Müəllim məsələsi yalnız bizim deyil, hər bir millətin ölüm-dirim məsələsidir


Diksiya. Tərbiyəçi üçün onun nitqinin uşaqlər tərəfindən aydın başa düşülməsinin mühüm əhəmiyyəti vardır. Diksiya –



Yüklə 0,55 Mb.
səhifə42/83
tarix24.12.2022
ölçüsü0,55 Mb.
#97847
1   ...   38   39   40   41   42   43   44   45   ...   83
muhazire 1-15 qdər terbiyeci isi

Diksiya. Tərbiyəçi üçün onun nitqinin uşaqlər tərəfindən aydın başa düşülməsinin mühüm əhəmiyyəti vardır. Diksiya deyilən sözün, ifadənin, səsin aydınlığı və dəqiqliyidir. Bu, olduqca vacibdir. Çünki Tərbiyəçinin sözü, ifadəsi, hətta ayrı-ayrı səsləri aydın tələffüz olunduqda uşaqlər onu tez anlayır və başa düşürlər. Əks halda, Tərbiyəçinin nitqi uşaqlər üçün bilik mənbəyi funksiyasını ifadə edə bilmir.
Diksiya səs aparatının uyğunluğundan və enerjili işləmə­sin­dən asılıdır. Bunlarla bərabər, diksiyanın yaxşılaşdırılması üçün nitq üzrə tapşırıqlardan, səs orqanlarının hərəkətli gim­nas­ti­ka­sından, məşqlərdən və mütəxəssis məsləhətlərindən isti­fa­də edilməsi faydalıdır.
Ritm. Ayrı-ayrı sözlərin, hecanın sürətliliyi və uzunlu­ğu, həmçinin danışıqda pauzanın ritmik təşkili danışığın ölçü­sü, nitqin ritmikası ilə çox əlaqədardır. Ritm danışıqda çox vacib ele­ment hesab olunur və intonasiya, pauza, sözün başa düşül­mə­­si, dinləyicilərə emosional təsir etmə gücünə malik olur. Nitqin sürəti Tərbiyəçinin fərdi keyfiyyətindən, nitqin məzmunlu­lu­ğun­dan, ünsiyyətin situasi­yalarından ası­lıdır. Eksperimental tədqiqatlar göstərir ki, V-VI qruplərdə Tərbiyəçinin dəqiqədə 60-a qə­­dər, X qrupdə isə 75 söz işlətməsi məqsədə müvafiqdir. Tərbiyəçi çətin mate­rial­­ları izah edərkən əvvəlcə onu asta-asta, son­ra isə tez-tez, sürətlə izah etməlidir. Lakin Tərbiyəçi qayda­ları, prinsipləri, qanunları deyərkən və müəyyən nəticə çıxarar­kən səsin sürətini azaltmalıdır.
Tərbiyəçi nitqin təsirliliyini, ifadəliyini artırmaq üçün mən­ti­­qi və psixoloji pauzalardan istifadə etməyi bacarmalıdır. “Mən­tiqi pauzasız nitq–savadsız, psixoloji pauzasız– həyati­lik­siz olacaqdır”. Nitqin bir sürətdə, monoton olması ona diqqəti və marağı azaldır, nitqi cansıxıcı edir. Buna görə də Tərbiyəçinin nitqi təbii, maraqlı, aydın və təsirli olmalıdır. Bunun üçün, yəni nitqin in­to­nasiyalı olması üçün Tərbiyəçi xüsusi tapşırıqlardan istifadə etməlidir. Tərbiyəçinin səsi aydın, dəqiq, intonasiyalı, təsirli, diq­qə­ti cəlb edən, fikirləşməyə və fəaliyyətə sövq edən olma­lı­dır. Bunun üçün Tərbiyəçinin öz nitqi üzərində müntəzəm olaraq iş­lən­məsi və müəyyən tapşırıqları yerinə yetirilməsi zəruridir.


Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə