Müəllim məsələsi yalnız bizim deyil, hər bir millətin ölüm-dirim məsələsidir


Təchizat: Nümunəvi dərsə aid video çəkiliş, maqnitofon yazısı və müəyyən mətinlərin oxunuşuna aid diktor çıxışlarının lent yazıları. Məşğələnin planı



Yüklə 0,55 Mb.
səhifə35/83
tarix24.12.2022
ölçüsü0,55 Mb.
#97847
1   ...   31   32   33   34   35   36   37   38   ...   83
muhazire 1-15 qdər terbiyeci isi

Təchizat: Nümunəvi dərsə aid video çəkiliş, maqnitofon yazısı və müəyyən mətinlərin oxunuşuna aid diktor çıxışlarının lent yazıları.
Məşğələnin planı:
I. Nəzəri biliklərin yoxlanılması.
II. Tərbiyəçi nitqinin inkişafı üzrə tapşırıqların yerinə yeti­rilməsi.
III. Səsli nəfəsalmanın inkişaf etdirilməsi üzrə tapşırıq­la­rın yerinə yetirilməsi.
Məşğələnin gedişi:
I. Nəzəri biliklərin yoxlanılması:

  1. Nitq texnikası və Tərbiyəçinin fəaliyyətində onun rolu.

  2. Tərbiyəçi nitqinin daşıdığı funksiyalar.

  3. Tərbiyəçinin nitqinə verilən başlıca tələblər.

  4. Nitqin inkişaf etdirilməsi yolları.

  5. Səs aparatına qulluq və gigiyenik normalar.

II. Tərbiyəçi nitqinin inkişafı üzrə tapşırıqların yerinə yetirilməsi.
Tapşırıq 1. Qabaqcıl Tərbiyəçilərin birinin dərsindən çəkil­miş video fraqmenti qrupda nümayiş etdirərək burada Tərbiyəçinin nitqinin tonunda, intonasiyasında, diksiyasında, ritmikli­yin­­də olan özəllikləri qeyd etmək. Həmçinin məşğələ zamanı mi­mi­­­ka və pantomimikadan necə istifadə etdiyini və onların xü­su­siy­yətlərini təhlil etməklə sualları cavablandırmaq.

  • Tərbiyəçinin səlist, cazibəli, ürəyəyatan, ifadəli səs tonu­na, nitqə malik olması təlim-tərbiyənin keyfiyyətinə nə dərə­cədə təsir göstərə bilər?

  • Təlim prosesində Tərbiyəçinin mimika və pantomimikası nitqin təsirliliyini hansı situasiyalarda artıra bilər?

  • Tərbiyəçinin nitqinin aydın, dəqiq, təsirli və ifadəli olması uşaqləri düşünməyə və əməli fəaliyyətə cəlb edə bilərmi?

Tapşırıq 2. Təmrinləri yerinə yetirin.
1) İfadəli oxu: dialoji nitqə aid mətn.
2) C.Cabbarlının “Ana” şeirinin ifadəli oxunuşu.
3) Tərbiyəçinin qrupdə uşaqlərə müraciət, tələb və iradları:
– Səndən gözləməzdim (narazılıqla).
– Səndən gözləməzdim (razılıqla).
– Köçürməyə adam tapdın (istehza ilə).
– Əladır (razılıqla).
– Afərin, əladır (istehza və narazılıqla).
– Əgər sabah da belə hazırlaşsan (ümidlə).
– Əgər sabah da belə hazırlaşsan (xəbərdarlıqla).
Tapşırıq 3. Təqdim edilən maqnitafon yazısında pauza, vurğu, intonasiya, diksiya və s. düzgün olub-olmamasını müəy­­­yən­ləşdirmək.

Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə