Müəllim məsələsi yalnız bizim deyil, hər bir millətin ölüm-dirim məsələsidir


Perspektiv (illik) planlaşdırma aşağıdakı nümunəvi sxem üzrə aparılır



Yüklə 0,55 Mb.
səhifə15/83
tarix24.12.2022
ölçüsü0,55 Mb.
#97847
1   ...   11   12   13   14   15   16   17   18   ...   83
muhazire 1-15 qdər terbiyeci isi

Perspektiv (illik) planlaşdırma aşağıdakı nümunəvi sxem üzrə aparılır.

Standartlar

Məşğələ

Mövzular

İnteqrasiya

Resurslar

Tarix



















Aşağıda ikinci inkişaf sahəsi olan idrakın inkişafı üzrə 3-4 yaş qrupunda (orta qrup) təxmini perspektiv planlaşdırma nümunəsinə nəzər salaq.
Cədvələ nəzər salarkən görürük ki, yuxarıda sadalananlar bu cədvəldə nəzərə alınmışdır.


Standart

Məşğələ

Mövzu

İnteqrasiya

Resurslar

Tarix

2.2.1.
2.2.4.

Bədii təfəkkürün
inkişafı

“Ana dilim” (Şahin Xəlilov)

Es.3.1.8,3.1.9 S.e.4.1.2.,4.2.2. D İd. 2.1.1.

Müntəxəbat, şəkil, VD, “Bakı” albomu

Sentyabr III əftə

2.2.1.
2.2.4.
2.2.7

“Sınmış fincan” (K.D.Uşinski)

Es.3.1.8,3.1.9 S.e.4.1.2.,4.2.2.

Müntəxəbat, şəkil

Sentyabr IV əftə

2.2.1.
2.2.2.




“Pələng və Tülkü” (Tacik xalq nağılı)

Es.3.1.8,3.1.9 S.e.4.1.2.,4.2.2.

Müntəxəbat, şəkil ə maskalar

Oktyabr I əftə

2.2.4.
2.2.7.

“Payızda” (Nəriman Hüseyn)

Es.3.1.8,3.1.9 S.e.4.1.2.,4.2.2.

Müntəxəbat, şəkil, DVD

Oktyabr II
əftə

2.2.1.
2.2.2.
2.2.5.

Külək və günəş. (Rus xalq nağılı)

Es.3.1.8,3.1.9 S.e.4.1.2.,4.2.2.

Müntəxəbat, şəkil

Oktyabr III əftə

2.2.2.
2.2.5.

Kirpi və alma (Az. xalq nağılı)

Es.3.1.8,3.1.9 S.e.4.1.2.,4.2.2.

Müntəxəbat, şəkil

Oktyabr IV əftə

2.2.4.

2.2.7.


“Ana vətən” (Nəriman Hüseyn)

Es.3.1.8,3.1.9 S.e.4.1.2.,4.2.2. İd. 2.1.1.

Müntəxəbat, şəkil

Noyabr I həftə

2.2.4.
2.2.7.

Alma ağacı (L.N. Tolstoy)

Es.3.1.8,3.1.9 S.e.4.1.2.,4.2.2.

Müntəxəbat, şəkil

Noyabr II
ə


Cari (həftəlik) planlaşdırma alt-standartların həyata keçirilməsi məqsədilə ayrı-ayrı məşğələlər və məşğələdənkənar fəaliyyət sahələri (oyun, gəzinti, əyləncə, sağlamlaşdırıcı tədbirlər və s.) üzrə aparılır.
Cari planlaşdırma aparılarkən məşğələnin mərhələlərinə diqqət yetirilməlidir. Məşğələ aşağıda göstərilən istiqamətlər üzrə planlaşdırılmalıdır:

  • Standart

  • Mövzu

  • Məqsəd

  • İnteqrasiya

  • İş forması

  • İş üsulu

  • Resurslar

Qeyd: Plan dəftərində planlaşdırma bu hissəyə qədər yazılır.

Məşğələnin mərhələləri:
Məktəbəqədər təhsil müəssisələrində fəal təlim metodlarları ilə aparılan məşğələlərin əsasən üç mərhələli strukturla həyata keçirilməsi məqsədəuyğun hesab edilir:

  1. Aktuallaşdırma və ya motivasiya (mövcud biliklərin səsləndirilməsi və marağın yaradılması);

  2. Dərketmə (yeni bilik və bacarıqların tədqiq edilərək fəal şəkildə öyrənilməsi);

  3. Tətbiqetmə (qazanılmış bilik və bacarıqların yaradıcı tətbiqedilməsi).

Aktuallaşdırma və ya motivasiya. Məşğələ aktuallaşdırma, yəni mövcud biliklərin aşkara çıxarılıb səsləndirilməsi ilə başlayır. Əgər motivasiya yaratmaq çətin və ya mümkün deyilsə, o zaman aktuallaşdırma ən yaxşı çıxış yoludur. Əlbəttə motivasiya ilə başlanan məşğələ daha cəlbedici olur, lakin hər mövzu üçün maraqlı və cəlbedici motivasiya qurmaq mümkün olmayanda, aktuallaşdırmadan istifadə edilir. Motivasiya “motiv” sözündən götürülmüşdür. Latın dilində tərcüməsi “hərəkətə gətirmək”, “daxili ehtiyac yaratmaq” deməkdir. Məşğələ motivasiya ilə başlanır. (Yəni tərbiyəçi-müəllim tərəfindən problemin qoyulması, uşaq tərəfindən fərziyyələrin irəli sürülməsi). Deməli, tərbiyəçi-müəllim motivasiya yaradarkən uşaqlarda fikir söyləməyə daxili ehtiyac yaradır, düşünməyə “vadar edir”. Düzgün qoyulmuş motivasiya uşaqda fəallıq yaradan səbəbdir.
Motivasiyanı necə qurmaq lazımdır?

  • Diqqəti cəlb etmək və uşağı maraqlandırmaq.

  • Müxtəlif fərziyyələrə səbəb olan vəziyyət yaratmaq.

  • Müstəqil tədqiqata həvəsləndirmək.

  • Məktəbəqədər yaşlı uşağın imkanlarına müvafiqliyi nəzərə almaq.

  • Uşağı öz bacarığını həyata keçirməyə sövq etmək.


Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə