Müəllim məsələsi yalnız bizim deyil, hər bir millətin ölüm-dirim məsələsidir



Yüklə 0,55 Mb.
səhifə39/83
tarix24.12.2022
ölçüsü0,55 Mb.
#97847
1   ...   35   36   37   38   39   40   41   42   ...   83
muhazire 1-15 qdər terbiyeci isi

Pantomimika – bədənin, əllərin, ayağın hərəkətidir. O, təlim-tər­bi­yə pro­sesində diqqətin əsas məsələyə yönəldilməsinə kömək edir. Tərbiyəçi onun vasitəsilə bir növ təsir etdiyi obra­zın şəklini çəkir, onu aydınlaşdırır.
Tərbiyəçinin gözəl, nizamlı hərəkətləri onun daxili yetkin­li­yinin təzahürü kimi özünü göstərir. Buna görə də Tərbiyəçi məşğələ prosesində uşaqlər qarşısında düzgün dayanmaq mane­ra­sı­na, davranış estetikasına malik olmalıdır. Həmçinin o, məz­mun­lu, təbii jestə malik olmalı və etdiyi bütün jest­­lər fik­ri­nin düz­gün açılmasına kömək etməlidir.
Mimika – özünün fikrini, hissini, əhval-ruhiyyəsini, vəziy­yə­­tini üzünün əzələlərinin hərəkəti ilə ifadə etmək incəsənə­ti­dir. Çox halda Tərbiyəçinin mimikası uşaqlara onun sözündən daha çox təsir edir. Jest və mimika informasiyanın dolğun­lu­ğunu təmin edir və onun daha yaxşı mənimsənilməsinə kömək edir.
A.S.Makarenko yazırdı ki, “Mimikasına sahib olaraq, üzü­nə istənilən ifadəni verə bilməyən və ya öz əhval-ruhiyyəsini gizləyə bilməyən şəxs yaxşı tərbiyəçi ola bilməz. Tərbiyəçi təş­kil etməyi, gəzişməyi, zarafat etməyi, nəşəli və kədərli olmağı, qəzəblənməyi bacarmalıdır. Tərbiyəçi özünü elə apar­malı, dav­ran­malıdır ki, onun hər bir hərəkəti tərbiyə etsin və o hər zaman nəyi istəyib-istəmədiyini bilsin”.
Uşaqlar Tərbiyəçinin üzünün ifadəsini “oxumaqla” onun mü­na­sibətini, əhval-ruhiyyəsini anlayırlar. Buna görə də üz tək­cə ifadə etmək deyil, həmçinin hissləri açıqlamağa səbəb ol­ma­lıdır.
Üzün ifadəliliyi nitqin və münasibətin xarakterinə uyğun ol­malı və onlarla ahəngdarlıq yaratmalıdır. Burada Tərbiyəçinin uşaqə necə baxması, baxışdakı ifadəlilik, mənalılıq da az rol oy­namır. Buna görə də Tərbiyəçi məşqlər vasitəsilə jestlərin, mi­mi­kanın yerli-yerində, mənalı olmasına nail olmağa çalış­malıdır.


Nitq texnikası

Öz fikrini yaxşı ifadə edə bilmə­mək nöq­sandır; lakin müstəqil fikrə ma­lik ol­ma­maq daha böyük nöqsandır; müstəqil fikir isə müstəqil kəsb edilmiş bilikdən doğur”.



Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə