Müəllim məsələsi yalnız bizim deyil, hər bir millətin ölüm-dirim məsələsidir



Yüklə 0,55 Mb.
səhifə31/83
tarix24.12.2022
ölçüsü0,55 Mb.
#97847
1   ...   27   28   29   30   31   32   33   34   ...   83
muhazire 1-15 qdər terbiyeci isi

1. Qrupu ələ ala bilmək qabiliyyəti. Bu, Tərbiyəçi üçün çox vacib olan keyfiy­yətdir. Elə ilk dərsindən Tərbiyəçi qrupi əla ala bilərsə, onlara həm idrakı, həm də emosional təsir göstərə bil­mək imkanından məharətlə istifadə edə bilərsə, sonrakı fəaliy­yət­də problemlər də az olur. Tərbiyəçi özünün biliyi, davranışı, danışığı, ünsiy­yət mədəniyyəti ilə uşaqlərin emosional aləmi­nə təsir edərək onları bir növ “ovsun­laya” bilərsə, bu zaman uşaqlər daha yüksək emosional əhval-ruhiyyədə olur və belə dərslərdə yorğunluq, sıxıntı, gərginlik olmur.
2. Yüksək ünsiyyət mədəniyyətinə malik olmaq. Bu, Tərbiyəçi şəxsiyyətində, onun pedaqoji fəaliyyətində ən önəmli vacib xüsusiyyətlərdən biridir (Bax: V fəsil ).
3. Tərbiyəçidə yüksək hissetmə qabiliyyəti. O, qrupundə ayrı-ayrı uşaqlərin əhval-ruhiyyəsini hiss edə bilməli və öz fəaliyyətində bunları nəzərdən qaçırmamalıdır.
4. Qrupun diqqətini özünə cəlb edə bilmək qabiliyyəti. Bu qabiliyyət Tərbiyəçinin işgüzarlığı, öz üzərində daim çalışması nəticəsində yarana bilir. Peşəsinə, sənətinə, fənninə səhlənkar münasibət bəsləyən Tərbiyəçilərdə bu alınmır. Qeyd edək ki, bu prosesdə Tərbiyəçinin təbii imkanları da müəyyən rol oynayır. Lakin əsas həl­ledici funksiya onun pedaqoji fəaliyyətində yiyə­lə­nə bildiyi bacarıq və qabiliyyətində, pedaqoji məharətindədir.
Tərbiyəçi nəinki, öz ixtisasını dərindən bilməklə, həmçinin ümu­mi intellektual səviyyəsi ilə uşaqlərin diqqətini özünə cəm­ləşdirə bilir. Uşaqlər Tərbiyəçidən yüksək bilik, savad, ağıl, zövq, bacarıq və qabiliyyət gördükdə onu daha yaxşı qə­bul edirlər. Təcrübə göstərir ki, məhz belə Tərbiyəçilər uşaq­lə­rin həmişə maraq dairəsin­də olurlar. Bu halda Tərbiyəçi uşaq­ləri üçün əsl örnəyə çevrilir.
5. Tərbiyəçinin öz emosional vəziyyətini idarə edə bilməsi. Başqaları kimi Tərbiyəçi də sevinir, kədərlənir, əsəbi olur və s., lakin bütün bunlar onun dərsinə, Tərbiyəçi-uşaq münasibətlə­ri­nə təsirsiz olmalıdır. Tərbiyəçinin bu hissləri, emosional gər­gin­li­yi sinfə “girməməlidir”. Tərbiyəçi həmişə, hər zaman dərsə, sin­fə yüksək əhval-ruhiyyə ilə daxil olmalı və bütün gərgin­likləri qrupotağının qapısı arxasında qalmalıdır. Buna görə də Tərbiyəçinin öz emosional vəziyyəti üzərində nəzarəti olmalı, onu idarə etməyi bacarmalıdır.

Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə