Müəllim məsələsi yalnız bizim deyil, hər bir millətin ölüm-dirim məsələsidir



Yüklə 0,55 Mb.
səhifə25/83
tarix24.12.2022
ölçüsü0,55 Mb.
#97847
1   ...   21   22   23   24   25   26   27   28   ...   83
muhazire 1-15 qdər terbiyeci isi

1-ci qrup: Aşağıdakı situasiyanı təhlil edin.
VII qrupdə oxuyan Samirin anası oğlunun necə oxumasını öy­rənmək üçün bağçaə gəlir. Tərbiyəçilər otağında fizika Tərbiyəçii onun dərsə laqeyd münasibət bəsləməsindən, dərsdə yol­daş­ları ilə söhbət edib, dərsə fikir verməməsindən, riyaziy­yat Tərbiyəçii isə son yoxlama yazı işindən “2” qiymət aldığını va­li­dey­nə bildirərək, onun tənbəl olduğunu anasına dedi.
Elə bu zaman Tərbiyəçilər otağına daxil olan qruprəhbəri va­li­deyni xoş üzlə qarşılayaraq Samirin çox yaxşı əl qabiliyyəti olduğunu, qrupun tərtibatında, divar qəzetinin hazırlanmasında və bir sıra tədbirlərdə ona necə kömək etməsindən danışdı. Hət­ta sinfə apararaq, orada Samirin hazırladığı fotostendi ona göstərdi. O, Samirin yoldaşları ilə çox səmimi olduğunu, tapşı­rı­­lan işə məsuliyyətlə yanaşdığını bildirdi. Tərbiyəçilərin şika­yə­­tinə gəldikdə isə o, valideynə ev tapşırıqlarının yerinə yetiril­mə­­sin­ə diqqətin artırılmasını məsləhət gördü.
Valideyn qruprəhbərinə təşəkkür edərək və məmnun halda bağçadən ayrıldı.

  • Samirin anası Tərbiyəçilər otağında hansı hissləri keçir­di? Tərbiyəçilərin hərəkətinə qiymət verin.

  • Qruprəhbərinin ana ilə söhbətindən əmələ gələn qarşı­lıq­lı anlaşmanı nə ilə izah etmək olar?

  • Valideynlərlə söhbətdə Tərbiyəçinin pedaqoji taktı necə olmalıdır?

2-ci qrup: Tənəffüs vaxtı pəncərənin şüşəsini sındırdığı güman edilən iki nəfər uşaq qruprəhbəri tərəfindən cəzalan­dı­rı­lır. Sonradan məlum olur ki, onlardan birinin–Tofiqin bu situasiyada heç bir günahı olmayıb. O, başqa uşaqin yerinə cəza alıb.

  • Qruprəhbəri necə hərəkət etməlidir?

  • Siz necə edərdiniz?

3-cü qrup: Bağçaə gəlmiş valideyn VI qrupdə oxuyan qızı­nın biologiya dərsində iştirak etmək istədiyini və Tərbiyəçi­dən qızından məşğələ soruşmasını xahiş edir. Ananın arzusuna müsbət cavab verilir.
Tərbiyəçi Sevdadan məşğələ soruşur, aldığı cavablar onu tam qa­ne etməsə də, Sevdanın cavablarından məmnun qaldığını, on­da xeyli irəliləyişlər olduğunu, çalışqanlığını elə dərsdəcə Sevdaya və anaya bildirdi. Əslində isə bu belə deyildi. Sevda bu dərsə ciddi hazırlaşmamışdı.
Situasiyanı təhlil edin:

  • Ananın gəlişinin motivlərini izah edin?

  • Tərbiyəçi düzgünmü hərəkət etdi? Başqa cür necə hərə­kət etmək olardı?

  • Belə bir jestin Sevdanın gələcək fəaliyyətinə təsiri ola bilərmi?


Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə