Müəllim məsələsi yalnız bizim deyil, hər bir millətin ölüm-dirim məsələsidir



Yüklə 0,55 Mb.
səhifə30/83
tarix24.12.2022
ölçüsü0,55 Mb.
#97847
1   ...   26   27   28   29   30   31   32   33   ...   83
muhazire 1-15 qdər terbiyeci isi

Məsləhət görülən ədəbiyyat

  1. Əbdülov M. Tərbiyəçi, tərbiyəçi, dost. Bakı: Maarif, 1989.

  2. Əhmədov H. və b. İdarəetmənin pedaqogikası və psixo­lo­giyası. Bakı: Maarif, 2000.

  3. Əlizadə Ə., Əlizadə H. Pedaqoji psixologiya. Bakı: 2010.

  4. Kazımov N. Pedaqoji ustalığın problemləri. Bakı: Çaşı­oğlu, 2009.

  5. Suxomlinski V.A. Ürəyimi uşaqlara verirəm. Bakı, Maarif, 1979.


Mövzu № 7. Tərbiyəçinin pedaqoji qabiliyyətləri
İqtisadiyyatda, mədəniyyətdə, elmdə - həyatın bütün sahələrində əldə olunmuş nailiyyətlərin başında duran, onun əsasını təşkil edən, kökü olan bağçadir, təhsildir, Tərbiyəçidir”.


Heydər Əliyev

Pedaqoji fəaliyyət – pedaqoji incəsənətdir. Bu mənada peda­qoji incəsənət elə pedaqoji fəaliyyətdir ki, orada həm öyrətmə, həm də tərbiyə etmə keyfiyyətləri bir-biri ilə qarşılıqlı surətdə əlaqələnir və bir vəhdət təşkil edir. Bu baxımdan peda­qo­ji fəaliyyətlə incəsənət, Tərbiyəçi işi ilə aktyor və rejissor fəaliyyəti arasında sıx əlaqə, yaxınlıq vardır.


Tərbiyəçinin işini yaradıcı aşıqların sənətinə bənzətmək olar. Belə aşıqlar səhnədə həm çalır, həm oxuyur, həm də rəqs edir­lər. Bəzən də özünün yazdığı sözləri oxumaqla, öz bəstələdiyi ha­vanı çalmaqla bu işi yerinə yetirirlər. Tərbiyəçi də belədir, keç­diyi dərsin rejissoru da, aktyoru da, bəstəkarı da özü olur. Bu­na görə də pedaqoji fəaliyyəti bir aktyorun teatrı da adlan­dı­rır­­lar. Bu cəhətlər pedaqoji fəaliyyətlə incəsənət arasında mü­əy­yən yaxınlıq olduğunu göstərir.
Pedaqoji ustalıq bir-biri ilə əlaqədar olan bir sıra amillər­dən yaranır, formalaşır. Bunlar, əsasən, Tərbiyəçinin pedaqoji bi­li­yə və təcrübəyə nə dərəcədə yiyələnməsi ilə sıx əlaqədardır. Bun­lar zəngin olduqda Tərbiyəçinin pedaqoji ustalığı da artır, yük­səlir. Tərbiyəçi pedaqoji biliyə dərindən yiyələndikdə peda­qo­­ji ustalığın nəzə­riyyəsinə də yiyələnir və bunlardan istifadə edir. Bunlarla yanaşı, Tərbiyəçi özünün pedaqoji fəaliyyətində yiyələndiyi bacarıq və qabiliyyətlərini təmkilləşdirir, onu yeni-yeni pedaqoji çalarlarla zənginləşdirir. Başlıca məsələlərdən bi­ri bu bacarıq və qabiliyyətlərdən istifadə edə bilməkdir. Bura­da incəsənət motivlərinin olması və onlardan istifadə edə bilmək bacarığı müvəffəqiyyətin əldə olunmasını təmin edən amil­lərdən birinə çevrilir.
Pedaqoji fəaliyyətlə incəsənət arasında yaxınlıq və sıx bağlılıq, xüsusən aşağıdakı istiqamətlərdə özünü göstərir:
1. Tərbiyəçinin fəaliyyətində aktyorluq və rejissorluq əlamət­lərinin olması.
2. Pedaqoji situasiyalarda teatr sisteminin olması.
Bu iki istiqamət pedaqoji fəaliyyətlə incəsənəti bir-birinə yaxınlaşdırır və onları bir-biri ilə bağlayır.
Aktyorda olduğu kimi Tərbiyəçinin də pedaqoji talantı olma­lı­dır. Bu talant təkcə təbii, anadangəlmə deyil, həm də işgüzar­lıq, zəhmət, axtarış nəticəsində yaranan, əldə edilən talantdır. Buna aşağıdakılar daxildir:

Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə