Müəllim məsələsi yalnız bizim deyil, hər bir millətin ölüm-dirim məsələsidir



Yüklə 0,55 Mb.
səhifə14/83
tarix24.12.2022
ölçüsü0,55 Mb.
#97847
1   ...   10   11   12   13   14   15   16   17   ...   83
muhazire 1-15 qdər terbiyeci isi

Perspektiv (illik) planlaşdırma standartların reallaşması məqsədilə inkişaf sahələrinə əsasən hər yaş qrupu üçün işin planlaşdırılması üzrə aparılır. Məktəbəqədər təhsil kurikulumunun əsas istiqamətlərinə müvafiq olaraq müəyyənləşdirilmiş inkişaf sahələrinin planlaşdırılmasında inteqrativlik prinsipi ciddi şəkildə gözlənilir. Perspektiv planlaşdırma həm müvafiq yaş qrupunun, həm də ayrı-ayrı uşaqların inkişaf səviyyəsini nəzərə alaraq müəyyən zamanda təlim və tərbiyənin vəzifələrini konkretləşdirməlidir.
Perspektiv planlaşdırma müxtəlif yaş qrupuna və uşaqların ehtiyaclarına uyğun olaraq işin əsas mərhələlərini nəzərdə tutmağa icazə verir. Məktəbəqədər təhsil müəssisələrində işin planlaşdırılması uşaqların təlim-tərbiyə prosesinə təşkilati xarakter verir, tərbiyəçi-müəllimin işini daha mənalı və nəticəli edir.
Məktəbəqədər yaşlı uşaqların bilik və bacarıqlarının genişlənməsinə onun məzmununun, həmçinin təlim-tərbiyənin metodlarının, məktəbəqədər yaşlı uşaqların inkişaf səviyyəsinin nəzərə alınması ilə fəaliyyətin təşkili formalarının tədricən mürəkkəbləşməsi kimi baxmaq lazımdır. Məzmunun tədricən mürəkkəbləşməsi məktəbəqədər yaşlı uşaqların təlim-tərbiyəsinin tamlığı üçün şəraiti təşkil edir.
Uğurlu və nəticəyönümlü təlim prosesinin təşkili əvvəlcədən mükəmməl hazırlanmış planlaşdırmadan asılıdır. Bu növ planlaşdırma özündə tərbiyəçi-müəllimin hər hansı inkişaf sahəsi üzrə nəzərdə tutulmuş yaş qrupu üzrə illik fəaliyyətini əhatə edir. Orada konkret yaş qrupu üzrə məzmun standartları, məşğələnin növü, bölmə, mövzular, inteqrasiya, resurs və tarix kimi məsələlər əhatə olunur. Perspektiv planlaşdırma hazırlamaq üçün tərbiyəçi-müəllimdə bir sıra bacarıqların olması vacibdir. Bölmə və mövzuların ardıcıllığının düzgün müəyyənləşdirilməsi mühüm bacarıqlardan biridir. Tərbiyəçi-müəllim bu ardıcıllığı müəyyənləşdirərkən bir neçə prinsiri nəzərə almalıdır. Təbii ki, birinci prinsip məzmun ardıcıllığı baxımından sadədən mürəkkəbə və asandan çətinə istiqamətində fəaliyyətin nəzərə alınmasıdır. Tərbiyəçi-müəllim qrup üzrə fəaliyyətini planlaşdırarkən, bu nəticələrə yanaşmada müstəqildir. Zəruri olan hallarda onları müxtəlif səviyyələrdə inteqrasiya etməkdə sərbəstdir.
Bölmə və mövzuların ardıcıllığı planlaşdırılarkən aşağıdakılar nəzərə alınmalıdır:

  • inkişaf sahəsi daxilində inteqrasiya;

  • inkişaf sahələri arası inteqrasiya;

  • ardıcıllığın qurulması prinsipi.

  1. məntiqi ardıcıllıq;

  2. psixoloji ardıcıllıq (sadədən mürəkkəbə doğru, yaxından uzağa prinsipi);

  3. xronoloji ardıcıllıq.

Planlaşdırma aparmaq üçün lazım olan bacarıqlardan mühümü inteqrasiya imkanlarının müəyyən edilməsidir. Hər bir inkişaf sahəsinin digər inkişaf sahələri ilə inteqrasiyası mümkündür. Planlaşdırma aparılarkən mövzunun digər inkişaf sahəsi üzrə bu və ya digər mövzu ilə inteqrasiya imkanları müəyyən olunmalıdır. Məsələn, savad təlimi və nitq inkişafı məşğələsində “A” hərfinin öyrədilməsi zamanı, ətraf aləmlə tanışlıq, təsviri fəaliyyət, musiqi məşğələləri ilə inteqrasiya edilərək öyrədilməsi daha müsbət nəticələr verir.
Perspektiv planlaşdırmada zəruri cəhətlərdən biri də resursların seçilməsidir. Uşaqlara tanış olmayan hadisələri, əşyaları yalnız sözlərlə aydınlaşdırmaq çətindir. Müxtəlif əyani vəsaitlər məktəbəqədər dövrdə xüsusilə mühümdür. Bu elə bir yaş dövrüdür ki, burada əyani vəsaitlərin rəngarəng və baxımlı olması mühümdür.
Mühüm bacarıqlardan biri də mövzulara görə məqsədyönlü tarixi müəyyənləşdirməkdir.
Perspektiv planlaşdırma aparmaq məqsədilə tərbiyəçi-müəllim aşağıdakı bacarıqlara malik olmalıdır:

  1. İnkişaf sahələrinə və məzmun standartlarına əsasən dəqiqləşmələr aparmaq, hansı məşğələdə reallaşdırılacağını müəyyənləşdirmək.

  2. Mövzuların ardıcıllığını müəyyənləşdirmək.

  3. İnteqrasiya imkanlarını müəyyən etmək.

  4. Əlavə resurslar seçmək.

  5. Mövzulara görə məqsədyönlü vaxt bölgüsü aparmaq.

Planlaşdırma aparılarkən tərbiyəçi-müəllim aşağıdakı tövsiyələri nəzərə almalıdır:

  • Standartlar qrupuna əlavə standartlar daxil edə bilər.

  • Mövzuları dəyişə və ya artıra bilər.

  • İnteqrasiya üçün əlavə imkanlar müəyyən edə bilər.

  • Əlavə resurslar seçə bilər.


Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə