Müəllim məsələsi yalnız bizim deyil, hər bir millətin ölüm-dirim məsələsidir


Düzgün ədəbi tələffüz qaydalarına və normalarına yiyələnmə, özünə­nəzarət və nitq mədəniyyətinin inkişafı



Yüklə 0,55 Mb.
səhifə57/83
tarix24.12.2022
ölçüsü0,55 Mb.
#97847
1   ...   53   54   55   56   57   58   59   60   ...   83
muhazire 1-15 qdər terbiyeci isi

1. Düzgün ədəbi tələffüz qaydalarına və normalarına yiyələnmə, özünə­nəzarət və nitq mədəniyyətinin inkişafı. Bu məqsədlə Tərbiyəçi nitqinin düzgünlü­yünə fikir verməli, ədəbi tələffüz normalarına yiyələnməlidir, lüğət ehtiyatı­nı artır­malı, sözlərdə vurğunun yerini müəyyənləşdirməli, eyni zamanda in­to­­nasiya qaydala­rını mənimsəməlidir. Tərbiyəçi çoxlu söz ehtiyatına malik olmalı, çətin sözləri, terminləri düzgün və aydın tələffüz etməyi bacarmalıdır.
2. İfadəli, təsirli nitq bacarığına malik olmaq. İfadəli nitq həmişə xoş gəlir və dinləyicilərdə yaxşı əhval-ruhiyyə ya­ra­dır. Nitqin emosionallığı, ritmik xarakteri, sözlərdə vurğu­nun düz­günlüyü, intonasiyalılığı və s. əlamətləri ilə yanaşı, danı­şıq­da atalar sözlərindən, aforizmlərdən, bədii ədəbiyyat nümunə­lə­rindən istifadə edilməsi də onun ifadəliliyini, təsirliliyini gücləndirir.
3. Ünsiyyət dairəsində kommunikativ bacarıq və qabi­liy­yət­lərin inkişafı. Tərbiyəçinin nitqinin kommunikativ xarak­te­ri onun ünsiyyətinin fərdi stilindən ibarət­dir. Tərbiyəçi nitqində belə bir cəhətə xüsusi diqqət yetirilməlidir ki, onun nitqi başqa­la­rı tərəfindən necə dinlənilir. Qarşı tərəf üçün belə nitq maraq­lı­dırmı, yorucu deyil ki? Nitqin tonu, emosionallığı, təsirliliyi necədir?
Tərbiyəçi üçün vacib olan keyfiyyətlərdən biri nitqli ün­siy­yət zamanı qarşı tərəfin daxili vəziyyətini başa düşmək və ünsiy­­yət zamanı ona istiqamət götürə bil­məkdir. Başqa bir key­fiy­­yət Tərbiyəçinin öz psixi vəziyyətini idarə edə bilməsidir. Bun­lar nitqin kommunikativ təsirini artırır, onu məzmunlu və maraqlı edir.
4. Şəxsiyyətin ümumi psixofizioloji xüsusiyyətlərinin in­ki­şafı. Bu, Tərbiyəçinin assosiasiyalı və obrazlı yaddaşı, təxəyyü­lü ilə bağlı olub, nitqin elə emosional təsirliliyini təmin edir ki, bu zaman Tərbiyəçi uşaqlər qarşısında sanki sözlərin şəklini çəkir. Onlar təsvir olunan hadisə və prosesləri gözləri qarşısın­da canlandı­rırlar.
Tərbiyəçinin nitqinə çox mühüm tələblər verilir və onun qar­şı­sında bir sıra vəzifələr durur. Tərbiyəçinin nitqi uşaqlərin təlim-tərbiyə vəzifələrini yerinə yetir­mə­li və bu vəzifələri həll etməyi təmin etməlidir. Bunun üçün Tərbiyəçinin ümummədəni, pedaqojipeşə tələblərinə cavab verə bilməsi və bu sahədə olan bacarıqlara yiyələnməsi olduqca vacibdir.
Tərbiyəçinin nitqi kommunikativ təsir vasitəsi olduğundan və pedaqoji vəzifələri yerinə yetirmək funksiyası daşıdığından bir sıra tələblərə cavb verməlidir.
1. Tərbiyəçinin nitqi təmiz və aydın olmalı, uşaqlərin başa düşəcəyi səviyyədə qurulmalıdır.
2. Tərbiyəçinin nitqi emosional olmalı, uşaqlərin hissi alə­mi­nə təsir etməlidir.
3. Tərbiyəçi yüksək ədəbi dil normalarını mənimsəməli və nitqində dialektlər­dən, əlavə sözlərdən (“deməli”, “belə demək mümkünsə”, “beləliklə” və s.) isti­fadə etməmə­lidir.
4. Tərbiyəçinin terminoloji mədəniyyəti olmalı, terminlərdən düzgün istifadə etməyi bacarmalıdır.
5. Tərbiyəçi sözləri aydın, anlaşıqlı tələffüz etməli, orfoepik qaydalara əməl etməlidir.
6. Tərbiyəçi nitqində məsələnin düzgün qoyuluşuna diqqət yetirməlidir.
7. Tərbiyəçi nitqində sözlərin intonasiya qaydalarına əməl etməli, sözlərin deyilişində vurğunun düzgün işlənməsinə nail olmalıdır.
Tərbiyəçi nitqinin məzmun və keyfiyyətinə görə cəmiyyət qarşısında mühüm sosial cavabdehlik vəzifəsini yerinə yetirir. Buna görə də Tərbiyəçinin nitqinə pedaqoji ustalığın mühüm ele­menti kimi baxılır.
Tərbiyəçinin nitqi təlim-tərbiyədə bir sıra funksiyalar daşıdı­ğına görə aşağıdakı məsələləri təmin etməlidir:

  • tərbiyə edənlər və tərbiyə olunanlar arasında səmərəli münasibətin qurulması;

  • uşaqlərin hisslərinin, düşüncə və fəaliyyət motivləri­nin təshihi və formalaşdırılması məqsədilə Tərbiyəçinin müsbət təsiri;

  • təlim prosesində biliyin mənimsənilməsi və möhkəm­lən­di­rilməsində mükəm­məlliyin olması;

  • uşaqlərin tədris fəaliyyətinin səmərəli təşkili və apa­rılması;

  • uşaqlərin emosional aləminə təsiretmə və onların yara­dıcı fəaliyyətə istiqa­mətləndirilməsi və s.

Tərbiyəçinin nitqi özünü iki formada – monoloqda (monoloji nitq) və dialoqda (dialoji nitq) göstərir. Uşaqlara münasibətdə bunlar özünün müxtəlif funksiyaları ilə bir-birindən fərqlənir. Monoloji nitqdə Tərbiyəçi tədris etdiyi fənnə, mövzuya, dərsin tipi və qurluşuna görə səsin müxtəlif tonlarından, jestlərdən, mimikadan, intonasiya­dan istifadə edərək nitqini optimal qur­ma­ğa çalışmalı və onun yüksək təsirə malik olmasına nail olma­lıdır. Dialoji nitq zamanı Tərbiyəçi yenə də öz nitqinin opti­mal təsir variantını tapmalı və müsahibə apararkən nitqinin aydınlığına, səlistliyinə ciddi fikir verməlidir.
Tərbiyəçinin nitqi bir sıra pedaqoji funksiyaları yerinə yetirməlidir.

Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə