Müəllim məsələsi yalnız bizim deyil, hər bir millətin ölüm-dirim məsələsidir


Tərbiyəçinin ümumi peşə keyfiyyətləri



Yüklə 0,55 Mb.
səhifə46/83
tarix24.12.2022
ölçüsü0,55 Mb.
#97847
1   ...   42   43   44   45   46   47   48   49   ...   83
muhazire 1-15 qdər terbiyeci isi

1. Tərbiyəçinin ümumi peşə keyfiyyətləri: Yüksək mənəvi və əxlaqi keyfiyyət­lər (məsələn: düzlük, doğruçuluq, səmimi­lik, saflıq, uşaqlara hörmət və məhəbbət, mehribanlıq), ümumi mədəniyyət, özünənəzarət, özünü ələ alma bacarığı, tələbkarlıq, pedaqoji incəsənət, məsuliyyətlilik, peşəsinə məhəbbət və s.
2. Tərbiyəçinin xüsusi peşə keyfiyyətləri: aydın və emosi­onal nitq mədəniyyəti, ünsiyyət mədəniyyəti, peşəsinə maraq, aktyor talantına malik olmaq, pedaqoji texnika, psixoloji əql, təşkilatçılıq bacarığı və s.
3. Tərbiyəçinin spesifik peşə keyfiyyətləri: tədris etdiyi fənn üzrə həmin fənnə aid spesifik xüsusiyyətlər (məsələn: ibti­dai qrupTərbiyəçii üçün aydın, səlist, intona­siyalı və emosional oxu və danışıq mədəniyyəti, şifahi hesablama vərdişi və s. ; dil-ədəbiyyat Tərbiyəçii üçün şifahi və yazılı nitq mədəniyyəti, bədii əsərləri təhlil edə bilmə bacarığı, qrupqarşısında intonasi­yalı, aydın, obrazlı, ifadəli oxu və danışıq qabiliyyəti, fikirlərini obrazlı ifadə edə bilməsi və s.).3
Tərbiyəçinin pedaqoji ustalığında xüsusi yeri və rolu olan bu keyfiyyətlər hər bir Tərbiyəçi üçün zəruri və vacib keyfiy­yətlərdir.

Mövzu № 10. Tər­bi­yə­çi-uşaq ünsiyyə­ti­ və onun formalaşması yolları
Ən ülvi cah-cəlal insanlar arasında səmimi ünsiyyətdir”.


A.S.Ekzüperi

Pedaqoji ünsiyyət təlim-tərbiyə prosesinin təsirli vasitələ­rin­dən biri olub uşaq şəxsiy­yətinin formalaşmasında mühüm yer tutur. “Tərbiyəçi-uşaq cütlüyündə ünsiy­yətin istənilən nö­vü situasiyadan asılı olmayaraq tərbiyəvi xarakter daşıyır”.


Lakin bir məsələyə də xüsusi diqqət yetirmək lazım gəlir ki, Tərbiyəçi-uşaq ünsiyyəti o zaman daha yüksək nəticələrə sə­bəb olur ki, bu ünsiyyətin əsasında hörmət, humanist müna­si­bət dayanmış olsun. Belə olduqda Tərbiyəçi-uşaq ünsiyyəti şəx­siy­yətin formalaşdırılmasının alətinə, vasitəsinə çevrilə bi­lir. Bunu aparılmış bir sıra tədqiqatlar da sübut edir. Psixoloji tədqiqatların nəticələri göstərir ki, uşaqlarla ünsiyyətə girmək qabiliyyəti Tərbiyəçinin onlara məhəbbətinə əsaslanmalıdır. Res­pub­li­kamızın görkəmli psixoloqu professor Ə.Əlizadə yazır: “Uşaqlər Tərbiyəçinin erudisiyasını yüksək qiymətləndirirlər. Bilikli Tərbiyəçii sayırlar. Ancaq onlar səmimi, xeyirxah, qılıqlı, həssas, qəlbini uşaqlara verən və onlarla söhbət etməyi baca­ran, hətta qrupdənkənar vaxtlarda da onlarla həvəslə məşğul olan Tərbiyəçii sevirlər”.
Faktlar göstərir ki, uşağı sevməyən və ya sevə bilməyən Tərbiyəçinin onlarla ünsiyyəti də alınmır. Buna görə də pedaqoji ünsiyyət üçün Tərbiyəçidən xüsusi bacarıq və qabiliyyətlər tələb olunur. Belə bacarıq və qabiliyyətlərə malik olmadan Tərbiyəçi-uşaq ünsiyyətinin pedaqoji səmərəliliyi mümkün deyildir.
Tərbiyəçi-uşaq ünsiyyəti Tərbiyəçinin bu və digər bir sıra ba­­carıq və keyfiyyət­lərə nə dərəcədə malik olmasından çox ası­lı­dır. Tərbiyəçi özünün pedaqoji fəaliyyətində müxtəlif xarak­ter­li, müxtəlif temperamentli uşaqlərlə qarşılaşdığından onların hər birinə fərdi yanaşma bacarığına yiyələnməlidir. Uşaqləri­nin heç birinin diqqətdən kənarda qalmaması üçün onlarla “dil tapmağı” bacarmalıdır. Uşaqlərin hər birinin fərdi xüsusiyyət­lə­­­­­­­rini öyrənməli, onlarla ünsiyyətə girə bilmək üçün “açar” tap­ma­lıdır. Bu isə olduqca çətin və mürəkkəb iş olub, Tərbiyəçidən səbr, təmkin, yaradıcı axtarış və diaqnostik bilik tələb edir. Tərbiyəçi pedaqoji ünsiyyətin qayda-qanunlarını bilməli, kom­mu­nikativ bacarıqlara və kommunikativ mədəniyyətə malik olmalıdır.
Tərbiyəçi təkcə müxtəlif temperamentə və müxtəlif xüsu­siy­yətlərə malik uşaqlərlə işləmir. O həmçinin bir-birlərinə bənzəməyən valideynlərlə də qarşılıqlı münasibətdə olur. On­lar­la iş aparır. Buna görə də Tərbiyəçi valideynlərlə pedaqoji ünsiyyətə girə bilmə bacarıqlarına da malik olmalıdır.
Pedaqoji ünsiyyətin yüksək keyfiyyətlərinə yiyələnən Tərbiyəçi bağçalilərlə xoş, mehriban münasibət yaratmağı, ünsiyyətə girməyi, onların təlim-tərbiyə fəaliyyətinə rəhbərlik etməyi bacarır və onun yüksək səviyyədə təşkil edilməsinə nail olur. Buna görə də Tərbiyəçinin uşaqlərlə ünsiyyət mədəniy­yə­tinə yiyələnməsi, qarşılıqlı ünsiyyətin yüksək kommunikativ səviyyəsinə malik ola bilməsi pedaqoji fəaliyyətin səmərəliliyi üçün ən zəruri şərtlərdən və amillərdən birini təşkil edir.
Pedaqoji ünsiyyət sosial-psixoloji proses kimi aşağıdakı bir sıra funksiyalarla xarakterizə edilir: şəxsiyyəti dərk etmək, informasiya mübadiləsi, fəaliyyətin təşkili, rolların dəyişdi­rilməsi, başqalarının dərdinə şərik olmaq, özünütəsdiq.
Pedaqoji ünsiyyət zamanı bu funksiyaların həyata keçiril­mə­si Tərbiyəçinin qarşısındakı uşaqi haqqında ətraflı məlumat­la­ra malik olmasına, onunla səmimi fikir mübadiləsi etməsinə, dialoqa girməsinə, uşaqlərin fəaliyyətini düzgün təşkil edə bilməsinə, uşaqlərin kollektivdə müxtəlif–həm icra etdirən, həm də icraçı kimi çıxış edə bilmələrinə, başqalarının dərdinə şərik ola bilmə hisslərinin formalaşmasına, nəhayət, özünü­təsdiqə səbəb olur.
Pedaqoji ünsiyyət müəyyən quruluşa malik bir prosesdir. Pedaqoji ünsiyyət problemi üzrə bir sıra maraqlı və məzmunlu tədqiqatlar aparmış V.A.Kan-Kalik peda­qoji ünsiyyətin qurulu­şunu aşağıdakı kimi təsnif edir:
1. Qruplə qarşılıqlı ünsiyyətin Tərbiyəçi tərəfindən model­ləş­dirilməsi (proqnozlaşdırma mərhələsi).
2. İlkin qarşılıqlı təsir anında səmimi ünsiyyətin təşkili (kommunikativ hücum).
3. Pedaqoji prosesdə ünsiyyətin idarə edilməsi.
4. Qazanılmış ünsiyyət sisteminin təhlili və gələcək fəaliy­yət üçün onun mo­delləşdirilməsi.
Tərbiyəçinin öz ünsiyyətini bu sistem üzrə qura bilməsi Tərbiyəçi-uşaq ünsiyyətinin formalaşmasında mühüm təsir gücünə malik ünsiyyət mədəniyyətinin yaranmasına səbəb olur. Tərbiyəçinin əvvəlcədən uşaqlərlə qarşılıqlı ünsiyyət yarada bilməsinin proqnozlaşdırılması bir tərəfdən onun öz ünsiyyətini necə qura bilməsi, digər tərəfdən isə ünsiyyət mədəniyyətində olan çatışmazlıqların ləğv edilməsi üzərində düşünməsinə sə­bəb olur. Özünü səmimi ünsiyyətə hazır hesab edən Tərbiyəçi uşaqlərlə ilk görüşündən onlarla mehriban, qayğıkeş, nəva­ziş­li rəftar etməklə qarşılıqlı səmimi ünsiyyətə nail olur. Bir növ “kommunikativ hücuma” keçmiş olur, bu da Tərbiyəçi-uşaq münasibətlərinin ilk vaxtlardan səmimiyyət və nəzakət üzə­rin­də qurulmasına səbəb olur.
Pedaqoji prosesdə–dərsdə, dərsdənkənar tərbiyəvi tədbir­lər­də Tərbiyəçinin ünsiy­yət üzərindəki nəzarəti ünsiyyəti idarə edə bilməsi, yəni ora ünsiyyətə xələl gə­tirən ünsürlərin–qaba sözlərin, ifadələrin, sərt davranışın, avtoritar iş üsulunun və s. gətirilməsinə, daxil olmasına imkan vermir. Bu da Tərbiyəçi­lə­rin ünsiyyət mədə­niy­yə­tinin fomalaşmasına olduqca müsbət təsir göstərir.
Son mərhələdə Tərbiyəçinin malik olduğu ünsiyyət mədəniy­yə­­tinin özü tərəfindən təhlil edilməsi, Tərbiyəçi-uşaq müna­sibətlərində buraxdığı nöqsanlar, nail ola bilmədiyi nəticələr barədə düşünməsinə, özünü, öz fəaliyyətini təhlil etməsinə və gələcək fəaliyyəti üçün öz işini necə quracağı üzərində fikir­ləşməsinə və onu modelləşdirməsinə səbəb olur. Tərbiyəçinin buna özünü təhrik etməsi Tərbiyəçi-uşaq ünsiyyətinin gələcək istiqaməti üçün mühüm əhəmiyyət kəsb edir.
Tərbiyəçi-uşaq ünsiyyətinin formalaşmasında xüsusi yer tutan məsələlərdən biri Tərbiyəçilərlə uşaqlər arasında infor­ma­siya mübadiləsinin aparılmasıdır. Tərbiyəçinin uşaqlərlə sə­mi­miyyətlə apardığı müsahibə, onlara müəyyən informasiya­nı verməsi və lazımi informasiyaların alınması zamanı emosi­onal və kommunikativ təsir vasitələrindən istifadə edilməsi olduqca vacibdir.
Tərbiyəçi-uşaq ünsiyyətinin formalaşması eyni zamanda uşaqlərin davranışını tənzim etməklə sıx surətdə bağlıdır. A.S.Ma­karenko yazırdı: İnsanın tərbiyə edilməsi–adamlara düzgün münasibətlər tərbiyə edilməsi deməkdir.
Bu baxımdan qrupdə uşaqlər üzərində, onların davranışı üzə­rində nəzarətin olması və bu davranışın tənzimlənməsi Tərbiyəçi-uşaq ünsiyyətində mühüm mərhələlərdən birini təşkil edir .
Tərbiyəçi-uşaq ünsiyyətinin formalaşmasında nəzərə alın­ması vacib olan məsələlərdən biri də şəxsiyyətlərarası anla­ma­dır. Anlama olmadan bu ünsiyyətin yüksək nəticəsindən danış­maq olmaz. X.İbrahimov bu münasibətlə yazır: “Anlama qarşı­lıq­lı münasibətlərin əsas tənzimləyicisindən biri, uşaq şəx­siy­yə­tinə hörmətin başlıca şərtidir. Onun köməyi ilə Tərbiyəçi uşaqin daxili dünyasına varır, onun qəl­bində, şüurunda cə­rə­yan edənləri duyur ki, bu da obyektin idarə olunmasını asan­laş­dı­rır. Anlama persepsiya, empatiya, identifikasiya ilə sıx b­ağlı şəkildə baş verir. Persepsiya – üz ifadəsindən, nitq­dən, fə­aliy­yət­dən adamın daxilini duymaq, empatiya – duymaq, kə­də­ri yaşama bacarığı, uşağın dərdinə şərik ola bilmək qa­bi­­­liy­­yəti, identifikasiya – başqasının daxili aləmini tam mənada öz daxili dünyasına gətir­mə bacarığı deməkdir”.

Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə