Müəllim məsələsi yalnız bizim deyil, hər bir millətin ölüm-dirim məsələsidir



Yüklə 0,55 Mb.
səhifə43/83
tarix24.12.2022
ölçüsü0,55 Mb.
#97847
1   ...   39   40   41   42   43   44   45   46   ...   83
muhazire 1-15 qdər terbiyeci isi

Pedaqoji texnologiyalar

Dünyanı nizama peşəkar salar,


Hər nizam peşədən, hünərdən olar”.


Əvhədi Marağalı

Son zamanlar bir sıra pedaqoji tədqiqatlarda texnologiyalar haqqında çox yazılır və bağça təcrübəsində, bir çox qabaqcıl Tərbiyəçilərin təcrübəsində onlardan istifadə olunduğu göstə­ri­lir. Lakin məsələni daha da konkretləşdirməyə gəldikdə, bu sa­hə­də bir sıra qaranlıq məsələlərin olması və fikir ayrılıqları üzə çıxır. Bu da ən çox texnologiya anlayışının metodika anlayışı ilə eyni­ləş­diril­mə­sin­də, sırf metodik məsələləri texnoloji pro­ses­lər kimi təqdim etməkdə, ya da peda­qoji texnologiyaları həd­dindən artıq şişirtməklə və onu yeni bir tapıntı–“kəşf” kimi izah etməkdə özünü göstərir. Əvvəlcə texnologiya sözünün lek­sik mənasına diqqət yetirək.


Texnologiya – iki yunan sözü olan “techne” (sənət, ustalıq, bacarıq) və logiya (elm) sözlərinin birləşməsindən olub, isteh­sa­lat prosesində hazır məhsul almaq üçün işlədilən xammal, material və ya yarımfabrikatların emalı, hazırlanması, aqreqat ha­lının, xassələrinin, formasının dəyişdirilməsi metod­larının məc­­musu, xammal, material və ya yarımfabrikata müvafiq is­teh­­­salat alətləri ilə təsir göstərmə üsulları haqqında elmdir.
Bəs onda pedaqoji texnologiya nədir, onu necə xarakterizə etmək mümkündür?
Qeyd edək ki, keçmiş sovet pedaqogikalarında pedaqogi­ka­­nın texnologiya ilə əlaqələndirilməsi ilk növbədə görkəmli pedaqoq A.S.Makarenkonun adı ilə bağlıdır. Makarenko hələ ötən əsrin 30-cu illərində pedaqoji texnologiyalar haqqında fikir söyləmiş və onun bəzi xüsusiyyətlərini göstərmişdir. A.S.Ma­karenko özünün məşhur “Pedaqoji poema” adlı əsərin­də yazırdı ki, bizim pedaqogikamızda aparıcı rolu mənəvi nəsi­hət məntiqi oynadığından texnoloji məntiq əsas yer tutmamış və buna görə də pedaqoji istehsalın ən mühüm şöbələri olan texnoloji proses, əməliyyatların qeyd olunması, müxtəlif kon­struk­tor ləvazimatlarının tətbiqi, normallaşdırma, nəzarət, bura­xı­lış, keyfiyyətə nəzarət və saf-çürük etmə kimi əməliyyatlar aparılmır.
Pedaqogikada pedaqoji prosesin tədqiqatçılar tərəfindən kütləvi tətqiqi keçən əsrin 60-cı illərinin əvvəllərinə təsadüf edir. Bu ilk növbədə Amerika və Avropa ölkələrində bağça islahatlarının aparılması ilə əlaqədar olmuşdur. Bu sahədə bir çox Amerika və Avropa alimləri: C.Korell, B.Blum, D.Vrun­ner, Q.Seys, Y.Koskarellin, rus pedaqoqları: P.Y.Qalpern, N.F.Ta­li­zina, N.Landa, Y.K.Babanski, P.M.Erdniyev, V.S.Ku­ku­şin, V.P.Bespalko, Azərbaycan peda­qoq­larından N.M.Kazı­mov, B.A.Əhmədov, Ə.X.Paşayev, F.A.Rüstəmov və b. göstər­mək olar. Bu tədqiqatçılar pedaqoji texnologiyaların izahında ayrı-ayrı­lıq­da təlim texnologiyaları, tərbiyə texnologiyaları anlayışlarını izah etməklə yanaşı, pedaqoji texnologiya anlayı­şı­nın da mahiyyətini aydınlaşdırmışlar.
A.Mehrabov, Ə.Abbasov, Z.Zeynalov, R.Həsənov tərəfin­dən yazılan “Pedaqoji texnologiyalar” vəsaitində pedaqoji tex­no­­logiyalar, təhsil, tədris, tərbiyə və s. texnologiyaların sis­tem­li kombinasiyası kimi xarakterizə olunur. Burada yazılır: “Pe­da­qo­ji texnologiya mahiyyət etibarı ilə təlim-tərbiyə prose­si­nin layihələndirilməsinin sistemli metodu kimi səciyyələndirilir”.
Hazırda pedaqoji texnologiya Tərbiyəçinin pedaqoji məsələ­lə­­­rinin həllinə yönəlmiş ardıcıl, qarşılıqlı əlaqəli hərəkətlər sistemi kimi, yaxud əvvəlcədən planlaşdırılmış pedaqoji prose­sin planlı şəkildə və ardıcıl olaraq təcrübədən keçirilməsi, real­laş­ması kimi qəbul edilir.
Bu izahatda göründüyü kimi pedaqoji texnologiyalar pedaqoji prosesin sistemli, ardıcıl və planlaşdırılmış elə bir hissəsidir ki, burada ardıcıl və qarşılıqlı əlaqəli hərəkət sistemi, dinamik ardıcıllıq vardır. Bu prosesdə Tərbiyəçi və uşaqlərin (tələbələrin) qarşılıqlı fəaliyyəti ilə bir və ya bir neçə təlim-tərbiyə işi həyata keçirilir ki, bu da müəyyən üsul və vasitələrin köməyi ilə reallaşır.
Lakin qeyd edək ki, pedaqoji ədəbiyyatlarda pedaqoji tex­no­logiyalar haqqında fərqli yanaşmalar, fikirlər də az deyildir. Bunları aşağıdakı kimi qruplaşdırmaq olar:
1. Pedaqoji texnologiyalar dedikdə yalnız təlim texnologi­ya­ları nəzərdə tutulur.
2. Pedaqoji texnologiyalar dedikdə Tərbiyəçinin texnoloji cəhət­dən işləyib hazırlamış olduğu metodlar, priyomlar sistemi və tərbiyə metodları nəzərdə tutulur.
Pedaqoji texnologiya haqqında irəli sürülən bu baxışların təhlili göstərir ki, problemə yanaşmada yeniliklər, fərqli fikirlər olsa da, bəzi müəlliflər təlim-tərbiyə metodlarını da pedaqoji texnologiya kimi şərh etmiş və bununla pedaqoji texnologiya anlayışını metodika anlayışı ilə eyniləşdirmişlər. Bu da peda­qo­ji texnologiya anlayışının izahında müəyyən çətinliklərin olma­sın­dan irəli gəlir. Bizcə, yalnız respublikamızda deyil, keçmiş ittifaqın bir çox yerlərində 1980-1990-cı illərdə yazılmış peda­qo­­gika üzrə dərslik və məşğələ vəsaitlərinin xeyli qismində “peda­qo­ji texnologiya” termininə və onun izahına rast gəlinməməsi də məhz texnologiya ilə metodika anlayışlarına eyni nöqteyi-nəzərdən yanaşma ilə bağlı olmuşdur. Lakin məsələnin mahiy­yə­tinə dlərindən fikir verdikdə görünür ki, “metodika”–təlim-tərbiyə prosesində metod və vasitələrin cəmi, uşaqlərin təlim-tərbiyə olunması yollarının toplusu, məcmusundan ibarətdir. Tə­lim metodları isə “təlim mərhələlərinə uyğun olaraq Tərbiyəçinin rəhbərliyi altında uşaqlərin müəyyən biliklərə, bacarıq və vərdişlərə yiyələnmələri, tərbiyə olunmaları və inkişaf etmələri yollarıdır.
“Tərbiyə metodları müəyyən olunmuş keyfiyyətləri uşaq­lər­də tərbiyə etmək məqsədilə onların şüuruna, iradəsinə, hiss­lə­rinə, davranışına təsir göstərmək üçün nizama salınmış fə­aliy­yət­dir”, “tərbiyənin vəzifələrinə çatmaq üçün tərbiyəçinin (valideynin, Tərbiyəçinin) istifadə etdiyi yol və vasitələr, üsullar sistemidir”.
Pedaqoji texnologiyalarda isə bunlardan fərqli xüsusiy­yət­lər, cəhətlər vardır. Belə ki, pedaqoji texnologiyalar konkret götürülmüş hər hansı bir təlim-tərbiyə işinin müəyyən sistem və ardıcıllıqla, kiçikdən-böyüyə, təhlildən-tərkibə doğru hərə­kət, iş prosesi, təlim-tərbiyə prinsiplərinin ardıcıl olaraq həyata keçirilməsinə yönəlmiş xarici və daxili hərəkətlər toplusu kimi özünü göstərir.
Respublikamızın təhsil sistemində aparılan islahatlar, tət­biq olunan yeniliklər gənc nəslə vacib olan bir çox zəruri key­fiy­yətlərin formalaşmasına geniş imkanlar yaradır. Bir sıra sosial keyfiyyətlər, biliyə yiyələnmə, müasir elmi-tex­niki yeni­lik­lərdən baş çıxara bilmə və onlardan istifadə etmək bacarıq­ları, yaradıcılıq və öz qabiliyyətlərini həyata keçirə bilmək bacarıqları və s. bu baxımdan mühüm əhəmiyyət kəsb edir.
Təcrübə və tədqiqatlar göstərir ki, XXI əsrdə yaşayan və fəaliyyət göstərən bugünkü bağçalilərin yeni dövrün tələbləri baxımından təlim və tərbiyə alması üçün ənənəvi təlim və onun metodları kifayətləndirici deyildir. Buna görə də dünyanın bir sıra qabaqcıl ölkələrinin müsbət təcrübəsini öyrənməklə fəal təlim metodlarından istifadə etmək və təlim prosesini fəallaş­dır­maq, təlim və tərbiyə metodlarını yeniləşdirmək, uşaqlərdə fəallığın təmin edilməsinə yönələn fəal, intensiv iş formala­rın­dan istifadə etmək, yeni təlim-tərbiyə texnologiyalarına yiyə­lən­mək və onları tətbiq edə bilmək olduqca vacibdir. Bunun üçün təlim prosesində aşağıdakı bir sıra məsələlərin nəzərə alın­masını zəruri hesab edirik:

  • təlim prosesində uşaqlərin Tərbiyəçilərlə tərəf-müqabil kimi iştirakına və Tərbiyəçi-uşaq əməkdaşlığına nail olunması, dərsin subyekt-subyekt əməkdaşlığı əsasında qurulması;

  • təlim prosesinin intensiv təşkili və uşaqlərin bütün məşğələ boyu fəallığı;

  • məşğələ zamanı problemli vəziyyətin–problem-situasiyanın yaradılması və bütün məşğələ müddətində uşaqlərin fikri fəallığı­nın təmin edilməsi;

  • uşaqlərin təfəkkür müstəqilliyinə nail olunması, onla­rın yeni bilikləri müstəqil öyrənməyə istiqamətləndirilməsi;

  • dərsdə əks-əlaqə metodundan geniş istifadə edilməsi, uşaq­lərin daxili imkanlarının “oyadılmasına”, onların müstə­qil axtarış vərdişlərinə yiyə­lən­mələrinə nail olunması;

  • təlimin qruplar üzrə aparılmasının genişləndirilməsi və qruplarda fəal, işgüzar iqlimin yaradılması;

  • biliklərin tətbiqi üçün yaradıcı, əlverişli şəraitin yaradıl­ması və s.

Bu xüsusiyyətlərin nəzərə alınması təlim prosesində bir sıra texnoloji əməliyyatların həyata keçirilməsi ilə sıx surətdə bağlıdır. Müasir təlim prosesini ənənəvi təlimdən fərqləndirən bu xüsusiyyətlər birbaşa uşaqlərin təfəkkürünə əsaslandı­ğın­dan biliklərin şüurlu mənimsənilməsini təmin edir və onların uzun müddət yadda qalmasına səbəb olur.
Yeni pedaqoji texnologiyaların tətbiqi təlimin məqsədlə­rin­dən çox asılıdır. Belə ki, təlimin nəticəsi onun hansı məqsə­də yönəldiyi ilə sıx surətdə bağlı olduğundan hər bir Tərbiyəçi təlim-tərbiyə prosesində texnoloji prosesləri planlaşdırarkən ilk növbədə bu prosesdə hansı məqsədin olmasını aydın dərk et­mə­­li və bütün iş növlərinin həmin məqsədin reallaşmasına xidmət etməsinə çalışmalıdır.
Beləliklə, istər orta bağçalərdə, istərsə də ali tədris müəs­si­­sələrində təlim texnologiyası–tədris prosesinin təşkilati-meto­dik aləti kimi çıxış edir və bu prosesin həyata keçirilməsinin forma, metod, vasitə və yollarının xüsusiyyətlərini tam şəkildə müəyyənləşdirir. Başqa sözlə, təlim texnologiyası tədris kom­po­nent­lərinin və strukturlarının məcmusundan ibarət olub, onun tam pedaqoji proses kimi həyata keçirilməsinin qarşılıqlı asılılığını və mexanizmini özündə birləşdirir.
Tədris prosesinin həyata keçirilməsi Tərbiyəçilər və uşaq­lə­rin (tələblərinin) qarşılıqlı əlaqəsinin və əməkdaşlığının təşki­li ilə sıx bağlıdır. Ümumi məqsədə yönəldilən bu əlaqə və əmək­­­daş­­­­lıq təlim texnologiyalarının aşağıdakı bir sıra istiqa­mət­lərdə reallaşdırılmasını tələb edir:

  • Tərbiyəçilərin fəaliyyət texnologiyası;

  • uşaqlərin (tələbələrin) fəaliyyət texnologiyası;

  • ayrı-ayrı dərslərin (o cümlədən mühazirə və seminar məşğələlərinin) təşkili və həyata keçirilməsi texnologiyası;

  • laborator və praktik məşğələlərin hazırlanması və həya­ta keçirilməsi texnologiyası;

  • ali bağçalərdə kurs və buraxılış işlərinin (layihə­lə­rinin) hazırlanması və reallaşdırılması texnologiyası və s.

Təlim prosesində Tərbiyəçilərin uşaqlərlə (tələbələrlə) qarşı­lıqlı fəaliyyəti psixoloji-pedaqoji fəaliyyət kimi onun informasiyaları məqsədyönlü sistem­ləşdirməsi, məntiqi tamlı­ğın yaranması üçün bir növ “özünü təşkil etməsi”, yəni daxili təşkilatçılığı, tədris prosesini idarə edə bilməsi və praktik fə­aliy­yətində aldığı nəticələrin necəliyi ilə xarakterizə edilir. Bu baxımdan Tərbiyəçinin fəaliyyət strukturunda aşağıdakı sistem və ardıcıllığın olması mühümdür:

  1. tədris prosesinin iştirakçıları tərəfindən məqsədin aydın dərk olunması;

  2. tədris prosesinin optimal variantının planlaşdırılması;

  3. öyrədici kommunikativ fəaliyyətin təşkili;

  4. Tərbiyəçilərin uşaqlərlə (tələbələrlə) fəaliyyət növləri­nin, formalarının seçilməsi və onun təşkilinə nail olma;

  5. başlıca arqumentlərə diqqətin yönəldilməsi;

  6. nəzarət və qeydəalma.

Uşaqlərin (tələbələrin) tədris-idrak fəaliyyətinin düzgün təşkili olduqca vacibdir. Bununla bağlı uşaqlərin (tələbələrin) fəaliyyət xüsusiyyətləri aşağıdakı bir sıra komponentlərlə xa­rak­­te­rizə olunur:

  • Tərbiyəçi (mühazirəçi) tərəfindən verilən informasi­ya­la­rın, məlumat və biliklərin passiv formada dinlənilməsi, qəbulu və qeydə alınması;

  • uşaqlərin (tələbələrin) fəal, müstəqil axtarışa qoşul­ma­sı, informasiya və məlumatların müstəqil olaraq əldə edilməsi və onlardan yaradıcılıqla istifadə edilməsi;

  • biliklərin və informasiyaların Tərbiyəçi-uşaq (Tərbiyəçi-tələbə) qarşılıqlı əməkdaşlığında Tərbiyəçilər tərəfindən istiqa­mət­ləndirilmiş şəkildə axtarılması, tapılması və onlardan isti­fa­də edilməsi.

Qeyd edək ki, tədris prosesində uşaqlərin (tələbələrin) tədris-idrak fəaliy­yətinin təşkili və idarə olunması, fəaliyyətə sti­mullaşdırıcı ustanovkanın təşkili, öyrədici və inkişafetdirici fəaliyyət üçün şəraitin yaradılmasından çox asılıdır.
Digər bir asılılıq Tərbiyəçinin pedaqoji ustalığı, məharəti ilə bağlıdır. Belə ki, Tərbiyəçi yüksək peşəkarlığa, didaktik bacarıq­la­ra, təlim-tərbiyənin nəzəri və praktik biliklərinə yiyələndikcə onun texnoloji proseslərə dair pedaqoji təfəkkürü də bir o qədər artır, genişlənir. Aparacağı dərsin, keçirəcəyi tərbiyəvi tədbirin ən xırda ünsürlərinə belə yaradıcı münasibət bəsləyir, onu bir növ “yaradır”, “qurur” və özünün yaradıcılığını üzə çıxarır. Onun başqa Tərbiyəçilərdən fərqli cəhətləri də, yaradıcı keyfiy­yə­tə malik xüsusiyyətləri də məhz bu fərdi üslublarında, pedaqoji əməliyyatların həllində özünəməxsus texnologiya­la­rın­dan istifadə etməsində, yəni “müəllif texnologiyaları”nda özünü göstərir.



Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə