Müəllim məsələsi yalnız bizim deyil, hər bir millətin ölüm-dirim məsələsidir



Yüklə 0,55 Mb.
səhifə33/83
tarix24.12.2022
ölçüsü0,55 Mb.
#97847
1   ...   29   30   31   32   33   34   35   36   ...   83
muhazire 1-15 qdər terbiyeci isi

Praktik məşğələlər
Məşğələ 6. Pedaqoji fəaliyyətdə incəsənət motivləri
Məşğələnin məqsədi: Pedaqoji fəaliyyətin incəsənətlə, xüsusən aktyor və rejissor sənəti ilə əlaqəsinin praktik yolla aşkarlanması, pedaqoji ustalığın formalaşmasında incəsənət mo­tiv­lərinin müəyyən funksiyaya malik olması və pedaqoji situasiyalarda teatr sisteminin elementlərinin xüsusi əhəmiyyət kəsb etməsi üzrə tələbələrin pedaqoji bacarıqlarının inkişaf etdirilməsi.
Təchizat: İ.A.Zyazyunun redaktorluğu ilə çap olunan “Peda­qoji ustalığın əsasları” (Moskva: 1989) kitabından müva­fiq parçalar.
Məşğələnin planı:
I. Nəzəri biliklərin yoxlanılması.
II. Kollektiv yaradıcı fəaliyyət bacarıqlarının inkişaf etdi­rilməsi üzrə tapşırıqlar.
III. Müşahidəçilik, diqqətlilik, emosionallıq, hadisə və pro­ses­ləri düzgün qiymətləndirmək bacarıqları üzrə tapşırıqlar.
Məşğələnin gedişi:
I. Nəzəri biliklərin yoxlanılması.

  1. Tərbiyəçinin pedaqoji fəaliyyətində incəsənət motivlə­ri­nin və elementlərinin yeri və rolu.

  2. Tərbiyəçilə aktyor və rejissor fəaliyyətinin oxşar və fərqli cəhətləri.

  3. Pedaqoji fəaliyyətdə Tərbiyəçi talantı.

II. Kollektiv yaradıcı fəaliyyət bacarıqlarının inkişaf etdirilməsi üzrə tapşırıqlar:
Tapşırıq 1. Tərbiyəçilə salamlaşma. (Bax: Основы педaго­ги­­ческого мастер­ства, Пoд ред. И.А.Зязюна, Москва: Прос­­вещение, 1989, s. 73).
Tərbiyəçi auditoriyaya daxil olduğu zaman bütün tələbələr onunla salamlaşmaq üçün ayağa qalxırlar. Aydındır ki, bu səs-küylə və təşkilatsızlıqla edilir. Tapşırıq o vaxta­dək təkrar olu­nur ki, bu proses eyni vaxtda, tez, səs-küysüz, yüngül və incə­lik­lə yerinə yetirilsin.
Tapşırıq 2. Siyam əkizləri (Bax: Основы педaгогичес­кого мастерства, Под ред. И.А.Зязюна, Москва: Просве­щение, 1989, s. 75).
İki iştirakçı yanaşı dayanır və biri əli ilə yoldaşının belin­dən tutur, ayaqlarını bir-birinə yaxınlaşdırırlar. Başlıca şərt–danışmaq olmaz. Onlara hər bir fəaliyyətin yerinə yetirilməsi tapşırılır. Tapşırığı “Əkizlərin” biri sağ əli, o biri isə sol əli ilə yerinə yetirir.
Bu tapşırığın yerinə yetirilməsində liderliyə meyil, müstə­qil­lik və ya asılılıq aşkar olunur, aparıcı və ya asılı olmaq meyli özünü göstərir.

Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə