Müəllim məsələsi yalnız bizim deyil, hər bir millətin ölüm-dirim məsələsidir


I. Tərbiyəçinin vəzifələri haqqında



Yüklə 0,55 Mb.
səhifə45/83
tarix24.12.2022
ölçüsü0,55 Mb.
#97847
1   ...   41   42   43   44   45   46   47   48   ...   83
muhazire 1-15 qdər terbiyeci isi

I. Tərbiyəçinin vəzifələri haqqında
1) Tərbiyəçi özünün vəziyyətinə görə uşaqlərin yanında onların valideynlərini əvəz etməlidir.
3) Tərbiyəçi adı onları həmçinin məcbur edir ki, öz uşaq­lə­rinin cəmiyyətin faydalı üzvləri kimi böyütmələrinə səy gös­tər­sinlər; bunun üçün də onlar gəncliyin ictimai vəzifələri izləmələrini rəğbətləndirməli, uşaqlərin idrakını inkişaf etdir­mə­­li, onlara düşündükləri kimi də ağıllı, təmiz, xeyirxah olma­ğı öyrətməlidirlər. Və yazılmış elmləri gəncliyə elə mənimsət­mə­lidirlər ki, onlar ümumi həyatda gərəkli olsunlar.
II. Tərbiyəçinin keyfiyyətləri haqqında
Tərbiyəçinin xeyirxah keyfiyyətinin mahiyyəti:
1. Xeyirxahlıq
5) Öz evində o sülhsevər, vicdanlı, saf olmalı, hamıya meh­ri­ban­lıq, xeyirxahlıq münasibəti göstərməli, onların xidmə­tində dayanmalıdır.
6) Xüsusilə o, başqalarına şər atmaqdan, yalan danış­maqdan, and içməkdən... böhtan atmaqdan və ədəbsiz sözlər işlət­məkdən, əxlaqsız qadınlarla ünsiyyətdən uzaq olmalıdır.
2. Tərbiyəçinin sevgisi
1) O, bütün uşaqlərə ata münasibəti, ata məhəbbəti ilə, başqa sözlə, nəvazişlə, böyük sevgi ilə yanaşmalıdır.
2) O, uşaqlərlə rəftarında səmimi, mehriban və təvazökar olmalı və onların bağçaə gəldikləri vaxtda, yaxud Tərbiyəçinin təkliflərini, məsləhətlərini dərhal anla­ma­dıqları zaman peşi­man­çılıq çəkmələrinə, pərt olmalarına yol verməməlidir.
3) Tərbiyəçi uşaqlərin xoşladıqları şeyə diqqət yetirməyə imkan verməlidir. Bu zaman onlar bağçaə tez-tez, həvəslə, səylə gəlir və Tərbiyəçi də onları sevir.
4) Sevgi adi uşaq sevgisi deyil, daimi və əhəmiyyətli vasi­tələri özündə bir­ləşdirən sevgi olmalıdır. O, uşaqların valideyn­lərinin var–dövlətinə, firavan həyatına əsaslanmamalı, uşaqla­rın əxlaqı, tərbiyəsi, səyi, çalışqanlığı üzərində qurulmalıdır.


3. Cəsarət
Tərbiyəçi süst, tutqun, qaş-qabaqlı, yaxud yalnız uşaqları tə­­rif­ləmək üçün gərəkli, soyuqqanlı olmamalıdır. O, özlərini yax­şı aparan, nəvazişli, inandırıcı sözləri ilə başqalarını ruhlan­dı­ran uşqaları tərifləməlidir.
4. Səbr
1) Tərbiyəçinin məşğələ dediyi uşaqlər içərisində tənbəl, fərsiz, çevik və inadkar uşaqlar olduqda və valideynlər bunların hamı­sı­nı onun fəaliyyəti ilə əlaqələndirdikdə Tərbiyəçi səbrli olmalı, təmkinini pozmamalıdır.
2) Tərbiyəçi təsəvvür etməlidir ki, o, çox zəhmətli, əzablı işlər üçün yaranmışdır.
5. Səy
1) O adam səy göstərir ki, o, nə üçün, nəyə işlədiyini yaxşı bilir, heç nədən, heç bir çətinlikdən çəkinmədən məqsədinə çatmağa ciddi cəhd edir. Tərbiyəçidə səy son dərəcə güclü olma­lıdır ki, o, şəxsi timsalında bu keyfiyyəti uşaqlərində də aşılaya bilsin.
2) Əgər Tərbiyəçi ən adi, kiçik səbəb üzündən bağçain mə­nafeyini güdmür­sə, yaxud tez-tez gecikirsə və ya lazım olmayan vaxtda öyrətməyə başlayırsa, yaxud məşğələ keçmək əvə­zinə özünün ev işləri ilə məşğul olursa, uşaqlər də onun kimi işə can yandırmayan, başısoyuq olur, bağçaə gec gəlir, oxu­ma­ğa səy göstərmir, yaxud da bağçadən tamam uzaqlaşırlar.
3) Tərbiyəçi özünün başısoyuqluğu ilə valideynlərin etima­dı­nı, uşaqların məhəbbə­tini və özünün qazancını itirir...
Görkəmli pedaqoq F.İ.Yankoviçin qeyd etdiyi bu keyfiy­yətlərdən bu gün də faydalanmalı cəhətlər çoxdur.
Bəzi müəlliflər peşə keyfiyyətləri dedikdə, Tərbiyəçinin malik olduğu bütün xüsusiyyətləri–şəxsi keyfiyyətlərini, peşə bacarıq və qabiliyyətlərini, peşə etika­sını, pedaqoji ünsiyyətini, pedaqoji texnikanı və s. hamısını bura daxil edirlər. Bəzi müəl­liflər isə Tərbiyəçinin peşə keyfiyyətlərinə yalnız şəxsi psixoloji keyfiyyətlər zəminində olan keyfiyyətləri daxil etməklə, onla­rın şəxsiyyəti xarakterizə edən keyfiyyətlər olduğunu göstə­rirlər.
Bu sahədə bir sıra maraqlı və sanballı tədqiqatlar aparmış V.A.Slastenin isə Tərbiyəçilər üçün aşağıdakı bir sıra peşə key­fiy­yətlərinin vacibliyini göstərir:

  1. uşağa maraq və sevgi pedaqoji fəaliyyətdə əks olunan tələbat kimi;

  2. ədalətlilik;

  3. pedaqoji sayıqlıq və müşahidəçilik;

  4. pedaqoji talant;

  5. pedaqoji təxəyyül;

  6. ünsiyyətlilik;

  7. tələbkarlıq, inadkarlıq, aydın məqsədi olma;

  8. təşkilatçılıq bacarığı;

  9. təmkinlilik və möhkəmlik;

  10. peşəkarlıq bacarığı.

M.Ə.Həmzəyev problemə bir qədər geniş aspektdən yana­şa­raq pedaqoji fəa­liyyət zamanı Tərbiyəçinin malik olduğu key­fiy­­yətləri onun şəxsiyyətinə daxil edir və bu keyfiyyətlərin aşağıdakılardan ibarət olduğunu göstərir: 1) öz fənninə dərin­dən yiyələnmək; 2) idrak nəzəriyyəsini və pedaqoji elmi mü­kəm­məl əxz etmək; 3) ayrı-ayrı anlayışlar arasındakı əlaqə və münasibətləri açmağı bacarmaq; 4) uşaqləri fəallaşdırmaq məq­sədilə müxtəlif kommunikativ vasitələrdən istifadə edə bilmək.
Müəllif bunlarla bərabər, digər bir sıra keyfiyyətlərin–dözümlülük, təvazö­karlıq və özünə qarşı tələbkarlıq, uşaqlara məhəbbət, seçdiyi ixtisasa maraq, pedaqoji bacarıq və vərdiş­lərə malik olmaq, pedaqoji qabiliyyətlər və s. olmasını da zəru­ri hesab edir.
İbn Akninə görə, Tərbiyəçi aşağıdakı yeddi keyfiyyətə ma­lik olmalıdır:

  1. Məşğələ dediyi fənni mükəmməl bilməlidir.

  2. Hərəkətləri biliyinə uyğun gəlməlidir.

  3. Təhsil üçün nəmərdən imtina etməlidir.

  4. Uşaqlərlə öz övladları kimi rəftar etməlidir.

  5. Biliyinə və ona uyğun olaraq, hərəkətinə dərin inamı ol­ma­lı, eyni zamanda bu inamı uşaqlərinə aşılamalı və bununla da onlara xoşbəxtliyin yolunu göstərməli.

  6. Uşaqlərinə qarşı xeyirxah və səbrli olmalı.

  7. Tədris planını uşaqlərin əqli qabiliyyətinə uyğun ola­raq, ardıcıllıqla tətbiq et­mə­­­lidir.2

Bunların hər biri müasir Tərbiyəçi üçün zəruri keyfiyyətlər olsa da, müəllif onları, yəni Tərbiyəçinin əxlaqi, mənəvi keyfiy­yət­­lərini də, didaktik bacarıq və qabiliyyətlərini də, ümumi mə­də­­niyyət göstəricilərini də ümumiləşdirərək peşə keyfiy­yət­lə­ri ki­mi təqdim edir. Belə olduqda konkret olaraq belə bir suala ca­vab axtarmalı oluruq ki, Tərbiyəçinin peşə keyfiyyətləri han­sılardır?
Pedaqoji elmlər üzrə fəlsəfə doktoru, dosent Vəli Əliyev Tərbiyəçilərin peşə keyfiyyətlərini aşağıdakı qruplar üzrə təsnif edir:

Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə