Müəllim məsələsi yalnız bizim deyil, hər bir millətin ölüm-dirim məsələsidir


Biliyin hərtətərfli verilməsinin təmin edilməsi



Yüklə 0,55 Mb.
səhifə58/83
tarix24.12.2022
ölçüsü0,55 Mb.
#97847
1   ...   54   55   56   57   58   59   60   61   ...   83
muhazire 1-15 qdər terbiyeci isi

1. Biliyin hərtətərfli verilməsinin təmin edilməsi. Tərbiyəçinin nitqi elə səviyyədə olmalıdır ki, o verilən biliyin uşaqlər tərəfindən möhkəm mənimsənilməsinə və onların yaddaşında qalmasına səbəb olsun. Buna görə də Tərbiyəçinin nitqi maraqlı, məntiqli və inandırıcı olmalıdır.
Elmi araşdırmalar sübut edir ki, verilən biliyin uşaqlərin yaddaşında uzun müddət qalmasının başlıca amillərindən biri də Tərbiyəçinin nitqinin mükəmməl olmasıdır. Nitqin emosi­onallığı, intonasiyası, ritmik olması, sözlərin aydın tələffüzü və s. bu baxımdan xüsusi qeyd edilməlidir. Tərbiyəçinin nitqi təkcə informasiya xarakteri daşımamalıdır. O, uşaqlərin idrakına, şüuruna, hisslərinə təsir edəcək bir səviyyədə, onları düşün­mə­yə, axtarışa sövq edən şəkildə qurulmalı və onlarda idraki mo­tiv­lərin yaranmasına səbəb olmalıdır.
2. Uşaqlərin tədris fəaliyyətinin səmərəliliyinin təmin edilməsi. Tərbiyəçinin nitqi hər şeydən öncə tədris fəaliyyətinin səmərəliliyinə xidmət etməlidir. Bunun üçün nitqin sürəti, tonu və həcmi üzrə müəyyən həddin olması vacibdir. Tədqiqatlar göstərir ki, əgər Tərbiyəçinin nitqi orta sürət olarsa, uşaqlər veril­miş informasiyaların 14,2%-ni, iti sürət olarsa, 42,8%-ni, nisbətən yavaşıldılmış sürət olarsa, onda 70%-ni qəbul edə bi­lir­lər.4 Bu, onu göstərir ki, uşaqlar onların zehni fəaliyyət­lə­rin­dən fərqli gedən daha sürətli məlumatı keyfiyyətli şəkildə qəbul edə bilmirlər.
Tədqiqatlar göstərir ki, Tərbiyəçi nitqində düzgün intona­si­ya seçmədikdə və sözlərdə məntiqi vurğunu düzgün işlətmə­dik­də, eyni tərzdə danışdıqda da uşaqlər onun verdiyi infor­masi­yaları bütövlükdə qavraya bilmirlər.
Tərbiyəçinin davranışının və Tərbiyəçi-uşaq münasibət­lə­ri­nin kommunika­tiv tərzdə olması da nitqin düzgün qavranılma­sın­da mühüm rol oynayır. Uşaqlərə humanist yanaşma, onlar­da öz güclərinə inam yaratma, bunun üçün inandırıcı nitqdən istifadə etmə onlarda təlim maraqlarının inkişaf etdirilməsinə səbəb olur.
3. Tərbiyəçilə uşaqlər arasında məhsuldar, səmərəli qar­­şı­lıq­lı müna­sibətlərin təmin edilməsi. Nitqin bu funksi­ya­sı olduqca mühüm rol oynayır. Tərbiyəçi və uşaqlər arasında normal münasibətlərin yaradılmasına xidmət edən bu funksiya nitqin tərbiyəlilik funksiyası kimi özünü göstərir və təlim-tərbiyə proseslərində özünün imkanlarını reallaşdıra bilir.
V.A.Suxomlinski yazırdı: “Sözə, onun çalarlarının zəngin­li­­yinə həssaslıq nə qədər incə olarsa, əxlaqi nəsihətlərə, yeni­yet­­mələrin mənəvi aləminə ən incə təsir vasitələrinə – tərbiyə­çi­­nin sözünə və insanın bütün gözəlliyinə gənc qəlbin həssas­lığı bir o qədər dərin olar”.5
Tərbiyəçinin nitqi Tərbiyəçilə uşaqlər arasında münasibət­lə­rin tənzimləyicisi kimi özünü göstərir. Burada Tərbiyəçinin uşaq­­lərə müraciət forması, tələblərini hansı formada verməsi, necə irad tutması, intonasiyalardan necə istifadə etməsi, jestlə­rə, mimika ilə nitqini necə uzlaşdıra bilməsi və s. xüsusiyyətlər mühüm rol oynayır.
Bu prosesdə Tərbiyəçinin fərdi üslubu da az rol oynamır. Hər bir Tərbiyəçi öz fərdi üslubu ilə seçildiyi kimi nitqin bu funksi­ya­sının reallaşmasında da özünün fərdi üslubunu göstərə bilir. Burada Tərbiyəçinin hansı: avtoritar, avtokratik, demoktarik və liberal ünsiyyət tərzlərinə–üslubuna malik olmasından asılı olaraq nitqinin funksiyası da müxtəlif cür ola bilir.
Təcrübə göstərir ki, Tərbiyəçinin demokratik xarakterdə ol­ma­­sı onun nitqinin kommunikativ təsirini artırır. Tərbiyəçi uşaq­­lərə hörmətlə yanaşdıqda, onun tələbi və tələbkarlığı hör­mət­lə əlaqəli olduqda uşaqlər onun tələblərini sözsüz yerinə yetirirlər. Lakin burada şəraitin rolunu da nəzərdən qaçırmaq ol­maz. Konkret şəraitdən asılı olaraq nitq ciddi, şən, ironiyalı, av­toritar və yumşaq ola bilər. Lakin bunların hamısında uşaq şəxsiyyətinə hörmət gözlənildikdə nitqin təsirliliyi daha da güclü olur.

Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə