Müəllim məsələsi yalnız bizim deyil, hər bir millətin ölüm-dirim məsələsidir


Təhsilləndirici (öyrədici) vəzifə



Yüklə 0,55 Mb.
səhifə12/83
tarix24.12.2022
ölçüsü0,55 Mb.
#97847
1   ...   8   9   10   11   12   13   14   15   ...   83
muhazire 1-15 qdər terbiyeci isi

Təhsilləndirici (öyrədici) vəzifə təlimin bi­rinci və əsas funk­siyası olub, tədris proqramının tələbləri baxımından uşaq­lərin bilik, bacarıq və vərdişlərlə silahlandırılması məqsədi daşıyır.
Bilik elmin təbiət, cəmiyyət və təfəkkürə aid fakt, məlu­mat, anlayış, qanun, qayda, nəzəriyyələrinin anlanıl­ma­sı­na, hafi­­zədə saxlanılmasına və yenidən təsvirinə deyilir. Bu funk­siyanın həyata keçirilməsi biliklərin tamlığını, sistemliliyini və dərk edilməsini təmin edir. Bu funksiya həmçinin onu nəzərdə tutur ki, təlim təkcə biliklərin alınmasına deyil, həm də bacarıq və vərdişlərin formalaşmasına yönəldilməlidir.
Bacarıq biliklərə əsaslanaraq hər hansı əməliyyatları ye­ri­nə yetirmək qabiliyyətinə deyilir. Bacarıq elə bir fəaliyyətdir ki, burada əqli və praktik fəaliyyət uzlaşdırılaraq aydın dərk olun­muş məqsədə doğru yönəldilir. Bacarıqlar qarşıya qoyul­muş vəzifə və şəraitlə əlaqədar olaraq mənimsənilmiş biliklər əsasında uşaqlər tərəfindən yerinə yetirilən kompleks təsirlər kimi özünü göstərir.
Vərdiş şüurlu fəaliyyətin avtomatlaşdırılmış kompo­nen­ti­nə deyilir. Bu, elə bir fəaliyyətdir ki, dəfələrlə təkrar etmək sa­yəsində səhvsiz və dürüst yerinə yetirilir. Bacarıq və vərdiş­lər ümumiyə və xüsusiyə bölünür. Xüsusi bacarıq və vərdişlərə müvafiq tədris fənni üçün spesifik olan praktik bacarıq və vər­diş­lər daxildir. Məsələn: fizika və kimyadan laborator təcrü­bə­lə­rin aparılması, coğrafiyadan xəritə ilə iş, riyaziyyatdan loqa­rif­­mik xətkeşlə, kompyuterlə iş və s.
Xüsusi bacarıq və vərdişlərdən başqa, uşaqlər bütün fən­lə­­rə aid olan ümumi bacarıq və vərdişləri də mənimsəyirlər. Mə­sələn: oxu və yazı vərdişi, dərsliklərlə işləmək bacarığı və s.
Tərbiyələndirici vəzifə əsasən, uşaqlərin dünyagö­rü­şü­nün, insan şəxsiyyəti üçün zəruri olan bir sıra mənəvi key­fiy­yətlərin və münasibətlərin formalaşdırılması xarakteri daşıyır. Təlimin tərbiyəedici vəzifəsi bu sosial prosesin təbiətindən irəli gəlir.Təlim prosesində uşaqlərin baxışları, elmi dünyagörüşü, əxlaqi və estetik təsəvvürləri, həmçinin şəxsiyyətin tələbatları, fəaliyyət motivləri, dəyərləri formalaşır.
Dərsdə tərbiyələndirici vəzifənin yerinə yetirilməsi, əsa­sən, uşaqlərin dünyagörüşünün, insan şəxsiyyəti üçün zəruri olan bir sıra mənəvi keyfiyyətlərin və münasibətlərin formalaş­dı­­rılması xarakteri daşıyır. Bu vəzifə hər bir dövrdə, şəraitdə özü­nü göstərən obyektiv qanunayuyğunluqdur və təlimin ma­hiy­yətindən irəli gəlir. Təlim həm də tərbiyə etməlidir. Bu ba­xım­dan təlimin tərbiyəedici vəzifəsi Tərbiyəçilərin qarşısında du­ran çox mühüm vəzifədir. Tərbiyəçi bu vəzifənin reallaşma­sı­na nail olmalıdır.
Bağçadə öyrədilən elmi biliklər uşaqlərin dünyagörüşü üçün əsasdır.
Təlimin tərbiyələndirici vəzifəsinin başlıca əhə­miy­yəti bun­dan ibarətdir ki, Tərbiyəçi məşğələ zamanı təlim prosesinin gedi­şin­dən asılı olmayaraq materialın məzmununda olan tərbiyəvi ünsürləri, mənaları üzə çıxarır və onları uşaqlərin şüuruna çat­dırır. Mənəvi şüuru formalaşdırmaqla onlarda müəyyən müs­bət keyfiyyətlərin tərbiyə olunmasına zəmin yaradır.
Lakin bir məsələni unutmaq olmaz ki, təlim öz-özünə şəx­siy­yətə müsbət təsir göstərə bilmir. Bu məsələ materialın məz­mu­nundan və Tərbiyəçinin onu ne­cə tədris etməsindən çox ası­lı­dır. Buna görə də hər bir Tərbiyəçi keçdiyi mövzunun tərbiyəvi məqsədini aydın dərk etməli, mövzunun tərbiyəvi imkan­la­rını müəyyənləşdirməli və dərsin gedişində onu reallaşdırmağı bacarmalıdır.
Ümumtəhsil bağçalərində tədris fənlərinin xarakteri elədir ki, hər bir dərsin özündə tərbiyəvi ünsürlər vardır. Lakin görkəmli rus pedaqoqu N.İ.Piroqovun belə bir fikrini yaddan çıxarmaq olmaz ki, bu ünsür çox zaman dərində olur və bəzən səthi, müşahidəçi üçün görünməz qalır. Bundan istifadə etmə­yən Tərbiyəçi isə K.D.Uşinskinin dediyi kimi “Uşaqlar üzərində ən başlıca və gerçək təsir vasitələrini itirmiş olur”.
Təlimin tərbiyələndirici vəzifəsinin reallaşdırılmasında Tərbiyəçinin üzərinə böyük vəzifələr düşür. Hər bir Tərbiyəçi möv­zunu planlaşdırarkən onun təhsilləndirici vəzifəsi ilə yana­şı, tərbiyələndirici vəzifəsini də nəzərə almalı, özünün biliyin­dən, dünyagörüşündən istifadə etməklə, həmin tərbiyəvi im­kan­ları üzə çıxarmağı bacarmalı, uşaqlərdə yüksək mənəvi keyfiyyətlər aşılamağa çalışmalıdır. Bu həmçinin Tərbiyəçinin nüfuz və pedaqoji ustalığından da çox asılıdır. Belə ki, Tərbiyəçinin əqidəsi, mərifəti uşaqlara daha çox müsbət təsir göstərir. Bu nümunə təlimin tərbiyələndirici vəzifəsinin reallaşdırıl­ma­sı­­na müsbət təsir göstərir. Görkəmli rus yazıçısı və pedaqoqu L.N.Tolstoy qeyd edirdi ki, əgər uşaqləri elmlə tər­biyə etmək istəyirsənsə, öz elmini sev və onu yaxşı bil. Belə olsa, uşaq­lər səni sevərlər, sən də onları tərbiyə edərsən: yox, əgər sən onları özün sevmirsənsə, uşaqlərini öyrənməyə nə qədər məc­bur etsən də, sənin verdiyin elm onlara tərbiyəvi təsir göstər­mə­yəcəkdir. Bu fikri inkişaf etdirən V.A.Suxomlinski yazırdı: “Pedaqoji işinin ustası öz elminin əlifbasını o qədər gözəl bil­mə­­lidir ki, məşğələ zamanı materialın öyrənilməsinin gedişində diq­qət mərkəzində öyrənilənin məzmunu yox, uşaqlər, onların zehni əməyi, təfək­kürü, əqli əməyinin çətinlikləri durmalıdır”.
Hər bir Tərbiyəçi dərsliklərə olan materialın tərbiyəvi məz­mu­nunu üzə çıxarmaqla ibtidai qruplərdən başlamış orta bağçain sonuna kimi bu materialların tərbiyəvi fonda tədrisinə nail olmalıdır. Yəni təlim prosesində uşaqlərin tərbiyə olun­ma­­sına da çalışmalıdır. Bu baxımdan bağçadə tədris olunan bütün fənlər geniş imkanlara malikdir. Təlimin məzmunu tər­bi­yə­etmə imkanlarına malikdir. Bütün tədris fənlərinin bu və ya digər səviyyədə tərbiyəedici potensialı vardır. Şəxsi keyfiyyət­lə­­rin formalaşmasında humanitar və sosial-iqtisadi fənlər daha bö­yük imkanlara malikdir. Təbiət fənlərinin isə məzmunu dün­ya­­görüşün formalaş­ma­sında, şüurda dünyanın vahid mən­zə­rəsi­nin yaranmasında və s. mühüm rol oynayır.
Təbiət təmayüllü fənlər uşaqlərə yurdumuzun fauna və florası haqqında bilik verməklə yanaşı, onları sevmək, qoru­maq, vətənpərvərlik kimi hisslərin tərbiyə olunmasına, musiqi, təsviri incəsənət kimi fənlər uşaqlərdə bədii, estetik qabiliy­yət­lərin inkişafına səbəb olur.
Təlimin tərbiyələndirici vəzifəsinin qarşısında duran başlı­ca məsələlərdən biri uşaqlərdə dünyagörüşün formalaş­dırıl­ma­sıdır. Dünyagörüş tərbiyə edildikcə tərbiyənin digər kompo­nen­tləri də bu zəmində aşılanır. Uşaqlərdə təbiət və cəmiyyət haqqında aydın, əsaslı baxış və münasibətlər yaranır, əxlaqi, etik, estetik hisslər, vətəndaşlıq, vətənpərvərlik kimi insani key­fiyyətlər tərbiyə edilir.
Təlimin tərbiyələndirici xarakter daşıması və təlim prose­sin­də yüksək tərbiyəvi nəticələr əldə etmək o qədəq də asan məsələ deyildir. Bu baxımdan ona nail olmaq üçün təlim prose­sində təhsilləndirici və tərbiyələndirici funksiyaların vəhdətinə nail olmaq lazım gəlir. Bu da Tərbiyəçidən geniş bilik və erudi­siya, hərtərəfli hazırlıq tələb edir.
Təlimin tərbiyələndirici vəzifəsinin həyata keçirilməsi tə­lim üsullarının düzgün seçilməsi ilə sıx bağlıdır. Nəzərə almaq lazımdır ki, mövzuya, onun mahiyyətinə, məqsəd və vəzifələ­ri­nə müvafiq üsulların düzgün seçilməsi təlimin tərbiyələndirici vəzifəsinin səmərəliliyini artırır, onu daha da intensivləşdirir. Eyni zamanda əlverişli təlim şəraitinin yaradılması və dərsin emosional fonda keçilməsi də burada mühüm təsir imkanları yaradır.
Şəxsiyyətyönümlü təhsilə nail olunması təlimin tərbiyələn­di­rici vəzifəsinin müvəffəqiyyətlə yerinə yetirilməsi üçün əsas baza rolunu oynayır. Şəxsiyyətyönümlü təhsil pedaqoji prose­sin əsas sərvəti olan uşaqə yönəlmiş təhsildir. O, uşaqin möv­cud biliyinə, təcrübəsinə arxalanmaqla onun şəxsi keyfiy­yət­lərinin formalaşması və üzə çıxarılması üçün şərait yaradır, təfəkkürün inkişafına, yaradıcı, fəal, təşəbbüskar şəxsiyyətin təşəkkül tapmasına səbəb olur. Belə təhsil uşaqlərin idrakı və mənəvi tələbatlarını təmin edir, onların özünütəhsil, özünütər­bi­yə və özünüinkişaf bacarıqlarını stimullaşdırır. Buna görə də hər bir Tərbiyəçi təlim prosesinin mərkəzinə uşaq şəxsiyyəti­nin gətirilməsinə nail olmağı bacarmalı, başlıca məqsədin təlim materialının məzmununun uşaqlər tərəfindən sadəcə mənim­sə­nilməsi yox, bunların şəxsiyyətə yönəlişliyinin, onlarda zəru­ri keyfiyyətlərin tərbiyə edilməsinin təmin olunması olduğunu unutmamalıdır. Tərbiyəçi təlimin şəxsiyyətə yönəlişliyinin tə­min olunmasının sükançısına çevrilməli, bütün pedaqoji prose­sin mərkəzində uşaq şəxsiyyətinin formalaşdırılması olduğu­nu bilməlidir.

Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə