Müəllim məsələsi yalnız bizim deyil, hər bir millətin ölüm-dirim məsələsidir


Mövzu № 5. Məşğələ pedaqoji prosesin əsası kimi



Yüklə 0,55 Mb.
səhifə11/83
tarix24.12.2022
ölçüsü0,55 Mb.
#97847
1   ...   7   8   9   10   11   12   13   14   ...   83
muhazire 1-15 qdər terbiyeci isi

Mövzu № 5. Məşğələ pedaqoji prosesin əsası kimi
Məşğələ – təlim və tərbiyənin əsas təşkili forması kimi bağçain bütün fəaliyyətinin mərkəzində dayanır. O, bütün pedaqoji prosesi zəncir kimi bir-birinə bağlayaraq Tərbiyəçinin yaradıcılı­ğı­nın başlıca aləti kimi özünü göstərir. Tərbiyəçinin bütün biliyi, bacarığı, qabiliyyəti, yaradıcı fəaliyyəti məhz məşğələ prosesində reallaşır və özünü göstərir.
Hər bir məşğələ özünün məzmunu, məqsədi və xarakteri ilə uşaq şəxsiyyətinin formalaşmasında müəyyən yer tutur. Məşğələ öyrədir, tərbiyə edir, inkişaf etdirir.
Məşğələ Tərbiyəçinin yaradıcılığıdır. Müasir, yeni dövrün tələb­lə­rinə cavab verən məşğələ müstəqil və məsuliyyətli bir iş kimi Tərbiyəçinin pedaqoji ustalığına əsaslanır. Pedaqoji ustalığa ge­dən yol isə olduqca gərgin iş, yeni pedaqoji təfəkkür, yeniliyə meyil etmə, təlim prosesinə novator yanaşma tərzi tələb edir. “Pedaqoji innovasiya” adı ilə pedaqogikaya daxil olan yenilik­lər pedaqoji prosesin gedişini və nəticəsini yaxşılaşdırmaq, key­fiyyətini yüksəltmək məqsədilə həyata keçirilən yenilik kimi bağçain və Tərbiyəçilərin qarşısında durur.
Uşaqlərin mücərrəd təfəkkürünü, mühakimə qabiliyyə­ti­ni, düşüncəsini inkişaf etdirməkdənsə, onları daha çox infor­ma­si­­yalarla tanış etməyə, lazım olmayan, ikinci dərəcəli material­lar­la yükləməyə məcbur edən, hafizə və yaddaşa əsaslanan təlimdən fərqli olaraq, uşaqlərin məntiqi, yaradıcı və tənqidi təfəkkürünün bir-biri ilə qarşılıqlı əlaqələndirilməsinə yönəldilən müasir təlim metodlarından istifadə edilməsi Tərbiyəçi­lərin ustalıq səviyyəsinin yüksəldilməsinə geniş imkanlar yaradır. Öyrənməklə yanaşı tədqiqatçılıq, düşünmək, axtarmaq, tapmaq imkanlarının geniş­ləndiriləsinə yönəldilən belə fəaliy­yət­­lə məşğul olmaq Tərbiyəçii əsl novator Tərbiyəçiə çevirir.
Məşğələ bir sıra elementlərdən yığılaraq formalaşır və üzə çı­xır. Burada əsas yeri dövlət standartına müvafiq proqramın müəyyənləşdirdiyi məşğələ materialı tutur. Adətən təcrübəli müəl-limlər tədris proqramının əsas istiqamətlərini, vəzifə və struktu­runu, yaxşı bilir və onu təhlil etməyi bacarırlar. Lakin usta Tərbiyəçi­lər həmişə keçəcəkləri dərsin yaxşı, maraqlı məşğələ olması üzərində daha çox düşünür və ona çalışırlar.
Tərbiyəçinin müvəffəqiyyəti hər şeydən əvvəl onun nəzəri və peşə hazırlığından asılıdır.
Tərbiyəçi keçdiyi hər bir mövzuya, dərsə ciddi surətdə ha­zır­laşmalı və dərsini yaradıcı şəkildə qurmağı bacarmalıdır. Belə Tərbiyəçilərin dərsləri maraqlı və məzmunlu olmaqla yana­şı, bir növ uşaqləri maqnit kimi özünə çəkir. Bu dərslərə uşaq­lər həvəslə gəlir, vaxtın necə keçdiyini hiss etmir, dərsdə darıxmır və onun tez qurtardığına təəssüflənirlər.
Ə.Əlizadə və H.Əlizadə bu münasibətlə yazırlar: “Tərbiyəçi pedaqoji kol­lek­tivdə özünü alim-pedaqoq kimi dəyərləndirən­də, bir tərəf­dən məşğələ onun üçün ülviləşir, şəxsi məna kəsb edir, qrupilhamlı yaradıcılıq məkanına çevrilir, digər tərəfdən, müdrikləşir və uşaqlərlə münasibətləri əməkdaşlıq kontekstində inkişaf edir”.
Tərbiyəçi dərsə hazırlaşarkən hər şeydən əvvəl proqramı nə­­zər­dən keçirməli, öyrəniləcək materialın məzmununu təhlil et­­mə­li, dərsin didaktik məqsədini və didaktik vəzifəsini müəy­yən­ləşdirməlidir.
Hər bir dərsin məqsədi – təhsilləndirici, tərbiyəedici və inkişafetdirici vəzifələrin (funksiyalarının) reallaşdırılmasını özündə birləşdirməlidir.

Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə