Müəllim məsələsi yalnız bizim deyil, hər bir millətin ölüm-dirim məsələsidir



Yüklə 0,55 Mb.
səhifə37/83
tarix24.12.2022
ölçüsü0,55 Mb.
#97847
1   ...   33   34   35   36   37   38   39   40   ...   83
muhazire 1-15 qdər terbiyeci isi

Birinci qrup komponentlər Tərbiyəçinin özünü, öz davranı­şı­nı idarə etməsi bacarıqları ilə bağlıdır. Bunlara Tərbiyəçinin özünün öz orqanizminə (mimikaya, pantomimikaya) yiyələn­mə­si, emosiyasını, əhval-ruhiyyəsini idarə edə bilməsi, sosial-qavrayış qabiliyyətinə (diqqətlilik, müşahidəçilik, anlamaq), nitq texnikasına (düzgün nəfəsalmaya, səsin nizamlanmasına, diksiyaya, nitqin normal sürətinə) malik olması və s. aiddir. Pedaqoji texnikanın ikinci qrup komponentləri ayrı-ayrı şəxs­lərə və kollektivə təsiretmə bacarıqları ilə əlaqələnir və təlim-tərbiyə proseslərinin texnoloji tərəfini açır. Bunlar: 1) didaktik, təşkilatçılıq, konstruktiv, kommunikativ bacarıqları; 2) peda­qoji ünsiyyətin idarə olunması və 3) kollektiv yaradıcı işlərin təşkili bacarıqlarından ibarət olub, Tərbiyəçinin pedaqoji ustalı­ğı­nın formalaşmasında mühüm rol oynayır.
Pedaqoji texnikaya digər bir sıra komponentlər də: uşaq­lərlə münasibətdə lazım olan üslub və intonasiyanı seçmək, uşaqlərin diqqətini yönəldə bilmək, davranışını idarə etmək, onlara öz münasibətini bildirmək bacarıqları və s. daxildir.
Təcrübə göstərir ki, yeni fəaliyyətə başlayan gənc Tərbiyəçi­­lər pedaqoji texnika ilə əlaqədar bir sıra tipik pedaqoji səhv­lə­rə məsələn: uşaqlərlə, onların valideynləri ilə ürəkdən söh­bət apara bilməmək, həmsöhbət olamağa inamsızlıq göstər­mək, nitq­də canlılığın olmaması, monoton nitqə malik olması, dik­si­ya­nın dəqiq olmaması, səsin optimal yüksəklik tonunu tapa bil­mə­məsi və s. yol verirlər. Bütün bu səhvlər gənc Tərbiyəçinin uşaq­lərlə səmərəli, qarşılıqlı fəaliyyətinə mane olur. Buna görə də gələcək Tərbiyəçilərin belə səhvlərə yol verməmə­ləri üçün bu sahədə geniş iş aparılması Tərbiyəçi kadrlarının hazırlanması işin­də başlıca vəzifələrdən biri olmalıdır.
Pedaqoji texnika pedaqoji bacarıq və qabiliyyətlərin kom­pleksindən yaranaraq müəyyən birlik təşkil edir və forma­la­şır. Bu birliyin təmin olunmasının bir sıra ümumi xüsusiy­yət­ləri vardır. Bunlar, əsasən, aşağıdakılardan ibarətdir:
1. Tərbiyəçinin uşaqlərlə qarşılıqlı əlaqəsi. Bu istiqa­mət­də formalaşmış pedaqoji texnika uşaqlərlə ünsiyyətdə əlveriş­li pedaqoji mühit yaratmaqda, çətin situasiyalarda tez və düz­gün metod və tərzlər seçməkdə və qərar qəbul etməkdə, lazım olan sözü, intonasiyanı, jesti tapmaqda, gözlənilməz pedaqoji si­tuasiyaları həll etməkdə, sakitliyin qorunmasında Tərbiyəçiə böyük imkanlar yaradır.

Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə