Müəllim məsələsi yalnız bizim deyil, hər bir millətin ölüm-dirim məsələsidir



Yüklə 0,55 Mb.
səhifə50/83
tarix24.12.2022
ölçüsü0,55 Mb.
#97847
1   ...   46   47   48   49   50   51   52   53   ...   83
muhazire 1-15 qdər terbiyeci isi

1-ci qrup: Özünü qiymətləndirməsi uşaqlərin onu qiy­mət­­­­lən­dirilməsinə uy­ğun gəlir. Bu Tərbiyəçilərdə demokratik ün­siyyət üslubu səciyyəvidir. Başqa sözlə desək, demokratik ün­siyyət üslubuna malik olan Tərbiyəçilərin özlərinə verdikləri qiy­mətlə uşaqlərin onlara verdikləri qiymətlər bir-birinə uyğun gəlir.
2-ci qrup: Tərbiyəçi ona verilən qiymətləndirməni düzgün proqnozlaşdırır. Belə Tərbiyəçilərin ünsiyyətində avtoritarlıq mü­şa­hidə olunur. Başqa cür desək, avtoritar ünsiyyət üslubuna malik olan Tərbiyəçilər uşaqlərin onlara verdikləri qiymətlən­dirməni düzgün proqnozlaşdıra bilirlər.
3-cü qrup: Bu Tərbiyəçilərin münasibətlərində liberallıq müşahidə olunur. Onlar üçün adekvat özünüqiymətləndirmə və qeyri-adekvat proqnoz səciyəvidir.
4-cü qrup: Bu qrup Tərbiyəçilərə qeyri-adekvat özünüqiy­mət­ləndirmə xasdır. Belə Tərbiyəçilər özləri haqqında rəyi uşaq­lərdən öyrənmək istəyir, lakin onlarla ünsiyyət qurmağı bacarmır ki, bu da nəticədə münaqişələrin yaranmasına səbəb olur. Bu tip Tərbiyəçilərə avtoritar üslublu ünsiyyət səciy­yəvidir.
5-ci qrup: Tərbiyəçilərin özləri haqqında təsəvvürləri uşaq­la­rın onlar haqqında rəyləri ilə üst-üstə düşmür. Bu da ünsiy­yətdə çoxlu çətinliklər yaradır.
Pedaqoji ünsiyyətin yüksək səviyyədə təşkil edilməsi hə­mi­şə və hər zaman faydalıdır. Tərbiyəçi uşaqlərlə nə qədər meh­­riban, səmimi, dostluğa, mehribanlığa əsaslanan ünsiy­yət­də olarsa, onun istər təlim, istərsə də tərbiyə prosesində əldə etdiyi nəticə­lər yüksək olar. Deyl Karneqinin “General motors” (ABŞ) şir­kə­tində apardığı müşahidə­lər sübut etmişdir ki, əmək məhsul­dar­lığının cəmi 15%-i texniki biliklərin, 85%-i isə fəhlə ilə rəftarın, işçinin əhval-ruhiyyəsinin hesabınadır.
Hər bir Tərbiyəçi pedaqoji ünsiyyətin həm nəzəri, həm də praktik cəhətləri haqqında dərin biliyə malik olmalı və ünsiyyət mədəniyyətinə yiyələnməlidir. Tərbiyəçi və uşaq ünsiyyətinin yüksək səviyyədə təşkili pedaqoji prosesin təşkili nəticəsinə çevrilir və təlim-tərbiyənin səviyyəsini yüksəldir. Tərbiyəçinin uşaqlərə emosional, ağıllı təsiri, təlim-tərbiyənin inkişafının vasitəsi və üsulu kimi yüksək pedaqoji alət rolunda çıxış edir. Bu baxımdan da Tərbiyəçilərin pedaqoji ünsiyyət mədəniyyətinə yiyələnməsi olduqca faydalıdır. Bunun üçün hər bir Tərbiyəçi, ilk növbədə özünə, özünün daxili aləminə nəzər salmalı, özü-özünü dərk etməyi bacarmalıdır. Ünsiyyət üçün hansı şəxsi keyfiyyətləri vardır, hansı şəxsi keyfiyyətləri özündə görmək istəyir və s. Özünün şəxsi keyfiyyətlərini düzgün qiymət­lən­dirən hər bir Tərbiyəçi ünsiyyət mədəniyyətinə yiyələnmək üçün hansı keyfiyyətlərin zəruri olduğunu da dərindən bilməli və bunu özündə tərbiyə etməyi bacarmalıdır.
Ünsiyyət mədəniyyətinə malik olmaq fitri, anadangəlmə bir qabiliyyət deyildir. Təcrübə göstərir ki, xarakterindən, tem­pe­­rament xüsusiyyətlərindən asılı olmayaraq Tərbiyəçilər buna yi­yələnə bilər və yiyələnməlidirlər. Pedaqoji ustalığa yi­yə­lən­mə­yin bir yolu, bir vasitəsi də bu olduğundan ona yiyələnmək olduqca vacibdir.



Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə