Müəllim məsələsi yalnız bizim deyil, hər bir millətin ölüm-dirim məsələsidir



Yüklə 0,55 Mb.
səhifə23/83
tarix24.12.2022
ölçüsü0,55 Mb.
#97847
1   ...   19   20   21   22   23   24   25   26   ...   83
muhazire 1-15 qdər terbiyeci isi

Peşə-ixtisas bilikləri. Bu, Tərbiyəçi nüfuzunu yüksəldən ən vacib və əsas amillərdən biridir. Praktika sübut edir ki, Tərbiyəçi nə qədər yüksək mənəviyyata, əxlaqi simaya, mədəniyyətə sa­hib olsa da, peşə-ixtisas bilikləri zəyifdirsə, gözlənilən müvəf­fəqiyyəti qazana bilməyəcəkdir. Tərbiyəçi ilk növbədə tədris etdiyi fənni, o fənnin aid olduğu elm sahəsini gözəl bilməlidir. Fənnin hər hansı bir sahəsi, bölməsi, mövzusu və ya tapşırığı ilə əlaqədar Tərbiyəçinin heç bir problemi olmamalıdır. Həm­çinin Tərbiyəçi geniş dünyagörüşə malik olmalıdır. Tədris etdiyi fənlə yanaşı, başqa sahələr üzrə də məlumatlı olmalıdır. İxtisasından asılı olmayaraq, respublikamızın tarixini, coğrafiyasını yaxşı bilməli, bəşəri mədəniyyət nümu­nələrindən xəbərdar olmalı, xalqımızın mədəniyyəti, incəsənəti, adət-ənənəsini bilməli və onları uşaqlərinə də verməyi bacarmalıdır.
Tərbiyəçi öyrədən və öyrənəndir. Öyrətmək isə çətindir. Bu­na görə də Tərbiyəçi öyrətməyin yollarına, metodikasına də­rindən bələd olmalıdır.
İxtisasını yaxşı bilib, onu yaxşı öyrədə bilməyənlər də yaxşı Tərbiyəçi ola bilməz. Tərbiyəçi öyrətməyin bütün sirlərinə vaqif olmaqla və onu yüksək səviyyədə yerinə yetirməklə usta Tərbiyəçi səviyyəsinə yüksələ bilər.
Lakin bunlar da azdır. Tərbiyəçi peşəsi yüksək peşəkarlıq və yaradıcılıq tələb edən işdir. Tərbiyəçi nəinki yazılmış tövsi­yə, məqalə, əsərlərdən, qabaqcıl təcrübə və nümunələrdən isti­fa­də etməli, həmçinin özü təşəbbüskar olmalı, öz işinə yara­dı­cı­lıqla yanaşmalı, yenilikçi, novator olmalıdır. Bunun üçün Tərbiyəçi pedaqoji mətbuatı daim izləməli, pedaqogikanı, psixo­logiyanı və tədris etdiyi fənnin metodikasını dərindən bilmədir.
Tərbiyəçinin peşə bilikləri bilavasitə pedaqoji peşənin incə­lik­­ləri ilə bağlı, ona aid olan biliklərdir. Pedaqogika, psixolo­gi­ya və pedoqoji psixologiyanı bilməkdir. Burada əsas rol Tərbiyəçi­lik peşəsinə, onun xarakterik xüsusiyyətlə­rinə aid olan bilik­lərə məxsusdur. Tərbiyəçinin ixtisas bilikləri isə bilavasitə tədris etdiyi fənnə aid olan, onun metodikası ilə bağlı biliklərdir. Peşə və ixtisas bilikləri vəhdət təşkil etdikdə Tərbiyəçi öz ixtisasını yaxşı bilir və onu yaxşı da öyrədir.
Tərbiyəçi nüfuzu heç nədən və birdən-birə yaranmır. Bu, damla-damla, zərrə-zərrə toplanaraq formalaşan bir keyfiy­yət­dir. Onun yaranmasına demək olar ki, Tərbiyəçinin bütün fəaliy­yə­ti–şəxsi keyfiyyətləri, peşə-ixtisas səviyyəsi, Tərbiyəçi-uşaq mü­nasibətləri, cəmiyyət içərisində özünü apara bilmək səviy­yə­si, geyimi, danışıq tərzi və s. keyfiyyətləri təsir göstərir. Bu­na görə də Tərbiyəçi nüfuz qazanmaq üçün özünün bilik, bacarıq və ustalıq səviyyəsini artırmaqla yanaşı, onu daim nəza­rətdə saxlamalı, qazandığı nüfuzu qoruyub saxlamağı bacarmalıdır.

Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə