Müəllim məsələsi yalnız bizim deyil, hər bir millətin ölüm-dirim məsələsidir



Yüklə 0,55 Mb.
səhifə41/83
tarix24.12.2022
ölçüsü0,55 Mb.
#97847
1   ...   37   38   39   40   41   42   43   44   ...   83
muhazire 1-15 qdər terbiyeci isi

Nəfəsalma. Bu, fizioloji funksiya daşıyır və orqanizmin hə­­­yat fəaliyyətini təmin edir. O eyni zamanda nitqin enerji ba­za­­sı rolunda çıxış edir. Buna görə də Tərbiyəçinin nitq və nə­fəs­al­ma münasibətləri haqqında biliklərə malik olması vacib­dir. Da­nı­­şarkən burun vasitəsilə nəfəs almağı öyrənmək, şərh zama­­nı dərindən nəfəs almaqla nitqin enerjisini artırmaq, sözlər (cüm­lələr) arasında harada nəfəs alınacağını məşq etmək və s. bu qəbildən olan qaydalardır. Nitq üçün fizioloji nəfəsalma de­yil, də­rindən nəfəsalma lazım gəlir. Nitq və danışıq daha bö­yük həcmdə hava tələb etdiyindən onun istifadəsinə qənaətlə yanaş­maq tələb olunur (burada nəfəsalma, nəfəsvermə, fasilə və nə­fəs­­alma, fasilə və nəfəsvermə ardıcıllığına düzgün riayət etmək lazımdır).
Səs. İnsanlar arasında səsi təbii və ürəyəyatımlı olanların nitqi adamlara olduqca xoş təsir bağışlayır. Tərbiyəçilər arasın­da belələri az deyildir. Təcrübə göstərir ki, hər bir adam öz səsi üzərində işləməklə onu güclü, elastik və gur edə bilər. Bu, ol­duq­­ca böyük və gərgin məşqlər, zəhmət tələb edir. Tərbiyəçinin səsinin özünəməxsus bir sıra xüsusiyyətləri vardır. Bunlardan biri səsin güclülüyüdür. Tərbiyəçinin səsi güclü olduqda onun təsirliliyi də artıq olur. Səsin gücü təkcə təbii imkanlardan de­yil, səs aparatından düzgün istifadədən də asılıdır. Nəfəsalma za­manı ağızdan nə qədər böyük həcmdə və təzyiqdə hava ke­çər­­sə, səs bir o qədər güclü olar. Səsin tez dəyişə bilməsində və dinləyicilərə təsir etməsində mühüm əhəmiyyət kəsb edən mə­sə­­lələr­dən biri səsin elastikliyi və mütəhərrikliyidir. Tərbiyəçinin səsi nə qədər elastik və mütəhərrik olursa, bir o qədər də təsirli olur. İstənilən anda onun yüksəldilə və ya alçaldıla bil­mə­si, si­tu­asiyalardan asılı olaraq dəyişdirilməsi onun təsirliliyi­ni daha da artırır.
Diapazon – səsin genişlik dairəsi, onun həcmidir. Səsin sər­­­həd­dini yüksək və ən aşağı ton müəyyənləşdirir.
Tembr (hər bir səs üçün xarakterik olan səs xüsusiyyəti) – səsin çalarları, aydınlığı, yumşaqlığı və fərdiliyidir.
Səsin tərbiyə edilməsi olduqca çətin və fərdi bir prosesdir. O, fərdi metodi­ka və xüsusi mütəxəssis tərəfindən nəzarət tələb edir.
Tədqiqatlar göstərir ki, yüksək səslə müqayisədə aşağı səs uşaqlar tərəfindən daha yaxşı qəbul edilir, onların daha çox xoşlarına gəlir. Belə səslər güclü təsiredici olur.
Başlıca məsələlərdən biri Tərbiyəçinin səs gigiyenasına düz­gün əməl etməsidir. Tədqiqatlar göstərir ki, “səsli peşə” adam­la­rı arasında səs aparatının xəstəliyi çox yüksəkdir. Tərbiyəçilər arasında bu 40,2% təşkil edir.
Səsin korlanması səbəbləri müxtəlifdir. Mütəxəssislər bunu dörd qrupa ayırırlar: 1) səs yükünün hər gün artırılması; 2) səs aparatından istifadəni bilməmək; 3) gigiyena qaydalarını gözləməmək; 4) səs orqanlarının anadangəlmə zəifliyi.
Tərbiyəçilər iş vaxtının 50%-ə qədərini danışdığından onla­rın səs aparatından düzgün istifadə edə bilməsi və gigiyenik nor­­maları gözləməsi olduqca vacibdir. Eyni zamanda peşə xəs­tə­­liyinin inkişaf etməməsi üçün bağçadə normal şəraitin ya­ra­dıl­masına nail olmaq lazım gəlir. İş vaxtı qurtardıqdan sonra 2-3 saat Tərbiyəçi uzunmüddətli danışıqlardan qaçmalıdır. Zəruri hallarda isə qısa və sakit danışmağa çalışmalıdır.
Tərbiyəçi yuxarı tənəffüs orqanlarına, əsəb sisteminə, qida re­ji­minin qorunmasına xüsusi diqqət yetirməlidir. Nəzərdən qa­çır­maq olmaz ki, səs orqanları tünd, qıcıqlandırıcı qidalara çox həssasdır. Olduqca soyuq, həddən artıq isti, tünd xörəklər, al­ko­­­qollu içkilər, siqaret səs aparatının korlanmasına səbəb olan amillərdir.
Səsin və səs aparatının qorunması üçün mütəxəssislər aşa­ğı­dakı məsləhətləri faydalı hesab edirlər:

  • boğazı vaxtaşırı olaraq soda və yodla yaxalamaq;

  • monoton nitq səs aparatı əzələlərinə yorucu təsir göstər­di­yindən ifadəli nitqdən istifadə etmək;

  • yazı lövhəsində işləyərkən əmələ gələn tozun qarşısını almaq məqsədilə yaş silgidən istifadə etmək;

  • işdən sonra soyuq havada tez-tez yeriməmək, nəfəs or­qan­larını soyuqdan qorumaq və s.


Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə