Müəllim məsələsi yalnız bizim deyil, hər bir millətin ölüm-dirim məsələsidir



Yüklə 0,55 Mb.
səhifə49/83
tarix24.12.2022
ölçüsü0,55 Mb.
#97847
1   ...   45   46   47   48   49   50   51   52   ...   83
muhazire 1-15 qdər terbiyeci isi

Birinci qrupa uşaqlərlə daimi ünsiyyətdə olan Tərbiyəçi­ləri aid etmək olar. Belə Tərbiyəçilər dərsdə və dərsdənkənar bütün tədbirlərdə uşaqlərlə yaxın ünsiyyətdə olurlar. Demok­ra­tik rəhbərlik üslubuna malik olan belə Tərbiyəçilər uşaqlərlə demək olar ki, həmişə ünsiyyətdə olur, onların fikir və arzuları, təşəbbüsləri ilə hesablaşırlar. Bu qrupa daxil edilən Tərbiyəçilər təkcə uşaqlərlə ünsiyyət saxlamalarına görə deyil, həmçinin ünsiyyətin səmərəliliyinə, qayğıkeş, mehriban münasibətlərinə görə də uşaqlər tərəfindən sevilirlər.
İkinci qrupu uşaqlərə həmişə hörmətlə yanaşan və uşaq­də onlara qarşı dərin inam və etimad olan Tərbiyəçilər təşkil edir. Lakin belə Tərbiyəçilər vaxtın çatışmaması ucbatından hər zaman uşaqlərlə ünsiyyət saxlaya bilmirlər. Buna baxmayaraq onların uşaqlərlə ünsiyyəti alınır və çox vaxt məşğələ prosesi ilə məhdudlaşır. Belə Tərbiyəçilər də uşaqlərə hörmət və qayğı­keş­liklə yanaşır, onlara kömək göstərir, uşaq şəxsiyyətinə hörmət edirlər.
Üçüncü qrupa daxil olan Tərbiyəçilər uşaqlərlə daim ünsiy­yət saxlamağa cəhd edən, buna can atan, lakin ona nail ola bilməyən Tərbiyəçilərdir. Bunun başlıca səbəbi isə belə Tərbiyəçilərin uşaqlərlə (uşaqlarla) nəsihətçilik mövqeyindən ünsiyyət saxla­ma­sıdır. Belə Tərbiyəçilərlə hər görüşdə quru nəsi­hət­­lər, öyüd, danlaq eşidən uşaqlər onlardan qaçmağa ça­lı­şır və buna görə də Tərbiyəçinin ünsiyyəti onlarla alınmır.
Dördüncü qrupa daxil olan Tərbiyəçilər uşaqlərlə çox məh­dud ünsiyyətdə olurlar. Belə Tərbiyəçilər uşaqlərlə öz ara­la­rında məsafə saxlamağa daha çox üstünlük verir. Onlar özləri ünsiyyətə can atmadıqları kimi məşğələ dedikləri uşaqlər də on­lar­la yaxın ünsiyyətə meyil göstərmirlər.
Qeyd etmək lazımdır ki, uşaqlər Tərbiyəçiləri ilə yaxın ünsiyyətə malik olduqda, yəni onların özlərinə məxsus ünsiyyət tələbatları formalaşdıqda onlar bağçadə, pedaqoji prosesin bütün sahələrində özlərini daha yaxşı hiss edirlər. Ünsiyyət münasibətləri onlarda bir çox keyfiyyətlərin inkişafına kömək edir. Uşaqlər tapşırılan iş üçün məsuliyyət daşıdıqlarını, üzərlərinə düşən vəzifəni yerinə yetirməli olduqlarını dərk edir, bu işdə həm Tərbiyəçinin rəhbərliyinə, köməyinə arxalanır, həm də ona köməkçi olurlar.
Təcrübədə Tərbiyəçilərin uşaqlərlə ünsiyyətinin bir çox tərzləri özünü göstərir. Pedaqoji ədəbiyyatlarda bunlar aşağı­dakı kimi xarakterizə olunur:

  1. Birgə yaradıcı fəaliyyətə əsaslanan ünsiyyət.

  2. Dostluq meylinə əsaslanan mehriban ünsiyyət.

  3. Uşaqlərlə müəyyən məsafə saxlamaqla ünsiyyət.

  4. Qorxu əsasında ünsiyyət.

  5. Zarafat, dilxoşluq etməklə ünsiyyət.

Birgə yaradıcı fəaliyyətə əsaslanan ünsiyyət Tərbiyəçi və uşaqlərin mənəvi yaxınlığı əsasında qurulur. Belə ünsiyyət, əsa­sən, məşğələ və dərsdənkənar tərbiyəvi tədbirlər prosesində, yəni uşaqlərin yaradıcı fəaliyyəti zamanı yaranmış olur və fə­aliyyətə istiqamətlənir. Belə ünsiyyət dostluq və qarşılıqlı hör­mətlə bağlı olduqda daha da məhsuldar nəticələrə səbəb olur. Uşaqlər daha həvəslə yaradıcı fəaliyyətə qoşulur və çalışırlar.
Dostluq meylinə əsaslanan mehriban ünsiyyət də təlim-tərbiyə prosesinin səmərəliliyinə istiqamətləndikdə daha səmə­rə­li olur. Əks halda, belə ünsiyyət sadəcə olaraq Tərbiyəçi-uşaq münasibətlərini tənzimləsə də, elə bir faydalı nəticəyə səbəb olmur.
Uşaqlərlə müəyyən məsafə saxlamaqla olan ünsiyyət Tərbiyəçilərlə uşaqlər arasında bəzən elə bir “səd” yaradır ki, belə ünsiyyət onların bir-birinə daha yaxın olmasına maneçilik törədir və Tərbiyəçi-uşaq münasibəti quru rəsmiyyətçiliyə, əmrlərə və sərəncamlara əsaslanır. Bu da yaradıcı fəaliyyətə elə bir fayda vermir. Yuxarıda qeyd etdiyimiz dördüncü qrup Tərbiyəçilər məhz ünsiyyətin bu tərzindən istifadə edən Tərbiyəçi­lərdir ki, onlar uşaqlərlə yaxın, mehriban ünsiyyəti pedaqoji prosesə zərər vuran bir hal kimi qiymətləndirir və buna görə də ünsiyyət prosesində həmişə pərdə saxlamağa çalışırlar.
Ünsiyyətin daha iki tərzini yəni, qorxu əsasında yaradılan ünsiyyəti və zarafat, dilxoşluq etməklə olan ünsiyyəti biz peda­qoji prosesə, Tərbiyəçi-uşaq münasibət­lərinə zərər vuran, ona xələl gətirən mənfi, zərərli tərzlər kimi qiymətlən­diririk. Bunun birincisi uşaqləri daim qorxu altında, həyəcanlı vəziyyətdə sax­la­dığı halda, ikincisi Tərbiyəçi şəxsiyyətinə, onun nüfuzuna xələl gətirir. İlk baxışda yaxşı görünən belə Tərbiyəçi bir müd­dət­dən sonra uşaqlər arasında nüfuzunu itirmiş olur.
V.K.Kovalyov Tərbiyəçilərin reflektiv qabilliyətlərinə əsas­la­na­raq onları 5 qrupa (tipə) ayırır.

Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə