Müəllim məsələsi yalnız bizim deyil, hər bir millətin ölüm-dirim məsələsidir


Tərbiyəçi-tərbiyəçinin pedaqoji ustalığının xüsusiyyətləri



Yüklə 0,55 Mb.
səhifə55/83
tarix24.12.2022
ölçüsü0,55 Mb.
#97847
1   ...   51   52   53   54   55   56   57   58   ...   83
muhazire 1-15 qdər terbiyeci isi

Tərbiyəçi-tərbiyəçinin pedaqoji ustalığının xüsusiyyətləri

Düzgün tərbiyə bizim xoşbəxt qocalığımızdır, pis tərbiyə bizim gələcək göz yaşlarımızdır”.




A.S.Makarenko

Tərbiyənin təsir gücü çox vaxt tərbiyəçinin məharətindən, pedaqoji ustalığından asılı olur. Tərbiyə prosesi, tərbiyəvi təd­bir nə qədər məzmunlu və məqsədyönlü təşkil edilsə də onun rəhbəri, təşkilatçısı yüksək pedaqoji məharətə, tərbiyəçi ustalı­ğı­na malik deyildirsə, gözlənilən nəticəyə nail olmaq çətin ola­caq­dır. İstər şəxsi nümunə baxımından, istər apardığı tərbiyəvi işlərin forma və metodlarının texnoloji ardıcıllığının nəzərə alın­­ması baxımından və istərsə də bunların uşaqlərin emo­si­onal-idrak inkişafına təsirliliyi baxımından müvafiq olması tərbi­yəçinin pedaqoji məharətindən çox asılıdır. Qruprəhbəri, tərbiyəçi nə qədər yüksək pedaqoji məharətə malik olsalar, onla­rın uşaqlərə təsir imkanları da bir o qədər güclü ola­caq­dır. Qruprəhbəri nüfuzlu və yüksək pedaqoji məharətə malik olduqda, o, xırda görünən situasiyalarda belə uşaqlərə böyük tərbiyəvi təsir göstərə bilir.


Qruprəhbərinin inzibati-amirlik metodlarından deyil, de­mok­ratik ünsiyyət üslubundan istifadə etməsi, hər bir uşağın fərdi-psixoloji xüsusiyyətlərini dərindən bilməsi, tərbiyə prose­sin­də onları nəzərə alması, uşaqlərin xeyirxahı kimi imic qazana bilməsi və digər xüsusiyyətləri onun nüfu­zunu yük­səldir, sözünü, tələb və göstərişini kəsər­li edir. Uşaqlər onun sözlərini həvəslə dinləyir və ondan məslə­hət­lər alırlar. Belə ünsiyyət tərzi həmçinin uşaqlərin açıq­fi­kirli olmalarında, qruprəhbəri ilə düşüncələrinin bölüşdü­rül­məsində, əməkdaşlığa can atmalarında özünü göstərir.
Bəs qruprəhbərinin pedaqoji ustalığını səciyyələndirən xüsusiyyətlər hansılar­dır?
Bunlardan konkret olaraq aşağıdakıları qeyd etmək olar:

  • öz hüquq və vəzifələrini aydın bilməlidir;

  • uşaq psixologiyasını və ayrı-ayrı uşaqların fərdi xüsu­siy­­yətlərini dərindən bilməlidir;

  • sözü ilə işi bir-birinə uyğun gəlməli, verdiyi sözə düz­gün, vaxtında və dəqiq əməl etməyi bacarmalıdır;

  • çevik təfəkkürə malik olmalı, gərgin pedaqoji situasi­ya­larda düzgün qərar qəbul etmə məharətinə malik olmalıdır;

  • tərbiyə işlərinin metodikasına və texnologiyasına dərin­dən bələd olmalıdır;

  • rəhbərlik etdiyi qrupun yaş xüsusiyyətlərini bilməli, hər bir yaş dövrünə müvafiq uşaqların inkişaf xüsusiyyətlərini, mara­ğını, motivini, meylini aydın bilməlidir;

  • uşaq ədəbiyyatını bilməlidir;

  • uşaqlərlə, Tərbiyəçilərlə və valideynlərlə səmimi ünsiy­yət yarada bilmə qabiliyyətinə malik olmalı, ünsiyyətin demok­ratik üslubuna yiyələnməlidir;

  • dərin söz ehtiyatına malik olmalı, söz vasitəsilə inam yaratmağı bacarmalıdır;

  • sinfi öz ardınca apara bilməyi bacarmalı, öz davranışı, danışığı və işlərilə kollektivə arxalandığına uşaqləri inandıra bilməlidir;

  • nümunəvi davranışa malik olmalı, hərəkətləri ilə nümu­nə olmağı bacar­malıdır və s.

Qruprəhbəri hər şeydən əvvəl, özünün şəxsiyyəti, şəxsi nümunəsi ilə tərbiyə etməyi bacarmalıdır. Əgər bunlar yoxsa, heç bir metod, texnoloji yanaşma tərbiyə prosesinə əsaslı təsir göstərə bilməyəcəkdir. O, uşaqləri sevməyi, onlarla məsləhət­ləş­məyi, onların fikrinə, hissinə hörmətlə yanaşmağı bacarmalı, onlarla tərəf müqabil kimi davranmalıdır.
Qruprəhbəri dərin müşahidəçilik qabiliyyətinə malik ol­ma­lıdır. O, psixoloq, pedaqoq olmalı, baş verəcək situasiyaları əvvəlcədən duya bilməli, qabaqlayıcı tədbirlərdən istifadə etmə­lidir. Həmçinin yaranmış situasiyalardan məharətlə baş çıxar­malı, düzgün, vaxtında və optimal qərar verə bilməlidir. Ye­rin­də işlənmiş söz, verilmiş qərar, edilən hərəkət həmişə faydalı olduğundan qruprəhbəri üçün bunlar çox önəmlidir. Sirr deyildir ki, heç də bütün qruprəhbərləri uşaqlərin əsl rəhbərinə, uşaqların sevimlisinə çevrilə bilmir. Onlara rəhbər, yol göstərən ola bilmirlər. Öz işlərini sadəcə olaraq müəyyən inzibati tədbirləri yerinə yetirməklə və sinfi haqqında lazım olan hesabatları hazırlamaqla məhdudlaşdırırlar. Təbii ki, belə rəhbərlərin məhz pedaqoji ustalıqları, tərbiyəçilik məharətləri olmadığından uşaqlərlə ünsiyyətləri alınmır, onlarla apardıq­la­rı tədbirlərin nəticəsi də səmərəli olmur.
Qruprəhbəri yaradıcı vəzifədir. Necə ki, Tərbiyəçi, bağça rəhbərləri yaradıcı, yenilikçi olduqda müvəffəqiyyət yüksək olur, qruprəhbəri də yaradıcı düşüncəyə, yenilikçi təfəkkürə ma­lik olduqda alınan nəticələr də yüksək olur.



Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə