iş və s.) yanaşı, həm məzmun cəhətdən, həm də prosesin təşkili baxımından təh­­silin və sosial-mədəni mühitin proqramlaşdırılması, layihə­ləş­­dirilməsi və təşkili kimi peşə funksiyaları aktual­laşır. Əsrin tə­ləblərinə cavab vermək üçün Tərbiyəçi öz fəaliyyətini qrupota­­­ğı ilə məhdudlaşdırmamalıdır. Hər bir Tərbiyəçi tədrisin müx­­­təlif tərəflərini dərk etməli, təhsil sisteminin digər iştirakçı­ları ilə anlaşma əldə etməli, pedaqoji peşənin çalarlarını nəzərə almalı və peşəkarlıq səviyyəsinin fasiləsiz yüksəldilməsinə ça­lış­malıdır. Eyni zamanda biliklərin həcminin daim artması ilə xarakterizə olunan informasiya cəmiyyətinə keçid Tərbiyəçidən müstəqil elmi-tədqiqat işi aparmaq bacarığı tələb edir, onun peşə motivasiyasının əhəmiyyəti artır.
Bütün bunlar onu göstərir ki, Tərbiyəçi daim inkişafda ol­ma­lı, öz üzərində işləməklə real həyatın tələblərinə cavab ver­mə­yi bacarmalıdır. Elə bu səbəbdən də müasir dövrdə Tərbiyəçi hazır­lığı, daim inkişafda olan zamanın, informasiya cəmiy­yə­ti­nin sürətlə dəyişən tələblərinə uyğunlaşdırılmalıdır. Ali və orta pe­daqoji təhsil müəssisələri yeni tələblərə cavab verə bilən, mü­asir informasiya cəmiyyətinin Tərbiyəçinini ha­zırla­malıdır. Bu baxımdan müasir dövrdə hazırlanan pedaqoji kadrların dünya təhsil sisteminə inteqrasiyası, təhsilin liberal­laşması və infor­ma­­­­siyalaşdırılması şəraitində yüksək peşə­karlıqla fəaliyyət gös­­tərə bilməsi üçün müyyən yeniliklər edilməklə kompleks işlər görülməli, Tərbiyəçi hazırlığının istər forması, istərsə də məz­­­­­­munu artan informasiya texnologiya­larının sürətli inki­şa­fını nəzərə almaqla gələcəyə yönəldil­məlidir. Nəzərə alsaq ki, pe­­­­­­­­­­­­­­­­­daqoji sənətdə Tərbiyəçilik peşəsinə hazırlığın əsası hələ ümum­­­­təhsil bağçalərindən qoyulur, onda onun ayrı–ayrı mər­hə­lələrini nəzərdən keçirmək olduqca faydalı olar.
Respublikamızda pedaqoji peşəyə hazırlıq aşağıdakı dörd mərhələdə həyata keçirilir:
– ailədə və ümumtəhsil bağçalərində;
– ali və orta ixtisas pedaqoji təhsil müəssisələrində;
– bilavasitə pedaqoji fəaliyyət prosesində;
– pedaqoji kadrların ixtisasartırma fakültələrində.
Bunların hər birini ayrılıqda nəzərdən keçirək.
I. Uşaq və gənclərdə Tərbiyəçilik peşəsinə maraq və meyil­lə­­rin yaranmasında əsas rol ilk növbədə ailəyə məx­susdur. Bu da, əsasən, iki istiqamətdə özünü göstərir: 1) ailə ənənələri, va­ris­lik; 2) ailədə Tərbiyəçiə, Tərbiyəçi peşəsinə müs­bət münasibət.
Başqa peşə və ixtisas sahələrində olduğu kimi Tərbiyəçilik peşəsinə münasibətdə, uşağın bu peşəyə maraq göstərməsində ailə ənənələri, baba-nənənin, ata-ananın bu peşənin sahibi ol­ma­larıdır. Bu çox güclü amildir və peşə seçimində az rol oyna­mır. Uşaqlar özlərini dərk edəndən valideynlərinin hər iki­sinin, yaxud birinin bu sahədə fəaliyyətini görür, ailədə söhbət­lə­rin şahidi olur. Bir növ pedaqoji peşənin daşıyıcıları ilə ya­xın­dan münasibətdə olurlar ki, bu da uşaqların peşə maraqla­rının for­ma­­laşmasına öz təsirini göstərir.
Professor Ə.Əlizadə yazır: “Atalar və oğullar probleminin özünəməxsus bir konteksti də var: bu kontekst peşə seçimi yö­nü­mündə, mahiyyətcə uşaq qabiliyyəti və istedadının forma­laş­ma­sı yönümündə maraqlı sosial-psixoloji problem kimi əmələ gəl­miş və “ailə dinastasiyası” kimi məşhurlaşmışdı. Əslində bu problemin tarixi çox qədimdir: atalar öz sənətlərinin sirlərini il­lə­­rin-əsrlərin axarında həvəslə övladlarına öyrətmiş­lər. Ali bağçain inkişafı zəminində bu problem daha da kəskin­ləş­miş­dir: elm sahəsində də, sənət sahəsində də uşaqlar bir çox hal­lar­da ataların yolu ilə getməyə başlamışlar.
“Ailə dinastasiyasının” qeyri-adi bir sirri var: bu dinasta­si­ya­­da, necə deyərlər, möcüzəli qabiliyyət və istedadın psixolo­giyası (və pedaqogikası) qan yaddaşı ilə yaranır. Genetik amil­lərlə mühit amilləri ağlagəlməz ölçülərlə bir-birinə qovuşur və parlaq istedadlar ailənin şəfa qaynaqlarında daha aydın görü­nür”.
Ailə təsirinin digər bir forması isə ailədə Tərbiyəçi peşəsinə münasibətin necəliyidir. Faktlar göstərir ki, valideynlərin Tərbiyəçi peşəsinə münasibəti yüksək olduğu ailələrdə uşaqların da bu peşəyə müsbət münasibəti özünü göstərir. Əksinə, hansı ailə­lərdə ki, Tərbiyəçiə, onun peşəsinə rəğbətlə yanaşılma yox­dur­­sa, belə ailələrdə böyüyən uşaqlar arasında pedaqoji sahədə peşə seçmək istəyənlər olduqca azlıq təşkil edir.
Ümumtəhsil bağçalərində uşaqlərin pedaqoji peşə üzrə hazırlanmaları peşəyönümü prosesinin tərkib hissəsi kimi hə­ya­ta keçirilir. Uşaqlərlə aparılan peşəyönümü işlərinin bir sahəsi kimi özünü göstərən pedaqoji peşəyönümü işləri təlim-tərbiyə prosesinin tərkib hissəsi olmaqla bağçadə xüsusi diqqət tələb edir.
Bağçadə uşaqlərin pedaqoji peşəyə–Tərbiyəçilik sənətinə maraq göstər­mə­lərinə bir sıra obyektiv və subyektiv amillər tə­sir göstərir. Əsas məsələ bu amillərin təsir gücünün artı­rıl­ması, bağçain ən yaxşı, ən ümidverici uşaqlərinin bu sahəyə ha­zır­lan­malarına hərtərəfli qayğı və diqqətin göstəril­mə­­sidir. Bu amil­lər içərisində Tərbiyəçi şəxsiyyəti, onun tərbiyə­vi təsiri, Tərbiyəçinin dərin biliyə, öyrətmə bacarığına malik olması, Tərbiyəçi-uşaq ünsiyyətini düzgün qura bilməsi, pedaqoji əmək­daşlıq və demokratik ünsiyyət qabiliyyəti ol­duqca mühüm yer tutur. Pe­da­qoji peşə seçən gənclərin xeyli hissəsinin bu peşəni seç­mə­lə­rin­də Tərbiyəçilərin rolunun və təsirinin olduğunu qeyd et­mələri bu fikrimizi aydın təsdiq edir. Həyat sübut edir ki, öm­rünü bu pe­şəyə bağlayan, onu sevən, gözünün nurunu, ürəyinin həra­rə­­ti­ni bu peşəyə sərf edən, yüksək intellektual key­fiy­yət­lə­rə ma­lik olan Tərbiyəçilərin uşaqləri içərisində öz Tərbiyəçi­lə­ri­nə ox­şa­­maq, onlar kimi olmaq istəyi ilə pedaqoji peşə seçənlər üs­tün­lük təşkil edirlər.
Bağçadə uşaqlərin pedaqoji peşəyə marağının forma­laş­ma­sına təsir göstərən amillər sırasında təlim-tərbiyə amili xü­su­si yer tutur. Təhsilin məzmununda pedaqoji əməyin bu və ya digər sahələrinin öz əksini tapması, həmçinin uşaqlərin Tərbiyəçi fəaliyyətinin daimi müşahidəçisi olmaları onların pe­da­qoji peşə maraq­larının reallaşmasına öz təsirini göstərir. Burada xü­su­­si qeyd edilməli məsələlərdən biri bağçadə pedaqoji dər­nək­lərin təşkili və pedaqoji peşəyə marağı və meyli olan uşaq­­lərin bu dərnəklərə cəlb edilməsidir. Belə dərnəklərdə uşaq­lərin müxtəlif fəaliyyət növlərinə cəlb edilmələri, aşağı qrup­lərdə oxuyan uşaqlərə hamilik etmə­ləri, bağçain və qrupun bir sıra tədbirlərində yaxından, fəal iştirak etmələri və s. mü­hüm rol oynayır. Qeyd edək ki, ümumtəhsil bağçalərində pe­daqoji peşə və ümumiyyətlə peşəyönümü işlərinin məq­səd­yön­lü, sistemli və məzmunlu aparılması bu işin düzgün isti­qa­mət­ləndirilməsindən və təşkilindən çox aslıdır. Fikrimizcə, bu­nun üçün demək olar ki, bütün inkişaf etmiş Avropa ölkələrinin orta bağçalərində fəaliy­yət göstərən peşəyönümü məsləhət­çilə­ri, yaxud peşəyönümü üzrə menecer­lərin hazırlan­ması və bağça­lə­rimizdə onların fəaliyyəti üçün lazımi şəraitin yara­dıl­ma­sı vax­­tı çatmış problemlərdən biridir.
Burada başlıca məsələlərdən biri, bəlkə də, birincisi peda­qo­ji peşə üzrə seçimin düzgün təşkili, aparılması və Tərbiyəçi pe­şəsini kimlərin seçməsidir. T.Qonçarova və İ.Qonçarov belə hesab edirlər ki, Tərbiyəçi hazırlayan ali bağçalərə daxil olmaq istəyənlərin aşağıdakı ilkin keyfiyyətlərə malik olmaları vacib şərtlərdəndir: 1) öyrən­mə­yə, 2) ağıllandırmağa, 3) tər­biyə­lən­dir­məyə, 4) böyüdüb yetişdirməyə, 5) təkmil­ləş­dir­məyə, 6) təc­rü­bəni öyrənməyə ehtiyac, 7) daxili aləmin bənzərsizliyi, 8) baş­qa­ların­dan fərqlənmə, 9) humanizm, 10) aydın zəka, 11) ün­siy­yət, 12) sözlə işin vəhdəti, 13) mənə­vi təmizlik, 14) ruhən ca­vanlıq, 15) nitq mədəniyyəti. Fikrimizcə, orta ümumtəhsil bağçalərində bu problemlə bağlı geniş, hərtərəfli və məz­munlu işlər aparılmaqla bərabər, Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası da bura xüsusi diqqət göstərməlidir.
Tərbiyəçi peşəsinə marağı olmayan, bu sahədə fəaliyyət gös­tərməyi özünə həyat amalı hesab etməyən, eyni zamanda mü­­­əyyən bacarığa malik olmayan, yalnız ali təhsil almaq xati­ri­nə bu peşəni seçən abituriyentin gələcəkdə yaxşı Tərbiyəçi ola­ca­ğı şübhə doğurur. Bunu çoxsaylı faktlar da sübut edir. Bu sə­bəb­dən də bir sıra peşə və ixtisaslar üzrə olduğu kimi, pedaqoji peşə üzrə də qabiliyyətlərin yoxlanılması olduqca faydalı olar­dı. Bunun üçün qəbul imtahanları zamanı xüsusi testlərin kö­mə­­­­yi ilə pedaqoji bacarıqların, maraq və meyilin üzə çıxa­rıl­ma­sı mühüm əhəmiyyət kəsb edər. Misal olaraq, İngiltərədə Brita­ni­ya Psixologiya Cəmiyyəti, İstehsalat Psixo­logi­yası Milli İns­ti­tutu və xüsusi nəşriyyatlar tərəfindən çap olunan peşəyö­nü­mü məqsədli testləri göstərmək olar. Bu testlər onların funk­si­ya­sın­dan asılı olaraq belə təsnif edilir: a) əqli qabiliyyətlərin öl­çül­mə­si üzrə testlər; b) bilik və vər­diş­lərin üzə çıxarılması test­ləri; c) meyil və bacarıqların aşkarlanması test­lə­ri; ç) ma­­raq­­ların aş­kar­lanması testləri; d) şəxsiyyət keyfiy­yətlərinin mü­əy­yən­ləş­dirilməsi test­­ləri.
Fikrimizcə, belə qabaqcıl təcrübənin öyrədilməsi və tətbiqi həm Tərbiyəçi pe­şə­si seçən tələbə heyətinin tərkibinin xeyli yax­şı­laşmasına, həm də gələcəkdə onların bir yaxşı Tərbiyəçi kimi formalaşmalarına əhəmiyyətli dərəcədə təsir göstərə bilər.

Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə