Müəllim məsələsi yalnız bizim deyil, hər bir millətin ölüm-dirim məsələsidir



Yüklə 0,55 Mb.
səhifə5/83
tarix24.12.2022
ölçüsü0,55 Mb.
#97847
1   2   3   4   5   6   7   8   9   ...   83
muhazire 1-15 qdər terbiyeci isi

1. Didaktik qabiliyyətlər. Bu qabiliyyətlərə uşaqlara təd­ris materialını aydın şəkildə çatdırmaq, fənnə maraq oyat­maq, onlarda fəal, sərbəst düşüncəni stimullaşdırmaq qabi­liyyətləri aid­dir. Didaktik qabiliyyətlərə malik olan Tərbiyəçi lazım olduq­da tədris materialını müvafiq şəkildə rekons­truksiya etməyi, mü­­rəkkəb olanı sadələşdirməyi, çətin olanı asanlaşdırmağı, ay­dın olmayanı aydınlaşdırmağı bacarır.
2. Akademik qabiliyyətlər. Müvafiq elm sahəsinə (riya­ziy­yata, fizikaya, ədəbiyyata və s.) olan qabiliyyətlər. Tərbiyəçi fənni təkcə tədris kursu həcmində bilməməli, öz elmində baş verən yenilikləri də izləməli, az da olsa tədqiqat işi aparmalıdır.
3. Perseptiv qabiliyyətlər. Uşaqin daxili aləminə varma qabiliyyəti, psixoloji müşahidəçilik, uşaqin keçici psixoloji vəziyyətini anlamaq qabiliyyəti. Qabiliyyətli pedaqoq cüzi xarici əlamətlərə görə uşaqin daxili vəziyyətini hiss etməyi bacarmalıdır.
4. Nitq qabiliyyəti. Öz fikir və hisslərini nitqin, habelə mi­mi­ka və pantomimikanın köməyi ilə ifadə etmək qabiliyyəti. Qa­bi­liyyətli Tərbiyəçinin nitqi dərsdə həmişə uşaqlərə, tələ­bələrə yönəlmiş olur. Yeni materialı izah edib-etməməsindən, uşaqin cavabını şərh edib-etməməsindən və s. asılı olmayaraq pedaqoqun nitqi daxili qüvvəsi ilə fərqlənir. Pedaqoq öz fikrini dəqiq, sadə dildə çatdırmalıdır.
5. Təşkilatçılıq qabiliyyətləri: a) uşaq kollektivini mü­hüm məsələlərin həllinə səfərbər etmək qabiliyyəti; b) öz şəxsi işi­ni düzgün təşkil etmək, onu düzgün planlaşdırmaq və ona nə­zarət etmək qabiliyyətləri (təcrübəli pedaqoqda tədricən za­man hissi, yəni işi təyin olunmuş müddətdə başa çatdırmaq ba­ca­rığı formalaşır).
6. Avtoritar qabiliyyətlər. Uşaqlərə bilavasitə emo­si­onal-ira­di təsir etmək və bu yolla onların hərəkətini tənzim­lə­mək, idarə etmək onlar qarşısında özünə nüfuz qazanmaq qa­bi­liy­yətləri. Fənni yaxşı bilməklə də uşaqlər qarşısında nüfuz qa­zan­maq olar. Avtoritar qabiliyyətlər bir sıra şəxsi keyfiy­yət­lər­­dən (qətilikdən, dözümlülükdən, inadkarlıqdan, tələbkar­lıq­dan və s.), habelə uşaqlərin təlim-tərbiyə­sinə görə məsuliyyət hissindən də asılıdır.

Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə