Müəllim məsələsi yalnız bizim deyil, hər bir millətin ölüm-dirim məsələsidir



Yüklə 0,55 Mb.
səhifə48/83
tarix24.12.2022
ölçüsü0,55 Mb.
#97847
1   ...   44   45   46   47   48   49   50   51   ...   83
muhazire 1-15 qdər terbiyeci isi

Avtokratik

  • Avtoritar

  • Demokratik

  • Liberal və s.

    Avtokratik ünsiyyət tərzinə malik olan Tərbiyəçi həmişə özünün hakim mövqeyi ilə seçilir. Uşaqlərlə quru əmrlər, gös­tə­riş, tələblər vermək yolu ilə ünsiyyət saxlayır. Uşaqlar hər an Tərbiyəçinin onlara nəyisə irad tutacağını, onlara sərt davrana­ca­ğını gözləyirlər. Qeyd edək ki, xüsusilə ibtidai qruplərdə belə rəhbərlik üslubu olduqca zərərlidir. Çünki belə Tərbiyəçilərin dərslərində uşaqlərin əqli inkişafı, intellektual səviyyəsi və bir çox mənəvi keyfiyyətləri yalnız Tərbiyəçinin rəhbər göstərişlərinə tabe etdirilir. Uşaqlər belə Tərbiyəçidən çəkinir, onunla məslə­hə­tə, əməkdaşlığa həvəs göstərmirlər.
    Avtoritar ünsiyyət tərzi Tərbiyəçinin şəxsiyyətinə əsaslanan ünsiyyət tərzidir. Bu zaman yalnız Tərbiyəçinin göstərişləri həya­ta keçirilir və Tərbiyəçi bütün işlərin onun özünün istədiyi kimi yerinə yetirilməsinə çalışır. Burada Tərbiyəçi adətən böyük, yolgös­tərən, əsas simvoldur, uşaq isə itaət edən, icraçı ob­yekt­dir. Tərbiyəçi nə desə, necə hərəkət etsə elə də olmalıdır.
    Demokratik ünsiyyət tərzi Tərbiyəçi-uşaq ünsiyyətinin formalaşmasının ən əlverişli yolu, uşaq şəxsiyyətinin forma­laş­masının təsirli vasitəsidir. Belə ünsiyyət prosesində Tərbiyəçi­lə uşaq arasında qarşılıqlı işgüzar əməkdaşlıq yaranır. Bu ünsiyyət tərzinə malik olan Tərbiyəçilər uşaqlərə bir şəxsiyyət kimi baxır, onların sözlərinə, təkliflərinə diqqətlə yanaşır, onla­rı dinləyir, nəzərə alır. Demokratik Tərbiyəçi daha çox öyrətdiyi kimi, uşaqlərə də daha yaxın olur. O, uşaqləri tərəfindən çox sevilir və onun hörməti, nüfuzu yüksək olur. Uşaqlər belə Tərbiyəçilərin dərslərinə diqqətlə qulaq asır, onunla əməkdaşlıq edir, məsləhətlərini həvəslə dinləyirlər. Onların emosional sə­viy­yələri də yüksək olur və dərsdə əsəbilik yaradan, onları həyəcanlandıran məsələlərlə qarşılaşmırlar.
    Liberal ünsiyyət tərzi Tərbiyəçi-uşaq münasibətlərində qeyri-sağlam ünsiyyət tərzi kimi təkcə uşaqlərin tərbiyəsinə deyil, bütün təlim-tərbiyə prosesinə mənfi təsir göstərir. Belə ünsiyyət tərzinə malik olan Tərbiyəçilər uşaqlərin bütün hərə­kət­lərinə adi məsələlər kimi baxır, onlara həddən çox güzəştlər edir və tələbkarlıq göstərmirlər. Liberal ünsiyyətli Tərbiyəçilər bəzən uşaqlərlə ünsiyyətə xələl gətirən tərzdə söhbətlər, zara­fat­­­lar edir, tərbiyə prosesinə laqeyd münasibət bəsləyirlər. On­lar əvvəllər uşaqləri tərəfindən yaxşı qəbul edilsələr də, sonralar onların belə yanaşma metodu özünün mənfi nəticələ­ri­ni göstərir və nüfuzları get-gedə aşağı düşür.
    Bütün bunlar Tərbiyəçi-uşaq ünsiyyətinin səmərəli tərzlə­ri­nin, forma və üslublarının müəyyənləşdirilməsinə geniş imkanlar yaradır.
    Pedaqoji və psixoloji ədəbiyyatlarda uşaqlərlə qarşılıqlı ünsiyyətin səmərəliliyinə görə Tərbiyəçiləri şərti olaraq 4 qrupa ayırırlar.

    Yüklə 0,55 Mb.

    Dostları ilə paylaş:
  • 1   ...   44   45   46   47   48   49   50   51   ...   83




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
    rəhbərliyinə müraciət

        Ana səhifə