Müəllim məsələsi yalnız bizim deyil, hər bir millətin ölüm-dirim məsələsidir


Pedaqoji ünsiyyətin for­ma­laşmasında Tərbiyəçi-uşaq, tər­bi­yə­çi-uşaqların qarşılıqlı əxlaqi münasi­bət­ləri



Yüklə 0,55 Mb.
səhifə59/83
tarix24.12.2022
ölçüsü0,55 Mb.
#97847
1   ...   55   56   57   58   59   60   61   62   ...   83
muhazire 1-15 qdər terbiyeci isi

Pedaqoji ünsiyyətin for­ma­laşmasında Tərbiyəçi-uşaq, tər­bi­yə­çi-uşaqların qarşılıqlı əxlaqi münasi­bət­ləri

Sözlərində, ifadələrində və hərə­kət­lə­rində saxta danışanlardan çəkin... Saxta və riya ilə danışmaq qəlbi qəflətə salar, insanın batininin zay olmasına səbəb olar”.


İmam Qəzali

Tərbiyəçinin uşaqlə qarşılıqlı ünsiyyətində əxlaqi münasi­bət­lərin yaradılması mühüm yer tutur. “Əxlaqi münasibətlərin xüsusiyyəti onunla nəticələnir ki, onlarda hər şey–tənzimləmə və nəzarət konkret vəzifələri yerinə yetirən əxlaqi qiymətə əsas­lanır. Mənəvi münasibətlərin bütün növləri qarşılıqlı əlaqə­də olan tərəflərin öz davranış və fəaliyyətində əxlaqi prinsip­lə­rə, normalara, tələblərə, ənənələrə, göstərişlərə əməl edib-etmə­­mə­ləri nöqteyi-nəzərdən qiymətləndirilir”.


Tərbiyəçinin uşaqlərlə yüksək mənəvi və etik normalara əsas­lanan pedaqoji ünsiyyəti çox vaxt onun uşaqlər tərəfindən se­vilməsinin əsas səbəbi olur. Uşaqlər o Tərbiyəçii daha çox se­virlər ki, bu sevgi Tərbiyəçidə də uşaqlərə qarşı yüksək ol­sun. Tərbiyəçi onları bir şəxsiyyət kimi qəbul edə bilsin, onlarla öz övladları kimi rəftar etsin, hətta günahkarların qəbahətləri olsa belə onlarla nəzakətsiz rəftara yol verməsin.
Lakin müşahidələr göstərir ki, bir sıra Tərbiyəçilər, hətta uzun illər uşaqlarla işləmələrinə baxmayaraq, rəftarlarında mü­əy­yən əxlaq normalarına uyğun gəlməyən ifadələrdən istifadə edir, onlarla kobud tərzdə davranırlar. Belə Tərbiyəçilər uşaqlara təhqiramiz ifadələr işlətməkdən çəkinmir, xırda bir nöqsan üs­tün­də onları acılayırlar. Bu isə Tərbiyəçi-uşaq ünsiyyətinə, qar­şı­lıqlı münasibətlərə böyük xələl gətirir və incə uşaq qəlbində Tərbiyəçiə qarşı inamsızlıq, inciklik, qeyri-səmimilik yaradır.
“Uşaqlərə müraciətində kobudluğa yol verən, onların mən­liyini təhqir edən Tərbiyəçi uşaqlər arasında nüfuzundan is­­ti­fadə edə bilməz. Uşaqlar belə Tərbiyəçiə hətta o, düz olduqda belə, münasibətlərində fəal müqavimət göstərirlər”.6 Buna görə də Tərbiyəçi uşaqlərin müqavimətinə rast gəlməmək üçün tələ­bi cavabsız qaldıqda, etdiyi təsir müsbət cavabla qarşılanma­dıq­da belə, öz təmkinini pozmamalı, kobudluğa, nəzakətsizliyə, pedaqoji etikadan kənar hallara yol verməməlidir. Belə olduqda Tərbiyəçi-uşaq münasibətlərində mənfi hallar az müşahidə edi­lir və uşaqlər belə Tərbiyəçilərə daha dərindən rəğbət göstə­rirlər.
Həyati faktlar sübut edir ki, Tərbiyəçilərin uşaqlərlə səmi­mi ünsiyyəti, mehriban münasibəti həmin Tərbiyəçii uşaqlərin gözündə ucaldır. Xüsusən aşağı qruplərdə belə Tərbiyəçilər uşaq­ların idealına çevrilir və onlar həmin Tərbiyəçii qeyri-tən­qi­di qəbul edərək ona öz valideynləri, bəzən də onlardan da yük­sək ideal münasibət bəsləyirlər. Bəzən belə ideal münasibət onların bütün ömrü boyu davam edir.
Yuxarı qruplərdə isə uşaqlərin bir qismi Tərbiyəçinin şəx­siy­yə­tinə və nüfuzuna görə onun tədris etdiyi fənnə böyük ma­raq göstərir, onu sevirlər. Bəzən də həmin fənlər üzrə özlərinə peşə və ixtisas seçirlər. Lakin bunun əksinə də az rast gəlinmir. Belə ki, bəzən Tərbiyəçinin kobud münasibəti, peşəsinə laqeyd ya­­naş­ması, uşaq şəxsiyyətinə hörmət etməməsi, onların ləya­qə­­­­tini, şərəf və mənliyini alçaldan səhvlərə yol verməsi, onları yerli-yersiz cəzalandırması və s. məsələlər uşaqin həmin Tərbiyəçinin fənninə də marağını söndürür, onu laqeyidləşdirir. Bu­na görə də Tərbiyəçi unutmamalıdır ki, onun uşaqlərlə ünsiy­yə­­­tinin normal olması pedaqoji prosesdə bir çox məsələlərin həllilnə səbəb olur.
Uşaqlərin öz Tərbiyəçilərində qiymətləndirdikləri yaxşı key­fiyyətlər sırasında ən çox onların səmimiliyi, mehriban­lı­­ğı­, uşaqləri çox istəməsi, onlara qayğı­keşliklə yanaşması, onları yaxşı başa salması mühüm yer tutur. Bü­tün bunlar onu göstərir ki, Tərbiyəçinin uşaqlər tərəfindən çox sevilməsində, onun bir tərbiyəçi, Tərbiyəçi kimi müvəffəqiyyət qazanmasında əsas məsələlərdən biri onun uşaqlərlə düzgün pe­da­­qoji münasibət, səmimi, mehriban ünsiyyət yaratması, qar­şı­­­­­lıqlı əməkdaşlıq formalaşdırmasıdır.
Təcrübə və tədqiqatlar göstərir ki, uşaqlərin daxili aləmi­ni dərk etmək, onları başa düşmək, onların qəlbinin çırpıntı­la­rı­nı duya bilmək Tərbiyəçinin mühüm peşə keyfiyyətlərindəndir. Onun mədəniyyətinin səviyyəsini, Tərbiyəçilik işinin sirlərinə dərindən bələd olmasını göstərə bilən xüsusiyyətidir. Tərbiyəçi uşaqi nə qədər çox qəlbən duya bilsə, onun narahatlığını, gər­gin­liyini, çətinliyini, emosional aləmini hiss etsə və buna laqeyd qalmasa, uşaqlərin qəlbinə daha çox yaxın olar, onla­rın ürəyinə yol tapa bilər.
Tərbiyəçi uşaqlərlə ünsiyyətində uşaqlərin təhsil müvəf­­fə­qiyyətinə, tərbiyəlilik səviyyəsinə, yaxşı və ya pis oxuma­sı­na, fəal və ya qeyri-fəal olmasına, sosial vəziyyətinə və s. amil­lə­­rə görə fərq qoymamalıdır. Belə fərq olmadıqda bütün uşaq­lər Tərbiyəçilərini özlərinin tərbiyəçisi, xeyirxahlıq simvolu kimi qəbul edir, ona hörmət bəsləyir, onunla yaxın, səmimi müna­sibətdə olurlar. Əks halda, Tərbiyəçi yaxşı oxuyanlarla bir cür, pis oxuyanlarla başqa cür rəftar etdikdə, onları “sevimli” və “pis” uşaqlar kimi qruplaşdırdıqda ünsiyyətdə tarazlıq pozu­lur və həmin ikinci qrup uşaqlərin müəyyən konfliktli, müna­qi­şəli rəftarı meydana çıxır. Belə münasibət təkcə Tərbiyəçi-uşaq ünsiyyətinin deyil, eyni zamanda uşaq kollektivində də ünsiyyətin pozulmasına, düzgün olmayan münasibətlərin cü­cər­məsinə imkan yaradır. Buna görə də Tərbiyəçi yetirməyən, yaxşı oxumayan uşaqlərə münasibətində də yüksək etik nor­ma­­lara əməl etməli, onlara qayğı ilə yanaşmalı, onlarla düzgün pedaqoji münasibətə nail olmalıdır. Ə.Sarıyev “Tərbiyəçi-uşaq münasibətləri haqqında” adlı əsərində bu barədə yazır: “Uşaq­lər kollektivdə baş verən hadisələri görür və ondan nəticə çıxar­mağı bacarırlar. Ona görə də kollektivin bütün üzvləri ilə səmimi, təbii, sadə, qayğıkeş, ədəbli və nəzakətli olmaq kollek­tiv münasibətlərin yaranmasında hava, su kimi vacibdir. Kol­lek­­tivdə ayrıseçkilik, kobudluq, ikiüzlülük, yalançılıq və s. bağça­yaşlı uşaqlara daha pis təsir edir, onlarda başqalarına qarşı mənfi münasibətlərin yaranmasına şərait yaradır, onların bir şəxsiyyət kimi formalaşmasına maneçilik törədir. Uşaqlə­rin qəlbi kövrək olur. O, ədalətsizliyə, xüsusilə də Tərbiyəçinin ədalətsiz münasibətinə dözə bilmir. Belə vəziyyətin yaranma­ma­sı üçün Tərbiyəçi uşaqin ən kiçik qüsuruna, xoşagəlməz davranışına obyektiv, ədalətli münasibət bəsləməlidir”.
Pedaqoji prosesdə Tərbiyəçinin uşaqlərlə qarşılıqlı əxlaqi münasibətləri mühüm tərbiyəvi təsir gücünə malikdir. Yüksək mənəvi keyfiyyətlərə malik olan, nəzakətli, səmimi, mehriban, ədalətli və obyektiv münasibətləri ilə seçilən Tərbiyəçilər balaca uşaqların qəlbinə asanlıqla yol tapır və onların qəlbində özlə­ri­nə mübaliğəsiz desək “abidə” ucaldırlar. Uşaqlər belə Tərbiyəçi­ləri sevir, onlara bir valideyn kimi hörmət bəsləyirlər. Böyük rus mütəfəkkiri N.A.Dobrolyubov yazırdı: “Tərbiyəçi–uşaq üçün heyranedici təəccüb oyadan bəşəri kamilliyin ali nümunəsidir. Kiçik bir qız öz kitabında ətrafı karandaşla dövrə­yə alınmış yeri nəvazişlə mənə göstərərək dedi: bax, bizim Tərbiyəçi barmağı ilə bura toxunmuşdur”. Bizcə, kiçikyaşlı uşaq yalnız yuxarıda göstərdiyimiz keyfiyyətlərə malik olan bir Tərbiyəçi haqqında bunu deyə bilərdi.
Tərbiyəçinin uşaqlərlə qarşılıqlı münasibətləri sistemində qarşılıqlı əxlaqi münasibətlər əsas, mərkəzi yer tutur. Bəzən Tərbiyəçi qrupdə baş verən və ya uşaqlərin hərəkət və davra­nış­la­rında müşahidə etdiyi müəyyən xoşagəlməz nöqsanı məhz bu əxlaqi münasibətlər vasitəsi ilə tənzimləyə, aradan qaldıra bilər. Qeyd edək ki, Tərbiyəçinin belə münasibəti həmişə faydalı olur və uşaqlərin tərbiyəsinə müsbət təsir göstərir.
Bir nümunəyə diqqət edək.
Bakı şəhəri, Nərimanov rayonu, 82 saylı bağçain IV qrupun­­də A. adlı çox da yaxşı oxumayan bir nəfər artıq üçüncü gün idi ki, dərsə gəlmirdi. QrupTərbiyəçii Gülşən Əliyeva onunla ma­raq­landıqda məlum oldu ki, A. xəstədir və evdə yatır. Tərbiyəçiə 2-3 nəfər uşaqlə ona baş çəkmək fikrini qrupdə bildirdi. Bəzi uşaqlər Tərbiyəçiənin bu fikrinə heyrət etsələr də həvəslə razılaşdılar. Tərbiyəçiə G.Əliyeva dərsdən sonra, hətta kiçik hə­diy­yə də alaraq 3 nəfər qrupfəalı ilə birlikdə bu ailəyə getdi. Uşaq doğrudan da xəstələnmiş və yataqda yatırdı. Tərbiyəçiə və uşaqların gəlişi nəinki A. üçün, hətta onun valideynləri üçün o qədər sevindirici oldu ki, onlar xəstəliyi unudaraq çox səmi­mi və xoş anlar yaşadılar. Tərbiyəçinin A.-nın ailə şəraiti, ailədə valideynlərin onun təliminə münasibəti ilə maraqlanması, vali­deynlərə məsləhəti də onların ürəyindən oldu. Tərbiyəçiə və uşaq­­lər A.-nın tez sağalaraq bağçaə gəlməsini arzu etdilər. Ar­tıq aradan bir neçə vaxt keçmişdi. A. sağalmış və dərsə gəlir­di. Onun təlimə münasibətində daha da ciddilik müşahidə edi­lir­di. O, çox inadla dərslərinə hazırlaşır və verilən tapşırıqları ye­rinə yetirirdi. A. qrupun yaxşı oxuyan uşaqlərindən olmuş­du...
Tərbiyəçinin bu uşaqə mehriban, qayğıkeş münasibəti, dər­sə gəldikdən sonra onunla əlavə məşğul olması, uşaq yol­daş­la­rının ona köməyini və qayğısını təşkil etməsi artıq öz bəh­rə­si­ni vermişdi. Tərbiyəçinin mənəvi keyfiyyəti, uşaqə insa­ni mü­na­sibəti onu daha da həvəsləndirmiş, təlimə marağını artırmış və yaxşı oxumağa stimullaşdırmışdı.
Tərbiyəçi və uşaqlərin qarşılıqlı əxlaqi münasibətləri bü­tün proseslərdə–dərsdə də, dərsdənkənar tədbirlərdə də, hətta bağçadən kənarda da gözlənilməlidir. Tərbiyəçi özünün hərə­kət və davranışının uşaqlərin iti gözlərindən yayınmadığını, sözünün və münasibətinin onların həssas qəlbi tərəfindən duyul­duğunu, qiymətləndi­rildiyini bir an da belə unutmamalı və əxlaqi münasibətlərə xələl gətirəcək heç bir artıq lüzumsuz sözə, ifadəyə və hərəkətə yol verməməlidir.
Apardığımız müşahidələr göstərir ki, valideynlərin öz uşaq­larının hansısa Tərbiyəçinin qrupundə oxumalarını arzu və tələb etmələrinin əsas səbəblərindən biri təkcə o Tərbiyəçinin savadlı, yaxşı bilikli olması deyil, həm də onun yüksək peda­qo­ji nəzakətə, əxlaqi münasibətə, pedaqoji ustalığa malik olma­sı­dır. Belə münasibətlər Tərbiyəçii uşaqlərin və onların vali­deyn­lərinin nəzərində ucaldır və hörmətli edir.
Tərbiyəçinin uşaqlərlə əxlaqi münasibətləri uşaqlərdə mə­nə­vi keyfiyyətlərin formalaşmasına da təsirsiz qalmır. Belə ki, onlar hər addımda Tərbiyəçilərinin qayğıkeşliyini, humanist­li­yi­ni duyduqca, nəzakətli rəftarı ilə qarşılaşdıqca belə keyfiyyətlər onların da xarakterində özünə yer tapmağa başlayır və onlarda vətəndaşlıq, vətənpərvərlik, humanistlik, qarşılıqlı hörmət, kol­lek­tivçilik və bir sıra yüksək insani keyfiyyətlər inkişaf edir və formalaşır. Görkəmli Ukrayna pedaqoqu V.A.Suxomlinski ya­zır­dı: “Söz tərbiyənin müəyyən mənada yeganə vasitəsidir. Bu, xüsusilə yeniyetmə dövrünə–ideyaları, prinsipləri, ümumiləş­di­ri­ci həqiqətləri dərketmə yaşına aiddir. Mürəkkəb hadisələri və münasibətləri əhatə etmək arzusu sözə və onun çalarlarına bö­yük həssaslıq tələb edir. Yeniyetmənin mənəvi, emosional, estetik tərbiyəsi onda insanların fikir və hisslərinin çalarlarını duymaq qabiliyyətinin inkişafı olmadan mənasızdır. Bu həssas­lıq insanın cinası (sözü): onun daxili məna zənginliyini, emo­sional rəngini başa düşdüyü və hiss etdiyi zaman əmələ gəlir. Sözə və onun çalarlarına həssaslığın tərbiyəsi şəxsiyyətin ahəng­­dar inkişafının ilk şərt­lərindən biridir. Söz mədəniyyə­tin­dən emosional mədəniyyətə, emosional mədəniy­yət­dən əxlaqi hisslərin və əxlaqi münasibətlərin mədəniyyətinə – biliklərin və əxlaqın ahəngdarlığına yol belədir”.
Buradan aydın olduğu kimi, Tərbiyəçinin sözünün təsirli ol­ma­sı, ünsiyyət zamanı yeniyetmələrin, eyni zamanda kiçik və böyükyaşlı uşaqlərin daxili aləminə, onların inkişafına təsir edə biləcək sözlərin seçilməsi qarşılıqlı əxlaqi münasibətlərin ya­ran­ma­sına olduq­ca mühüm təsir edir. Ünsiyyət prosesində düz­­gün seçilən söz onlarda daxili emosional fikrin oyanmasına, mənəvi sərvətinin yaranmasına təsir edən tərbiyə vasitəsinə çevrilir.
Tərbiyəçinin uşaqlərlə qarşılıqlı əxlaqi münasibətləri peda­qo­ji ünsiyyətə düzgün yol açır. Əxlaqi münasibətlərin düzgün tənzimlənməsi, milli və bəşəri əxlaqa söykənən “böyük-kiçik”, “valideyn-övlad”, “ustad-uşaq” münasibətlərinin düzgün for­ma­­­laş­­­dırılması pedaqoji ünsiyyəti daha da səmimi və səmərəli edir.
Tərbiyəçinin uşaqlərlə qarşılıqlı əxlaqi münasibətlərinin for­ma­laşması vacib olduğu qədər də mürəkkəbdir və onun for­ma­laşması Tərbiyəçidən böyük pedaqoji ustalıq, səbr və təmkin tələb edir. Bizcə, bunun üçün Tərbiyəçidə aşağıdakı bir sıra key­fiyyətlərin olması zəruridir:

  • uşaqlara dərin sevgi və məhəbbət;

  • öz işinə maraq, Tərbiyəçiliyə, pedaqoji peşəyə məhəbbət;

  • yüksək mənəvi keyfiyyətlərə malik olmaq;

  • xalqımızın milli əxlaqına, milli və bəşəri əxlaqi dəyər­lərə yiyələnmək;

  • səmimi, mehriban, xoşxasiyyət və kinsiz olmaq;

  • uşaqlərə, özünə və işinə qarşı tələbkar olmaq;

  • sözü ilə işi, əməli arasında uyğunluq;

  • dərin müşahidəçilik qabiliyyətinə malik olmaq;

  • qayğıkeşlik və nəzakətlilik;

  • ədalətlilik, obyektivlik və s.

Bu keyfiyyətləri özündə əks etdirə bilən Tərbiyəçi yüksək mənəviyyata malik olduğundan onun uşaqlərlə əxlaqi müna­sibət­lərində heç bir şübhəyə yer qalmır. Belə Tərbiyəçilər uşaq­ləri və öz peşələrini sevdikləri kimi uşaqlər də onları sevir və onlara hörmət edirlər. Onların dərslərində, keçirdikləri tərbi­yə­vi tədbirlərdə uşaqlər həmişə fəallıq, işgüzarlıq və əmək­daşlıq nümayiş etdirirlər. Belə Tərbiyəçilərin uşaqlər üzərində nə qəyyumluğu, nə də avtoritarlığı, hökmranlığı görünmür. Qar­­­­şı­­lıqlı hörmət, səmimiyyət, mehribançılıqla bərabər, tələb­karlıq, obyektivlik, məsuliyyətlilik kimi yüksək keyfiyyətlər onların apardıqları təlim-tərbiyə işlərində özünü vəhdət halında göstərir. Bu da yüksək nəticələrin alınmasına səbəb olur.



Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə