Müəllim məsələsi yalnız bizim deyil, hər bir millətin ölüm-dirim məsələsidir



Yüklə 0,55 Mb.
səhifə6/83
tarix24.12.2022
ölçüsü0,55 Mb.
#97847
1   2   3   4   5   6   7   8   9   ...   83
muhazire 1-15 qdər terbiyeci isi

7. Kommunikasiya qabiliyyətləri. Tələbə və uşaqlərlə ünsiyyətə qabil olmaq, onlara düzgün yanaşmanı tapıb tətbiq etmək, onlarla məqsədəmüvafiq qarşılıqlı münasibət qurmaq qabiliyyətləri.
8. Pedaqoji təxəyyül. Proqnostik qabiliyətlərə aiddir. Bu xüsusi qabiliyyət öz hərəkətlərini proqnozlaşdırmaq bacarı­ğında öz ifadəsini tapır.
9. Diqqətin paylanması qabiliyyəti. Tərbiyəçi üçün diq­qəti eyni zamanda bir neçə fəaliyyət növləri arasında bölüş­dürməyi bacarmaq da çox əhəmiyyətli məsələdir. Qabiliyyətli, təcrübəli pedaqoq materialın çatdırılmasının məzmununa və for­­masına nəzarət edir, bütün uşaqləri öz diqqət mərkə­zində sax­layır, uşaqlarda yorulma əlamətlərinə, nizam-intizamın po­zul­masına dərhal reaksiya verir, özünün davranışına (pozasına, mimika və pantomimikasına) nəzarət edir.
Bunlarla yanaşı, bəzi pedaqoji–psixoloji ədəbiyyatlarda uşaqlərə emosional təsir göstərə bilmək bacarıqlarından ibarət olan suqqestiv qabiliyyətlərin, Tərbiyəçinin öz ixtisası üzrə bi–lik­ləri mənimsəmə bacarıqlarından ibarət olan elmi–irakı qa–biliyyətlərin və digərlərinin də olduğu göstərilir. Bəzi pedaqoji və psixoloji ədəbiyyatlarda isə bu qabiliyyətlər bacarıqlarla eyniləşdirilir və bacarıqlar kimi təqdim olunur.
Pedaqoji ustalığa yiyələnməyin zəruri elementlərindən biri də pedaqoji texnikaya yiyələnməkdir. Pedaqoji məharətə və us­talığa pedaqoji biliklər və intuisiyadan əlavə, pedaqoji tex­nika sahəsindəki biliklər də daxildir. Bunlar tərbiyəçiyə mini­mum əmək sərf etməklə böyük nailiyyətlər əldə etməyə imkan verir. Belə olan təqdirdə Tərbiyəçinin ustalığı əldə edilən nailiy­yətlərin hüdudundan kənara çıxır, daha da genişlənir. Pedaqoji texnika özü də bacarıqlarla sıx əlaqədə olur.
Pedaqoji ədəbiyyatlarda pedaqoji texnikanın iki qrup baca­rıq­ları özündə birləşdiyi qeyd edilir:
1) öz orqanizminə sahib olmaq, emosional vəziyyəti idarə edə bilmək və ünsiyyət texnikası;
2) didaktik bacarıqlarına, təşkilatçılıq bacarığına və qarşı­lıq­lı təsirin əlaqə texnikasına malik olmaq.
Tərbiyəçinin peşə fəaliyyətinin səmərəli təş­ki­li, pedaqoji prosesin nəticəsinin yüksək səviyyədə təmin olun­ması, pedaqoji vəzifələrin həllinə maksimum səviyyədə nail ola bilmək kimi başa düşmək lazımdır.
Pedaqoji proses olduqca mürəkkəb bir fəaliyyət sistemidir. Bura həm pedaqoji prosesin özünün qanunauyğunluqları, həm də burada iştirak edən subyektlər arasındakı münasibətlər mü­hüm təsir göstərir. Bu baxımdan pedaqoji ustalığın şablon üsu­lunu göstərmək mümkün deyildir. Və bu heç lazım da deyildir. Burada Tərbiyəçinin pedaqoji-psixoloji bilikləri, qabiliyyət və ba­ca­rıqları, erudisiyası, pedaqoji təfəkkürü, yaradıcılıq qabiliy­yəti, çevik düşüncə tərzi, həmçinin şərait, uşaqlərin öyrənmə ma­­­ra­ğı, Tərbiyəçi-uşaq, Tərbiyəçi-valideyn münasibətləri mü­hüm rol oynadığından hər bir Tərbiyəçinin pedaqoji ustalığında spesifik xüsusiyyətlər, fərdi üslublar mühüm yer tutur.
Pedaqoji ustalığa yiyələnmək olduqca çətin və uzun bir yol ke­çir. Bu, bağçadə, bilavasitə təlim-tərbiyə prosesində, uşaq­­­­lərlə qarşılıqlı ünsiyyətdə formalaşır və tərbiyə olunur. Bu­ra­da Tərbiyəçidən yüksək bilik və onu verə bilmək qabiliy­yə­ti, rəhbərlik nüfuzu, uşaqları duya bilmək, onların hiss və həyə­ca­­nını, qəlbini hiss etmək, pedaqoji intuisiya, humanstlik, yara­dı­cılıq qabiliyyəti, dözümlülük, səbr və təmkin­lilik, təhlil etmə və nəticə çıxarma və s. tələb olunur.
Respublikamızda özünü, həyatının ən qaynar, gözəl dövr­lə­­ri­ni Tərbiyəçiliyə həsr edən pedaqoji məharəti, öyrətmə baca­rığı, uşaqlərinə və tələbələrinə qayğı və məhəbbətlə yanaşan, yetirmələrinin qəlbində silinməz izlər buraxan əsl Tərbiyəçilər çox olmuş və indi də vardır. Uşaqlərinin və tələbələrinin xati­rə­lərində yaşayan belə Tərbiyəçilər haqqında çox dəyərli olan xatirələrdən bəzilərinə nəzər yetirsək bu Tərbiyəçilərin böyük­lüyünü bir daha görə bilərik.
Professor Yaşar Qarayevin professor Əli Sultanlı haqqın­da, professor Təhsin Mütəllimovun professor Mir Cəlal haq­qın­da, xatirələri əsl Tərbiyəçi simasının xüsusiyyətlərini öyrənmək baxımından təsirlidir, yaddaqalandır. Y.Qarayev ya­zır: “Profes­sor Əli Sultanlı məşğələ dediyi bütün tələbələrinin həyatında silin­məz izlər buraxan ən sevimli Tərbiyəçilərdən biridir. Biz onun qeyri-adi, həssas pedaqoq nəfəsini indi də hiss edirik. O, Tərbiyəçi­­liklə yaşayar, nəfəs alardı, auditoriya onun mənəvi vətəni idi. O, auditoriyasız yaşaya bilməzdi: auditoriya­dan kənarda, tə­ləbə nəfəsi olmayan yerdə özünü həmişə mənə­vi ünsiyyətdən məhrum bir havasızlıqda hiss edərdi... Əli Sultanlı təkcə fikrin, his­sin qüvvəti ilə yox, öz ədaları, səsinin avazı, sözün, tə­ləf­fü­zün sövti-təntənəsi ilə də bizi mütəəssir edər­di. Hər mühazi­rə­dən sonra həmin əsərləri mütləq oxumaq təbii bir ehtiyaca çev­ri­­lərdi... Tərbiyəçi Əli Sultanlı böyük ədəbiy­yat vurğunu və fə­da­isi idi və bizi ədəbiyyatın vurğun­larına, fədailərinə çevirə bil­di. Onun sənətə, elmə, Tərbiyəçinin vəzifə­sinə fədakar məhəb­bə­ti bizim zövq və meyillərimizin formalaş­masında böyük rol oynadı... Əli Sultanlı yaxşı Tərbiyəçi­lər içərisində seçilən yaxşı Tərbiyəçi idi...”
Görkəmli ədib, Tərbiyəçi və alim Mir Cəlal Paşayev haq­qın­­da Təhsin Mütəllimovun xatirlərindən oxuyuruq: “Tərbiyəçi­lik Mir Cəlalın həyatında xüsusi yer tutmuş, yazıçılığı və alim­li­yi ilə qırılmaz əlaqədə olmuşdur. Onun şirin söhbətlərini, təbii müsahibəni andıran mühazirlərini, aramla, təmkinlə audi­to­ri­ya­nı dolanmasını, hərdənbir kənarda oturan tələbənin çiyninə za­ra­fatla, ehmalca vurmasını, uşaqları yorğun gördük­də, duzlu, ma­­raqlı haşiyələrə çıxıb öz həyatından, yaradıcı­lı­ğın­dan məzəli əhvalatlar danışmasını, sakit, səmimi səsini, nəfə­sini indi də tə­lə­bələri dərin həsrətlə, həyəcanla xatırlayırlar...”.
Tərbiyəçi əməyi şərəfli olduğu qədər də çətindir, əziyyətli­dir. Təkraredilməzliklə müşayiət olunan yaradıcı əməkdir. Bu­na görə də hər bir Tərbiyəçi öz işini sevməli, ona sonsuz ilhamla ya­naşmalı, tədqiqatçılıq qabiliyyətinə yiyələnməli, ən çətin si­tu­asiya­lardan belə çıxa bilmək bacarıqlarına, öz hərəkət, dav­ra­nı­­­­­­­şına nəzarət edə bilmək qabiliyyətinə malik olmalıdır.
Pedaqoji ustalıq pedaqoji biliyi, vasitə və metodları özündə bir­ləşdirməklə bütov bir sistem yaradır. Bura uşaqlar, onların psi­­­xoloji xüsusiyyətləri, təlim-tərbiyə prosesinin məzmunu, təş­­­­kil formaları, metodları və texnologiyaları haqqında geniş, hər­­tərəfli bilik və onların həyata keçirilməsi bacarıqları da­xildir.
Beləliklə, Tərbiyəçinin pedaqoji ustalığı – savadlılığın mü­əy­­­yən səviyyəsi ilə pedaqoji peşə fəaliyyətinin həyata ke­çi­ril­məsi təcrübəsinin qarşılıqlı təsiri nəticəsində yaranır və inkişaf edir. Başqa sözlə, pedaqoji ustalıq dedikdə Tərbiyəçilərin pe­da­qo­ji fəaliyyəti yüksək səviyyədə, peşəkarlıqla həyata keçirə bilmə qabiliyyəti başa düşülür.


Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə