Müəllim məsələsi yalnız bizim deyil, hər bir millətin ölüm-dirim məsələsidir


Tərbiyəçinin fərdi psixofizioloji xüsusiyyətləri əsasında formalaşan şəxsi xarakteri



Yüklə 0,55 Mb.
səhifə38/83
tarix24.12.2022
ölçüsü0,55 Mb.
#97847
1   ...   34   35   36   37   38   39   40   41   ...   83
muhazire 1-15 qdər terbiyeci isi

2. Tərbiyəçinin fərdi psixofizioloji xüsusiyyətləri əsasında formalaşan şəxsi xarakteri. Bunlar Tərbiyəçinin yaşı, cinsi, tempe­ramenti, sağlamlıq vəziyyəti, anatomik-fizioloji xüsusiy­yət­ləri və s. ilə bağlı olub, pedaqoji ustalıqda mühüm təsir im-kanlarına malikdir.
3. Tərbiyəçinin əxlaqi, estetik baxışları və ümumi mədə­niy­yəti. Pedaqoji texnika bacarıqlarının bu xüsusiyyəti ondan ibarətdir ki, burada Tərbiyəçinin əxlaqi, estetik baxışları və ümu­mi vəziyyəti açılır. Onun təkcə təlim-tərbiyə aşılayan bir şəxs kimi deyil, həmçinin bir insan, bir vətəndaş kimi mənəvi key­fiy­yətləri üzə çıxır və görünür. Belə xüsusiyyətlər Tərbiyəçii bir şəxsiyyət kimi tamamlayır və onun fərdi xarakterini aydınlaş­dırmaq imkanı yaradır.
Tərbiyəçinin xarici görünüşü və pedaqoji özünə nəzarət

İnsanın gərək hər şeyi gözəl olsun: üzü də, paltarı da, qəlbi də, fikirləri də”.


A.S.Çexov

Tərbiyəçinin təkcə sözü, nitqi, keçdiyi dərsin mövzusu, ma­hiy­­yəti deyil, həmçinin xarici görünüşü (geyimi, saç forması və s.) də mühüm pedaqoji vəzifələrin həllinə, yəni tərbiyə edi­lən şəx­siyyətin formalaşmasına səmərəli şəkildə təsir etmə­yinə səbəb olmalıdır. Tərbiyəçi xarici görkəmində müəyyən ölçünü göz­­ləməli və bunun yüksək tərbiyəvi imkana malik olduğunu unut­mamalıdır. Tərbiyəçi üçün həddindən çox bəzək-düzəyə yol vermək, jest və hərəkətlərinin qeyri-estetik vəziyyəti yol veril­məz­­dir. Hətta Tərbiyəçinin uşaqlərə yanaşmaq tərzi, baxışı, sa­lam­­laşması və s. kimi “xırda” işləri də uşaqlərə təsir gücün­d­­­ədir. Tərbiyəçi bunların təsir gücünü heç vaxt yadından çıxart­ma­­malı və hər bir hərəkətinin, sözünün uşaqlərə bu və ya di­gər səviyyədə təsir etdiyini unutmamalıdır.


Tərbiyəçinin özünün xarici görkəminə diqqət yetirməsi uşaq­lərə və ətrafdakı adamlara xoş təsir bağışlayır. Buna görə də Tərbiyəçi xarici görünüşünə müntəzəm olaraq diqqət etməli və qeyri-estetikliyə yol verməməlidir. Onun xarici görünüşü təmiz, səliqəli və estetik cəhətdən gözəl olmalıdır.
Tərbiyəçinin uşaqlərlə açıq ünsiyyəti qrupdən başlayır. Bu­na görə də Tərbiyəçinin emosional vəziyyətini idarə edə bil­mə­si müəyyən bilik və bacarıq tələb edir. O, buna həm psixoloji cəhətdən, həm də metodik ustalıq baxımından hazır olmalıdır.
Tərbiyəçinin emosional vəziyyətini idarə edə bilməsi özünü­ida­rə­etmə ilə sıx əlaqədardır. Tərbiyəçinin özünü idarə edə bil­mək bacarıqları müxtəlifdir. Bunların içərisin­də aşağı­da­kı­ları xüsusi qeyd etmək olar:

  • xeyirxahlıq və optimistliyin tərbiyə edilməsi;

  • özünün davranışına (əqli gərginliyinin, hərəkət tempi­nin, nitqinin, nəfəsinin idarə edilməsinə) nəzarət;

  • fəaliyyətdə ara vermə (əmək terapiyası, musiqi terapi­yası, yumor, əyləncəli oyun);

  • özünü təlqin etmə və s.

Professor N.Kazımov Tərbiyəçinin emosionallığının müxtəlif təzahür formalarının: razılıq və narazılığının, kədərlənmənin, mülayimliyin, sevincin, sərtliyin peda­qoji prosesə mühüm təsir göstərdiyini qeyd edir və onun Tərbiyəçi tərəfindən idarə olun­ma­­­sının vacibliyini və bunun üçün müxtəlif üsullardan istifadə olunmasını zəruri sayır. N.Kazımov bu üsulları iki qrupa ayıra­raq onların aşağıdakılardan ibarət oldu­ğunu göstərir:
1. Müəyyənləşdirici (özünümüşahidə, nöqsanın etiraf edil­məsi, səbəblərin müəyyənləşdirilməsi).
2. Təkmilləşdirici (özünü ruhlandırmaq, özünə göstəriş vermək, psixoloji qüvvələri məşq etdirmək).
Tərbiyəçi emosional vəziyyətini idarə edərkən və yaranmış gərginliyi aradan qaldırmaq üçün hərdən yumora yer verməli, uşaqlərlə xoş rəftar etməlidir. Bunun üçün Tərbiyəçi hər şey­dən öncə öz peşəsinin sosial rolunu dərindən dərk etməli, borc hissinə malik, hazırcavab, həssas olmalı, hadisə və prosesləri düz­gün qiymətləndirməyi bacarmalıdır. Çeviklik və sayıqlıq gös­tərməli, eyni zamanda özünü təhlilə və özünü qiymətlən­dir­mə­yə meyilli olmalıdır. Həmçinin Tərbiyəçinin öz psixoloji və­ziy­­yətini idarə etmək, lazım olan zaman təəccüb, sevinc, qəzəb və s. hisslərini büruzə vermək, intonasiyanı idarə etmək və müx­­­təlif hissləri onun vasitəsi ilə ifadə etmək (xahiş, tələb, sual, əmr, tövsiyə, təklif, istək və s.), söhbət zamanı təşəbbüsü əla alıb, idarə etmək, müsbət və mənfi emosiyaları ifadə edə bil­mək, həmsöhbətlə özünü yaxınlaşdırmaq, məlumatı obrazlı-bədii şəkildə vermək və s. keyfiyyətləri olmalıdır.
Pedaqoji texnikada təkcə sözlü üsullar, tərzlər deyil, Tərbiyəçinin sözsüz təsiri, üzün, əllərin ifadəsi də mühüm rol oynayır. Bunların içərisində pantomimika və mimika xüsusi əhəmiyyət kəsb edir.

Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə