Müəllim məsələsi yalnız bizim deyil, hər bir millətin ölüm-dirim məsələsidir


Tərbiyəçi-uşaq, tər­bi­yə­çi-uşaq ünsiyyətinin formalaşma­sının yolları və vasitələri



Yüklə 0,55 Mb.
səhifə51/83
tarix24.12.2022
ölçüsü0,55 Mb.
#97847
1   ...   47   48   49   50   51   52   53   54   ...   83
muhazire 1-15 qdər terbiyeci isi

Tərbiyəçi-uşaq, tər­bi­yə­çi-uşaq ünsiyyətinin formalaşma­sının yolları və vasitələri

Can” denməklə candan can əskik olmaz,


Məhəbbət artırar, mehriban eylər,
Çor” deməyin nəfi nədir dünyada,
Abad könül yıxar, peşiman eylər.


Aşıq Ələsgər

Şəxsiyyətin inkişafında və formalaşmasında fəaliyyət və ünsiyyət mühüm rol oynayır. İnsanlar ta qədim zamanlardan başlayaraq ətraf mühitə təsir göstərmiş, yəni fəaliyyətlə məşğul olmuşlar. İnkişaf həmişə fəaliyyətlə bağlı olmuşdur, yəni onlar bu prosesdə bir-birləri ilə qarşılıqlı münasibətdə, ünsiyyətdə olmuşlar. Deməli, insanların ətraf mühitə münasibəti fəaliyyəti, bir-birlərinə münasibəti isə ünsiyyəti yaratmışdır və bunlar bir-birləri ilə əlaqəli olmuşdur. Pedaqoji fəaliyyət də belədir.


Pedaqoji fəaliyyət pedaqoji ünsiyyətlə, Tərbiyəçi-uşaq müna­­sibətləri ilə sıx vəhdətdədir. Başqa sözlə ifadə etsək, Tərbiyəçi-uşaq ünsiyyəti təlim-tərbiyə prosesində, pedaqoji fəaliy­yətdə yaranır və formalaşır. Buna görə də Tərbiyəçi-uşaq ünsiyyətindən danışdıqda ilk növbədə bunun təlim-tərbiyə prosesində həyata keçirilməsi və reallaşması başa düşülür.
Psixoloji və pedaqoji ədəbiyyatlarda göstərildiyi və bağça təcrübəsindən göründüyü kimi, Tərbiyəçi-uşaq ünsiyyəti aşağıdakı proses və istiqamətlərdə özünü göstərir:
1. Təlim vəzifələrinin yerinə yetirilməsi vasitəsi kimi;
2. Tərbiyə prosesinin sosial-psixoloji cəhətdən təmin olun­ması kimi;
3. Təlim və tərbiyyənin müvəffəqiyyətini təmin edən Tərbiyəçi və uşaqin qarşı­lıqlı əlaqəsinin təşkili tərzi kimi.
Bunların hər birini ayrı-ayrılıəqda nəzərdən keçirək.


Təlim vəzifələrinin yerinə yetirilməsi prose­sində Tərbiyəçi-uşaq ünsiyyəti

Pedaqoji prosesin əsasında təlim durur. Tərbiyəçinin də baş­lı­­ca vəzifəsi onun təlim−öyrətmək vəzifəsidir. Bu prosesin hə­ya­ta keçirilməsində Tərbiyəçinin ünsiyyət məharəti mühüm əhəmiyyət kəsb edir.


Təlim prosesinin üç mühüm vəzifəsi (funksiyası) vardır: təhsilləndirici (öyrədici), tərbiyələndirici və inkişafetdirici. Bu vəzifələrin hər birinin yerinə yetirilməsində Tərbiyəçi-uşaq ünsiy­yəti özünəməxsus rol oynayır. Prof.M.Həmzəyev həmin vəzi­­fələrin həyata keçirilməsi ilə əlaqədar pedaqoji ünsiyyətə ve­ri­­lən tələblərdən bəhs edərək yazır: “Təlimin öyrədici vəzifəsi­­ni həyata keçirərkən ünsiyyət aşağıdakıların təmin olunma­sına şərait yaratmalıdır: uşaqlərlə real psixoloji təmasın təmin olun­­ması; təlimin müsbət motivləşməsinin formalaşdırılması; kollektiv, idraki axtarı­cılıq və birgə fikir­ləşmək üçün psixoloji şəraitin yaradılması.
Təlimin tərbiyələndirici vəzifəsini yerinə yetirərkən pedaqo­ji ünsiyyətin köməyi ilə tərbiyəvi və pedaqoji mü­nasibətlər, Tərbiyəçilə uşaqlar arasında psixoloji təmas qaydaya salınır və bu təlimin müvəffəqiyyətinə əsaslı təsir göstərir; uşaqin idrak istiqaməti formalaşır; psixoloji ma­neələr aradan qaldırılır: uşaq kollektivində şəxsiyyət­lərarası münasibətlər formalaşır.
Təlimin inkişafetdirici vəzifəsini həyata keçirərkən pedaqo­ji ünsiyyətin köməyi ilə şəxsiyyətin özünütəhsili və özünü­tər­bi­yəsi üçün psixoloji şərait yaradılmış olur”.
Buradan göründüyü kimi, təlim vəzifələrini həyata keçirən Tərbiyəçi pedaqoji ünsiyyətin məqsəd və vəzifələrini dərindən bilməli, ona yiyələnməli və ondan təlim müvəffəqiyyəti üçün isti­fadə etməyi bacarmalıdır.
Müşahidələr göstərir ki, pedaqoji ünsiyyətin xarakteri konkret pedaqoji situasiyalarla sıx əlaqədar olur. Pedaqoji situasi­ya­lar müxtəlif olduğu kimi pedaqoji ünsiyyətin xarakteri də müxtəlif olur. Lakin təcrübə göstərir ki, Tərbiyəçi-uşaq ünsiyyə­tində heç də bütün Tərbiyəçilər yüksək müvəffəqiy­yətlərə nail ola bilmirlər.
Dərslərin təhlili göstərir ki, hansı Tərbiyəçi ki, Tərbiyəçi-uşaq münasibətlərində qayğı ilə tələbkarlığı, tələblərində hör­mətlə yanaşmağı, uşaqlərə qarşı humanistliyi yüksək mədəni rəftar və mədəniyyətlə birləşdirə bilirsə, onun dərslərində hə­mi­şə nəticələr yüksək olur. Onların qruplərində uşaqlər, de­mək olar ki, dərslərinə həmişə hazırdırlar. Onlar təlim prose­si­nə yüksək məsuliyyətlə yanaşır və yüksək qiymətlərlə oxuyur­lar. Deməli, Tərbiyəçi-uşaq ünsiyyətinin səmərəliliyi təlim prosesinin səmərəliliyinə də təsirsiz qalmır, onu daha məzmun­lu edir, səmərəliliyini və keyfiyyətini artırır.
Maraqlıdır ki, uşaqlərlə apardığımız söhbətlərdə, sorğu­lar­da onlar uşaqlərlə səmimi ünsiyyət yarada bilən, uşaq şəxsiyyətinə hörmətlə yanaşan Tərbiyəçilərini çox yüksək hör­mət və məhəbbətlə xarakterizə etmiş və onları çox sevdiklərini bildirmişlər.
Təcrübə göstərir ki, Tərbiyəçi-uşaq ünsiyyəti pedaqoji pro­sesə mühüm təsir göstərir. Ünsiyyətin yüksək emosional fon­da, işgüzar və səmimi formada təşkili Tərbiyəçinin verdiyi tə­ləb­lərin fərqində də aydın görünür. Belə ki, birbaşa-bilavasitə tə­ləblərin sayı getdikcə azalır, dolayısı yolla olan tələblər artır. Həmçinin mənfi tələblər azalır, müsbət tələblər çoxalır. Bu da qrupun daha canlı, daha fəal formada fəaliyyət göstərməsinə səbəb olur. Tərbiyəçilə uşaq arasında əməkdaşlıq müna­sibət­ləri geniş şəkil alır və möhkəmlənir.
Tərbiyəçi-uşaq ünsiyyətinin düzgün formalaşması təlim prosesinin müvəffəqiyyətli olmasına nə qədər müsbət təsir gös­tə­­­rirsə, onun düzgün qurulmaması da təlim prosesinə bir o qə­dər mənfi, əks təsir göstərir. Belə olduqda Tərbiyəçinin bir çox tə­ləb­ləri yerinə yetirilməmiş qalır və qrupdə Tərbiyəçinin nüfuzu bir növ aşağı düşür. Eyni zamanda uşaqlər bir sıra mənfi vər­diş­lərə yiyələnir ki, onlar da təlim prosesinin keyfiyyətinə öz mən­fi təsirini göstərir.
Müşahidə olunan nöqsanları aşağıdakı kimi qruplaşdırmaq olar:

  • tez-tez dərsə gecikmək;

  • dərsə başlamaq üçün lazım olan məşğələ vəsaitlərinin vax­tında hazırlamaq;

  • əlləri qaldırmadan yerindən qışqırmaq;

  • ev tapşırıqlarını yerinə yetirməmək;

  • dərsdə başqa işlə məşğul olmaq, yoldaşı ilə söhbət etmək;

  • yoldaşdan köçürmək və ya ona demək;

  • səmimi olmamaq, Tərbiyəçiə qarşı diqqətsizlik və s.

Bütün bunlar onu göstərir ki, Tərbiyəçi-uşaq münasi­bətlərinin formalaşması üçün Tərbiyəçinin öz işinə, sözünə, tətbiq etdiyi iş metodikasına qarşı diqqətli olması çox vacibdir. Onun liberal iş tərzi, uşaqlərlə nəzakətsiz və ya həddindən artıq sərt rəftarı, verdiyi tələblərinin nəticəsini yoxlamaması və s. məsə­lə­lər təlim prosesinə öz mənfi nəticələrini göstərir. Buna görə də Tərbiyəçi uşaqlərlə səmimi, işgüzar münasibət yaratmalı və onu təlim vəzifələrinin həllinə yönəltməyi bacarmalıdır.
Təcrübə və tədqiqatlar göstərir ki, belə şərait və münasibət demokratik rəhbərlik üslubuna malik olan Tərbiyəçilərdə özünü daha çox göstərir. Uşaqlərin belə Tərbiyəçilərin dərsində özlərini necə aparmalarını professor Ə.Əlizadə aşağıdakı kimi xarakterizə edir:
a) uşaqlər Tərbiyəçilərlə və öz aralarında daha çox danı­şırlar. Bu söz-söhbətlərin ana xətti dərslə bağlı olur. Onlar Tərbiyəçiə suallar verirlər, aydın səslənməyən məsələləri açıq­layırlar, öz aralarında isə fikir mübadiləsi edirlər;
b) dərsə diqqətlə qulaq asırlar. Tərbiyəçi hər hansı bir məsə­ləni izah edəndə gözlərini çox vaxt Tərbiyəçiə zilləyib ona baxırlar;
c) daha çox düşünürlər, götür-qoy edirlər, məsələlərin mahiy­yətini aydınlaşdırmağa çalışırlar, mənalı yaddasaxlama vasitələrindən səmərəli istifadə edirlər;
ç) qrupdə həmişə özünəməxsus yaradıcılıq ovqatı əmələ gəlir. Uşaqlərin bir qayda olaraq gözləri gülür. Onlar dərsdə özlərini sərbəst hiss edirlər;
d) qrupdə konformist uşaqlərə, demək olar ki, təsadüf edilmir. Onlar öz fikirlərini, qənaətlərini açıq deməyi və prin­sipial mövqe tutmağı öyrənirlər.
Buradan göründüyü kimi demokratik Tərbiyəçilərin dərsləri uşaqlərin işgüzar fəaliyyəti üçün zəngin baza olmaqla yanaşı, Tərbiyəçi-uşaq ünsiyyətinin yaranması, inkişafı və formalaş­ma­sında da mühüm rol oynayır. Belə dərslərdə uşaqlər Tərbiyəçiə, Tərbiyəçilər də uşaqə təkcə “öyrədən-öyrənən” kimi yox, qarşı tərəflər, tərəf müqabillər kimi baxır və yaxından əmək­daşlıq edirlər. Belə dərslər diqqəti daha çox fikirləşmə, sual-cavab, təfəkkürün işləməsi ilə cəlb edir. Bu zaman nə müəl-lim­də, nə də uşaqlərdə yorğunluq, əsəbilik, narazılıq hiss olun­mur. Uşaqlər həvəslə, inamla Tərbiyəçinin növbəti gəlişini gözləyirlər.
Məşğələ Tərbiyəçinin yaradıcılığıdır. Tərbiyəçinin ona təkcə idraki bax­ımdan deyil, psixoloji cəhətdən də hazırlaşması, onun yük­sək emosional səviyyədə tədrisinə nail olması bu yaradıcılığı da­ha da məzmunlu edir. Professor Yəhya Kərimov yazır: “Tərbiyəçi öz fənnini mükəmməl bilməklə, onun metodikasını öy­rən­­­məklə yanaşı, dərsdə uşaqlərin fəaliyyətini ustalıqla ida­rə et­­məyi, ciddi, lakin canlı, emosional öyrətməyi bacarmalıdır. Dər­­sə təbəssümlə girən, yeri gəldikcə ürəkdən gülməyi, uşaq­la­rı güldürməyi bacaran Tərbiyəçi hamının qəlbinə yol tapır. Tərbiyəçi çalışmalıdır ki, hər bir dərsdə uşaqların həyatına, mə­nə­viy­yatına yenilik, gümrahlıq gətirsin, onlar evə şən əhval-ru­hiy­yə ilə, yorğunluq hiss etmədən qayıtsınlar. Bir sözlə, uşağın hə­yatı evə qayıtdıqdan sonra deyil, dərsdə baş­lan­malıdır”.
Təcrübə göstərir ki, dərsin bu səviyyədə təşkili və keçil­mə­si Tərbiyəçi-uşaq ünsiyyətinə daha geniş yollar açır və ünsiy­yə­­tin səmərəliliyi üçün real şərait yaradır. Belə dərslərdə yük­sək tələbkarlıq da var, yüksək hörmət də. Ona görə də Tərbiyəçi çalışmalıdır ki, onun ünsiyyəti, uşaqlərə qarşı tələb­ləri, gös­tə­riş­ləri, məşğələ zamanı işlətdiyi ifadələr, onlara müra­ciətləri, nara­zı­lıqları və s. hamısı özünə və uşaqlərə olan hörmət və ləya­qət hisslərindən nəinki kənar olmasın, hətta onların daha da artmasına, möhkəmlənməsinə kömək etsin. Onun uşaqlərlə ün­siyyəti uşaqlərin fəaliyyətinin daha da yaradıcı olmasına, onların bir qədər də fəal olmalarına təkan versin.
Dərsin səmərə və keyfiyyətinin yüksəlməsində Tərbiyəçinin uşaqlərlə düzgün ünsiyyət münasibətləri ən təsirli vasitə­lər­dən biridir. Tərbiyəçinin ünsiyyət mədəniyyətinə malik olması, uşaqlərlə sıx ünsiyyət yarada bilməsi onun məşğələ prosesində işinin təsirliliyini, səmərəliliyini artırır və uşaqlərlə qarşılıqlı fəaliyyət, əməkdaşlıq üçün sərbəst şərait yaradır. Belə dərs­lərdə istər Tərbiyəçi, istərsə də uşaqlər üçün elə bir emosional rahatlıq yaranmış olur ki, burada iştirak etmək hər iki tərəf üçün xoş əhval-ruhiyyə yaradır.
Dərsdə pedaqoji ünsiyyətin yaradılması Tərbiyəçidən bir sıra bacarıqlar tələb edir. Bununla əlaqədar olaraq A.Polyakova aşağıdakı cəhətlərin əhəmiyyətli olduğunu qeyd edir:

  • uşaqların yaşını və marağını nəzərə almaqla tədris informasiyasını onlara müvafiq surətdə tərtib etmək və sinfə təqdim etmək metodu;

  • şəkillərdə verilən sualların xarakteri (ifadənin dəqiqliyi, şərhin aydınlığı və xeyirxahlıq), müxtəlif variantlı cavabların izahı;

  • dərsdə rolların (cavab vermək, kömək etmək, tamam­lamaq, şərh etmək, suallar vermək və s.) uşaqlər arasında dəqiq bölüşdürülməsi;

  • uşaqin fikrinin nəzərə çarpdırılması (ondan nəticə çıxarmaq və ya onun əsasında ümumiləşdirmə aparmaqla uşaqin fikrini təkrar etmək);

  • tərif (sadəcə bəyənmək, izah etməklə səmərəli razılıq ifadəsi);

  • məzəmmət (qısa, dəlillər əsasında izahatlar).

Müşahidə etdiyimiz dərslər və qabaqcıl Tərbiyəçilərin təc­rü­bəsi göstərir ki, dərsdə uşaqlərlə ünsiyyət yaradılması əv­vəl­­dən axıra qədər, yəni dərsin bütün mərhələlərində olmalıdır. Belə ki, Tərbiyəçinin sinfə necə daxil olması, onun üz-göz ifa­də­si, qruplə salamlaşma tərzi, ayrı-ayrı uşaqlərə və bütün sinfə mü­raciəti, müraciət formaları, keçmiş dərsin sorğusu və ev tap­şı­rıqlarının yoxlanması, uşaqlərin cavablarına münasi­bəti, ver­diyi tələblərin xüsusiyyətləri, qrupdə işgüzar əhval-ruhiy­yə­nin yaradılması, zəif uşaqlərə münasibəti və digər bir sıra hal­lar Tərbiyəçinin ünsiyyətinin necəliyi üçün olduqca vacib məsələ­lər­dir. Bütün bu hallarda Tərbiyəçinin sadə və ciddi xarici gör­kəmi, xoş təsir bağışlayan ifadəli, gözəl, səlist və emosional nit­qi, özünə və uşaqlərə qarşı tələbkarlığı, uşaq şəxsiyyətinə hörməti, onlara qarşı xeyirxahlığı və nəzakətliliyi və s. ünsiy­yətin səmərəliliyini təmin edən başlıca şərtlər kimi özünü göstərir.


Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə