Müəllim məsələsi yalnız bizim deyil, hər bir millətin ölüm-dirim məsələsidir



Yüklə 0,55 Mb.
səhifə54/83
tarix24.12.2022
ölçüsü0,55 Mb.
#97847
1   ...   50   51   52   53   54   55   56   57   ...   83
muhazire 1-15 qdər terbiyeci isi

Fərdi forma bilavasitə ayrı-ayrı uşaqlərlə ünsiyyətə gir­mək, onunla açıq, səmimi və işgüzar münasibət yaratmaqdır. Bu formada qruprəhbərinin söhbət, müsahibə, fikir mübadiləsi, problemin həlli yollarının axtarılması, fərdi konkret yardım gös­tərilməsi və s. metodlardan istifadə etməklə uşaqi öyrən­mək, onun qabiliyyət və istedadını üzə çıxarmaq, xarakterində olan müsbət və mənfi cəhətlərin nələrdən ibarət olduğunu aş­kar­lamaq və təsir vasitələrini müəyyənləşdirmək üçün geniş im­kan­ları vardır. Əsas məsələ qruprəhbərinin bir tərbiyəçi kimi yüksək pedaqoji məharətə, ustalığa malik olmasıdır.
Qruprəhbəri ünsiyyətin elə üslublarını seçməyi bacar­ma­lı­dır ki, yeniyetmə və gənc onun sözlərinin səmimiliyinə, xeyir­xah­lığına inana bilsin, öz arzu və narahatlığını ondan gizlət­mə­sin. Məhz belə olduqda qruprəhbərinin təsir imkanları çoxalır və apardığı işlər mühüm səmərə və fayda verə bilir. Qrup for­malı işlərin aparılmasında qruprəhbərinin əsas vəzifəsi uşaqlar arasında humanistlik, qarşılıqlı yardım, ünsiyyət bacarığı və vər­­dişlərinin inkişaf etdirilməsi və formalaş­dırıl­masından iba­rət­dir. Belə işlərə qrupfəalları ilə aparılan seminarları, qrupdə olan kiçik yaradıcılıq qrupları ilə işi, özünüidarə orqanları ilə aparılan işləri və s. görtərmək olar. Burada da əsas diqqət kiçik qruplarda ünsiyyət vərdişlərinin yaradılmasına, qruplararası mü­na­sibətlərin formalaşdırılmasına, fərdi, qrup və kollektivdə aparılan işlərin koordinasiya edilməsinə verilməlidir. Bu da qruprəhbərlərindən yaradıcı təfəkkür, tərbiyəçilik məharəti və təşkilatçılıq bacarığı tələb edir.
Kollektiv formalı işlərin təşkili və aparılması qruprəhbəri­nin fəaliyyətində mühüm yer tutan formadır. Bu işlərə müxtəlif tərbiyəvi söhbətlərin aparılması, qrupsaatının, bayramların, eks­kursiyaların təşkili, müsabiqələrin keçirilməsi, yürüşlər, ya­rış­lar, toplantıların təşkili və aparılması və s. kimi tədbirlər da­xil­dir. Bu tədbirlərin təşkili və aparılmasında qruprəhbəri müx­tə­lif rolları və funksiyaları – təşkilatçı, məsləhətçi, aparıcı, işti­rak­çı və s. ifa edir, kollektivdaxili münasibətlərin yaxşılaş­­­dırıl­ma­sı, kollektivin möhkəmlənməsi, uşaqlarda dostluq, yoldaş­lıq, qarşılıqlı yardım, vətənpərvərlik, vətəndaşlıq, əməksevərlik keyfiyyətlərinin formalaşdırıl­ma­sına nail olur. Bu tədbirlərdə kollektivin möhkəmləndirilməsi ideyasının gözlənilməsi xüsusi əhəmiyyət kəsb edir.
Qruprəhbəri geniş və rəngarəng iş formalarından istifadə etməklə uşaqlərə həm şəxsi nümunəsi ilə, həm də apardığı iş­lə­rin tərbiyəvi funksiyalarının reallaş­dırılması ilə tərbiyəvi təsir göstərir. Bu baxımdan həm ayrı-ayrı fərdlərin, həm də ümumi­lik­də kollektivin tərbiyəçilik səviyyəsinin yüksəlməsində qruprəhbəri əsas simalardan biri kimi fəaliyyət göstərir.
Qruprəhbərinin öz pedaqoji funksiyasını reallaşdırmasının əsas istiqa­mət­lərindən biri onun rəhbəri olduğu qrupdə məşğələ aparan Tərbiyəçilərlə, digər tərəfdən isə valideynlərlə apardığı işlərin məqsədyönlü və məzmunlu olmasıdır.
Qruprəhbəri rəhbəri olduğu qrupdə uşaqlərin təlim mü­vəf­fə­qiyyətini təmin etmək üçün Tərbiyəçilərlə əməkdaşlıq edir, onlarla birgə fəaliyyət göstərir. Tərbiyəçilərlə fikir mübadiləsi edir, metodlar axtarır və onlarla məsləhətləşmələr aparır. O, həm­çinin uşaqlərin ev tapşırıqlarının tənzimlənməsi üçün Tərbiyəçilərlə yaxından əlaqə saxlayır. Uşaqlərin təlim müvəffə­qiy­yətini izləmək üçün dərslərdə iştirak edir.
Qruprəhbəri valideynlərin yaxın məsləhətçisi, Tərbiyəçi­lərlə valideynlərin münasibətlərinin tənzimləyicisidir. O, vali­deyn­­lərlə müntəzəm əlaqə saxlayaraq uşaqlərin bağça həya­tı, uğurları, nöqsanları, bacarıq və maraq dairələri ilə bağlı on­la­­rı məlumatlandırır, uşaqların təlim-tərbiyəsində ailənin fəaliy­yət istiqamətləri və formaları haqqında onlarla qarşılıqlı fəaliyyət göstərir. Yaranmış problemlərin həllində valideynlə­rin gücündən istifadə edir.
Beləliklə, qruprəhbəri həm təşkilatçı, həm tərbiyəçi, həm də uşaqların dostu, məsləhətçisi kimi rəhbəri olduğu qrupdə bütün təlim-tərbiyə vəzifələrinin həllində mühüm rol oynayır.


Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə